NEW
Font size
WorksheetsLast Battle 8
Total questions: 25
Worksheet time: 13mins
Xalis inhisar bazarı üçün aşağıdakı düstürlardan hansl doğrudur?
P=MR=MC
P>MR=MC
P=MR˂MC
P=MC˂MR
P˂MR=MC
Herfindal-Hirşman İndeksi necə hesablanır?
bazardakı bütün firmaların bazar payı toplanılır
bazardakı bütün firmaların (hər birinin) bazar payının kvadratları toplanır
bazardakı n sayda aparıcı firmanın bazar payları toplanılıb kvadrata yüksəldilir
bazardakı bütün firmaların bazar payları toplanılıb kvadrata yüksəldilir
bazardakı n sayda aparıcı firmanın bazar payının kvadratları toplanır
n-firma təmərküzləşmə əmsalı (CRn) nəyi göstərir?
bazarda olan və daha az bazar payına malik n sayda firmanın birgə bazar payını
bazarda olan n sayda aparıcı (yəni daha çox bazar payına malik) firmanın birgə bazar payını
bazarda olan n sayda aparıcı firmanın bazar paylarının kvadratları cəmini
bazarda olan bütün firmaların bazar paylarının kvadratları cəmini
bazarda olan istənilən n sayda firmanın birgə bazar payını
Lerner indeksinin qiymətinin 1-ə yaxınlaşması nəyi göstərir?
firmanın orta bazar gücünə malik olmasını və bazarda inhisarlaşmanın orta səviyyədə olmasını
firmanın yüksək bazar gücünə malik olmasını və bazarda inhisarlaşmanın yüksək olmasını
firmanın bazar gücünə malik olmamasını və bazarda təmərküzləşmənin olmamasını
sahə bazarında təkmil rəqabətin olmasını
firmanın aşağı bazar gücünə malik olmasını və bazarda təmərküzləşmənin aşağı səviyyədə olmasını
Oiymət üzrə tələbin çarpaz elastikliyi göstərir ki:
hər-hansı bir mala olan tələb yalnız onun öz qiymətindən asılı olaraq dəyişir
hər-hansı bir mala olan tələb həmin malın özünün qiyməti ilə yanaşı həm də başqa malların qiymətindən asılı olaraq dəyişilə bilər
hər-hansı bir malın təklifi həmin malın istehsal texnologiyasından və xərclərindən asılı olaraq dəyişilə bilər
hər-hansı bir mala olan tələb həmin malın özünün qiyməti ilə yanaşı həm də onun istehsalına cəlb edilən resursların qiymətindən asılı olaraq dəyişilə bilər
hər-hansı bir mala olan tələb həmin malın istehsal xərcləri ilə yanaşı həm də başqa malların xərclərindən asılı olaraq dəyişilə bilər
Sahə bazarının əmtəə sərhədləri nəyi əks etdirir?
istehsalda resurslaırn bir-birini tamamlamaq qabiliyyətini
eyni resurslardan istifadə edilməklə istehsal oluna bilən əmtəələrin siyahısını
istehlakda malların bir-birini əvəz etmək qabiliyyətini
sahədə istehsal olunan malların çeşid müxtəlifliyini
istehsalda malların bir-birini əvəz etmək qabiliyyətini
Bazar gücü nədir?
firmanın öz məhsulunun qiymətini ümumi orta xərclərdən yüksək təyin edə bilmə qabiliyyətidir
firmanın öz məhsulunun qiymətini son hədd xərclərdən yüksək təyin edə bilmə qabiliyyətidir
firmanın bazara çıxardığı malların çeşid müxtəlifliyidir
firmanın öz məhsulunun qiymətini son hədd xərclərə bərabər səviyyədə təyin edə bilmə qabiliyyətidir
firmanın öz məhsulunu mənfəətli bir şəkildə sata bilməsidir
Hər bir sahə bazarının neçə ölçüsü (sərhədi) ola bilər?
sahə bazarının ölçüsü olmur
2
3
4
5
Firmanın şaquli ölçülərinin böyüməsi (inteqrasiyası) hansı həddədək davam edə bilər?
istehsalın son hədd gəlirləri son hədd xərclərinə bərabər olanadək
firmanın üfüqi sərhədləri ilə şaquli sərhədləri eyniləşənədək
firma daxilində növbəti əlavə bir transaksiyanın təşkili xərci oxşar transaksiyanın bazar qaydasında həyata keçirilməsi xərcindən çox aşağı olanadək
firma daxilində növbəti əlavə bir transaksiyanın təşkili xərci oxşar transaksiyanın bazar qaydasında həyata keçirilməsi xərcindən yüksək olanadək
firma daxilində növbəti əlavə bir transaksiyanın təşkili xərci oxşar transaksiyanın bazar qaydasında həyata keçirilməsi xərcinə bərabər olanadək
Müxtəlifliyin müsbət effekti nə zaman baş verə bilər?
