wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Texniki Mexanika 9 MUH

Total questions: 15

Worksheet time: 8mins

Name
Class
Date
1.

Mərkəzi dartılma və sıxılma nəyə deyilir ?

a)

brusun eyni zamanda təsir edən eninə və boyuna qüvvələrdə deformasiyasına deyilir

b)

brusun en kəsiyində yalnız normal qüvvə yaranan sadə deformsiya növünə deyilir

c)

brusun bərabər yayılmış yüklərdən dartılma və ya sıxılmasına deyilir

d)

brusun ixtiyari dartılma və ya sıxılmasına deyilir

e)

brusun topa qüvvələrdən dartılma və sıxılmasına deyilir

2.

Mərkəzi dartılan və ya sıxılan bruslarda, maili kəsiyin hansı vəziyətində ən böyük toxunan gərginliklər yaranır?

a)

eninə və boyuna kəsikllərdə

b)

brusun boyu istiqamətindəki kəsiklərdə

c)

normal gərginliklərin ekstremal qiymətlər aldığı kəsiklərdə

d)

brusun oxu ilə 45 dərəcə bucaq əmələ gətirən kəsiklərdə

e)

eninə kəsiklərdə

3.

Mərkəzi dartılan və ya sıxılan bruslarda, maili kəsiyin hansı vəziyyətində ən böyük normal gərginliklər yaranır?

a)

brusun boyu istiqamətindəki kəsiklədə

b)

burusun həm oxu boyu, həm də oxa perpendikulyar kəsiklərində

c)

toxunan gərginliklərın ekstremal qiymətlər aldığı kəsiklərdə

d)

brusun oxu ilə 45 dərəcə bucaq əmələ gətirən kəsiklərdə

e)

brusun oxuna perpendikulyar kəsiklərdə

4.

Xalis sürüşmə nəyə deyilir ?

a)

hərtərəfli iki oxlu sıxılmaya xalis sürüşmə deyilir

b)

bir oxlu dartılma-sıxılmaya xalis sürüşmə deyilir

c)

xalis şürüşmə nöqtə ətrafında ayrılan elementin tillərində yalnız toxunan gərginliklər yaranan müstəvi gərgin hala deyilir

d)

nöqtə ətrafında ayrılan elementin kənarlarında yalnız normal gərginliklər yaranan müstəvi gərgin hala deyilir

e)

ixtiyari müstəvi gərgilikli hala xalis şürüşmə deyilir

5.

Aşağıda göstərilənlərdən hansı mürəkkəb deformasiya deyil?

a)

eyni zamanda brus dartılır və burulur

b)

eyni zamanda brus sıxılır və əyilir

c)

eyni zamanda brus sıxılır və sürüşür

d)

brus sıxılır

e)

eyni zamanda brus dartılır və əyilir

6.

En kəsiyi dairəvi olan brusların en kəsiyində hansı gərginliklər yaranır ?

a)

toxunan gərginliklər

b)

baş gərginliklər

c)

toxunan və normal gərginliklər

d)

normal gərginliklər

e)

gərginlik yoxdur

7.

Deformasiyanın hansı növü burulma adlanır ?

a)

brusun en kəsiyində kəsici qüvvə və əyici moment yaranan deformasiya növü

b)

brusun en kəsiyində əyici moment yaranan sadə deformasiya növü

c)

brusun en kəsiyində yalnız burucu moment yaranan sadə deformasiya növünə burulma deyilir

d)

brusun en kəsiyində kəsici qüvvə yaranan sadə deformasiya növü

e)

brusun en kəsiyində iki daxili qüvvə faktoru yaranan deformasiya növü

8.

Burucu moment epyuru necə adlanır ?

a)

brusun en kəsiyində toxunan gərginliklərin dəyişməsini göstərən qrafik

b)

brusun uzunluğu boyu toxunan gərginliklərin dəyişməsini göstərən qrafik

c)

brusun uzunluğu boyu burulma bucağının dəyişməsini göstərən qrafik

d)

brusun uzunluğu boyu nisbi burulma bucağının dəyişməsini göstərən qrafik

e)

brusun uzunluğu boyu burucu momentin dəyişməsini göstərən qrafik

9.

Eninə əyilmə nədir?

a)

en kəsiklərində normal və kəsici qüvvə alınır

b)

en kəsiklərində əyici moment alınır

c)

en kəsiklərində normal qüvvə alınır

d)

en kəsiklərində daxili qüvvələrin bir komponenti alınır

e)

en kəsiklərində əyici moment və kəsici qüvvə alınır

10.

Burulma deformasiyasının fərqli cəhətini göstərin

a)

brusun eninə kəsiyində yaranan normal qüvvənin işarəsi mənfi qəbul edilir

b)

brusun eninə kəsiyində yaranan normal qüvvənin işarəsi müsbət qəbul edilir

c)

brusun eninə kəsiyində daxili qüvvələr əmələ gəlmir

d)

brusun eninə kəsiyində normal qüvvə alınır

e)

brusun eninə kəsiyində burucu moment alınır

11.

Sürüşmə (kəsilmə) deformasiyanın xarakterik cəhətini göstərin

a)

brusun eninə kəsiyində əyici moment yaranır

b)

brusun eninə kəsiyində daxili qüvvələr yaranmır

c)

brusun eninə kəsiyində burucu moment yaranır

d)

brusun eninə kəsiyində kəsici qüvvə yaranır

e)

brusun eninə kəsiyində normal qüvvə yaranır

12.

Xalis əyilmə nəyə deyilir?

a)

brusun eninə kəsiyində yalnız kəsici qüvvə yaranan deformasiyadır

b)

brusun eninə kəsiyində bərabər yayılmış qüvvədən yaranan deformasiyadır

c)

brusun eninə kəsiyində yalnız əyici moment yaranan sadə deformasiyadır

d)

brusun eninə kəsiyində topa qüvvədən yaranan deformasiyadır

e)

brusun eninə kəsiyində normal qüvvə yaranan deformasiyadır

13.

Sadə deformasıyada neçə qüvvə iştirak edir?

a)

2

b)

1

c)

3

d)

4

e)

5

14.

Sadə deformasıyanın neçə növü olur?

a)

5

b)

4

c)

3

d)

2

e)

1

15.

Deformasiyanın kiçik olması fərziyyəsinin mahiyyətini göstərin

a)

konstruksiya elementləri nisbi deformasiya həddi daxilində işləyir

b)

konstruksiya elementləri mütləq deformasiya həddi daxilində işləyir

c)

konstruksiya elementləri deformasiyaya uğramır

d)

konstruksiya elementləri plastik həddi daxilində işləyir

e)

konstruksiya elementləri elastik həddi daxilində işləyir