Worksheets150-175 erqonomika
Total questions: 25
Worksheet time: 13mins
Texnika tətbiqinin müsbət tərəflərini göstərin:
texnoloji prosesi təkmilləşdirmək və əmək məhsuldarlığını artırmaq imkanı yaranır
istehsal fəaliyyətlərinin intensivləşdirilməsi və spesifik iş şəraiti səbəbindən operatorların iş yükü artır
infraqırmızı və ionlaşdırıcı radiasiya işçi sağlamlığına mənfi təsir edir
Müasir iş şəraitində texnikanın tətbiqi nəticələrini göstərin:
operatorların işi daha çox intensiv, emosional və fiziki enerjinin əhəmiyyətli xərclərini tələb edir
hamısı düzdür
texnikanın tətbiqi həm müsbət, həm də mənfi tərəflərə malikdir
elmi -texniki tərəqqi, zehni əməklə məşğul olan işçilərin istehsal şəraitinə böyük dəyişikliklər gətirir
Avadanlığın və ya nəzarət üçün istifadə olunan göstərici cihazların əlverişsiz yerləşməsi nəticələrinə aid deyil:
bu amillər həm ayrılıqda, həm də birlikdə əlverişsiz yerləşməsi peşə xəstəliklərə səbəb ola bilər
əmək fəaliyyətinin stimullaşdırılmasına səbəb ola bilər
insanların davranışında səhvlərə səbəb ola bilər
İş yerinin təşkilində tez-tez təhlükəli nəticələrə səbəb olan səhvləri göstərin:
hamısı düzdür
sağlamlığa zərər verən mövqeylər
işığın olmaması və ya çoxluğu
nəzarət orqanlarının və ya göstərici cihazların əlverişsiz yerləşməsi
Təhlükəsizlik tədbirlərinin təmin olunması xüsusiyyətlərinə aid deyil:
ezamiyyət kimi əmrlərin tərtib edilməsi
iş yerləri icazə verilən iş yükü səviyyəsini təmin etmirsə, əməyin optimallaşdırılması üçün tədbirlər görülməlidir
əmək səmərəliliyinin tədqiqatları həyata keçirilir
Erqonomik cəhətdən fiziki təhlükəsizlik tədbirlərinə aid deyil:
akustik, vizual və digər siqnallar asanlıqla tanınmalıdır
əmək muqavilələrinin hazırlanmasına nəzarət olunmalıdır
məhdud görüntü şəraitində, vizual kanal məlumatlarla aşırı yükləndikdə - akustik məlumat cihazları istifadə edilməlidir
İş yerlərinin qarşılıqlı təşkili xüsusiyyətlərinə aid deyil:
iş yerlərinin qarşılıqlı təşkili iş yerindən təhlükəsiz istifadəni təmin etməli və təhlükə halında təcili evakuasiya imkanını təmin etməlidir
masa dizaynı sənədlər, dəftərxana ləvazimatı, şəxsi əşyaların saxlanılması üçün konstruksiyaları təmin etməlidir
biznes təhlillərlə bağlı hesabatlar hazırlanmalıdır
Bir işçinin mövqeyini seçərkən nəzərə alınmalıdır:
hamısı nəzərə alınmalıdır
işin fiziki yükü
işin yerinə yetirilməsi prosesində hərəkət etmə zərurəti
iş prosesinin texnoloji xüsusiyyətləri
Erqonomik qiymətləndirmənin əsasına aid deyil:
təhlükəsizlik tələblərinə cavab verən texnoloji avadanlıqlar
vəzifə yüksəlişi
əməyin mühafizəsi tədbirlərinin yerinə yetirilməsi
düzgün təşkil olunmuş əmək fəaliyyəti
İş yerlərinin erqonomik qiymətləndirilməsinin əsas prinsipi:
məzuniyyət cədvəllərinin tərtib olunması və əməkdaşlara məzuniyyət verilməsi
monoton əməliyyatların icrası zamanı işçilərin dəyişməsi
insanın antropometrik məlumatlarının, fizioloji və psixofizioloji xüsusiyyətlərinin uyğunluğunun müəyyən olunmas
Erqonomik tələblərin yerinə yetirilməməsi zamanı baş verən nəticələrə aid ola bilməz:
işçi organizminin fizioloji funksiyalarının pozulması
fizioloji cəhətdən qeyri-səmərəli iş hərəkətlərinin müşahidə olunması
insan-operator fəaliyyətinin optimallaşdırılması
İnsan-maşın-ətraf mühit sistemində tətbiq edilən tələblər:
hamısı aiddir
insan-operator fəaliyyətinin optimallaşdırılması vəzifələrinə əsaslanan psixofizioloji xüsusiyyətlər və bacarıqlar
fizioloji cəhətdən rasional iş hərəkətlərinin təminatı
insan-operator fəaliyyətinin optimallaşdırılması vəzifələrinə əsaslanan antropoloji xüsusiyyətlər
İş yerinin düzgün təşkili məsələlərinə aid deyil:
