NEW
Font size
WorksheetsLast Battle 6
Total questions: 25
Worksheet time: 13mins
Üfüqi fərqliləşdirmə:
oxşar zövqləri, lakin fərqli imkanları təmin etmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur
fərqli zövqləri, lakin bir-birinə yaxın imkanları təmin etmək üçün əmtəənin istehlak xarakteristikalarının fərqliləşdirilməsini nəzərdə tutur
sahə bazarında olan bütün növ tələbləri eyni zamanda və eyni məkanda ödəmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur
bazarın məkan fərqliləşdirilməsini (yəni firmanın yerləşmə yerinin fərqliləşdirilməsini) nəzərdə tutur
müxtəlif sahə bazarlarında olan həm oxşar, həm də fərqli zövqləri təmin etmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur
Şaquli fərqliləşdirmə:
fərqli zövqləri, lakin bir-birinə yaxın imkanları təmin etmək üçün əmtəənin istehlak xarakteristikalarının fərqliləşdirilməsini nəzərdə tutur
oxşar zövqləri, lakin fərqli imkanları təmin etmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur
sahə bazarında olan bütün növ tələbləri eyni zamanda və eyni məkanda ödəmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur
bazarın məkan fərqliləşdirilməsini (yəni firmanın yerləşmə yerinin fərqliləşdirilməsini) nəzərdə tutur
müxtəlif sahə bazarlarında olan həm oxşar, həm də fərqli zövqləri təmin etmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur
Məhsulun fərqliləşdirilməsinin növləri hansılardır?
şaquli fərqliləşdirmə və paralel fərqliləşdirmə
şaquli fərqliləşdirmə və üfüqi fərqliləşdirilmə
zahiri fərqliləşdirmə və daxili fərqliləşdirmə
forma fərqliləşdirməsi və quruluş fərqliləşdirməsi
qismən fərqliləşdirmə və tam fərqliləşdirmə
İnhisarçı rəqabət bazarında qısamüddətli dövrdə firmalar yüksək mənfəətlə üzləşdikləri zaman qiymət (p):
orta ümumi xərclərdən (ATC) aşağı olur
orta ümumi xərclərdən (ATC) yuxarı olur
inhisar səviyyədə olur
son hədd (marjinal) xərclərə bərabər olur
inhisar səviyyədən yuxarı olur
Təkmil rəqabət bazar modelində uzunmüddətli tarazlıq halında qiymət:
uzunmüddətli orta xərclər maksimumuna bərabər olur
uzunmüddətli orta xərclər minimumuna bərabər olur
uzunmüddətli orta xərclərlə son hədd xərclərin arasında olur
son hədd xərclərə bərabər olur
uzunmüddətli orta xərclərin orta göstəricisinə bərabər olur
İnhisarçı rəqabət bazarı modelinin əlamətlərindən hansı yanlış verilib
satıcı və alıcı sayının çox olması
bazara giriş-çıxış maneələrinin əhəmiyyətli səviyyədə olması
məlumat (informasiya) açıqlığı
resurslara əlçatanlığın nisbətən bərabərliyi
fərqliləşdirilmiş məhsullar
Bu bazarlardan hansını inhisarçı rəqabət bazarlarına aid etmək olmaz?
