NEW
Font size
WorksheetsMüəssisənin iqtisadiyyatı-1/2023
Total questions: 20
Worksheet time: 16mins
Bunlardan hansı iqtisadi resurslara aid edilmir?
Firma
İnsanların iş qüvvəsi
Kapital
İnsanların sahibkarlıq (təşkilatçılıq) qabiliyyətləri
Torpaq və təbii ehtiyatlar
Rasional davranış hipotezinə əsasən:
hər kəs xərc çəkmədən fayda götürməyə çalışır
hər kəs faydasını maksimumlaşdırmağa çalışır (az xərclə daha çox fayda göyürməyə çalışır)
hər kəs mübadilənin (alqı-satqının) daha ədalətli aparılmasına çalışır
ev təsərrüfatları hər şeyi xərc çəkməklə əldə edir
bütün cəmiyyətlərdə mübadilə qarşılıqlı faydalı xarakter daşıyır
Neoklassik yanaşmaya əsasən firmanın məqsədi:
transaksiya xərclərini minimuma endirməkdir
bazar payını genişləndirməkdir
mənfəətini maksimumlaşdırmaqdır
firmada olan bütün qrupların maraqlarını əlaqələndirməkdir
dövrlərdən asılı olaraq müxtəlif məqsədləri ola bilər
Firmanın institutsional nəzəriyyəsinə əsasən firmanın məqsədi:
mənfəəti maksimumlaşdırmaqdır
bazar payını artırmaqdır
qaneedici mənfəət əldə etməkdir
transaksiya xərclərinə qənaət etməkdir (minimumlaşdırmaqdır)
firmada olan müxtəlif qrupların maraqlarını düzgün əlaqələndirməklə onları vahid məqsədə yönləndirməkdir
PESTEL təhlil alətindən nə üçün istifadə olunur?
innovasiyaların yaradılması və tətbiqi üçün
bazar (marketinq) tədqiqatları üçün
firmanın fəaliyyətinin mikromühitini tədqiq etmək və qiymətləndirmək üçün
firmanın fəaliyyətinin makromühitini tədqiq etmək və qiymətləndirmək üçün
firmanın fəaliyyətinin bazar mühitini tədqiq etmək və qiymətləndirmək üçün
Firmanın maliyyə modelinin diqqət mərkəzində olan budur:
Firmanın mənfəətinin necə bölünməsidir
bazar tələb və təklfi üzərindən qiymət və məhsul buraxılışı həcmləri üzrə qərarların tədqiqi öyrənilməsi
firmanın malik olduğu fondlardan müxtəlif istiqamətlərə yönəldilən sərmayələrin, habelə fiziki kapitala qoyuluşların tədqiqi
cari xərclərin səviyyəsinin öyrənilməsi
son hədd səmərəliliyin və faiz dərəcələrinin araşdırılması
Firmanın xərc mədelinə görə firmanın fondların xərcləndiyi əsas 3 istiqamət bunlardır:
bazar investisiyaları; tədqiqat və inkişaf (innovasiyalar); əldəetmələr (qovuşmalar və birləşdirmələr)
istehsal amillərinin əldə edilməsi; istehsal proseslərinin təşkili; məhsul satışı və marketinq
innovasiyalar; bazarların tədqqi və marketinq; reklam xərcləri
istehsal xərcləri; məhsul satışı və marketinq xərcləri; sosial xərclər
bazar investisiyaları; kapital qoyuluşları; fond bazarlarında əməliyyatlar
Sahibkarın əmlak məsuliyyəti nədən yaranır?
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarın sazişlər (müqavilələr) üzrə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməsi zərurətindən
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sazişlər (müqavilələr) üzrə qarşı tərəflərin götürdükləri öhdəliklərə əməl etməməsindən
cəmiyyətin ehtiyac duyduğu mal və xidmətləri istehsal edib təqdim etməklə bağlı fəaliyyətin təşkilindən
öz ehtiyacları üçün mal və xidmətlərin istehsalının və istehlakının həyata keçirilməsi ilə bağlı fəaliyyətdən
ölkədə sahibkarlıq (biznes) və investisiya mühitində olan problemlərdən
Təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətlərini fərqləndirən əsas əlamət hansıdır?
Təsərrüfat ortqalıqlarında bütün iştirakçılar tam əmlak məsuliyyəti, təsərrüfat cəmiyyətlərinin bütün itirakçıları isə məhdud əmlak məsuliyyəti daşıyırlar
Təsərrüfat ortqalıqlarında iştirakçıların hamısı yaxud bir hissəsi tam əmlak məsuliyyəti, təsərrüfat cəmiyyətlərinin bütün itirakçıları isə məhdud əmlak məsuliyyəti daşıyırlar
Təsərrüfat ortqalıqlarında bütün iştirakçılar məhdud əmlak məsuliyyəti, təsərrüfat cəmiyyətlərinin bütün itirakçıları isə tam əmlak məsuliyyəti daşıyırlar
Təsərrüfat ortqalıqlarında bütün iştirakçılar məhdud əmlak məsuliyyəti, təsərrüfat cəmiyyətlərinin iştirakçılarının bir hissəsi tam, qalanları isə məhdud əmlak məsuliyyəti daşıyırlar
Təsərrüfat ortaqlıqları fiziki şəxs-sahibkar kimi, təsərrüfat cəmiyyətləri isə hüquqi şəxs kimi qeydiyyata alınırlar
Təsərrüfat ortaqlıqlarının növləri hansılardır?
təsərrüfat ortaqlığı və təsərrüfat cəmiyyəti
təsərrüfat ortaqlığı və kommandit ortaqlıq
tam ortaqlıq və kommandit ortaqlıq
tam ortaqlıq və natamam ortaqlıq
qapalı tipli ortaqlıq və açıq tipli ortaqlıq
Prinsipal-agent problemi nədir?
