wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

RS-10,11

Total questions: 15

Worksheet time: 8mins

Name
Class
Date
1.

BCG matrisi başqa cür nece adlanır?

a)

artım-bazar payı

b)

mənfəət norması

c)

beş güc

d)

satış həcmi

2.

BCG matrisinin əsas göstəriciləri hansılardır?

1. şirkətin məhsulunun nisbi bazar payı

2. rəqabətin sıxlıq nisbəti

3. bazarın artım tempi

4. rəqabətin intensivliyi

5. təhlil edilən məhsul qruplarının satış/mənfəət həcmi.

 

a)

1,2,5

b)

1,3,5

c)

2,3,4

d)

2,4,5

3.

Hansı göstərici BCG matrisində üfüqi ox boyunca qurulur?

a)

satışın həcmi

b)

bazarın artım tempi

c)

mənfəətin həcmi

d)

nisbi bazar payı

4.

Hansı göstərici BCG matrisinin şaquli oxu boyunca tərtib edilir?

a)

nisbi bazar payı

b)

bazarın artım tempi

c)

mənfəətin həcmi

d)

satış həcmi

5.

BCG matrisinin təhlili nəyə gətirib çıxarır?

1. investisiya üçün prioritet və perspektivli sahələri müəyyən etməyə

2. az gəlirli məhsullardan imtina etməyə

3. hər bir çeşid vahidinin inkişafı üçün uzunmüddətli strategiyaların hazırlanmasına

4. az gəlirli məhsulları inkişaf etdirməyə

5. lider şirkətlərdən pay almağa

a)

1,2,3

b)

1,3,5

c)

2,4,5

d)

2,3,4

6.

Təhlil zamanı qəbul ediləcək qərarlara aiddir:

a)

"İtlər" üçün - bazardan çıxmaq

b)

"Ulduzlar" üçün - investisiya yatırmaq

c)

“Çətin uşaqlar" üçün - yüksək mənfəət əldə etmək

d)

"İnəklər" üçün - aktivliyi azaltmaq

7.

Hansı qrupa daxil olan mallar mümkün qədər tez portfeldən çıxarılmalıdır?

a)

itlər

b)

inəklər

c)

çətin uşaqlar

d)

ulduzlar

8.

Porterin "Brilliant" modelinə görə, Transmilli Şirkətlərin rəqabət üstünlüyü nə ilə əlaqədardır?

a)

onların təchizatçılarının rəqabət üstünlüyü ilə

b)

onların işçi qüvvəsinin rəqabət üstünlüyü ilə

c)

onların daxil olduğu sahənin rəqabət üstünlüyü ilə

d)

onların doğma ölkələrinin rəqabət üstünlüyü ilə

9.

Şirkət "inəklər"-dən əldə etdiyi vəsaiti hansı sahələrə investisiya etməlidir?

a)

ulduzlar və çətin uşaqlar

b)

itlər və ulduzlar

c)

çətin uşaqlar və itlər

d)

hər birinə

10.

Aşağıdakı fikirlərdən hansı doğrudur?

a)

Ulduzlar - sürətlə inkişaf edən sahədə lider olan şirkətin biznes istiqamətləridir.

b)

Şirkətin ən yaxşı resursları (kadrlar, elmi-tədqiqat, pul vəsaitləri) itlərə ayrılmalıdır.

c)

Şirkət çətin uşaqlardan əldə etdiyi vəsaiti inəkləri inkişaf etdirmək üçün istifadə edə bilər.

d)

İnəklər durğunlaşan bazarlarda nisbi bazar payı aşağı olan biznes sahələridir.

11.

Rəqabətdə 5 güc modelinə daxil olmayan güc hansıdır?

a)

müştərilərin bazar gücü

b)

təchizatçıların bazar gücü

c)

əvəzedici məhsullar

d)

satışın həcmi

12.

Hansı fikir səhvdir?

a)

Giriş xərcləri nə qədər yüksək olsa, giriş maneələri də o qədər yüksək olacaq.

b)

Giriş maneələri nə qədər yüksək olarsa, sektor gəlirliliyi də o qədər yüksək olacaq.

c)

Giriş maneləri güclü deyilsə, sektorda rəqabətin şiddəti artmış olacaq.

d)

Sahəyə giriş maneələri zəifdirsə, sahədə yeni rəqibin meydana çıxması ehtimalı o qədər çətin olacaq.

13.

Rəqabətdə 5 güc modelində ən güclüsü hansıdır?

a)

Əvəzedici məhsullar

b)

Tədarükçülərin bazar gücü

c)

Müştərilərin bazar gücü

d)

Mövcud şirkətlər arasındakı rəqabət

14.

Hansı göstərici sektordakı satışların böyük bir hissəsinin az sayda şirkət tərəfindən nəzarət edilməsi kimi təyin oluna bilər?

a)

Sektorun sıxlaşma dərəcəsi

b)

Sektorun böyümə nisbəti

c)

Sektordan çıxış maneələri

d)

Məhsul fərqliləşdirmə

15.

Aşağıdakılardan hansı tədarükçü­lə­rin bazar gücünün olduğunu göstərir?

a)

qiymətləri artırma

b)

keyfiyyəti yaxşılaşdırma

c)

qiymətləri azaltma

d)

gəlirləri çoxaltma