Font size
WorksheetsFaiz (1-ci hissə)
Total questions: 12
Worksheet time: 15mins
180 ədədinin 45%-ni hesablayın.
(a)
56%-i 224 olan ədədi müəyyən edin:
(a)
Ədədi 6 dəfə artırdılar. Ədəd neçə faiz artdı?
(cavabı % işarəsi olmadan qeyd edin)
(a)
Ədədi 75% azaltdılar. Ədəd neçə dəfə azaldı?
(a)
Tənasübün kənar hədləri 6 və 15, orta hədləri isə a və 10 olarsa, a ədədini tapın.
(a)
126 ədədini 2 : 3 : 4 nisbətlərində böldülər. Yaranan ən böyük ədəd ilə ən kiçik ədədin fərqini tapın.
(a)
24 ədədi 40 ədədinin neçə faizidir?
(a)
A ədədinin 54% ilə 17%-nin fərqi 111 edirsə, A ədədini müəyyən edin:
(a)
Banka qoyulan pul hər ay ilkin məbləğin 2%-i qədər əlavə pul yaradır. Əgər banka 800 manat pul qoyulsa, 2 ildən sonra bankda cəmi neçə manat pul olmuş olar?
(a)
40% ziyanla 120 manata satılan malın ilkin qiymətini müəyyən edin.
(a)
25% xeyirlə 80 manata satılan malın ilkin qiymətini müəyyən edin.
(a)
Samir maaşının 2/5 hissəsini kreditə, 20%-ni ərzaq məhsullarına, 25%-ni isə səyahət üçün xərclədi. Bundan sonra onun 120 manat pulu qaldı. Samir neçə manat maaş alır?
(a)