filmlər bazarı
mobil rabitə xidmətləri bazarı
kompüter oyunları bazarı
sərinləşdirici içkilər bazarı
bədii ədəbiyyat bazarı
Təkmil rəqabət bazarında tələb əyrisi:
şaqulidir (qiymət xəttinə paralel)
üfüqidir (buraxılış miqdarı xəttinə paralel)
yuxarıya doğru meyllidir
təklif əyrisi ilə eyni istiqamətlidir
aşağıya doğru meyllidir
“Asimmetrik şoklar” modeli göstərir ki:
asimmetrik firmalarla müqayisədə, oxşar firmalara əlbirliyi (sövdələşməni) qoruyub saxlamaq daha asandır
sövdələşmə “etibarlı” (problemsiz) firmalar arasında mümkündür, “etibarsız” (problemli) firmalar arasında isə yox
tələbdə olan kəskin dəyişiklikləri müşahidə etmək mümkün olmadıqda firmalar qiymət savaşlarına cəlb olunurlar
rəqabət aparan firmaların sayının az olduğu bazarlarda sövdələşmə əldə etmək daha asandır
kiçik tələb dövründən sonra gələn yüksək tələb dövründə firmalar qiymət savaşına cəlb olunurlar
“Qiymətin gizlin aşağı salınması” modeli göstərir ki:
kiçik tələb dövründən sonra gələn yüksək tələb dövründə firmalar qiymət savaşına cəlb olunurlar
tələbdə olan kəskin dəyişiklikləri müşahidə etmək mümkün olmadıqda firmalar qiymət savaşlarına cəlb olunurlar
rəqabət aparan firmaların sayının az olduğu bazarlarda sövdələşmə əldə etmək daha asandır
asimmetrik firmalarla müqayisədə, oxşar firmalara əlbirliyi (sövdələşməni) saxlamaq daha asandır
əlbirlik (sövdələşmə) “etibarlı” (problemsiz) firmalar arasında mümkündür, “etibarsız” (problemli) firmalar arasında isə yox
Bir neçə bazarda bir-biri ilə rəqabət aparan firmalar arasında:
sövdələşməyə nail olmaq çətindir
sövdələşməni qoruyub saxlamaq daha asandır
bir-biri ilə sövdələşməyə meylli olmurlar
etimadsızlıq daha güclü olur və sövdələşmə heç cür alınmır
sövdələşməni qoruyub saxlamaq daha çətindir
Asimmetrik şoklar modelinə əsasən oliqopol bazarlarda sövdələşmələr:
iştirakçı firmaların əksəriyyəti “etibarlı” (problemsiz), az hissəsi “etibarsız” olduqda mümkündür
“etibarlı” (problemlər yaşamayan) firmalar arasında mümkündür
kartel sazişinin könüllü iştirakçıları arasında mümkündür
bazar payları eyni olan firmalar arasında mümkündür
“etibarsız” (problemlər yaşayan) firmalar arasında mümkündür
Qiymət savaşı dedikdə nə başa düşülür?
kartel üzvü olan firmaların razılaşdırılmış şəkildə qiyməti müəyyən dövrlərdə müxtəlif istiqamətlərdə dəyişmələri
kartel üzvü firmalardan birinin qiyməti gizlin şəkildə aşağı salmasına cavab olaraq digər firmaların qiyməti daha aşağı salması və belə qiymət rəqabətinin bir neçə dövrdə davam etməsi
kartel üzvü firmalardan birinin qiyməti gizlin şəkildə aşağı salmasına cavab olaraq digər firmaların onu qiyməti razılaşdırılmış səviyyəyə qaytarmasına məcbur etməsi
kartel üzvü firmalardan birinin qiyməti gizlin şəkildə aşağı salmasına cavab olaraq digər firmaların da qiyməti həmin səviyyəyə salması
eyni sahə bazarında kartel üzvü olan firmalarla karteldən kənarda qalan firmalar arasında olan qiymət rəqabəti
Kooperativ davranışlı oliqopol bazarlar üçün daha geniş yayılmış tarazlıq belədir:
Bertran tarazlığı
qiymət savaşları sonsuz davam edir
qısamüddətli dövrdəki xüsusi sövdələşmələr
xüsusi sövdələşmələr və qiymət savaşları mərhələləri bir-birini əvəz edir
Kurno tarazlığı
Kartelin siyasətinin müəyyən edilməsi zamanı iştirakçı firmalar arasında ortaya çıxan fikir ayrılıqları bununla bağlı ola bilər:
mənfəətin bölüşdürülməsi
