wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

FİLİP 9-10

Total questions: 30

Worksheet time: 15mins

Name
Class
Date
1.

Hansı dərəcəli layihə menecerlərinə mürəkkəb olmayan layihələrin idarə edilməsi tələbi qoyulmuşdur?

a)

A;

b)

C;

c)

B;

d)

D;

e)

hamısı

2.

İPMA öz fəaliyyətinə neçənci ildə başlamışdır?

a)

2000;

b)

1999;

c)

1998;

d)

 1965;

e)

1978;

3.

Sertifikatların alınmasında mürəkkəb olmayan layihələrin idarə edilməsi üzrə ən azı neçə illik təcrübə olmalıdır?

a)

3;

b)

5;

c)

7;

d)

1;

e)

2;

4.

Sertifkatlaşdırmada ciddi problem yarandıqda hansı tədbirlər görülür ?

a)

sertifkatlaşdirma təkrarlanmır və öz fəaliyyətini davam etdirir

b)

 pul qoyuluşu sistemi dayandırılır

c)

sertifikatlaşdırma yenidən təkrarlana və ya sertifikat ləğv oluna bilər

d)

bu işdə heç vaxt problem yarana bilməz

e)

heç biri

5.

Verilənlərdən IPMA-nın B dərəcəsi hansıdır?

a)

sertifikatlaşdırılmış layihə direktoru

b)

sertifikatlaşdırılmış layihə meneceri

c)

 layihələrin idarə ediməsi üzrə sertifikatlaşdırılmış peşəkar mütəxəssis

d)

layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış mütəxəssis

e)

heç biri

6.

Kompetensiyanın inkişafını və milli mədəniyyəti nəzərə alaraq müvafiq dəyişikliklər və düzəlişlər aparmaqla nə yaradılır ?

a)

PMİ;

b)

AİPM;

c)

NBC;

d)

 İBC;

e)

FİPMA;

7.

A, B  və C dərəcəli sertifikatların alınması üçün hansı məlumatlar tələb olunur? 1. Ərizə forması 2. Özü haqqında məlumat (CV) 3. Özünü qiymətləndirmə 4. Layihələr haqqında arayış 5. Müsahibə 

a)

hamısı;

b)

1, 2;

c)

2,3, 5;

d)

1,2,3,4

e)

2, 4;

8.

Aşağıdakılardan hansı xüsusiyyət mürəkkəb layihələrə aiddir?

a)

bütün cavablar doğrudur

b)

mürəkkəb layihələrdə bir neçə müxtəlif qaydalar qüvvədə olur

c)

bir-birilə bağlı olan çoxlu altsistem/layihə və elementlər mürəkkəb layihələrin strukturunun bir hissəsi ola bilər və öz məzmununa görə əlaqəli ola bilərlər

d)

mürəkkəb layihələrin idarə edilməsi bir neçə müxtəlif mərhələlərdən keçir

e)

mürəkkəb layihələrin idarə edilməsi prosesini bir neçə dəvət olunmuş şirkətlər və yamüxtəlif təşkilatlar apara bilər

9.

Namizədin kompetensiyası və peşəkarlığı hansı parametrlər üzrə qiymətləndirilir?

a)

1.bilik; 2.təcrübə; 3. şəxsi keyfiyyətlər; 4. namizəd haqqında ümumi təsəvvür

b)

1.bilik; 2.təcrübə;

c)

1.bilik; 2.təcrübə; 3. şəxsi keyfiyyətlər; 4. namizəd haqqında ümumi təsəvvür; 5.namizədin iş stajı

d)

1.bilik; 2.təcrübə; 3. şəxsi keyfiyyətlər; 

e)

1.bilik; 2.təcrübə; 3. namizədin iş stajı

10.

Layihələrin idarə edilməsi üzrə milli assosiasiyalar İBC- nin elementlərinin neçə faizini dəyişmək hüququna malikdirlər? 

a)

20%-ə qədər əsas elementlərini 

b)

20%-ə qədər əlavə elementlərini 

c)

25%-ə qədər  əlavə elementlərini 

d)

25%-ə qədər əsas elementlərini 

e)

30%-ə qədər  əlavə elementlərini 

11.

Sertifikatlaşdırma sisteminin təsdiqi haqda qərar nə vaxt və harada qəbul edilmişdir? 

a)

14 iyun 1998-ci ildə Lyublyana şəhərində 

b)

18 iyun 1998-ci ildə Lyublyana şəhərində 

c)

14 iyul 1998-ci ildə Lyublyana şəhərində 

d)

1967-ci ildə Lyublyana şəhərində

e)

2000-ci ildə Lyublyana şəhərində

12.

Qiymətləndirilmə mexanizmi hansı qiymət şkalası əsasında yaradılmışdır?

a)

35 bilik , 10 şəxsi keyfiyyət , 8 ümumi təsəvvür aspektlər

b)

 45 bilik , 15 şəxsi keyfiyyət , 20 ümumi təsəvvür aspektlər

c)

35 bilik , 8 şəxsi keyfiyyət , 10 ümumi təsəvvür aspektlər

d)

35 bilik , 10 şəxsi keyfiyyət , 10 ümumi təsəvvür aspektlər

e)

40 bilik , 12 şəxsi keyfiyyət , 15 ümumi təsəvvür aspektlər

13.

