wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Biok 2

Total questions: 92

Worksheet time: 2hrs 32mins

Name
Class
Date
1.

Turşuluq ədədi nəyi göstərir?

a)

Tərkibində olan sərbəst yağ turşularının miqdarını

b)

Azotlu əsasların miqdarını

c)

Istiyə qarşı davamlığını

d)

Tərkibində olan qliserinin miqdarını

2.

Yağ molekulunda xırda molekullu, uçucu üzvi turşuların varlığını təyin edən keyfiyyət göstərici hansıdır?

a)

Reyxert-Meyssel ədədi

b)

emulsiyalaşdırma qabiliyyəti

c)

turşuluq ədəditurşuluq ədədi

d)

sabunlaşma ədədi

3.

Fоsfatidilхоlinlərin digər adı nədir?

a)

lesitinlər

b)

plazmalogenlər

c)

endоrfinlər

d)

enkefalinlər

4.

Aşağıdakılardan hansı emulqatоr оla bilər?

a)

zülal

b)

qlükоza

c)

хоlesterid

d)

piy turşusu

5.

Sabunlaşma reaksiyasına daхil оlmayan maddə hansıdır?

a)

хоlesterin

b)

triasilqliserid

c)

mоnоasilqliserid

d)

хоlesterid

6.

Qanqliozidlərə aid deyil:

a)

qələvi xassəlidirlər

b)

membran reseptorlarının xassələrini göstərirlər

c)

hüceyrə membranlarına daxildirlər

d)

beynin boz maddəsinin hüceyrələrində toplanır

7.

Fosfatidilxolinlərin hidrolizindən alınan məhsulları göstərin.

a)

qliserin+piy turşuları+ H3PO4 +xolin

b)

fosfatid turşusu+ H3PO4+xolin

c)

qliserin+piy turşuları

d)

sfinqozin spirti+yağ turşusu+sadə şəkər

8.

Stearin (I) , linоl (II) , linоlen (III) turşularının tərkibində оlan ikiqat rabitələrin sayı: I II III

a)

0 2 3

b)

1 2 1

c)

1 2 3

d)

1 1 2

9.

Yоd ədədinə görə kərə yağı (I) , bitki yağı (II) və balıq yağı (III) arasında оlan dоğru münasibəti göstərin.

a)

1 < 2 < 3

b)

1 = 2 < 3

c)

1 = 2 = 3

d)

1 > 2 > 3

10.

Kefalinlərin hidrolizindən alınan məhsulların doğru sırasını göstərin

a)

qliserin, doymuş və doymamış piy turşuları, H3PO4, etanolamin

b)

qliserin, olein və palmitin turşuları, fosfat turşusu, inozit

c)

qliserin, alifatik turşular, fosfat turşusu, dimetilaminetanol

d)

qliserin, üzvi turşular, H3PO4, xolin

11.

Lesitinlərin hidrolizindən alınan maddələrin doğru sırasını göstərin.

a)

qliserin, doymuş və doymamış piy turşuları, H3PO4, xolin

b)

qliserin, üzvi turşular, etanolamin, H3PO4

c)

qliserin, üzvi turşular, etanolamin, H2SO4

d)

qliserol, alifatik turşular, H3PO4, monosaxarid

12.

Serebrozidlərin tərkibinə daxil olan maddələrin doğru sırasını göstərin.

a)

sfinqozin, liqnotserin turşusu, fosfat turşusu, kolamin

b)

sfinqozin spirti, serebron turşusu, qalaktoza, sulfat turşusu

c)

sfinqozin spirti, alifatik turşu, riboza, sulfat turşusu

d)

sfinqozin, liqnotserin turşusu, fosfat turşusu, sulfat turşusu

13.

Ekzogen qida yağlarının bağırsaqlardan toxumalara daşınmasını təmin edən lipoproteini göstərin

a)

xilomikronlar

b)

çox aşağı sıxlıqlı lipoproteinlər (ÇASLP)

c)

yüksək sıxlıqlı lipoproteinlər (YSLP)

d)

aşağı sıxlıqlı lipoproteinlər (ASLP)

14.

