wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Cinayət hüququ - 1

Total questions: 50

Worksheet time: 13hrs 30mins

Name
Class
Date
1.

Cinayət törətməkdən könüllü imtina etmə

a)

cinayətə hazırlıq və başa çatmış cinayət mərhələsində mümkündür

b)

bitməmiş cəhd və başa çatmış cinayət mərhələsində mümkündür

c)

cinayətə hazırlıq və bitməmiş cəhd mərhələsində mümkündür

d)

bitmiş cəhd mərhələsində mümkündür

2.

Cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin

a)

üçdə birindən çox ola bilməz

b)

dörddə üçündən çox ola bilməz

c)

üçdə ikisindən çox ola bilməz

d)

yarısından çox ola bilməz

3.

Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin

a)

üçdə ikisindən çox ola bilməz

b)

yarısından çox ola bilməz

c)

dörddə üçündən çox ola bilməz

d)

üçdə birindən çox ola bilməz

4.

Cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə

a)

azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmir

b)

ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir

c)

müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir

d)

islah işləri növündə cəza təyin edilmir

5.

Qabaqcadan əlbir olmayan (razılaşmadan) bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur

a)

mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur

b)

cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayət hesab olunur

c)

qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur

d)

iki və ya daha çox icraçının cinayətin başlanğıcı və ya törədilmə prosesində  birgə iştirakı ilə törədilən cinayət hesab olunur

6.

Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur

a)

birgə icraçılıqla və ya rol bölqüsü ilə, amma ən azı iki icraçı olmaqla törədildikdə

b)

rol bölqüsü ilə bir icraçı olmaqla törədildikdə

c)

yalnız bir icraçı tərəfindən törədildikdə

d)

yalnız bir təşkilatçı və bir köməkçi tərəfindən törədildikdə

7.

Mürəkkəb iştirakçılığa görə tövsif (rol bölgüsü ilə bir icraçını nəzərdə tutan iştirakçılıq) yalnız 

a)

mütəşəkkil dəstə tərəfindən törədilmiş əlamət ilə aparılır

b)

əsas tərkib ilə aparılır

c)

qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş əlamət ilə aparılır

d)

qabaqcadan əlbir olmayan bir qrup şəxs tərəfindən törədilmiş əlamət ilə aparılır

8.

Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət

a)

qabaqcadan əlbir olmayan (razılaşmadan) bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur

b)

cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayət hesab olunur

c)

qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur

d)

mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur

9.

Ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədi ilə sabit mütəşəkkil cinayətkar qrupun yaradılması və ya eyni məqsədlərlə iki və ya daha çox mütəşəkkil cinayətkar qrupun sabit birliyi

a)

mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur

b)

cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayət hesab olunur

c)

qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur

d)

qabaqcadan əlbir olmayan (razılaşmadan) bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur

10.

Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə

a)

AR CM-in 28-ci maddəsinə istinad edilməklə, CM-in Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər

b)

AR CM-in 29-cu maddəsinə istinad edilməklə, CM-in Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər

c)

AR CM-in 32-ci maddəsinə istinad edilmədən, CM-in Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər

d)

AR CM-in 32-ci maddəsinə istinad edilməklə, CM-in Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər

11.

Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla

a)

AR CM-in 29-cu maddəsinə istinad edilməklə, CM-in Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər

b)

AR CM-in 28-ci maddəsinə istinad edilməklə, CM-in Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər

c)

AR CM-in 32-ci maddəsinə istinad edilməməklə CM-in Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər

d)

AR CM-in 32-ci maddəsinə istinad edilməklə CM-in Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər

12.

İcraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessinə görə

a)

yalnız cinayətin təşkilatçısı cinayət məsuliyyətinə cəlb edilə bilməz

b)

cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməzlər

c)

yalnız cinayətin təhrikçisi cinayət məsuliyyətinə cəlb edilə bilməz

d)

yalnız cinayətin köməkçisi cinayət məsuliyyətinə cəlb edilə bilməz

13.

