WorksheetsYazılı işgüzar kommunikasiya zamanı nizamnamə, vəkalətnamə və s.
Total questions: 10
Worksheet time: 3mins
Biri əqdin mahiyyətini əks etdirmir:
təşkiletmə
nigah haqqında əqd
ayrılma haqqında əqd
kəbinkəsmə
Biri vəkalətnamənin tərtibat xüsusiyyətinə uyğun deyil:
Alınan əşyanın miqdarı göstərilmir.
Vəkalətnamənin verildiyi tarix qeyd olunur.
Məsul şəxs tərəfindən imzalanır.
Müddət göstərilməlidir.
Verilmiş nümunə hansı əməli yazı növünə aiddir?
... XDMX-nin Sertifikat Xidməti Mərkəzində (SXM) elektron imza sertifikatını əldə etmək məqsədilə mənim adımdan ərizə vermək, elektron imza kartlarını (smart kartları) qəbul etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətlərin edilməsi səlahiyyətlərini __(şəxsiyyət vəsiqəsi, AZE № , _il tarixdə _tərəfindən verilmişdir)------ həvalə edirəm.
vəkalətnamə
etibarnamə
təqdimat
arayış
1. Aşağıda hansı əməli yazı nümunələrinin xüsusiyyətləri verilmişdir? (Ardıcıllıqla göstərin).
1) İştirakçıların sayı göstərilir, müvafiq qərar bəndlər üzrə öz əksini tapır.
2) Sonda onu təsdiq edən idarə rəhbərinin imzası qoyulur və möhür vurulur.
3) Bir sıra hallarda xüsusi formada mətbəədə hazırlanır.
protokol, arayış, vəkalətnamə
akt, hesabat, etibarnamə
ərizə, arayış, reklam
izahat, təqdimat, əmr
Hansı fikir düzgündür?
Protokolun sonunda yazılma tarixi qeyd edilir.
Təşkilatların bir-birinə verdiyi vəkalətnamə mətbəədə xüsusi formada hazırlanır.
İzahatın sonunda imza qoyulmur.
Tərcümeyi-hal rəsmi təşkilat tərəfindən verilir.
Yalnız biri etibarnamə növüdür:
baş etibarnamə
güzəştli etibarnamə
təcili etibarnamə
müfəssəl etibarnamə
Səlahiyyət həcminə görə etibarnamənin neçə növü var?
3
2
4
5
Vəkalətnaməyə uyğun gəlməyən cavab hansıdır?
Vəkalətnamənin müddəti həm rəqəmlə, həm də hərflə göstərilir.
Alınan əşyanın miqdarı və ya materialın məzmunu göstərilir.
Məsul şəxsin imzası olur.
Vəkalətnamə ancaq daşınmaz əmlaka verilir.
Təlimat haqqında verilənlərdən yalnız biri doğrudur:
Ərəb sözü olub, zamin olma, bir şəxs haqqında verilən rəydir.
Bir işin görülməsi üçün verilən hökm və göstərişi özündə əks etdirən sənəddir.
Nazirlik, baş idarə, istehsalat birlikləri tərəfindən qısa müddətdə nəzərdə tutulan qayda sistemidir.
İdarə, təşkilat, müəssisələrdə hər hansı bir qəbahətə görə yazılı və şifahi şəkildə qəbul edilən sənəddir.
Biri əqdin nə mahiyyətini, nə də məzmununu əks etdirmir:
Əqd tam işgüzar sənəd olduğu üçün nə imzalanır, nə də möhürlə təsdiqlənir.
Əqd iki nəfər arasında elə bir bağlantıdır ki, onlar həmin şərtlər daxilində nəzərdə tutulanlara mütləq əməl etməlidirlər.
Tərəflər müəyyən məsələ barədə konsensusa, yəni razılığa gələrək əqd bağlayırlar.
Əqd qanun çərçivəsində bağlanmalıdır.