Hansı birləşmə məhlulda neytral mühit yaradır?

a)

CH3-NH2CH-COOH

b)

COOH-CH2-CH2-NH2CH-COOH

c)

CH3-CH2-COOH

d)

CH3-COOH

15.

Zülal hissəcikləri molekullarının formalarına görə neçə yerə bölünür?

a)

2

b)

1

c)

7

d)

5

16.

Zülallar konfiqurasiya və strukturuna görə neçə quruluşda olurlar?

a)

4

b)

5

c)

6

d)

7

17.

Göstərilən maddələrdən hansının sulu məhlulu lakmusun rəngini dəyişmir?

a)

aminsirkə turşusu

b)

sirkə turşusu

c)

dimetilamin

d)

metilamin

18.

Aminturşular üçün hansı ifadə səhvdir?

a)

bir-biri ilə reaksiyaya daxil olaraq mürəkkəb efir əmələ gətirir

b)

bir-biri ilə reaksiyaya daxil olaraq peptid rabitəsi əmələ gətirir

c)

kristallik maddə olub, suda həll olur

d)

qələvilərlə və turşularla reaksiyaya daxil olur

19.

α – aminpropion turşusu üçün hansı ifadə doğrudur? I. polikondensləşmə reaksiyasına daxil olur II. zülalların tərkibinə daxil olmur III. sulu məhlulda

qələvi reaksiya verir IV. sulu məhlulda bipolyar ion şəklində olurlar

a)

I, IV

b)

II, III, IV

c)

I, II, III

d)

II,III

20.

Hansı birləşmə xlorid turşusu ilə reaksiyaya girir?

a)

C6H5-NH2

b)

C6H5-NO2

c)

C6H6

d)

C6H5-Cl

21.

β– aminpropion turşusunun formulunu göstərin

a)

NH2-CH2-CH2-COOH

b)

NH2-CH2-COOH

c)

CH2-CH(NH2)-COOH

d)

NH2-CH2-CH2-CH2-COOH

22.

Aşağıdakılardan hansına heyvani nişasta deyilir?

a)

qlikogen

b)

pektin maddələrinə

c)

sellüloza

d)

laktoza

23.

Sellülozanın azot turşusu ilə qatı sulfat turşusunun iştirakı nəticəsində hansı birləşmə alınır

a)

mürəkkəb efir

b)

sadə efir

c)

saxaroza

d)

qlükoza

24.

Hansı karbohidratın molekulunda 4 hidroksil qrupu vardır?

a)

riboza

b)

fruktoza

c)

nişasta

d)

saxaroza

25.

Qlükozanın hansı növ qıcqırmasından bəsit maddə alın I. süd turşusu II.yağ turşusu III.spirt ır?

a)

yalnız II

b)

II, I

c)

I, III

d)

II, III

26.

Qlükoza molekulunda aldehid qrupunun varlığını aşağıdakı maddələrdən hansı ilə təyin etmək olar?

a)

Ag2O

b)

HNO3

c)

Ca(OH)2

d)

KMnO4

27.

Hansı maddə karbohidratlara aid deyildir?

a)

süd turşusu

b)

dezoksiriboza

c)

nişasta

d)

sellüloza

28.

Sellüloza hansı monosaxariddən əmələ gəlmişdir?

a)

β-qlükoza

b)

α və β -qlükoza

c)

α-qlükoza

d)

fruktoza

29.

Biotin hansı zülallarla kompleks birləşmə halında toxumalara daşınır?

a)

albumin

b)

aktin

c)

miozin

d)

hemoglobin

30.

Hansı orqanda betta-karotin A vitamininə çevrilir?

a)

bağırsaq və qaraciyərdə

b)

beyində

c)

dalaqda

d)

öd kisəsində

31.

Fol turşusunun bioloji əhəmiyyətini göstərin.

a)

DNT-nın sintezində əsas amillərdən biridir

b)

DNT-nın sintezində əlavə amillərdən biridir

c)

A vitaminin sintezində əsas amillərdən biridir

d)

Zülalların sintezində əsas amillərdən biridir

32.

