wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Kompüterin texniki təminatı

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.

Con Fon Neyman arxitekturasına görə kompüter hansı hissələrdən ibarətdir?

a)

Sistem bloku və əlavə

b)

Əsas və əlavə

c)

Prosessor və monitor

d)

Sistem və periferiya

e)

Mərkəzi və periferiya

2.

Aşağıdakı qurğulardan hansı fərdi kompüterin daxili qurğusudur?

a)

Printer

b)

Monitor

c)

Skaner

d)

Plotter

e)

Prosessor

3.

Prosessorun eyni zamanda emal etdiyi bitlərin maksimal sayı ilə təyin edilir:

a)

Həcm

b)

Sürət

c)

Mərtəbəlilik

d)

Maşın sözü

e)

Takt tezliyi

4.

Sərt disk qurğusu (HDD) ...... üçün nəzərdə tutulmuşdur.

a)

Periferik qurğuların qoşulması

b)

İnformasiyanın uzun müddətli saxlanması

c)

Verilmiş proqram üzrə kompüterin işinin idarə olunması

d)

Kompüterdə daimi istifadə olunmayan informasiyanın saxlanması

e)

Kompüterlə iş zamanı çox zaman istifadə olunan informasiyanın saxlanması

5.

Kompüter işinin məhsuldarlığı nədən asılıdır?

a)

Qidalanma gərginliyindəön

b)

Prosessorun takt tezliyindən

c)

Sərt diskin ölçüsündən

d)

İstifadəçi tezliyindən

e)

Daimi yaddaşın tutumundan

6.

Yüksək səviyyəli dildə yazılmış proqram necə adlanır?

a)

Maşın proqramı

b)

Formal proqram

c)

Translyasiya olunmuş proqram

d)

Hazır proqram

e)

İlkin proqram

7.

İnformasiyanın saxlanması üçün ən böyük tutumu olan qurğu hansıdır?

a)

Flash-disk

b)

Çevik maqnit disk

c)

Sərt maqnit disk

d)

DVD-disk

e)

CD-disk

8.

Ana platada yerləşən, hesab və məntiqi əməlləri yerinə yetirən əsas mikrosxemdir:

a)

Xarici yaddaş qurğusu

b)

Şinlər

c)

Əməli yaddaş

d)

Prosessor

e)

Daimi yaddaş qurğusu

9.

Ana platada yerləşən və verilənlərin müvəqqəti saxlanması üçün nəzərdə tutulan mikrosxemdir:

a)

Daimi yaddaş qurğusu

b)

Əməli yaddaş

c)

Şinlər

d)

Prosessor

e)

Xarici yaddaş qurğusu

10.

Kompüter söndürülərkən informasiya ..... silinir.

a)

Daimi yaddaş qurğusundan

b)

Sərt diskdən

c)

Əməli yaddaşdan

d)

Kompakt-diskdən

e)

Fləş-diskdən