İcraçının ekstsessinin növləri

a)

sadə və təhlükəli

b)

ümumi və xüsusi

c)

təhlükəli və xüsusilə təhlükəli

d)

kəmiyyət və keyfiyyət

14.

Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə əgər məcmuya daxil olan cinayətlər böyük ictimai təhlükə törətməyən cinayətlər olarsa  

a)

iyirmi ildən artıq ola bilməz

b)

beş ildən artıq ola bilməz

c)

üç ildən artıq ola bilməz

d)

on iki ildən artıq ola bilməz

15.

Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə əgər məcmuya daxil olan cinayətlər az ağır cinayətlər olarsa

a)

on ildən artıq ola bilməz

b)

üç ildən artıq ola bilməz

c)

iyirmi ildən artıq ola bilməz

d)

 on iki ildən artıq ola bilməz

16.

Cinayətlərin məcmusuna  ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti 

a)

iyirmi beş ildən çox ola bilməz 

b)

otuz ildən çox ola bilməz

c)

iyirmi ildən çox ola bilməz 

d)

on beş ildən çox ola bilməz 

17.

Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə

a)

tamamilə toplamaq yolu ilə qəti cəza təyin edilir

b)

az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir

c)

qismən toplamaq yolu ilə qəti cəza təyin edilir

d)

tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir

18.

Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi

a)

həmin cəza növü üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində müəyyən edilmiş aşağı həddindən az ola bilməz

b)

həmin cəza növü üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddindən çox ola bilər

c)

həmin cəza növü üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddindən çox ola bilməz

d)

həmin cəza növü üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində müəyyən edilmiş aşağı həddindən az ola bilər

19.

Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir

a)

bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır

b)

bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmır

c)

bu halda yalnız ikinci hökmə əsasən cəza təyin edilir

d)

bu halda birinci hökmə əsasən şəxs çəkilməmiş cəza hissəsindən azad edilir

20.

Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə

a)

intizam xarakterli hərbi hissədə saxlamanın iki günü bərabər tutulur

b)

intizam xarakterli hərbi hissədə saxlamanın bir günü bərabər tutulur

c)

intizam xarakterli hərbi hissədə saxlamanın üç günü bərabər tutulur

d)

intizam xarakterli hərbi hissədə saxlamanın dörd günü bərabər tutulur

21.

Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə

a)

azadlığın məhdudlaşdırılmasının bir günü bərabər tutulur

b)

azadlığın məhdudlaşdırılmasının beş günü bərabər tutulur

c)

azadlığın məhdudlaşdırılmasının dörd günü bərabər tutulur

d)

azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur

22.

Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə

a)

islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın üç günü bərabər tutulur

b)

islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın altı günü bərabər tutulur

c)

islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulur

d)

islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın iki günü bərabər tutulur

23.

Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə

a)

ictimai işlərin səkkiz saatı bərabər tutulur 

b)

ictimai işlərin altı saatı bərabər tutulur

c)

ictimai işlərin on iki saatı bərabər tutulur

d)

ictimai işlərin dörd saatı bərabər tutulur

24.

Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar

a)

tamamilə toplanır

b)

qismən toplanır

c)

müstəqil icra olunur

d)

az ciddi cəza daha ciddi cəza ilə əhatə edilir

25.

Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə

a)

islah işlərinin bir günü bərabər tutulur

b)

islah işlərinin iki günü bərabər tutulur

c)

islah işlərinin üç günü bərabər tutulur

d)

islah işlərinin beş günü bərabər tutulur

26.

Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə

a)

ictimai işlərin üç saatı bərabər tutulur

b)

ictimai işlərin bir saatı bərabər tutulur

c)

ictimai işlərin iki saatı bərabər tutulur

d)

ictimai işlərin dörd saatı bərabər tutulur

27.

Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən islah işlərinin bir gününə

a)

ictimai işlərin dörd saatı bərabər tutulur

b)

ictimai işlərin on iki saatı bərabər tutulur

c)

ictimai işlərin iki saatı bərabər tutulur

d)

ictimai işlərin altı saatı bərabər tutulur

28.

Hansı cavabda residivə görə cəza təyin etmə qaydaları dəqiq göstərilmişdir 

a)

sadə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət  Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz

b)

təhlükəli residivə görə üçdə ikisindən az ola bilməz

c)

sadə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət  Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz

d)

təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz

29.

Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona

a)

başa çatmayan cinayətə görə cəza təyin edilir

b)

residivə görə cəza təyin edilir

c)

cinayətlərin məcmusu üzrə cəza təyin edilir

d)

hökmlərin məcmusu üzrə cəza təyin edilir

30.

Əgər şəxs birinci hökmə əsasən cəzadan tam azad edilmişdirsə (ağır cinayətə görə) və məhkumluğun axımı zamanı (1 il keçdikdən sonra) yeni cinayət törətmişdirsə (xüsusilə ağır cinayət) cəza necə təyin edilir

a)

şəxsə hökmlərin məcmusu üzrə və residivə görə cəza təyin edilir

b)

şəxsə residivə görə cəza təyin edilir

c)

şəxsə hökmlərin məcmusu üzrə cəza təyin edilir

d)

şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilir

31.

Əgər törədilmiş cinayət həm başa çatmamışdırsa, həm də residiv əlamətlərinə malikdirsə, o zaman cəza necə təyin edilməlidir

a)

əvvəl AR CM-in 65.2-ci sonra isə AR CM-in 63.2-ci və ya 63.3-cü maddələrinə əsasən cəza təyin edilir

b)

yalnız AR CM-in 65.2-ci maddəsinə əsasən cəza təyin edilir

c)

əvvəl AR CM-in 63.2-ci və ya 63.3-cü sonra isə AR CM-in 65.2-ci maddələrinə əsasən cəza təyin edilir

d)

yalnız AR CM-in 63.2-ci və ya 63.3-cü maddələrinə əsasən cəza təyin edilir

32.

Hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti 

a)

iyirmi beş ildən çox ola bilməz

b)

otuz ildən çox ola bilməz

c)

iyirmi ildən çox ola bilməz

d)

on ildən çox ola bilməz

33.

Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti daha dəqiq hansı cavabda göstərilmişdir

a)

məhkəmə tərəfindən təyin edilmiş yekun cəzaya ümumiyyətlə hesablanmır

b)

azadlıqdan məhrum etmə müddətinə intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır

c)

azadlıqdan məhrum etmə müddətinə intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır

d)

azadlıqdan məhrum etmə müddətinə islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır

34.

Cinayət törətməyə görə məhkum olunmuş şəxs kimdir

a)

məhkumluğu ödənilmiş şəxs məhkum olunmuş şəxs hesab edilir

b)

məhkumluğu götürülmüş şəxs məhkum olunmuş şəxs hesab edilir

c)

məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkum olunmuş şəxs hesab edilir

d)

məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun ödənildiyi və ya götürüldüyü günə qədər məhkum olunmuş şəxs hesab edilir

35.

Əgər şəxs məhkəmə tərəfindən təyin edilən ağır cinayətə görə 8 il azadlıqdan məhrum etmə cəza ilə bağlı cəzasının 4 ilini çəkdikdən sonra bir aydan sonra yeni bir xüsusilə ağır cinayət törədərsə, həmin şəxsə cəza hansı hallar nəzərə alınmaqla təyin edilməlidir

a)

hökmlərin məcmusu üzrə və cinayətlərin residivinə görə cəza təyin edilməlidir

b)

hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir

c)

cinayətlərin residivinə görə cəza təyin edilməlidir

d)

cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir

36.

Hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi hansı hüquqi faktı tələb edir

a)

cinayət törətmiş şəxs barəsində ittiham hökmünə əsasən cəzanın tam olaraq çəkilməsini

b)

cinayət törətmiş şəxs barəsində ümumiyyətlə ittiham hökmünün olmamasını

c)

cinayət törətmiş şəxs barəsində ittiham hökmünə əsasən cəzanın çəkilməmiş hissəsinin qalmasını

d)

cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsini

37.

Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya

a)

əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini yalnız tamamilə birləşdirir

b)

əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini yalnız qismən birləşdirir

c)

əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir

d)

əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini ümumiyyətlə birləşdirmir

38.

Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən

a)

iyirmi ildən çox olmamalıdır

b)

bərabər olmalıdır

c)

az olmalıdır

d)

çox olmalıdır

39.

Cinayət törətməkdə təqsirli bilinən şəxsə, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla

a)

Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdən aşağı cəza təyin edilir

b)

Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir

c)

Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə iki əsas cəza növü təyin edilir

d)

Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə yalnız əlavə cəza təyin edilir

40.

Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki

a)

cinayət törətmiş şəxs hadisə yerindən qaçıb gizlənir

b)

cinayət törətmiş şəxsin iki məhkumluğu var

c)

az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir

d)

cinayət törətmiş şəxsin üç məhkumluğu var

41.

Cəza təyin edilərkən nəzərə alınır

a)

törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi

b)

təqsirkarın şəxsiyyəti

c)

törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar

d)

törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri

42.

Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə

a)

AR CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər

b)

AR CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər

c)

AR CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər

d)

AR CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər

43.

Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilərkən müstəsna hal hesab edilə bilər

a)

cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu

b)

cəzanı yüngülləşdirən ayrı-ayrı hallar

c)

cəzanı yüngülləşdirən halların məcmusu

d)

cəzanı ağırlaşdıran ayrı-ayrı hallar

44.

Oğurluq (AR CM-in 177.3.2-ci maddəsi) nəticəsində vurulan hansı həcmli ziyan külli miqdar hesab edilir

a)

beş min manatdan yuxarı olan məbləğ

b)

on min manatdan  yuxarı olan məbləğ

c)

əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ

d)

beş  yüz min manatdan yuxarı olan məbləğ

45.

Oğurluq (AR CM-in 177.4-cü maddəsi) nəticəsində vurulan hansı həcmli ziyan xüsusilə külli miqdar hesab edilir

a)

səkkiz min manatdan yuxarı olan məbləğ

b)

on min manatdan  yuxarı olan məbləğ

c)

yeddi  yüz min manatdan yuxarı olan məbləğ

d)

beş yüz min manatdan yuxarı olan məbləğ

46.

Fərarilik cinayət tərkibi

a)

davam edən cinayətdir

b)

sadə cinayətdir

c)

uzanan cinayətdir

d)

mürəkkəb cinayətdir

47.

Quliyev Əli qonşusu olan Səmədov Fikrəti şəxsi münasibətlər zəminində öldürmək qərarına gəlir və axşam saat 22:05 radələrində “Vinçester” markalı ov silahı ilə Fikrətə atəş açır və düşünür ki, Səmədov Fikrəti öldürüb.

Lakin, hava qaranlıq olduğundan Quliyev Əli səhvən Səmədov Fikrəti deyil, onun qardaşı – Səmədov Hikməti öldürmüşdür. Hər iki qardaş Səmədov Fikrətin idarə etdiyi nəqliyyat vasitəsində olmuşlar – Fikrət maşından düşüb evin həyətinə keçdikdən sonra qardaşı Hikmət parkinq etmək məqsədilə sükan arxasına keçib oturur ki, maşını dayanacağa aparsın və bu zaman Quliyev Əli qaranlıq olduğundan Hikməti Fikrət bilərək ona istiqamətdə silahdan atəş açır və Hikməti öldürür.