Orqanizmdə suda həll olan vitaminlər hansı funksiyanı daşıyırlar?

a)

koferment

b)

struktur

c)

dağıdıcı

d)

energetik

33.

Bağırsaq mikroflorasında sintez olunan vitaminləri göstərin.

a)

B12, A

b)

C, PP

c)

K, H

d)

C, B6

34.

Mühitdə hansı maddələrin qatılığının azalması proteazaların kataliz etdikləri reaksiyanın sürətini artırır?

a)

аminturşuların

b)

piy turşularının

c)

öd turşularının

d)

mеtаl ionlarının

35.

pH-ın hansı qiymətində ağız suyu amilazası maksimum fəallığa malik olur?

a)

6,8 -7,0

b)

1,2 - 2,5

c)

4,5 - 5,0

d)

2,8 - 4,2

36.

Qlükoza üçün hansı ifadələr doğrudur? I. Reduksiya olunur. II. Suda həll olmur. III. Hidrolizə uğrayır. IV. Aldehid-spirtdir

a)

I, IV

b)

I, III

c)

II, IV

d)

I, II

37.

H2CO3 maddəsinin sintezini sürətləndirən və onlarda yığılan karbon qazının daşınmasına yardım göstərən ferment hansıdır?

a)

Karboanhidraza

b)

Amilaza

c)

Liaza

d)

Lipaza

38.

Dezoksiribozanın tsiklik quruluşunda neçə hidroksil qrupu vardır?

a)

3

b)

4

c)

5

d)

6

39.

Ribozanın tsiklik quruluşunda neçə hidroksil qrupu vardır?

a)

4

b)

5

c)

2

d)

6

40.

Hansı maddə Cn(H2O)m formuluna uyğun deyildir?

a)

dezoksiriboza

b)

saxaroza

c)

nişasta

d)

fruktoza

41.

Qlükozanın reduksiyasından hansı maddə alınır?

a)

altı atomlu spirt

b)

süd turşusu

c)

yağ turşusu

d)

qlükon turşusu

42.

Sellülozanın sirkə turşusu ilə təsirindən hansı tip birləşmə alınır?

a)

mürəkkəb efir

b)

monosaxarid

c)

sadə efir

d)

polisaxarid

43.

Saxarozanın hidrolizi zamanı 1 mol qlükoza və 1 mol fruktoza alınır. Bu sübut edir ki, saxaroza

a)

disaxariddir

b)

aromatik spirtdir

c)

monosaxariddir

d)

polisaxariddir

44.

Sellüloza makromolekulunun elementar zəncirində neçə hidroksil qrupu vardır?

a)

3

b)

1

c)

2

d)

6

45.

Hansı karbohidrat hidrolizə uğrayır? I. fruktoza II. nişasta III. saxaroza IV. qlükoza

a)

II, III

b)

I, IV

c)

II, IV

d)

I, III

46.

Qlükozanın hansı növ qıcqırmasından qaz halında maddə alınır (n.ş.)? I.süd turşusu II.yağ turşusu III.spirt

a)

II, III

b)

yalnız II

c)

yalnız III

d)

l, lll

47.

Hansı maddənin hidrolizindən alınan məhsul gümüş güzgü reaksiyası vermir?

a)

yağ

b)

saxaroza

c)

sellüloza

d)

nişasta

48.

Tərkibində 3 hidroksil qrupu olan karbohidratı göstərin.

a)

dezoksiriboza

b)

nişasta

c)

fruktoza

d)

saxaroza

49.

Qlükozanın tərkibində 5 hidroksil qrupu olmasını hansı maddə ilə sübut etmək olar?

a)

CH3COOH

b)

CH3OH

c)

Ag2O

d)

Cu(OH)2

50.

Qlükoza üçün hansı ifadə səhvdir?

a)

yalnız tsiklik quruluşa malikdir

b)

Cu(OH)2 ilə reaksiyaya girir

c)

hidrogenlə reduksiya olunaraq altı atomlu spirt əmələ gətirir

d)

gümüş güzgü reaksiyasını verir

51.

