NEW
Font size
Worksheets00 00 İnkişaf iqtisadiyyatı
Total questions: 10
Worksheet time: 15mins
Mövcud resursların optimal bölüşdürülməsini təmin etməyə çalışmaq əvəzinə iqtisadiyyatdakı “gizli, səpələnmiş və ya sui-istifadə edilmiş resursları və bacarıqları tapıb üzə çıxarmağa çalışmaq” daha faydalı olardı. Kimin ideyasıdır:
Çeneri
Striten
Leybnşteyn
Hirşman
Nurkse
Onun fikrincə aşağı gəlirli iqtisadiyyatda sahibkarlar iqtisadi artıma nail olmaq qabiliyyətinə və imkanlarına malik deyillər.
Keynes
Leybenşteyn
Çeneri
Lyuis
Nurkse
R. Rodana məxsus nəzəriyyədir:
Qapalı dairə
İnkişafın yetkinlik dövrü
Şaquli sənayeləşmə
Əhalinin azaldılması
Strukturalist yanaşma
Adambaşına düşən gəlirin yaşayış minimumu səviyyəsində olduğu şəraitdə adambaşına düşən gəlirin cüzi artımları gəliri əvvəlki səviyyəyə qaytaracaq amilləri aktivləşdirir. Hansı nəzəriyyədir?
Aşağı gəlir tələsi
Şaquli sənayeləşmə
Tarazlı ölkə
Mütləq üstünlük
İnkişafa hazırlıq
Tələb baxımından yoxsulluğun qapalı dairəsində aşağıdakılardan hansı mövcud deyil:
aşağı tələb
orta əmək haqqı
bazarın məhdudluğu
aşağı səmərəlilik
az istehsal
Klassik iqtisadçılar tərəfindən hazırlanmış ilk qapalı dairə nəzəriyyəsində mövcud olmayıb:
az məhsuldarlıq
az mənfəət
məqbul bazar
az sərmayə
məhdud əmək bölgüsü
Dəyişənin yalnız özündən əvvəlki dəyişən tərəfindən izah edildiyi və təsirin birtərəfli olduğu fərziyyəsidir. Məsələn, bazarın məhdudluğuna aşağı tələb təsir etdiyi kimi, aşağı tələbə də bazarın məhdudluğu təsir edə bilər. Hansı nəzəriyyənin tənqididir:
Tarazlı inkişaf
Aşağı gəlir tələsi
İnkişaf mərhələləri
Qapalı dairə
Şaquli sənayeləşmə
Bilik yönümlü inkişaf üçün səciyyəvi olan xüsusiyyətləri seçin:
1. Bilik və texnologiyanın inkişafı
2. Aqrar sektora üstünlük verilməsi
3. Gəlirin təkliflə bərabərləşdirilməsi
4. Şəxsi bacarıqların artırılması
2 və 3
1 və 4
3 və 4
yalnız 1
yalnız 2
Balanslaşdırılmamış inkişaf strategiyasının nümunəsinə aiddir:
Aqrar sektora diqqətin azalması
Qapalı dairə inkişafı
Bilik yönümlü inkişaf
Açıq iqtisadiyyatın inkişafı
İdxalı əvəz etmə strategiyası
"Əgər hər hansı ölkədə istehsalın faktiki səviyyəsi potensial istehsal səviyyəsindən aşağıdırsa, biz həmin ölkəni inkişaf etməmiş hesab edə bilərik”.
Bu ifadə aşağıdakılardan hansı səbəbə görə deyilmişdir:
Beynəlxalq inkişafdakı fərqlərə görə
Fərdi əsas ehtiyacların ödənilməsinə görə
İqtisadi resurslardan istifadəyə görə
Əsas sosial ehtiyacları ödəməyə görə
Potensial qalıq anlayışına görə