qiymətin səviyyəsi
mülkiyyət bölgüsü
firmanın gələcək inkişafı istiqamətləri
firmanın idarə edilməsi
Kartel sazişləri:
bazar mexanizmlərinin fəaliyyət imkanlarını genişləndirir
sahə bazarını inhisarçılığa məruz qoyur
firmaların fəaliyyətinin səmərəliliyini artırır
ictimai tələbin daha dolğun ödənilməsini təmin edir
sahə bazarlarında rəqabəti gücləndirir
Müqayisəli statikada:
bazarın 2 tarazlıq halı müqayisə olunur və bütün dəyişənlərdə baş verən dəyişikliklər öyrənilir
bazarın 2 tarazlıq halı müqayisə olunur və dəyişənlərdən birində baş verən dəyişikliyin digər dəyişənlərə necə təsir etməsi proqnozlaşdırılır
konkret tarazlıq halında bazarın quruluşu öyrənilir
bazarın bir tarazlıq halından başqasına aparan dinamik dəyişiklik trayektoriyası tapılır
bazarın tarazlıq halında dəyişənlər arasında olan münasibət aşkara çıxarılır
Simmetrik oliqopoliya şəraitində son hədd xərcləri artdığı halda:
qiymət dəyişmir, hər iki firmanın istehsal miqdarı isə eyni qədər azalır
qiymət artır, hər iki firmanın istehsal miqdarı isə eyni qədər azalır
qiymət artır, buna uyğun olaraq hər iki firmanın istehsal miqdarı eyni qədər artır
qiymət artır, firmaların istehsal miqdarları isə birində artır, digərində isə eyni qədər azalır
qiymət artır, hər iki firmanın istehsal miqdarı isə dəyişməz qalır
Kurno və Bertran modellərinin nəticələri arasındakı əsas ziddiyyət bununla bağlıdır:
duopoliya şəraitində istehsal həcminin hansı səviyyədə qərarlaşması
duopoliya şəraitində qiymətin hansı səviyyədə qərarlaşması
duopoliya şəraitində istehlakçıların tələbinin ödənilməsi səviyyəsi
duopoliya şəraitində firmaların üzləşdiyi tələb əyrisi
duopoliya şəraitində son hədd xərclərinin hansı səviyyədə qərarlaşması
Bertran paradoksunun təməlində bu dayanır:
bu modeldə hər bir oliqopolist firma azalan qalıq tələb əyrisi ilə qarşılaşır
bu modeldə hər bir oliqopolist firma rəqibinin qiyməti üzrə mükəmməl elastikliyə malik tələb əyrisi ilə üzləşir
bu modeldə hər bir oliqopolist firma rəqibinin istehsal həcmi üzrə elastikliyə malik tələb əyrisi ilə üzləşir
bu modeldə hər bir oliqopolist firma sağa doğru yer dəyişən tələb əyrisi ilə qarşılaşır
bu modeldə hər bir oliqopolist firma qiymət üzrə tələbin çarpaz elastikliyi ilə üzləşir
Bu modellərin hansında statik tarazlıq nəzərdə tutulmur:
Forhaymer modelində
Bertran modelində
Ecuort modelində
Ştakelberq modelində
Kurno modelində
Bertran modelinin şərtlərindən hansı biri səhv verilib?
bazarda yekcins məhsullar istehsal edən 2 firma fəaliyyət göstərir və onların hər biri mənfəətini maksimumlaşdırmağa çalışır
firmalar sövdələşmələrə gedirlər (kooperativ oyun modelidir)
firmaların son hədd xərcləri bərabər və sabitdir
firmalar xətti tələb funksiyası ilə üzləşirlər
firmalar sövdələşmələrə getmirlər (qeyri-kooperativ oyun modelidir)
Bu sahələrin hansında bertran modelinə üstünlük verilə bilər?
sement bazarı
proqram təminatı bazarı
polad bazarı
buğda bazarı
avtomobil bazarı
Bu modellərdən hansı oliqopoliyanın qiymət modelidir?
Çemberlen modeli
Ecuort modeli
Ştakelberq modeli
Porterin rəqabət modeli
Kurno rəqabət modeli
Ştakelberq modelinin əlamətləri hansılardır? -- 1) Miqdar modelidir; 2) Qiymət modelidir; 3) Simmetrik oliqopoliya modelidir; 4) Asimmetrik oliqopoliya modelidir; 5) Statik modeldir; 6) Dinamik modeldir
2, 3 və 5
1, 3 və 5
1, 4 və 6
2, 4 və 6
1, 4 və 5
