Font size
WorksheetsKonstitusiya 1-2
Total questions: 20
Worksheet time: 14mins
Aşağıdakılardan hansı doğru deyil?
Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə hüquq və azadlıqlar məhdudlaşdırıldıqdan sonra məlumat verilir.
Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir.
Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşlarının maneəsiz öz ölkəsinə qayıtmaq hüququ necə ifadə olunur?
Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.
Konstitusiya və qanunlarda nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikası vətəndaşlarının maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.
Azərbaycan Respublikası vətəndaşlarının öz ölkəsinə qayıtmaq hüququ vardır.
Azərbaycan Respublikası vətəndaşlarının maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır, bu hüquq yalnız müharibə dövründə məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikasının Konstitusiyasında yaşamaq hüququnun toxunulmazlığı necə ifadə olunur?
Bu Konstitusiyada nəzərdə tutulan hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
Hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır, bu hüquqdan istisnalar yalnız müharibə dövründə qanunla müəyyən edilir.
Hər bir şəxsin yaşamaq hüququ bütün hallarda toxunulmazdır.
Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
Azərbaycan Respublikasının Konstitusiyasında "Hüquqi yardım almaq hüququ" necə ifadə olunur?
Hər kəsin yüksək keyfiyyətli hüququ yardım almaq hüququ vardır.
Hər kəsin peşəkar hüquqi yardım almaq hüququ vardır.
Hər kəsin ixtisaslı hüquqi yardım almaq hüququ vardır.
Hər kəsin ədalətli hüquqi yardım almaq hüququ vardır.
Konstitusiyaya görə təqsirsizlik prezumpsiyasının müddəasıdır:
1. Şəxsin təqsirini sübuta yetirilmiş hesab edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmalıdır.
2. Şəxsin təqsirli hesab edilməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
3. Təqsir şəxsin öz əməlinə (hərəkət və ya hərəkətsizliyinə) qəsd və ehtiyatsızlıq formasında olan psixi münasibətidir.
4. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməlidir.
(a)
Seçilmək hüququ qanunla məhdudlaşdırıla bilməz:
Həkimlərin
Dövlət məmurlarının
Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin
Hərbi qulluqçuların
"Təqsirsizlik prezumpsiyası" ilə bağlı müddəalara aid deyil:
Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.
Heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz.
Şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.
Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən seçki və referendumda iştirak etmək hüququ yoxdur:
məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin
məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilmiş şəxslərin
seçki komissiyasının üzvlərinin
islah işlərinə cəlb olunmuş şəxslərin
Doğru olmayan variantları seçin.
1. Hər kəsin qanuni məlumatı istədiyi yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
2. Dövlətə qarşı qiyama və dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasınınhər bir vətəndaşının borcudur.
3. Hər kəsin dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.
4. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.
5. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
6. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.
(a)
"Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır" - hansı maddədə təsbirt olunub?
Təhsil maddəsində
Təhsil hüququ maddəsində
Din və dövlət maddəsində
Vicdan azadlığı maddəsində
"Şərəf və ləyaqətin müdafiəsi hüququ"na aiddir:
1. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.
2. Heç kəs insanın ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.
3. Qanunla müəyyənləşdirilmiş hallar istisna olmaqla, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
4. Azərbaycan Respublikası vətəndaşlarının şərəf və ləyaqəti qanunla qorunur.
5. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.
(a)
İnsan və vətəndaş hüquqları və azadlıqları ilə bağlı yanlış variantları seçin.
1. İctimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
2. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqınd aməlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.
3. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
4. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanmasına üçün istifadə edilə bilməz.
5. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcıllıq növlərinin azad həyata keçirilməsinə təminat verir.
6. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.
(a)
Uyğunluğu müəyyən edin:
1. Vətəndaşlıq hüququnun təminatı
2. Vətəndaşlıq hüququ
3. Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ
a) Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
b) Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyəti və ictimai həyatında maneəsiz iştirak etmək hüququ vardır.
c) Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.
d) Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur.
e) Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.
1-c,e 2-a 3-b,d
1-c,e 2-a 3-d
1-e 2-a,c 3-b,d
1-e 2-a 3-b,c
"Hüquqi yardım almaq hüququ"na aiddir:
1. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
2. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
3. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.
4. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir.
(a)
"Seçki hüququ"na aiddir:
1. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.
2. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ yoxdur.
3. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.
4. Hər kəsin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
(a)
"Tətil hüququ"na aiddir:
1. Hər kəsin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.
2. Fərdi və kollektiv əmək mübahisələri məhkəmə qaydasında həll edilir.
3. Qanunla müəyyən edilmiş hallarda, lokaut qadağandır.
4. Hər kəsin təkbaşına tətil etmək hüququ vardır.
5. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular və mülki şəxslərin tətil etmək hüququ yalnız qanunla məhdudlaşdırıla bilər.
(a)
Uyğunluğu müəyyən edin:
1. Bərabərlik hüququ
2. Yaşamaq hüququ
3. Mülkiyyət hüququ
a) Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
b) Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.
c) Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilnədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə Konstitusiya qanun ilə müəyyən edilə bilər.
d) Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
e) Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
1-d 2-a,b,c 3-e
1-d 2-a 3-c
1-b 2-a 3-c
1-b 2-a 3-d
"Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur" ifadəsi Konstitusiyanın hansı maddəsində təsbit olunmuşdur?
Sosial təminat hüququ
Hüquqi yardım almaq hüququ
Vicdan azadlığı hüququ
Nikah hüququ
İşə götürülmənin ilkin yaşı neçədir?
15
16
18
21
Doğru variantları seçin.
1. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
2. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı ağır ağır cinayətlərə görə qanunla müəyyən edilə bilməz.
3. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilir.
4. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ Konstitusiya hüququ ilə qorunur.
5. Öz razılığı olmadan kimsənin şəəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına və yayılmasına yol verilmir.
6. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların həm hüququ, həm də borcudur.
(a)