IBC-nin əsasını aşağıdakı hansı milli standart (NCB ) təşkil edir?

a)

 Bütün cavablar doğrudur

b)

Criteres danalyse of AFİTEP (Fransa)

c)

 Beurteilungsstruktur of VZPM (İsveçrə)

d)

 PM-Kanon of PM-ZERT (Almaniya)

e)

 Body of Knowledge of APM (B.Britaniya)

14.

Aşağıdakılardan hansı IPMA-nın əsas prinsiplərindəndir?

a)

şəxsi və ictimai ehtiyacların təmin olunması üçün maddi və mənəvi nemətlərin yaradılması məqsədi ilə əmək predmetlərinə insan fəaliyyətinin şüurlu məqsədəuyğun təsirləri prinsipi

b)

sertifikatlaşdırma sisteminin hər bir dörd dərəcəsində layihələrin idarə edilməsinin bütün elementlərindən və aspektlərindən istifadə edilməsi

c)

layihənin texniki, kommersiya, sosial, instutsional, ekoloji, maliyyə və iqtisadi aspektlərdə səmərəliliyi qiymətləndirilməsi prinsipi

d)

səmərəlliyin artırrılması yolu ilə təşkilatın məqsədinə çatmaq üçün personala təşkilatı-iqtisadi, inzibati idarəetmə, texnoloji, hüquqi, qrup və şəxsi amillərlə, üsullarla və metodlarla təsir edən kompleks prinsiplər

e)

 hamısı

15.

Layihələrin idarə edilməsi üzrə ən azı beş il təcrübəsi olmalıdır, o cümlədən bunun  ən azı üç ili mürəkkəb layihələrin idarə edilməsinin rəhbər funksiyasına müvafiq olmalıdır. Bu tələb hansı dərəcəli sertifikatın alınmasında vacibdir?

a)

B dərəcəli 

b)

A dərəcəli 

c)

C dərəcəli 

d)

D dərəcəli 

e)

Bütün sertifikatların alınmasında 

16.

Risklərin neçə cizgisi var?

a)

 ziddiyətlilik; alternativlik; müəyyənlik

b)

ziddiyyətsizlik; qeyri-alternativlik; müəyyənlik

c)

 ziddiyyətlilik; alternativlik; qeyri-müəyyənlik

d)

ziddiyyətsizlik; qeyri-alternativlik; qeyri-müəyyənlik

e)

qeyri-ziddiyətlilik; alternativlik; müəyyənlik

17.

Risk termini ilk dəfə iqtisadiyyat elminə kim tərəfindən və neçənci ildə gətirilmişdir? 

a)

1925 - ci ildə Frenk Nayt tərəfindən 

b)

1921 - ci ildə Frenk Nayt tərəfindən 

c)

1931 - ci ildə Frenk Nayt tərəfindən 

d)

1921- ci ildə Fridrix Teylor tərəfindən 

e)

1925-ci ildə Elton Meyo tərəfindən 

18.

Risk səviyyəsinin aşağı salınmasının hansı üsulunda  kapital qoyuluşlarının nəticələrinin bir-birilə əlaqədar olmayan müxtəlif fəaliyyət növləri arasında bölüşdürülməsi həyata keçirilir? 

a)

Qəbul edilən qərarın variantlarının ətraflı ilkin ekspertizası və riskin müvafiq səviyyəsinin qiymətləndirilməsi

b)

Borclunun öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi

c)

Risklərin diversifikasiyası

d)

Riskin limitləşdirilməsi 

e)

Risklərin transferləşdirilməsi 

19.

...... ........ dedikdə, gözlənilməyən hadisələr, yaxud bütövlükdə layihə üzrə uğurlu nəticələrin əldə edilməsinə maneəçilik törədən mümkün vəziyyətlər başa düşülür ki, bunlar gözlənilməyən itkilərin meydana çıxması ilə nəticələnə bilər. Cümləni tamamlayın.

a)

İqtisadi risklər 

b)

Risklərin idarə edilməsi 

c)

Risklərə nəzarət 

d)

Layihə riskləri 

e)

Siyasi risklər 

20.

Dəymiş ziyana görə təsnifləşdirmə apardıqda risklərin hansı növləri meydana çıxır? 

a)

1. Tam olmayan. 2. Kritik. 3. Katastrofik

b)

1. Tam olmayan. 2. Yol verilən. 3. Kritik. 4. Katastrofik. 5 Dağıdıcı

c)

1. Tam olmayan. 2. Yol verilən. 3. Kritik. 4. Katastrofik

d)

1.Kritik. 2. Katastrofik

e)

1. Yol verilən. 2. Kritik. 3. Katastrofik

21.

