Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Mörtərizəlilər 200-250

Total questions: 14

Worksheet time: 7mins

Name
Class
Date
1.

Firmanın prinsipal-agent modelinə əsasən agentin opportunist davranışları nədən meydana çıxır?

a)

prinsipal agentin fəaliyyətini tam təşkil etmək qabiliyyətinə malik olmamasından

b)

prinsipal agentin bütün hərəkətlərinə nəzarət etmək qabiliyyətinə və tam informasiyaya malik olmamasından

c)

prinsipalla agent arasında meydana çıxan maraqlar konfliktindən və agentin məsuliyyətsiz davranışlarından

d)

prinsipal agentin bütün hərəkətlərinə nəzarət etmək qabiliyyətinə və tam informasiyaya malik olmasından

e)

prinsipal agentdən yuxarı səviyyədə olduğundan onun maraqlarının agentin maraqlarından daha geniş olması ilə əlaqədar

2.

Bu modeldə firma formal institut (təşkilat) kimi, bazar isə qeyri-formal institut kimi qəbul olunur.

a)

C.Gelbreytin korporasiya konsepsiyası

b)

firmanın şəbəkə modeli

c)

firmanın təkamül nəzəriyyəsi

d)

firmanın kontrakt modeli

e)

firmanın “qara qutu” modeli

3.

Dinamik səmərəlilik tələb edir ki:

a)

zaman keçdikcə əmtəələr və istehsal texnologiyası təkmilləşdirilsin

b)

istehsal həcmi optimal kəmiyyətə malik olsun

c)

qarşıya qoyulan məqsədə və arzu olunan nəticələrə vaxtında nail olunsun

d)

əldə olan və əlçatan resurslardan maksimum verimlilik əldə edilsin

e)

istehsalın optimal həcmi (əlçatan texnologiyalar nəzərə alınmaqla) ən aşağı xərclərlə istehsal edilsin

4.

Aşağıdakılardan hansı firmanın fəaliyyətinin makromühit amillərinə aid deyil

a)

ölkə iqtisadiyyatının ümumi durumu

b)

biznes infrastrukturunun durumu

c)

ölkədə baş verən siyasi proseslər

d)

ölkədə hüquqi tənzimləmə sahəsində vəziyyət

e)

sahədə bazar rəqabətinin intensivlik dərəcəsi və rəqabət amilləri

5.

Yeni firmanın bazara daxilolmasının qarşısını almaq üçün yetkin firma:

a)

istehsal həcmini inhisar səviyyədən aşağı təyin edir

b)

istehsal həcmini inhisar səviyyədən yuxarı təyin edir

c)

istehsal həcmini təkmil rəqabət səviyyədə təyin edir

d)

istehsal həcmini oliqopol səviyyədə təyin edir

e)

istehsal həcmini inhisar səviyyədə təyin edir

6.

Əgər sahədə minimum səmərəli ölçü (MES) 2 dəfə böyüyərsə, onda sahədə firmaların sayı:

a)

təqribən 2-nin kvadrat kökü qədər artar

b)

dəyişməz qalar

c)

təqribən 2-nin kvadratı qədər artar

d)

təqribən 2-nin kvadrat kökü qədər azalar

e)

təqribən 2-nin kvadratı qədər azalar

7.

Əgər bazara giriş xərcləri endogen xarakterli olarsa, onda:

a)

firmaların sayının bazarın miqyasındakı dəyişikliklərə həssaslığı çox böyük olur

b)

firmaların sayının bazarın miqyasındakı dəyişikliklərə həssaslığı daha çox olur

c)

firmaların sayı ilə bazarın miqyasındakı dəyişikliklər arasında hər-hansı əlaqə ümumiyyətlə olmur

d)

firmaların sayının bazarın miqyasındakı dəyişikliklərə həssaslığı sabit olur

e)

firmaların sayının bazarın miqyasındakı dəyişikliklərə həssaslığı daha az olur

8.

Pərakəndəsatış firmaları arasında rəqabət nə qədər yüksək olarsa:

a)

topdansatış qiymətinin aşağı səviyyəsi bir o qədər yüksək olar

b)

topdansatış qiymətinin optimal səviyyəsi pərakəndəsatış qiymətindən aşağı olar

c)

topdansatış qiymətinin optimal səviyyəsi bir o qədər yüksək olar

d)

topdansatış qiyməti optimal səviyyəyə çata bilməz

e)

topdansatış qiymətinin optimal səviyyəsi bir o qədər aşağı olar

9.

