NEW
Font size
Worksheetsİşgüzar kommunikasiyada elan xarakterli sənədlər.
Total questions: 10
Worksheet time: 3mins
Elan haqqında deyilənlərdən biri səhvdir:
Elan işin gedişatını əks etdirən rəsmi mahiyyətli sənəddir.
Məzmun və məqsəd baxımından elanın bir neçə forması var.
Elanda bir və ya bir neçə məlumat əks oluna bilər.
Əməli yazıların sadə formalarından biridir.
Bunlardan hansı bildirişin məzmununu açıqlamır?
Tədbirin xarakteri haqqında məlumat verilir.
Tədbir iştirakçıları haqqında məlumat verilir.
Tədbirin gündəliyini əks etdirmir.
Tədbirin keçiriləcəyi yer göstərilir.
Biri reklamın ötürülməsi vasitəsi deyil:
qəzet
istehsal
vebsayt
bilbord
Bildirişin dil xüsusiyyətlərinə aid deyil:
fikir aydınlığı
heç bir halda bədiiliyə yol verilməməsi
səlislik
ədəbi dildə yazılma
Televiziyanın “AzTV-1” kanalında “Nəsimi” bədii filmindən fraqmentlər göstərilir və həmin filmin efirə gedəcəyi gün və saat verilirsə, bu,......... adlanır:
reklam
afişa
anons
bildiriş
Nümunə işgüzar sənədlərdən hansına aiddir?
Mart ayının17-də universitetin IV korpusunun akt zalındaşair Nəriman Həsənzadə ilə görüş olacaq.
Arzu edənlər iştirak edə bilərlər.
Azərbaycan dili kafedrası.
anons
bildiriş
arayış
təqdimat
Latın sözüdür, “qışqırmaq” mənasını verir və bir neçə anlamda işlənir:
1. bir adama və bir şeyə şöhrət qazandırmaq
2. məşhurlaşdırmaq, kütləviləşdirmək
3. məlumatı yaymaq, diqqəti cəlb etmək
Söhbət hansı əməli yazı növündən gedir?
elan
akt
reklam
protokol
Verilmiş nümunə hansı əməli yazı növünə aiddir?
1. Elanın formalarından biridir.
2. Fransız sözüdür.
3. Divara vurulur.
4. Kino, tamaşa və s. haqqında məlumat verilir.
Saat, gün, ay dəqiq göstərilir.
təqdimat
izahat
bildiriş
afişa
Bunlardan hansı bildirişin məzmununa uyğun deyil?
yerin tutumu
tədbirin xarakteri
tədbirin keçiriləcəyi yer
iştirakçılar haqda məlumat
Biri elan növü deyil:
ərizə
afişa
anons
bildiriş