Hansı birləşmənin tərkibində daha çox hidroksil qrupu vardır?

a)

nişasta

b)

qliserin

c)

qlükoza

d)

fruktoza

52.

Hansı xassə bütün monosaxaridlərə aid deyildir?

a)

“gümüş güzgü” reaksiyasını verirlər

b)

kristallaşırlar

c)

suda yaxşı həll olurlar

d)

çox atomlu spirtlərin xassələrini göstərirlər

53.

Saxarid qruplarının sayına görə karbohidratların daxil olduğu qrupları tapın. 1.nişasta 2.qlükoza 3.fruktoza 4.saxaroza 5.sellüloza Monosaxaridlər

Disaxaridlər Polisaxaridlər

a)

2, 3; 4; 1, 5

b)

2 3, 5 1, 4

c)

1 4, 5 2, 3

d)

2, 3 5 1, 4

54.

Qalaktozanın neçə optik izomeri vardır?

a)

16

b)

1

c)

2

d)

3

55.

Qamış şəkəri əsaslarla reaksiyaya girib hansı maddəni əmələ gətirir?

a)

saxarat

b)

molibdat

c)

qlükon turşusu

d)

sorbit

56.

Hansı maddə səməni şəkəridir?

a)

Maltoza

b)

Qlükoza

c)

Laktoza

d)

Fruktoza

57.

Ağız suyunun amilazasına qeyd etdiyimiz maddələrdən hansı aiddir?

a)

α-amilaza

b)

α, β, γ-amilaza

c)

α və γ-amilaza;

d)

γ-amilaza;

58.

Homopolisaxaridlərə aid olan polisaxaridləri göstərin.

a)

sellüloza, nişasta

b)

nişasta, heparin

c)

heparin, sellüloza

d)

nişasta, hialuron tutşusu

59.

Heteropolisaxaridlərə aid olan polisaxaridləri göstərin.

a)

heparin, hialuron turşusu

b)

hialuron turşusu, sellüloza

c)

nişasta, heparin

d)

sellüloza, heparin

60.

Tərkibi amiloza və amilopektindən ibarət olan karbohidrat hansıdır?

a)

Nişasta

b)

Saxaroza

c)

Qalaktoza

d)

Sellüloza

61.

Qida əlavələrinin əsas funksional siniflərindən biri olan konservantlar hansı məqsədi daşıyırlar?

a)

Mikroorqanizmlər tərəfindən məhsulun korlanmasının qarşısnı alır

b)

Qida məhsulunun üz hissəsinə çəkilərək ona xüsusi rəng verirlər

c)

Qida məhsulunun təbii dadını nizamlayırlar

d)

Qida məhsulunun turşuluğunu artırır və turş dad verir

62.

Köməkçi materialın qida əlavələrindən fərqi nədir?

a)

Köməkçi materiallar qida inqrediyenti deyil, qidanın emalı zamanı texnologiyanın yaxşılaşdırılması məqsədi daşıyır və son mərhələdə qidanın tərkibində qalmır.

b)

Köməkçi materiallar - xüsusi qida şəklində istifadə olunmur.

c)

Köməkçi materiallar - təbii və sintetik maddələrdir.

d)

Köməkçi materiallar -yalnız sintetik maddələrdir.

63.

Qida əlavələrinin beynəlxalq təsnifat əsasında E500-600 kodlaşdırmasının mənası nədir?

a)

turşu nizamlayıcıları

b)

dad və aromatı artıranlar

c)

oksidləşmənin qarşısını alanlar

d)

rəngləyicilər

64.

Qida əlavələrinin əsas funksional siniflərindən biri olan şirələyicilər hansı məqsədi daşıyırlar?

a)

Qida məhsulunun üz hissəsinə çəkilərək ona xüsusi rəng verirlər

b)

Qida məhsulunun rəngini şəffaflaşdırır və artırır

c)

Şəkər məhsulu olmayıb, az miqdarda güclü dad verirlər

d)

Qida məhsulunun bircinsliyini təmin edirlər

65.

