Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

İsim

Total questions: 16

Worksheet time: 8mins

Name
Class
Date
1.

İsmin neçə halı var?

a)

6

b)

5

c)

4

d)

8

2.
Hansı nümunədə "bir" miqdar sayı kimi işlənmişdir?
a)
Bir dön bizim Bakıya bax..
b)
Bir dayan görüm nə deyirsən?
c)
Fərman saatda bir bazara getməli deyil.
d)
Bu tərəf razıdır, o biri tərəf yox.
e)
Bu işin icrası üçün mənə bir saatdan çox vaxt lazımdır.
3.
Say haqqında verilən fikirlərdən biri səhvdir:
a)
Sayın mənaca iki növü var.
b)
Kəsr sayları quruluşca sadə və mürəkkəb olur.
c)
Sıra sayları "hansı?" sualına cavab verə bilər.
d)
"onlarca", "yüzlərcə" sayları qeyri-müəyyən miqdar saylarıdır.
e)
müəyyən miqdar saylarına şəkilçi artırmaqla sıra sayı yaratmaq olar.
4.
Yazılış cəhətdən məntiqi ardıcıllığı tamamlayın. 1. texnaloji 2. ehtiyat 3. asvalt 4. ..........
a)
məhşur
b)
sırağagün
c)
kəhrəba
d)
panbıq
e)
gümbəz
5.
Aşağı sözlərdən hansı düzəltmə feil deyil? (qəbul sualı)
a)
bağışlamaq
b)
gözləmək
c)
bağlamaq
d)
yağlamaq
e)
duzlamaq
6.
N. Gəncəvinin "Yeddi gözəl" poemasının adı dırnaqsız yazılaraq "gözəl" sözünə -lər şəkilçisi artırılsa, bu mürəkkəb adda bütövlükdə ədəbi dilin hansı norması pozulmuş olar?
a)
leksik, qrammatik
b)
yalnız qrammatik
c)
fonetik, qrammatik
d)
yalnız fonetik
e)
fonetik, leksik
7.
"Oğlum, deməli, sən də qardaşın kimi həkim olmaq istəyirsən?" cümləsində köməkçi nitq hissələrini ardıcıllıqla göstərin.
a)
modal söz, ədat, qoşma
b)
qoşma, bağlayıcı, modal söz
c)
nida, bağlayıcı, modal söz
d)
modal söz, bağlayıcı, qoşma
e)
ədat, qoşma, nida
8.
Çoxmənalı sözü seçin. (qəbul sualı)
a)
itirmək
b)
kitabxana
c)
darvaza
d)
yeddi
e)
daraq
9.
Hansı sözdə səs və hərflərin sayı bərabərdir?
a)
neftçi
b)
təəccüb
c)
xain
d)
zəif
e)
qənaət
10.
Cümlələrin birində vergül işarəsi düzgün qoyulmamışdır:
a)
Vüsal, doğrusu, o gündən gedəndir.
b)
O, çox şeyi qəsdən yanlış deyir.
c)
Sənin ki, bu işdən xəbərin var.
d)
O, heyif ki, tez gedibdir.
e)
Qış günü qışlağı Qıraqbasanın Gözüdür aranın, cümlə-cahanın.
11.
Hansı cümlələrdə həm xitab, həm ara işlənmişdir? 1. Adətimizdir, bala, səfərə çıxanın dalınca su atarlar. 2. Demə, sənin dərdi-sərin mənimkindən də böyük imiş, qardaş. 3. Mən bilən budur ki, siz bura başqa iş üçün gəlmisiniz, oğul. 4. Arxayın ol, xala, uşaqlar, olsun ki, artıq yoldadırlar. 5. Mustafa, müxtəsər danış ki, nə olub.
a)
4,5
b)
2,4
c)
2,3
d)
1, 3, 4
e)
1, 2, 5
12.
Cümlələrin birində ümumiləşdirici söz işlənmişdir:
a)
Hər tərəf göz oxşayırdı.
b)
Hər tərəfdən gül-çiçək ətri gəlirdi.
c)
Kəndin üç tərəfi meşəlik idi.
d)
Kənd, meşə, dərə - hər tərəf ağ örpəyə bürünmüşdü.
e)
Kərim kişi bağın hər tərəfini axtardı.
13.
"Klaviatura" sözündə vurğu neçənci hecaya düşür? (qəbul sualı)
a)
1
b)
2
c)
3
d)
4
e)
5
14.
Hansı sözün yazılışı və tələffüzü fərqlənmir? (qəbul sualı)
a)
təşkil
b)
nəzakət
c)
dialoq
d)
terminologiya
e)
dialekt
15.
"Bu qəribə hadisədən artıq xeyli keçmişdi." cümləsində hansı köməkçi nitq hissəsi işlənib? (qəbul sualı)
a)
ədat
b)
modal söz
c)
qoşma
d)
bağlayıcı
e)
nida
16.
Aşağıdakı sözlərdən biri isimdən düzəlmişdir?
a)
göyərtilər
b)
qorxutmaq
c)
boyaqçılıq
d)
satqınlıq
e)
alışmaq