Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Nargiz Aliyeva

Total questions: 9

Worksheet time: 5mins

Name
Class
Date
1.

Asosial amillər :

a)

    ailədə zorakılıq, aqressivlik, hədsiz qısqanclıq, ərin və arvadın sədaqətsizliyi, xəsislik, xarakter müazinətsizliyi (çılğınlıq), tələbat və maraqların toqquşması, hökmranlıq iddiası, fərdiyyətçilik, şübhəlilik, ailədə mənfi emosional mühit və s.

b)

   ailənin və ya onun bir üzvünün qeyri-sağlam həyat tərzi sürməsi

c)

   işsizlik, həyat səviyyəsinin yoxsulluq həddindən aşağı olması, əmək haqqının azlığı, ailənin maddi durumu ilə bağlı problemlər

d)

mənəvi dəyərlərdə, dünyagörüşü məsələlərində, uşaqların tərbiyəsinə münasibətdə əks mövqelər, ər və arvadın bir-birini yenidən tərbiyə etmək və xasiyyətini dəyişdirmək cəhdi və s.

e)

   xroniki zöhrəvi və infeksiyalı xəstəliklər, psixi pozuntular və s.

2.

  Boşanmanın uşaqlar üçün yaratdığı nəticələr arasında deyil :

a)

    Boşanmadan dərhal sonra onları uşaq evlərinə yerləşdirirlər

b)

     Uşaqlar boşanmanı ürək ağrısı ilə qarşılayırlar.

c)

    Həyatda onlara əziz olan adamlardan birini itirmək onlar üçün faciədir.

d)

   Ailədəki münaqişələrin iştirakçısı olan uşaq mənəvi-psixoloji sarsıntı keçirir, onun həyata, insanlara və özünə qarşı təsəvvürləri və münasibəti dəyişir, sosial fəallığı zəifləyir, çox vaxt həyatdan küskün olur, hər şeyə biganə yanaşır.

e)

     Boşanma zamanı valideynlərin hər biri uşağı öz tərəfinə çəkməyə, digər valideyni gözdən salmağa və alçaltmağa çalışırlar.

3.

         Melanxolik tip -  :

a)

    qaradinməz, təmkinli, ədalətli, sakit, ağır davranışlı, az ünsiyyətli

b)

   qüvvətli, ünsiyyətli, coşğun, çılğın, emosional, inadkar, bəzən aqressiv, müvazinətsiz, hövsələ

c)

    sakit, zəif, qapalı, səbrli, kədərli, düşüncəli, həssas, pessimist, yüksək yaddaş

d)

     qüvvətli və müvazinətli, canlı, zirək, diribaş, fəal və təşəbbüskar işgüzar, tələskən, şəraitə tez alışan, emosional, yaddaşları bir qədər zəif

e)

    təvazökar,utancaq,duyğusal, amma bir az da səbirsiz və inadkar

4.

  Ailə tərbiyəsinin prinsiplərindən deyildir :

a)

   Hörmət və tələbkarlıq prinsipi

b)

    Uşaqların yaş, cinsi və psixoloji xüsusiyyətlərinin nəzərə alınması prinsipi.

c)

    Ailə münasibətlərində nikbinlik prinsipi.

d)

    Uşaqların hamısını bərabərhüquqlu görmək və ailənin həyat fəaliyyətinə onları cəlb etmək prinsipi.

e)

     Kütləvi yanaşma prinsipi

5.