İkiqat marjinallaşma problemi nədir?

a)

firmaların şaquli ayrılması halında məhsulun satış qiymətinin iki dəfə artmasıdır

b)

firmaların şaquli ayrılması halında istehsalçı firmanın marjinal (son hədd) xərclərinin ikiqat artması problemidir

c)

firmaların şaquli inteqrasiyası halında məhsulun istehsal və satış satış xərclərinin iki dəfə artmasıdır

d)

firmaların şaquli inteqrasiyası (birləşməsi) halında inhisar qiyməti ilə bağlı qərarın iki dəfə qəbul edilməsidir

e)

firmaların şaquli ayrılması halında inhisar qiyməti ilə bağlı qərarın iki dəfə qəbul edilməsidir

10.

Şaquli inteqrasiya zamanı:

a)

dəyər yaradılması zənciri prosesinin ardıcıl həlqələrini həyata keçirən firmaların ayrılması baş verir

b)

dəyər yaradılması zənciri prosesinin ardıcıl həlqələrini həyata keçirən firmaların birləşməsi baş verir

c)

dəyər yaradılması zənciri prosesinin ardıcıl həlqələrini həyata keçirən firmaların müstəqilləşməsi baş verir

d)

dəyər yaradılması zənciri ardıcıllığı üzrə müxtəlif həlqələrdəki fəaliyyətləri həyata keçirən firmalar arasında məsləhətləşmələr baş verir

e)

dəyər yaradılması zənciri prosesinin ardıcıllığına daxil olmayan firmaların birləşməsi baş verir

11.

Şaquli məhdudiyyətlər nədir?

a)

şaquli əlaqələrdə olan firmalar arasındakı uzunmüddətli sazişlərdə olan tənzimləyici şərtlərdir

b)

şaquli əlaqələrdə olan firmaların birləşməsi şərtləridir

c)

müstəqil firmalar arasındakı uzunmüddətli sazişlərdə olan tənzimləyici şərtlərdir

d)

son məhsulun satıcısı ilə alıcısı arasında olan alqı-satqı müqaviləsinin şərtləridir

e)

şaquli nteqrasiya etmiş firmalar arasındakı uzunmüddətli sazişlərdə olan tənzimləyici şərtlərdir

12.

Tələb əyrisinin reklam xərclərinə həssaslığı nə qədər çox olarsa:

a)

reklama çəkilən xərclərin nəticəsini (faydasını) hesablamaq bir o qədər çətin olar

b)

reklama çəkilən xərclərin miqdarı bir o qədər artar

c)

reklama çəkilən xərclərin son hədd gəlirləri də bir o qədər yüksək olar

d)

reklama çəkilən xərclərin məbləğini buna uyğun ixtisar etmək lazımdır

e)

reklama çəkilən xərclərin son hədd gəlirləri də bir o qədər aşağı olar

13.

Məcmu tələb sabitdirsə, reklam fəaliyyətinin yeganə nəticəsi:

a)

rəqiblər arasında qiymət savaşının başlaması olacaq

b)

rəqiblər arasında bazar paylarının dəyişilməsi olacaq

c)

reklam verən firmanın bazarı tərk etməsi olacaq

d)

istehsal xərclərinin nəticəsiz artması olacaq

e)

qiymətin marjinal xərclərdən aşağı düşməsi olacaq

14.

Merçendayzinq nədir?

a)

hüquqi cəhətdən qorunan firma adı, firma nişanı, əmtəə nümunəsi və ya onların əlaqələndirilməsidir

b)

məhsulun səmərəli pərakəndə satışının təmin edilməsinə yönəldilmiş fəaliyyətlərin məcmusudur

c)

malın istehsalçısının kimliyini nümayiş etdirən, məhsulu onun istehsalçısı ilə eyniləşdirən simvoldur

d)

bir malı (əmtəəni, xidməti) şəkilləndirən standartların tətbiq edilməsidir

e)

bir məhsulu digər oxşar məhsullardan ayıran ad, anlayış, simvol, rəng, dizayn və ya bunların müxtəlif kombinasiyasıdır