ayrı-ayrı məhsulların bir firmada (birgə) istehsalının xərcləri bu məhsulların hər birinin ayrılıqda istehsalı xərclərinə bərabər olsun
istehsal amillərinin həcminin artması ilə müqayisədə məhsul buraxılışı miqdarı daha sürətlə artmış olsun
ayrı-ayrı məhsulların bir firmada (birgə) istehsalının xərcləri onların hər birinin ayrı-ayrı istehsalı zamanı baş verən xərclərə (cəm halında) bərabər olsun
ayrı-ayrı məhsulların bir firmada (birgə) istehsalının xərcləri onların hər birinin ayrı-ayrı istehsalı zamanı baş verən xərclərlə müqayisədə (cəm halında) daha çox olsun
ayrı-ayrı məhsulların bir firmada (birgə) istehsalının xərcləri onların hər birinin ayrı-ayrı istehsalı zamanı baş verən xərclərlə (cəm halında) müqayisədə daha kiçik olsun
Miqyasın mənfi effekti nədir?
həm istehsal amillərinin miqdarının, həm də məhsul buraxılışı həcmlərinin bazar miqyasından asılı olmayaraq dəyişməməsidir
istehsal amillərinin miqdarının artmasına rəğmən məhsul buraxılışı həcminin azalmasıdır
istehsal amillərinin həcminin artması ilə müqayisədə məhsul buraxılışı miqdarının daha sürətlə artmasıdır
istehsal amillərinin miqyaslarının dəyişilməsi zamanı buna uyğun sabit verimliyin müşahidə olunmasıdır
istehsal amillərinin həcminin artması ilə müqayisədə istehsalın (məhsul buraxılışının) daha az həcmlərdə artmasıdır
Müxtəliflik effekti nədir?
firmanın istehsal xərclərinin strukturunun istehsal texnologiyasından asılılığıdır
firmanın istehsal etdiyi məhsul çeşidinin artmasının istehsal xərclərinin müxtəlifliyinə təsiridir
firmanın istehsal xərclərinin müxtəlifliyinin məhsul buraxılışı həcminə təsiridir
firmanın istehsal etdiyi məhsul həcminin artmasının istehsal xərclərinin səviyyəsinə təsiridir
firmanın istehsal etdiyi məhsul çeşidinin artmasının istehsal xərclərinin səviyyəsinə təsiridir
Aşağıdakı xərc qruplaırndan hansı ex ante xərclərə aid edilmir?
Danışıqların aparılması xərcləri
Opportunizmin izlənilməsi və qarşısının alınması xərcləri
Tərəfdaşların inandırılması xərcləri
İnformasiyanın axtarışı xərcləri
Ölçmə xərcləri
İstehsal funksiyası nəyi təsvir edir?
istehlak xərcləri ilə məhsul buraxılışının miqdarı arasındakı əlaqəni
istehsal xərcləri ilə iqtisadi resursların sərfi miqdarı arasındakı əlaqəni
istehsal xərcləri ilə transaksiya xərcləri arasındakı əlaqəni
istehsal xərcləri ilə məhsulun satış qiyməti arasındakı əlaqəni
istehsal xərcləri ilə məhsul buraxılışının miqdarı arasındakı əlaqəni
Kobb-Duqlas istehsal funksiyasının ümumi şəkli belədir?
Y = f (K, L)
Y = A x K x L x Tr
Q = min{aK, bL}
Q = f(F1, F2, …, Fn)
Y = A x Kα x Lβ
Yaranma xarakterinə (təbiətinə) görə firmanın xərcləri belə təsnifləşdirilir:
texnoloji xərclər, istehsal xərcləri və satış xərcləri
istehsal (transformasiya) xərcləri və transaksiya xərcləri
mühasibat xərcləri və iqtisadi xərclər
istehsal xərcləri, idarəetmə xərcləri və ümumi xərclər
daxili xərclər və xarici xərclər
Aşağıdakı əlamətlərdən hansı korporativ idarəetmənin Almaniya modelinə aid deyil?
bu modeldə 3 pilləli idarəetmə sistemi mövcuddur: i) Ümumi yığıncaq; ii) Müşahidə Şurası (Direktorlar Şurası) və iii) icra orqanı
bu model dualizm (ikililik) prinsipinə söykənir: təsərrüfat cəmiyyətlərində (şirkətlərdə) təşkilati-sərəncamverici və nəzarət funksiyalarını ayrı-ayrı orqanlar həyata keçirir
bu modeldə şirkətin fəaliyyətində maraqları olan bütün tərəflər (səhmdarlar, menecerlər, heyət, banklar və s.) qərarların qəbulu proseslərində iştirak etmək hüququna malikdir
bu modeldə ikipilləli idarəetmə mövcuddur: i) Ümumi yığıncaq və ii) Direktorlar Şurası
bu modeldə korporativ idarəetmə üzərində fond bazarlarının nəzarəti yox dərəcəsindədir
Korporativ idarəetmə ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlışdır?