  Ailə münasibətlərində nikbinlik prinsipi  :

a)

   Valideynlər öv övladlarına həmişə yaxşı nəzərlərlə baxmalı, övladlarının işlərinə şübhə ilə baxmamalıdır. Valideynlər uşaqlarını ruhlandırmalı, həvəsləndirməli, onlara inam göstərməlidirlər.

b)

     Valideynlər uşaqlara verilən tələblərdə ardıcıl olmalı, onların yerinə yetirilməsinə nəzarət etməlidirlər.

c)

    Ailədə tərbiyə vasitələri seçərkən uşağın fərdi xüsusiyyətlərini nəzərə almaq lazım gəlir. Fərdi tərbiyə təklikdə tərbiyə etməyi nəzərdə tutur, fərdi yanaşma isə uşağın fərdi xüsusiyyətlərini nəzərə almağı tələb edir.

d)

   Valideynlər övladları arasında ayrıseçkilik etməməli, birini, o birindən üstün görməməli, birini tərif edib, o birini məzəmmət etməməli, hamısına eyni münasibət, eyni rəftar göstərməlidir.

e)

   Ailədə tərbiyə işləri müəyyən sistem və ardıcıllıqla aparılmalıdır.

6.

    Psixoloji amillər :

a)

     ailədə zorakılıq, aqressivlik, hədsiz qısqanclıq, ərin və arvadın sədaqətsizliyi, xəsislik, xarakter müazinətsizliyi (çılğınlıq), tələbat və maraqların toqquşması, hökmranlıq iddiası, fərdiyyətçilik, şübhəlilik, ailədə mənfi emosional mühit və s.

b)

  xroniki zöhrəvi və infeksiyalı xəstəliklər, psixi pozuntular və s.

c)

    mənəvi dəyərlərdə, dünyagörüşü məsələlərində, uşaqların tərbiyəsinə münasibətdə əks mövqelər, ər və arvadın bir-birini yenidən tərbiyə etmək və xasiyyətini dəyişdirmək cəhdi və s.

d)

    ailənin və ya onun bir üzvünün qeyri-sağlam həyat tərzi sürməsi

e)

     işsizlik, həyat səviyyəsinin yoxsulluq həddindən aşağı olması, əmək haqqının azlığı, ailənin maddi durumu ilə bağlı problemlər və s.

7.

   Ailə münaqişələrinin növlərindən biri olan “Gərginlik”yə xas deyildir :

a)

   münaqişələr tənzimlənmədikdə ailədəki gərginliklər artmağa başlayır.

b)

    səbəblər ailədə hamıya bəlli-aşkar olur, lakin müəyyən vaxta qədər ört-basdır edilir.

c)

   tənzimlənməyən münaqişələri doğuran səbəblər yığıldıqca neqativ emosiyalara, əsəb gərginliklərinı səbəb olur.

d)

  aqressivliyə dəhliz açılır və nəticədə ailə üzvləri arasında əlaqə-kontakt itir.

e)

     ailədəki böhranlı vəziyyət əksər hallarda ailənin dağılmasına səbəb olan kriteriyalardandır

8.

     “ Ər və arvaıdn qanunvericiliklə müəyyən edilən qarşılıqlı məsuliyyətin anlaşılmaması, ailənin müqəddəsliyinin qorunmaması (ər-arvad) borcu və yaxud valideynlərin uşaqları qarşısında vəzifəsi lazımi qaydada yerinə yetirilmir, bu öz növbəsində ailənin dağılmasına aparan bir səbəbdir.”ifadəsi aşagıdakılardan hansına aiddir :

a)

   Sosial izolyasiya

b)

    Gərginlik

c)

     Xüsusi münaqişələr

d)

     Böhran

e)

   Əlaqələrin yoxluğu

9.

        “ Bəzən tərəflər-qohumlar arasında söhbət etməyə və təmasda olmağa mövzu tapılmır, bir-birilərinə şübhə ilə yanaşırlar, qarşılıqlı etibar və inam tədricən yox olur. Yumor hissinə heç bir ehtiyac qalmır.” İfadəsi aşağıdakılardan hansına aiddir :

a)

   Bir-birlərinə qarşı neqativ münasibət

b)

Nifrətin yaranması və büruzə verilməsi

c)

   Sosial izolyasiya

d)

     “Şəxsi ərazinin” qeyri-dəqiq sərhədi:

e)

   Əlaqələrin yoxluğu