wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Pathology 1.Kompensator

Total questions: 14

Worksheet time: 7mins

Name
Class
Date
1.

Displaziyalı toxumanın əsas morfoloji xüsusiyətlərini tamamlayın.

1) Differensasiyanin zəifləməsi

2) Hüceyrə atipizmi

3) – – – –

a)

Toxuma atipizmi

b)

Histoarxitektonikanin dəyişilməsi

c)

Avtonom böyümə

2.

Ürəyin ekssentrik hipertrofiyasının səbəbi:

a)

Tac damarlarının uzun müddətli spazmı ilə əlaqədar kardiomiositlərin kəskin işemiyası

b)

Ürəyin işinin həddən artıq olması və kardiomiositlərin fizioloji hipertrofiyası

c)

Ürəyin arteriollarında hialinozla əlaqədar kardiomiositlərfə parenximatoz piy distrofiyası

3.

Aşağıda qeyd edilən hipertrofiyaları onlara səbəb ola biləcək xəstəliklərlə uyğunlaıdırın:

1. Prostat vəzin adenoması

2. Yemək borusunun stenozu

3. Qastroduodenal keçəcəyin stenozu

4. Arterial hipertoniya

5. Pnevmoskleroz

a) Ürəyin sol mədəciyinin hipertrofiyası

b) Ürəyin sağ mədəciyinin hipertrofiyasi

c) Sidik kisəsinin hipertrofiyası

d) Yemək borusunun hipertrofiyası

e) Mədənin hipertrofiyası

1 2 3 4 5

a)

c d e a b

b)

c e b a d

c)

e c a b d

4.

Xərçəng kaxeksiyası zamanı ürəkdə inkişaf edir:

a)

Boz atrofiya

b)

Regenerasion hipertrofiya

c)

Reparativ regenerasiya

5.

Göstərilən patologiyaları müvafiq variantlara uyğun şəkildə qruplaşdırın:

I. Kompression atrofiya

II. Dissirkulyator atrofiya

1) Arteriolosklerotik nefroskleroz

2) Hidrosefaliyada baş beyin toxuması

3) Aterosklerotik kardioskleroz

4) Ağciyərin emfizemasında alveollararası çəpərlər

5) Hidronefroz zamanı böyrəyin parenximası

6) Bud arteriyasının aterosklerozu zamanı aşağı ətraflarda fasiləli axsaqlıq

I II

a)

1,3,6 2,4,5

b)

1,2,3 4,5,6

c)

2,4,5 1,3,6

6.

Göstərilən patologiyaları müvafiq variantlara uyğun şəkildə qruplaşdırın:

I. Metaplaziya

II. Displaziya

1) Hüceyrələrdə polimorfizm müşahidə edilmir

2) Nüvə-sitoplazma nisbəti – 1:4

3) Mitozlar izlənilir

4) Epitelin bir növü başqa növü ilə əvəz olunmuşdur

5) Epitel hüceyrələrinin bipolyarlığı pzulmuşdur

6) Nüvələr hiperxromdur

I II

a)

1,2,4 3,5,6

b)

2,4,5 1,3,6

c)

2,5,6 1,3,4

7.

Uyğunluğu təmin edin:

I. Yaranın birincili bitişmə ilə sağalması

II. Yaranın ikincili bitişmə ilə sağalması

1. Abses

2. III dərəcəli yanıq

3. Cərrahi kəsik

4. Yataq yarası

I II

a)

4 1,2,3

b)

3 1,2,4

c)

1,3 2,4

8.

Reparativ regenerasiyanın növlərini üstünlük təşkil etdiyi orqanlara görə uyğunlaşdırın:

I. Substitusiya

II. Restitusiya

1. Ürək

2. Baş beyin

3. Saya əzələlər

4. Selikli qişalar

5. Dəri

I II

a)

4,5 1,2,3

b)

1,2,5 3,4

c)

1,2 3,4,5

9.

Uyğunluğu təmin edin:

I. Hiporegenerasiya

II. Hiperregenerasiya

III. Metaplaziya

1. Keloid çapıq

2. Ekzost

3. Ossifikasiya

4. Mədədə xroniki xora

I II III

a)

4 1,2 3

b)

3 1,4 2

10.

Uyğunluğu təmin edin:

I. Atrofiya

II. Hipertrofiya

1. Prostat vəz şişləri zamanı sidik kisəsində baş verir

2. Yod defisiti zamanı qalxanvari vəzdə baş verur

3. Kortikosteroidlərlə müalicə zamanı böyrəküstü vəzdə baş verir

4. Ağır streslər zamanı timusda baş verir

I II

a)

1,2 3,4

b)

3,4 1,2

11.

Byuqner zolağı hansı toxumanın regenerasiyası zamanı rast gəlinir?

a)

mərkəzi sinir sisteminin

b)

embrional Byuqner toxumasının

c)

periferik sinir liflərinin

12.

Hansı dəyişiklik metaplaziyaya aid edilmir:

a)

infarktdan sonra miokardda kardiomiositlərin əvəzinə çapıq toxumasının əmələ gəlməsi

b)

skleroz ocağında birləşdirici toxuma hüceyrələrinin saya əzələ hiceyrələrinə çevrilməsi (karnifikasiya)

c)

ağciyərdə ilkin vərəm ocağının yerində əmələ gəlmiş Qon ocağının sümükləşməsi (ossifikasiya)

d)

bronxların selikli qişası epitelinin uzun sürən xronik iltihabi proseslərdən sonra çoxqatlı epitelə keçməsi

13.

Asagi etrafda paresteziya ve ezele zeifliyi, hemin etrafda ezele atrafiyasi askarlandi. MRT muayinesinde Onurgada bel nahiyesinde yirtiq var. ezele atrofiyasinin sebebi ?

a)

disfunksional

b)

neyrotrofik

c)

kompression

14.

bas agrilari ve davamli arterial hipertenziyasi olan xeste , anamnezinde boyrek dasi xesteliyi, muayinede hidronefroz var. sebebi ?

a)

kompression

b)

vikar

c)

isemik