Qida əlavələri haqqındakı fikirlərdən hansı doğru deyil?

a)

Qida əlavələri - təbii və sintetik maddələr olub, xüsusi qida şəklində istifadə olunur və eləcədə qidanın tərkibində rast gəlinir.

b)

Qida əlavələri - təbii və sintetik maddələrdir

c)

Qida əlavələri - xüsusi qida şəklində istifadə olunmur.

d)

Qida əlavələri - qidanın görünüşünü, dadını və.s təmin etmək üçün qida texnologiyasının müəyyən mərhələlərində əlavə olunur

66.

Mikronutrientlərə aid olmayan hansıdır?

a)

Aminturşular

b)

vitaminlər

c)

Doymamış yağ turşuları

d)

Makro və mikroelementlər

67.

Qida liflərinin hansı fizioloji xassəyə malik deyil?

a)

öd turşularının dövranını passivləşdirir, qanda xolesterinin miqdarını artırır

b)

bağırsaqların perestatikasını nizamlayır

c)

bağırsaq mikroorqanizmlərinin inkişafını tənzimləyir, həzm olunmayan qida qalıqlarının orqanizmdən tez çıxarılmasını təmin edir

d)

orqanizmə daxil olan və ya maddələr mübadiləsi zamanı aralıq məhsullar halında toksiki təsir göstərən maddələri adsorbsiya edərək zərərsizləşdirir

68.

Hansı su ekzogen sudur?

a)

pivə, araq, çörək-bulka məmulatı istehsalında əlavə edilən su

b)

bioloji mənşəli su

c)

bitkilərdə və heyvan orqanizmində gedən mübadilə prosesində toplanan su

d)

bitkilərdə gedən mübadilə prosesində toplanan su

69.

Orqanizmdə 100 q karbohidratın oksidləşməsindən nə qədər su əmələ gəlir?

a)

56 q

b)

56 kq

c)

10 q

d)

5 q

70.

Hansı suyu qəbul edənlərin beyni və bütün orqanizmi daha yaxşı fəaliyyət göstərir?

a)

mineral maddələrlə zəngin

b)

təmizlənmiş su

c)

qaynanmış su

d)

qazlı

71.

Orqanizmdə 100 q yağın toxuma daxili oksidləşməsindən nə qədər su əmələ gəlir?

a)

107 q

b)

17

c)

20

d)

19

72.

Nəyi təyin etmək üçün koli-titr və koli-indeks müəyyən edilir?

a)

suyun çirklənməsini

b)

suyun üzvi tərkiibini

c)

suyun varlığını

d)

suyun donmasını

73.

Qida məhsullarında rast gələn hansı su əsas və yardımçı хammalın tərkibindən hazır məhsula keçən sudur?

a)

endogen su

b)

ekzogen su

c)

sərbəst su

d)

kimyəvi su

74.

Maye yağ bərk yağa hansı reaksiya nəticəsində çevrilir?

a)

Hidrogenləşmə

b)

Hidroliz

c)

Hidrogensizləşmə

d)

Sabunlaşma

75.

Yağlar üçün hansı ifadə doğrudur?

a)

Əsasən ali karbon turşuları ilə qliserinin reaksiyasından əmələ gəlirlər

b)

İrimolekullu birləşmələrdir

c)

Yalnız doymamış ali karbon turşularından əmələ gəlir

d)

Hidrolizə uğramır

76.

Orqanizmdə xolesterindən hansı bioloji aktiv maddə əmələ gəlmir?

a)

adrenalin

b)

xol turşusu

c)

D3 vitamini

d)

aldosteron

77.

Turşuları onların məhlullarının turş, neytral və qələvi olmasına görə sıralayın.

a)

Monoamindikarbon, monoaminmonokarbon, diaminmonokarbon

b)

Monoaminmonokarbon, diaminmonokarbon, diaminmonokarbon

c)

Diaminmonokarbon, monoaminmonokarbon, diaminmonokarbon

d)

Monoaminmonokarbon, monoamindikarbon, diaminmonokarbon

78.

Əgər amin qrupları aminturşuda karboksil qrupuna ən yaxın karbon atomuna birləşibsə, həmin aminturşu necə adlanır?

a)

α- aminturşu

b)

b- aminturşu

c)

L- aminturşu

d)

L(+)- aminturşu

79.

Kükürdlü aminturşuları hansı reaksiya vasitəsilə aşkar etmək olar?

a)

Fol

b)

Buret

c)

Biuret

d)

Adamkeviç

80.

Əvəz edilməyən aminturşuları göstərin. 1) Alanin 2) Lizin 3) Histidin 4) Treonin 5) Leysin

a)

2, 4, 5

b)

3, 4, 5

c)

1, 3, 5

d)

1, 4, 5

81.

Denaturasiya zamanı zülal molekulunda baş verən əsas dəyişikliklər:

a)

hidrogen rabitələrinin qırılması

b)

ion rabitələrinin möhkəmlənməsi

c)

bioloji aktivliyinin saxlanılması

d)

həllolma güclənir

82.

Zülalların ikincili quruluşu nədir?

a)

polipeptid zəncirin alfa-spirаl və betta-quruluş şəklində düzülüşüdür

b)

radikallar arasında zəif rabitələr nəticəsində yaranan fəza düzülüşüdür

c)

polipeptid zəncirində aminturşuların ardıcıllığıdır

d)

oliqomer zülalda protomerlərin xüsusi düzülüşüdür

83.

Qida məhsullarında yodun azlığı nəyə səbəb olar?

a)

qalxanvarı vəzinin funksiyalarının pozulmasına

b)

əsəb əzələlərinin qıcıqlanmasına

c)

sümük əmələ gəlməsinin pozulmasına

d)

inkişafın zəifləməsinə

84.

Orqanizmin kükürdə olan tələbatı əsasən hansı qida məhsulları ilə ödənilir?

a)

ət və balıq məhsulları

b)

süd məhsulları

c)

tərəvəzlər

d)

paxlalılar

85.

Pendirin tərkibində hansı makroelement yoxdur?

a)

Cl

b)

Ca

c)

P

d)

K

86.

Manqan birləşmələri ən az hansı qida məhsulunda olar?

a)

pendir

b)

çovdar çörəyi

c)

dərman bitkiləri

d)

çuğundur

87.

Orqanizmdə fosforun miqdarı bədən çəkisinin neçə faizini təşkil edir?

a)

1%-ni

b)

10%-ni

c)

20%-ni

d)

30%-ni

88.

Hansı funksiya natriumun orqanizmdə bioloji rolunu əks etdirmir?

a)

zülalların hidratlaşmasını və mübadiləsini çətinləşdirir

b)

karbon qazının ağciyərlərdə ayrılmasında iştirak edir

c)

orqanizmdə kalium-natrium balansı yaradaraq onun potensialını nizamlayır

d)

orqanizmdə osmos təzyiqini və məhlulun pH mühitini tənzimləyir

89.

Hansı element antistress elementi olub, orqanizmdə müsbət emosiyanın və psixoloji əhval-ruhiyənin yaxşılaşdırılmasında fəallıq göstərir?

a)

maqnezium

b)

xlor

c)

kalsium

d)

kalium

90.

Dəmirlə zəngin olan qida məhsulları hansıdır?

a)

mal əti, qaraciyər, balqabaq, kakao, noxud, yaşıl tərəvəz, qırmızı alma, əncir, üzüm və yumurta sarısı

b)

qara çörək, ağ çörək, süd, şor, pendir, kök, kələm, dəniz balığı, cay balığı, kartof, gavalı

c)

süd, şor, kartof, gavalı, dəniz balığı, çay balığı

d)

süd, şor, pendir, qatıq, kərə yağı, duru yağ

91.

Kobalt elementi hansı vitaminin tərkibində var?

a)

B12 vitamini

b)

A vitamini

c)

E vitamini

d)

C vitamini

92.

Təbii yağlar hansı qrup birləşmələrə aiddir?

a)

Efirlərə

b)

Ketonlara

c)

Turşulara

d)

Spirtlərə