wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Firmalar, bazarlar və rəqabət. Mövzu 14-15 FL.

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

Sahədə olan firmaların sayı sabit xərclərin (F) və dəyişən (c) xərclərin nə cür funksiyasıdır?

a)

tərs mütənasib

b)

düz mütənasib

c)

trigonometrik

d)

logorifmik

e)

törəmə

2.

Sahədəki firmaların U-şəkilli orta xərclər əyrisi nəyi ifadə edir?

a)

istehsal miqdarı effektini

b)

qiymət effektini

c)

təmərküzləşmə effektini

d)

rəqabət effektini

e)

miqyas effektini

3.

Orta xərclərin son hədd xərclərinə nisbəti (AC/MC) kimi müəyyən olunan əmsal necə adlanır?

a)

Lerner əmsalı

b)

xərc əmsalı

c)

gəlir əmsalı

d)

miqyasdan qənaət əmsalı

e)

minimum səmərəli ölçü əmsalı

4.

Bazara giriş xərcləri çox yüksək olduğundan yeni firmanın bazara daxil olması təhlükəsinin son dərəcə aşağı olduğu situasiya belə adlandırılır:

a)

bloklanmamış giriş

b)

girişin mümkünsüzlüyü

c)

bloklanmış giriş

d)

birtərəfli giriş

e)

təbii inhisar

5.

Əgər AC/MC nisbəti vahiddən (1-dən) böyükdürsə, yəni orta xərclər son hədd xərclərindən çoxdursa:

a)

onda miqyasın mənfi effekti mövcud olur

b)

onda miqyasın müsbət effekti mövcud olur

c)

onda miqyasın sabit effekti mövcud olur

d)

onda miqyasın dəyişən (gah müsbət, gah mənfi) effekti mövcud olur

e)

onda miqyasın heç bir effekti mövcud olmur

6.

Əgər bazara giriş xərcləri endogen xarakterli olarsa, onda:

a)

firmaların sayının bazarın miqyasındakı dəyişikliklərə həssaslığı daha az olur

b)

firmaların sayının bazarın miqyasındakı dəyişikliklərə həssaslığı daha çox olur

c)

firmaların sayı ilə bazarın miqyasındakı dəyişikliklər arasında hər-hansı əlaqə ümumiyyətlə olmur

d)

firmaların sayının bazarın miqyasındakı dəyişikliklərə həssaslığı çox böyük olur

e)

firmaların sayının bazarın miqyasındakı dəyişikliklərə həssaslığı sabit olur

7.

Yırtıcı qiymətqoyma strategiyası o zaman uğurlu olur ki:

a)

onu tətbiq edən firmanın maliyyə problemləri var və borclanmaya ehtiyacı var, digər firma(lar) isə maliyyə sıxıntısı yoxdur

b)

sahədəki bütün firmalar maliyyə sıxıntısı durumundadır və borclanmaya ehtiyacları var

c)

onu tətbiq edən firmanın maliyyə problemləri yoxdur, digər firma(lar) isə maliyyə sıxıntısı durumundadır və borclanmaya ehtiyacı var

d)

sahədəki bütün firmaların maliyyə durumu yaxşıdır və heç bir problemi yoxdur

e)

bazar sahədəki firmalar arasında bərabər bölünmüş olsun

8.

Əldəetmə dedikdə bu başa düşülür:

a)

şirkətin başqa bir və ya bir neçə təsərrüfat subyektini alıb özünə birləşdirməsi

b)

2 və çox sayda bərabərhüquqlu şirkətin birləşərək yeni təsərrüfat subyektinin (şirkətin) yaranması

c)

qiymətin və istehsal həcminin təyin edilməsi yaxud bazarın bölüçdürülməsi üzrə firmalar arasında olan xüsusi sövdələşmə

d)

şirkət üzərində nəzarəti əldə etmək məqsədiylə həyata keçirilən və şirkətin nizamnamə kapitalının 30 faizindən çoxunun əldə edilməsi yolu ilə baş verən sövdələşmə

e)

eyni mal və xidmətləri təklif edən 2 və daha çox rəqib şirkətin bir şirkət formasında könüllü birləşməsi

9.

Sadalanan bazara giriş maneələrindən hansıları giriş xərcləri ilə əlaqədardır? 1) sahədə olan firmaların sayı; 2) miqyas effekti; 3) minimum səmərəli ölçü; 4) ilk daxilolmanın üstünlüyü (təlim effekti); 5) eyni sahədə bir neçə texnologiyanın olması; 6) məhsul çeşidinin çoxaldılması; 7) müvafiq fəaliyyətin lisenziyalaşdırılması xərcləri

a)

1, 4, 5 və 6

b)

1, 4 və 7

c)

4, 5 və 6

d)

3, 5 və 7

e)

2, 3 və 7

10.

Yeni firmanın bazara daxilolmasının qarşısını almaq üçün yetkin firma istehsal həcmini inhisar səviyyəsindən yüksək təyin etməklə öz mənfəətinin müəyyən bir hissəsini qurban verir. Bu halda onun imtina etdiyi mənfəət miqdarı (yəni onun zərəri):

a)

yeni firmanın bazara buraxacağı halda onun (yetkin firmanın) üzləşə biləcəyi zərər qədərdir

b)

yeni firmanın bazara buraxacağı halda onun (yetkin firmanın) üzləşə biləcəyi zərərdən azdır

c)

yeni firmanın bazara buraxacağı halda onun (yetkin firmanın) üzləşə biləcəyi zərərdən çoxdur

d)

yeni firmanın bazara buraxacağı halda onun (yetkin firmanın) əldə edə biləcəyi mənfəətdən çoxdur

e)

yeni firmanın bazara buraxacağı halda onun (yetkin firmanın) əldə edə biləcəyi mənfəət qədərdir