........ ....... dedikdə, risklərin müəyyənləşdirilməsi, kəmiyyət göstəricilərinin çeşidlənməsi və ayırd edilməsi, o cümlədən antirisk tədbirlərin həyata keçirilməsinin təhlili nəzərdə tutulur. Cümləni tamamlayın. 

a)

Risklərə nəzarət 

b)

İqtisadi risklər 

c)

Risklərin limitləşdirilməsi 

d)

Risklərin diversifikasiyası 

e)

Antirisk tədbirləri 

22.

Müxtəlif qiymətli kağızların investisiyalaşdırılması; investisiya portfelinin strukturunun optimallaşdırılması; mal göndərənlərin təkrarlanması; nəqletmə zamanı yüklərin dəstələrə bölünməsi, müxtəlif bazar seqmentlərində malların və xidmətlərin satışı; qiymətli şeylərin müxtəlif yerlərdə saxlanılması və s. Qeyd olunan bu məsələlər risklərin minimumlaşdırılmasının hansı üsuluna aiddir? 

a)

Risklərin transformasiyası 

b)

Risklərin sığortalanması 

c)

Risklərin limitləşdirilməsi 

d)

Risklərin diversifikasiyası 

e)

Risklərin transferi 

23.

.........  .................  müəyyən qərarla əlaqədər xərclərin mümkün (kənar) hədlərinin müəyyən edilməsidir. Fikri tamamlayın. 

a)

Risklərin limitləşdirilməsi

b)

Risklərin transformasiyası 

c)

Risklərin diversifikasiyası 

d)

Risklərin sığortalanması 

e)

Risklərin transferi 

24.

Hansı antirisk tədbirləri vardır? 

a)

1. kənarlaşma; 2. ixtisar etmə; 3.sığorta;  4.tranfer; 5.diversifikasiya

b)

1. kənarlaşma; 2. ixtisar etmə; 3.sığorta;  4.tranfer; 5.limitləşdirmə

c)

1. kənarlaşma; 2. ixtisar etmə; 3.sığorta;  4.tranfer; 5.qəbuletmə.

d)

1. kənarlaşma; 2. ixtisar etmə; 3.sığorta;  4.tranfer; 

e)

1. kənarlaşma; 2. ixtisar etmə; 3.sığorta;  

25.

Əmələ gəlmə mənbəyinə görə risklərin hansı növləri vardır? 

a)

1. Tam olmayan; 2. Yol verilən

b)

1. Kritik; 2. Katastrofik

c)

1. Müntəzəm; 2. Qeyri-müntəzəm  

d)

1. Zəif. 2. Güclü

e)

1. İqtisadi. 2.Siyasi

26.

Riskin tərifi hansı variantda düzgün qeyd olunub?

a)

qaçılmaz seçim şəraitində qeyri-müəyyənliyin qarşısının alınması məqsədilə atılmış addımdır

b)

elə fəaliyyət növüdür ki, əlverişli nəticə əldə etmək ümidi ilə alternativlər arasından seçilmiş elə variantdır ki, uğursuzluq baş verdiyi halda digər variantdan daha pis vəziyyətə düşmək ehtimalı mövcuddur

c)

müəyyən addım atarkən şirkətin öz resurslarını itirməsi və gəlir əldə etməmə ehtimalıdır

d)

itkinin başvermə və ya gözlənilən gəlirin əldə edilməməsi ehtimalıdır

e)

Bütün cavablar doğrudur

27.

Risk termini hansı sözdən əmələ gəlmişdir?

a)

Latın sözü оlan Ridsak sözündən götürülüb, mənası təhlükə dеməkdir.

b)

Yunan sözü оlan Ridsikоn sözündən götürülüb, mənası qorxu dеməkdir.

c)

Yunan sözü оlan Ridsikоn sözündən götürülüb, mənası sıldırım qaya dеməkdir.

d)

İngilis  sözüdür, mənası qarşıdakı təhlükə dеməkdir.

e)

 Mənası yanğın dеməkdir.

28.

Risk menecerin əsas vəzifəsi nədir?

a)

Riskləri formalaşdırmaq

b)

Doğru cavab yoxdur

c)

Riskin bütün növlərini azaldılmasını təmin etmək

d)

Risklərə faiz ödənişləri üzrə düzəlişlər etmək

e)

 Risklərin tip və səviyyəsini müəyyən etmək

29.

Vaxta görə yaranan risklərə aşağıdakı variantlardan hansı uyğun gəlir?

a)

retrospektiv, cari və perspektiv riskləri

b)

retrospektiv, perspektiv, uzunmüddətli riskləri

c)

cari, aylıq, illik riskləri

d)

cari, qısamüddətli, uzunmüddətli riskləri

e)

retrospektiv, cari, uzunmüddətli riskləri

30.

Aşağıdakılardan hansı xarici risk amilləri kateqoriyasına  aid deyil?

a)

 ekoloji

b)

ideoloji

c)

siyasi

d)

elmi-texniki

e)

sosial-iqtisadi