wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

FL Firmalar, bazarlar və rəqabət Mövzu 9-10

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

Bertran tarazlığı (rəqabəti) şəraitində firmalar qiyməti:

a)

son hədd xərcləri səviyyəsində təyin edirlər

b)

inhisar səviyyəsində təyin edirlər

c)

inhisar səviyyəsindən yüksək təyin edirlər

d)

son hədd xərcləri səviyyəsindən aşağı təyin edirlər

e)

son hədd xərcləri səviyyəsindən yuxarı, inhisar səviyyəsindən aşağı təyin edirlər

2.

Bertran tarazlığı nöqtəsi:

a)

firmalar üçün onlaırn istehsal gücünə uyğun optimal istehsal miqdarlarının tapılması nöqtəsidir

b)

firmalar üçün son hədd xərclərinin optimal səviyyəsinin uzlaşması (bərabərləşməsi) nöqtəsidir

c)

firmalar üçün optimal tələb miqdarının uzlaşma (bərabərləşmə) nöqtəsidir

d)

firmalar üçün optimal istehsal miqdarlarının uzlaşma (bərabərləşmə) nöqtəsidir

e)

firmalar üçün qiymətin optimal səviyyələrinin uzlaşması (bərabərləşməsi) nöqtəsidir

3.

Kurno və Bertran modellərinin nəticələri arasındakı əsas ziddiyyət bununla bağlıdır:

a)

duopoliya şəraitində firmaların üzləşdiyi tələb əyrisi

b)

duopoliya şəraitində istehlakçıların tələbinin ödənilməsi səviyyəsi

c)

duopoliya şəraitində son hədd xərclərinin hansı səviyyədə qərarlaşması

d)

duopoliya şəraitində qiymətin hansı səviyyədə qərarlaşması

e)

duopoliya şəraitində istehsal həcminin hansı səviyyədə qərarlaşması

4.

Simmetrik oliqopoliya şəraitində firmalardan birinin son hədd xərclərinin azaldığı, digərinin son hədd xərclərinin isə sabit qaldığı halda:

a)

son hədd xərcləri azalan firmanın reaksiya əyrisi sola aşağıya doğru (əvvəlki reaksiya əyrisinə paralel) yer dəyişir

b)

son hədd xərcləri sabit qalan firmanın reaksiya əyrisi sola aşağıya doğru (əvvəlki reaksiya əyrisinə paralel) yer dəyişir

c)

son hədd xərcləri azalan firmanın reaksiya əyrisi sağa yuxarıya doğru (əvvəlki reaksiya əyrisinə paralel) yer dəyişir

d)

son hədd xərcləri sabit qalan firmanın reaksiya əyrisi sağa yuxarıya doğru (əvvəlki reaksiya əyrisinə paralel) yer dəyişir

e)

firmaların heç birinin reaksiya əyrisi yerini dəyişmir

5.

Müqayisəli statikada:

a)

bazarın 2 tarazlıq halı müqayisə olunur və bütün dəyişənlərdə baş verən dəyişikliklər öyrənilir

b)

bazarın 2 tarazlıq halı müqayisə olunur və dəyişənlərdən birində baş verən dəyişikliyin digər dəyişənlərə necə təsir etməsi proqnozlaşdırılır

c)

bazarın tarazlıq halında dəyişənlər arasında olan münasibət aşkara çıxarılır

d)

konkret tarazlıq halında bazarın quruluşu öyrənilir

e)

bazarın bir tarazlıq halından başqasına aparan dinamik dəyişiklik trayektoriyası tapılır

6.

Kooperativ davranışlı oliqopol bazarlar üçün daha geniş yayılmış tarazlıq belədir:

a)

xüsusi sövdələşmələr və qiymət savaşları mərhələləri bir-birini əvəz edir

b)

qiymət savaşları sonsuz davam edir

c)

qısamüddətli dövrdəki xüsusi sövdələşmələr

d)

Bertran tarazlığı

e)

Kurno tarazlığı

7.

Kartel üzvü olan firmanın payına düşən tələb birdən gözlənilməz dərəcədə aşağı düşdükdə, həmin firma niyə qiymət savaşına başlayır?

a)

o, tələbin azalması nəticəsində ona dəyəcək zərərin qarşısını almaq üçün bunu edir

b)

o, tələbin azalmasını bazardakı kartel üzvü olmayan firmaların fəallaşmasının nəticəsi hesab edir və onlara cavab tədbiri kimi bunu edir

c)

o, tələbin azalmasını kartel üzvü olan digər firmanın sazişi pozması ilə əlaqələndirərək cavab tədbiri kimi bunu edir

d)

o, tələbin azalmasını bazar tələbinin dövrü dəyişmələri ilə əlaqələndirir və digər firmaları qabaqlamaq üçün bunu edir

e)

o, tələbin azalması şəraitində sövdələşmədə qalmağa ehtiyac görmür və qiyməti aşağı salmaqla savaşa başlamış olur

8.

“Qiymətin gizlin aşağı salınması” və “tələbin enib-qalxmaları” modellərinin ikisi də ümumi bir əlamətə malikdir:

a)

hər iki modeldə qiymət savaşı tarazlıq hadisəsi hesab olunmur

b)

hər iki modeldə firmaların qiymət savaşına getmə şərtləri eynidir

c)

hər iki modeldə qiymət savaşı tarazlıq hadisəsi hesab olunur

d)

hər iki modeldə firmalar sövdələşmə şərtlərini pozmurlar

e)

hər iki model statik durumu xarakterizə edir

9.

Təkrarlanan qarşılıqlı münasibətlərdə sərt strategiyaların tətbiqi zamanı tarazlığa nail olmağın mümkünlüyünü müəyyən etmək üçün:

a)

sövdələşmədən çıxan zaman firmanı gözləyən cəzanın (sanksiyaların) dəyəri qiymətləndirilir

b)

sövdələşmədə qalmağın firmalar üçün əhəmiyyətlilik dərəcəsi qiymətləndirilir

c)

kənarlaşmaya yönəlik stimulların siyahısı dəqiqləşdirilir və dəyəri hesablanır

d)

kənarlaşmaya (sövdələşmədən çıxmağa) yönəlik stimulların firmalar üçün əhəmiyyətlilik dərəcəsi qiymətləndirilir

e)

firmalar arasında danışıqlar aparılır və onların hər birinin rəyləri öyrənilir

10.

Hansı hallarda xüsusi sövdələşmə əsasında təyin edilmiş qiymətlərin tarazlı qalma ehtimalı bir o qədər yüksək olacaq: -- 1) Sövdələşmədə olan firmaların sayı nə qədər çox olarsa; 2) Firmalar nə qədər tez-tez qarşılıqlı münasibətlərdə olarsa (qiymətləri razılaşdırma tezliyi); 3) illik faiz dərəcəsi nə qədər yüksək olarsa; 4) sahənin mövcudolma ehtimalı nə qədər çox olarsa; 5) sahənin böyümə ehtimalı nə qədər çox olarsa; 6) satılan malların çeşidi nə qədər çoxdursa

a)

1, 3 və 6

b)

2, 3 və 4

c)

3, 4 və 5

d)

1, 4 və 6

e)

2, 4 və 5