       Quliyev Əlinin əməlini tövsif edin.   

a)

AR CM-in 29 və 120.1-ci maddəsi ilə - (Qəsdən adam öldürməyə cəhd) Səmədov Fikrətə münasibətdə və 120.1-ci maddəsi ilə (Qəsdən adam öldürmə) - başa çatmış cinayət Səmədov Hikmətə münasibətdə

b)

AR CM-in 29 və 120.1-ci maddəsi ilə - (Qəsdən adam öldürməyə cəhd) - başa çatmamış cinayət

c)

AR CM-in 29 və 120.1-ci maddəsi ilə - (Qəsdən adam öldürməyə cəhd) Səmədov Fikrətə münasibətdə və AR CM-in 124–cü maddəsi ilə  - (Ehtiyatsızlıqdan adanm öldürmə) - başa çatmış cinayət Səmədov Hikmətə münasibətdə

d)

AR CM-in 120.1-ci maddəsi ilə - (Qəsdən adam öldürmə) - başa çatmış cinayət

48.

Tibb bacısı Əliyeva xəstə Bağırovaya damara brom preparatı əvəzinə ampulada olan yazıya baxmadan dikain adlı preparatı sistem şəklində qoşmuşdur. Xəstə Bağırova özünü çox pis hiss edərək, onda qıcolma tutması vəziyyəti baş vermişdir. Tibb bacısı Əliyeva Bağırovanı bu kritik vəziyyətdən çıxarmaq üçün nə qədər tədbirlər həyata keçirsə də onu bu vəziyyətdən çıxara bilməmiş və xəstə Bağırova bir neçə dəqiqədən sonra ölmüşdür.  

Tibb bacısı Əliyevanın əməlini tövsif edin.

a)

AR CM-in 120.2.9-cu maddəsi ilə (Təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə)

b)

AR CM-in 126.3-cü maddəsi ilə ( Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda)

c)

AR CM-in 124-cü maddəsi ilə (Ehtiyatsızlıqdan adam öldürmə)

d)

AR CM-in 120.1-ci maddəsi ilə (Qəsdən adam öldürmə)

49.

Əmirov, toydan iki ay əvvəl Qəribova soyadlı nişanlısı ilə münasibətdə olur, lakin ona məlum olandan sonra ki, nişanlısı ona artıq xəyanət edib, Əmirov Qəribovaya “artıq səninlə yolumuzu davam etdirə bilmərik” deyərək toydan imtina edir. Bu hadisədən dərhal sonra, Qəribova evə gələrək özünü eyvandan ataraq ölür.

Əmirovun əməlini tövsif edin.

a)

cinayət məsuliyyəti yoxdur

b)

özünü öldürmə həddinə çatdırma (AR CM-in 125-ci maddəsi)

c)

təhqir (AR CM-in 148-ci maddəsi)

d)

özünü öldürmə həddinə çatdırma və təhqir (AR CM-in 125-ci və 148-ci maddələri)

50.

Məhərrəmov Anar gizli olaraq “N” saylı hərbi hissəyə qanunsuz daxil olmuş və  silahla dolu olan bir qutunu götürərək əldə etmişdir. 

Lakin, qutunun içində silan deyil, hərbçilərin hərbi geyimi olmuşdur – (hərbi çəkmələr).

Məhərrəmov Anarın cinayətkar niyyəti silahın əldə edilməsinə yönəlsə də, faktiki olaraq hərbi geyim oğurlanaraq əldə edilmişdir.

Məhərrəmov Anarın əməlini tövsif edin.

a)

AR CM-in 177.1-ci maddəsi ilə (Sadə oğurluq)

b)

AR CM-in 177.2.3-cü maddəsi ilə (Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə)

c)

AR CM-in 29 və 232.1-ci maddələri ilə (Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etməyə cəhd)

d)

AR CM-in 232.1-ci maddəsi ilə (Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə)