wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Konstitusiya 1-1

Total questions: 25

Worksheet time: 16mins

Name
Class
Date
1.

Xalqımızın təntənəli surətdə bəyan etdiyi ülvi niyyətlərə aiddir:

  1. 1. vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq

  2. 2. millətçilik və böyük dövlətçilik ideyaları ruhunda tərbiyə olunmuş yeni nəsil yetişdirmək

  3. 3. xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq

  4. 4. hakimiyyətin irsiliyini təmin edilməsinə nail olmaq

  5. 5. Konstitusiya çərçivəsində teokratik quruluşa təminat vermək

  6. 6. ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək



(a)  

2.

Azərbaycan Respublikasında dövlət hakimiyyəti hansı prinsip əsasında təşkil edilir?

a)

Hakimiyyətlərin bölünməsi

b)

Hakimiyyətin vahidliyi

c)

Hakimiyyətin seçki əsasında formalaşdırılması

d)

Hakimiyyətin birtərəfli qaydada məhdudlaşdırılması

3.

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirir:

a)

Azərbaycan Respublikasının Prezidenti

b)

Azərbaycan Respublikasının Milli Məclisi

c)

Azərbaycan Respublikasının məhkəmələri

d)

Azərbaycan Respublikasının Nazirlər Kabineti

4.

Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hansı prinsiplər əsasında qurur?

a)

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan prinsiplər əsasında

b)

Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi əsasında

c)

Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında

d)

Dövlətlərarası müqavilələr əsaında

5.

Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları hansı sənədlərə uyğun tətbiq edilir?

a)

Azərbaycan Respublikasının Konstitusiyasına

b)

Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına

c)

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə

d)

Avropa Şurasının qərarlarına

6.

Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı nəyə xidmət edir?

a)

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinə

b)

Azərbaycan Respublikası vətəndaşalarının layiqli həyat səviyyəsinin təmin edilməsinə

c)

Azad sahibkarlığa

d)

Xalqın rifahının yüksəldilməsinə

7.

Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni hansı normativ hüquqi aktla müəyyən edilir?

a)

Konstitusiya ilə

b)

Qanunla

c)

Konstitusiya qanunu ilə

d)

Əsasnamə ilə

8.

Hansı məsələlər yalnız referendumla həll oluna bilər?

  1. 1. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi

  2. 2. Vətəndaşlıq məsələlərinin həlli

  3. 3. Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi

  4. 4. Fövqəladə və hərbi vəziyyətin elan olunması

  5. 5. Azərbaycan Respublikası Konstitusiya Qanunlarının qəbul edilməsi və ona dəyişikliklər edilməsi

  6. 6. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr



(a)  

9.

Aşağıdakılardan hansı doğrudur?

  1. 1. Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir

  2. 2. İcra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur

  3. 3. İcra hakimiyyəti yerli icra başçılarına mənsubdur

  4. 4. İcra hakimiyyəti yerli özünüidarəetmə orqanlarına mənsubdur

  5. 5. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir



(a)  

10.

Doğru olmayanı seçin.

  1. 1. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.

  2. 2. Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir.

  3. 3. Azərbaycan Respublikasının Ordu Generalı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.

  4. 4. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir., yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.



(a)  

11.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlətin ali məqsədi nədir?

a)

Cəmiyyətin və insanın təhlükəsizliyinin təmin edilməsi, xalqın həyat səviyyəsinin yüksəldilməsi dövlətin ali məqsədidir.

b)

İnsan və vətəndaş hüquq və azadlıqlarının təmini, vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

c)

Azərbaycan xalqının milli maraqlarının təmini və vətəndaşların rifahının yüksəldilməsi dövlətin ali məqsədidir.

d)

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

12.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən xalqı təmsil etmək hüququna malikdir:

  1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri

  2. 2. Azərbaycan Respublikasının Prezidenti

  3. 3. Azərbaycan Respublikasının xarici işlər naziri

  4. 4. Azərbaycan Respublikası Milli Məclisinin deputatları



(a)  

13.

"Mülkiyyət hüququ" ilə bağlı verilənlərdən biri yanlışdır:

a)

Mülkiyyət hüququna mülkiyyətçinin əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları da daxildir.

b)

Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

c)

İctimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

d)

Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

14.

Kimlərin dövlətdən sosial müavinət almaq hüququ vardır?

a)

İşsizlərin

b)

Heç kimin

c)

Uşaqların

d)

3 uşağı olan valideynlərin

15.

Konstitusiyaya əsasən uyğunluğu müəyyən edin:

  1. 1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi

  2. 2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi

  3. 3. Fikir və söz azadlığı

a) Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

b) Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

c) Dini ədavətə yol verilmir.

d) Hüquqlardan sui-istifadəyə yol verilmir.

e) Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

a)

1-b,d 2-a 3-c,e

b)

1-b,d 2-a 3-c

c)

1-b 2-a,c 3-e

d)

1-b 2-a,c 3-c,e

16.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasının əsasları hansı aktlarda müəyyən edilə bilər?

a)

Yalnız konstitusiyada

b)

Yalnız Konstitusiyada və prezidentin fərmanlarında

c)

Yalnız konstitusiyada və qanunlarda

d)

Bütün normativ hüquqi aktlarda

17.

Konstitusiyaya əsasən azadlıq hüququnun məhdudlaşdırılma formaları hansılardır?

a)

İnzibati qaydada saxlama, tutma və azadlıqdan məhrumetmə

b)

Tutulma, həbsəalma və azadlıqdan məhrumetmə

c)

Azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrumetmə və həbsə alma

d)

Məcburi qaydada gətirilmə, tutulma və həbsə alma

18.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri hansı normativ sənədlərlə qorunur?

a)

Konstitusiya ilə

b)

Konstitusiya qanunu ilə

c)

Qanunla

d)

Qərarla

19.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən "Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz" ifadəsi bu Konstitusiyanın hansı maddəsində təsbit edilmişdir?

a)

Mənzil hüququ

b)

Mənzil toxunulmazlığı hüququ

c)

Şəxsi toxunulmazlıq hüququ

d)

Təhlükəsiz yaşamaq hüququ

20.

"Ər ilə arvadın hüquqları bərabərdir" ifadəsi Konstitusiyanın hansı maddəsinə aiddir?

a)

Bərabərlik hüququ

b)

Fikir və söz azadlığı hüququ

c)

Azadlıq hüququ

d)

Nikah hüququ

21.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin başqaları ilə birlikdə hansı qaydaya əməl etməklə, ictimai qaydanı və ictimai əxlaqı pozmamaq şərtilə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır?

a)

Müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə

b)

Müvafiq dövlət orqanından icazə almaqla

c)

Kütləvi informasiya vasitələrini xəbərdar etməklə

d)

Dövlət Təhlükəsizlik Xidmətinin icazəsi ilə

22.

"Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur" müddəası hansı maddədə təsbit olunmuşdur?

a)

Dövlətin idarə olunmasında iştirak etmək hüququ

b)

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı

c)

Vətəndaşlıq hüququnun təminatı

d)

Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ

23.

"Hər kəsin onun işinə qanunla müyyən edilmiş məhkəmədə baxılması hüququ vardır" müddəası hansı maddədə əks olunmuşdur?

a)

Məhkəmə aidiyyətinin dəyişdirilməməsi

b)

Bir cinayətə görə təkrarən məhkum edilməyə yol verilməməsi

c)

Hüquqi yardım almaq hüququ

d)

Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

24.

Hansı şəxslərin başqa dövlətə verilməsinə yol verilmir?

  1. 1. Siyasi əqidəsinə görə təqib edilən şəxslərin

  2. 2. Başqa ölkə ərazisində cinayət törədən şəxslərin

  3. 3. Azərbaycan Respublikasında cinayət törədən əcnəbilərin

  4. 4. Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin



(a)  

25.

Aşağıdakı müddəalardan hansı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmamışdır?

a)

Hər bir vətəndaşın təhsil almaq hüququ vardır

b)

Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə dövlət zəmanət verir

c)

Dövlət pulsuz ali təhsil almaq hüququnu təmin edir

d)

Dövlət minimum təhsil standartlarını müəyyən edir