agentin qoyduğu tapşırıqların və qaydaların yerinə yetirilməsi zamanı prinsipal tərəfindən agentin manipulyasiya edilməsi təhlükəsidir
mənfəətin bölünməsi zamanı agent tərəfindən prinsipalın manipulyasiya edilməsi təhlükəsidir
mənfəətin bölünməsi zamanı səhmdarlar arasında fikir ayrılığının yaranması təhlükəsidir
prinsipalın qoyduğu tapşırıqların və qaydaların yerinə yetirilməsi zamanı agent tərəfindən prinsipalın manipulyasiya edilməsi təhlükəsidir
cəmiyyətin fəaliyyətinin təşkili məsələləri üzrə müzakirələr zamanı səhmdarlarla menecerlər arasında fikir ayrılığının yaranması təhlükəsidir
Açıq tipli səhmdar cəmiyyəti (ASC) və qapalı tipli səhmdar cəmiyyəti (QSC) arasındakı fərqləri göstərən aşağıdakı fikirlərdən hansı doğru deyil?
ASC illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün hər il dərc etməyə borcludur, QSC üçün belə bir tələb yoxdur
ASC-nin iştirakçıları öz səhmlərini istədiyi zaman, digər səhmdarların razılığı olmadan, özgəninkiləşdirə bilir; QSC-nin iştirakçıları isə öz səhmlərini digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bilməz
ASC buraxdığı səhmlərə açıq abunə yazılışını həyata keçirə bilər; QSC isə buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz
ASC buraxdığı səhmlərin sərbəst satışını həyata keçirə bilər; QSC isə buraxdığı səhmləri şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz
QSC-nin iştirakçılarının sayı qanunla məhdudlaşdırılıb; ASC-nin iştirakçılaırnın sayına isə məhdudiyyət yoxdur
Prinsipal-agent probleminin yaranması bununla bağlıdır:
Müvafiq hüquqi şəxslərdə idarəetmə və mülkiyyətin eyni əllərdə cəmləşməsi
Müvafiq hüquqi şəxslərdə idarəetmənin mülkiyyətdən ayrılması
Şirkətin hüquqi şəxs kimi qeydiyyatdan keçməsi
Bazarda rəqabətin çox olması
Mənfəətin bölüşdürülməsi ilə bağlı təsisçilər arasında olan fikir ayrılığı
Bunlardan hansı müəssisələrin (firmaların) təşkilati-hüquqi forması deyildir?
Tam ortaqlıq
Kommandit ortaqlıq
Məhdud məsuliyyətli cəmiyyət
Açıq səhmdar cəmiyyəti
Təsərrüfat ortaqlığı
Tələb qanunu haqqında olan aşağıdakı fikirlərdən hansı yanlışdır?
Funksiya kimi tələb qanunu - qiymətin tələb funksiyasıdır: P = f(Qd).
Tələb qanunu dedikdə məhsulun qiyməti ilə ona olan tələbin miqdarı arasında olan tərs asılılıq başa düşülür
Məhsulun qiyməti nə qədər aşağı olarsa, ona olan tələb bir o qədər yüksək olar və əksinə
Funksiya kimi tələb qanunu - tələbin qiymət funksiyasıdır: Qd = f(P)
Tələbin digər determinantları sabit qalmaqla, mal və xidmətin qiymətində azalma baş verdikdə:
tələb miqdarında dəyişiklik olur – tələb əyrisi boyunca aşağıya doğru hərəkət baş verir
tələb miqdarında dəyişiklik olur – tələb əyrisi boyunca yuxarıya doğru hərəkət baş verir
tələbdə dəyişiklik olur – tələb əyrisi sağa doğru hərəkət edir
tələbdə dəyişiklik olur – tələb əyrisi sola doğru hərəkət edir
Tələbin miqdarında və tələbdə dəyişiklik olmiur, istehlakçı artıqlığı yaranır
Aşağıdakılardan hansı təklifin xətti funksiyasıdır?
Qd = f(P)
Qd = a – bP
Qs = f(P)
Qs = -c + dP
Qs = f (p, Pr, K, T, Np, Nc, Wp, B)
Aşağıdakılardan yanlış olanını tapın:
X keyfiyyətsiz məhsul olduqda istehlakçıların gəlirlərinin artımı zamanı ona olan tələb əyrisi sola, gəlirlərin azalması zamanı isə sağa doğru yer dəyişir
X məhsulunun əvəzedicisi olan məhsulun qiyməti artdıqda X məhsuluna olan tələb əyrisi sağa, əvəzedici məhsulun qiyməti azaldıqda isə X məhsuluna olan tələb əyrisi sola doğru yer dəyişir
X normal məhsul olduqda istehlakçıların gəlirlərinin artımı zamanı ona olan tələb əyrisi sağa, gəlirlərin azalması zamanı isə sola doğru yer dəyişir
X məhsulunun istehsal xərclərinin azalması zamanı təklif əyrisi sola, xərclərin artması zamanı isə sağa doğru yer dəyişir
Aşağıdakı qrafiklərdən hansındakı malın tələb əyrisi daha çox elastikdir?
Tələbin qiymət elastikliyi necə hesablanır?
Tələbin miqdarında baş verən dəyişiklik faizini qiymətdə baş verən dəyişiklik faizinə bölməklə
Tələbin miqdarında baş verən mütləq dəyişikliyi qiymətdə baş verən mütlıq dəyişikliyə bölməklə
Qiymətdə baş verən dəyişiklik faizini tələbin miqdarında baş verən dəyişiklik faizinə bölməklə
Qitmətdə baş verən dəyişiklik miqdarını tələbin miqdarında baş verən dəyişiklik miqdarına bölməklə