işçi organizminin təbii fiziologiyasını və iş yerində işin optimal şəkildə yerinə yetirilməsini təmin edən əlverişli iş mövqeyi
fiziki əmək gərginliyinin artması
iş yerinin təşkilində müasir inkişaf etmiş meyllərin işçinin fərdi xüsusiyyətlərini nəzərə alması
Səmərəli iş mövqeyinə təsir göstərən amillərə aid deyil:
daxili maliyyə bazarlarında aparılan əməliyyatlar
iş yerini təşkil edən bütün elementlərin ölçüləri və xüsusilə iş sahəsinin ölçüsü
əməliyyatların dəqiqliyi, diqqət dərəcəsi, vizual intensivliyi
İş yerini tərtib edərkən müəyyən erqonomik tələblər yerinə yetirilməlidir. Onlara aid deyil:
işçinin lazımi hərəkətlərini yerinə yetirməyə və yer dəyişməsinə imkan verən iş sahəsinin parametrləri
işçilərin təhlükəli və zərərli istehsal amillərinin təsirinə məruz qalmaması üçün mühafizə vasitələri
əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
Antropometrik indekslərin əlamətlərinə aiddir:
hamısı aiddir
insan bədəninin əsas ölçüləri
orta hündürlükdə bir insanı təmin edən oturacağın aşağı boylu və ya çox hündür bir şəxs üçün narahat ola bilməsi
antropometrik xüsusiyyətlər ilə operatorun iş yerinin uyğunlaşdırılması
İnsan-maşın uyğunluğunun “enerji uyğunluğu” növünə aiddir:
bir şəxsin fiziki imkanları ilə əmək alətinin istismarı xüsusiyyətlərinin koordinasiyası
informasiyanın çatması sürəti
əmək prosesində, avadanlıqla çalışarkən və ya müəyyən rəng ahəngliyi mühitində insan məmnuniyyətini təmin edilməsi
İnsan-maşın uyğunluğunun “texniki və estetik uyğunluq” növünə aid deyil:
istilik, rütubət, səs və s. təhlükələrin aradan qaldırılması
çoxsaylı texnoloji problemləri həll etmək üçün dizaynçıların cəlb olunması
insanın əmək fəaliyyətinə uyğun olaraq texnologiyanın estetik dizaynının nəzərə alınması
İnsan-maşın uyğunluğunun “biofiziki uyğunluq” növünə aiddir:
bir şəxsin fiziki imkanları ilə əmək alətinin istismarı xüsusiyyətlərinin koordinasiyası
bir adamın antropometrik xüsusiyyətləri ilə idarəetmə məkanının və operatorun iş yerinin uyğunlaşdırılması
texnika tərəfindən yaranan mikroiqlimlərin koordinasiya olunması (məsələn, istilik, rütubət, səs və s.)
İnsan-maşın uyğunluğunun “informasiya uyğunluğu” növünə aid deyil:
informasiya çatması sürəti
iş otağı ölçülərinin seçilməsi
məlumatın qəbulu və saxlanılması
İş yerinin təşkili üçün erqonomik tələblərin antropometrik növünü göstərin:
informasiya çatması sürətinin hesablanması
iş yerinin və onun hissələrinin insan bədəninin forma, çəkisi və ölçüsü ilə uyğunluğu
otaq ölçüləri, işıq, havanın təmizlənməsi üçün filtrlər, toz və qaz sızması və s.
eşitmə, görmə və s. fizioloji xüsusiyyətlərin nəzərə alınması
Antropometrik xüsusiyyətlərin dinamik növünü göstərin:
iş yerinin təşkili zamanı hesablamaların aparılması üçün geniş yayılmışdır (məs., insanın dinamik iş hərəkətlərini, templərini təmin etmək üçün otağın ölçüləri)
operator bədəninin fərdi hissələrinin, məsələn, əlin və ayaqların statik ölçüləri aid edilir
profilaktik baxım və tibbi yoxlamalar təmin edilir
Antropometrik xüsusiyyətlərin statik növünü göstərin:
sosiometriyanın bir növüdür
bura operator bədəninin fərdi hissələrinin, məsələn, əlin və ayaqların statik ölçüləri aid edilir
geriləyən texnika və iş metodlarının istifadəsinə aid edilir
Hansı amillər iş prosesinin təşkili zamanı nəzərə alınmalıdır?
hamısı nəzərə alınmalıdır
əməyin mühafizəsi və gigiyenası
əməyin təhlükəsizliyinin psixologiyası
texnika təhlükəsizliyi
Hansı halda əmək prosesi təhlükəli hesab oluna bilər?
rahat iş mövqeyi, qabaqcıl texnika və iş metodlarının tətbiq olunursa
işçinin vaxtının və enerjisinin məhsuldar xərcləri yaranırsa
əgər əmək prosesində zədələr, travmalar işçilərə və ətrafdaki insanlara negativ təsir göstərirsə