bu, şirkətin menecerlərini səhmdarlaırn maraqlarına uyğun fəaliyyətə sövq etdirən qayda və stimullaşdırın sistemidir
bu, maraqları şirkətin fəaliyyəti ilə bağlı olan bütün iqtisadi subyektər arasında təşkilati-iqtisadi, hüquqi və idarəetmə münasibətlərinin sistemidir
bu, səhmdarların hüquqlarının həyata keçirilməsi məqsədi ilə təsərrüfat cəmiyyətinin idarə edilməsi ilə bağlı yaranan prosesləri, onları tənzimləyən normaları, habelə bu proseslərin iştirakçıları olan strukturları və şəxsləri nəzərdə tutur
bu, şirkətin səhmdarlarını menecerlərin maraqlarına uyğun fəaliyyətə sövq etdirən qayda və stimullar sistemidir
bu, biznesin şəffaf və effektiv idarə olunması üçün nəzərdə tutulmuş qaydalar sistemidir
Bir şəxs neçə firmada tam ortaq ola bilər?
yalnız birində
buna məhdudiyyət yoxdur
ikisində
heç birində
üçündə
Ortqalıq və cəmiyyətlərin təşkilini fərqləndirən əsas əlamət hansıdır?
firmanın uçot və hesabat sisteminin qurulması
firmanın yaradılmasında iştirak edənlər arasında təsis müqaviləsinin olması
təsisçilərdən (iştirakçılardan) ən azı birinin məhdud məsuliyyətli iştirakçı olması
firmanın mənfəətinin bölünməsi şərtləri
ortaqlıqda təsisçilərdən (iştirakçılardan) ən azı birinin tam məsuliyyətli içtirakçı olması
Subsidiar məsuliyyət nədir?
sahibkar öhdəliklərinə görə yalnız firmanın əmlakı ilə (firmada ona məxsus payla) cavabdehlik daşıyır
bu halda sahibkarın üzərinə götürdüyü öhdəliklər qarşı tərəflərlə birlikdə yenidən müzakirə olunur və müqavilə şərtlərinə dəyişikliklər edilir
bu halda sahibkar öhdəliklərinə görə firmadakı payı ilə yox, onun firmadan kənarda malik olduğu əmlakı ilə məsuliyyət daşıyır
firmanı birgə quran iştirakçılardan hər hansı biri (və ya bir neçəsi) öz öhdəliyini yerinə yetirə bilmədikdə, məsuliyyətin yerinə yetirilməyən hissəsi müəyyən edilmiş qaydada digər iştirakçıların üzərinə keçir
firmanın öhdəliklərinə görə məsuliyyət firmanın əmlakına yox, sahibkarın bütün digər əmlakına yönəldilir
Təsərrüfat ortaqlıqlarının növləri hansılardır?
təsərrüfat ortaqlığı və kommandit ortaqlıq
tam ortaqlıq və kommandit ortaqlıq
tam ortaqlıq və natamam ortaqlıq
qapalı tipli ortaqlıq və açıq tipli ortaqlıq
təsərrüfat ortaqlığı və təsərrüfat cəmiyyəti
Hüquqi şəxsin növləri hansılardır?
təsərrüfat cəmiyyətləri və təsəüürfat ortaqlıqları
kommersiya hüquqi şəxsləri; publik hüquqi şəxslər; qeyri-publik hüquqi şəxslər
fərdi firmalar, ortaqlıqlar və cəmiyyətlər
tam ortaqlıqlar, kommandit ortaqlıqlar, məhdud məsuliyyətli cəmiyyətlər və səhmdar cəmiyyətləri
kommersiya hüquqi şəxsləri; qeyri-kommersiya hüquqi şəxsləri; publik hüquqi şəxslər
Sahibkarın əmlak məsuliyyətinin növləri hansılardır?
ümumi məsuliyyət, fərdi məsuliyyət və birgə məsuliyyət
tam məsuliyyət, məhdud məsuliyyət və subsidiar məsuliyyət
xüsusi məsuliyyət, ümumi məsuliyyət və qismən məsuliyyət
bütöv məsuliyyət, fərdi məsuliyyət və qismən məsuliyyət
tam məsuliyyət, fərdi məsuliyyət və birgə məsuliyyə
Bunlardan biri tədarükçülərin bazar gücünü müəyyən edən amil deyil:
tədarükçülərin və tədarük olunan malların sayı
tədarükçü firmanın maliyyə durumu
başqa tədarükçüyə keçidin məsrəfləri
malgöndərənlər üçün zəruri olan minimum tədarük həcmi
tədarük xərcləri
