NEW
Font size
WorksheetsFirmalar, bazarlar və rəqabət - M-14
Total questions: 20
Worksheet time: 15mins
Şaquli məhdudiyyətlər nədir?
şaquli əlaqələrdə olan firmalar arasındakı uzunmüddətli sazişlərdə olan tənzimləyici şərtlərdir
şaquli əlaqələrdə olan firmaların birləşməsi şərtləridir
şaquli nteqrasiya etmiş firmalar arasındakı uzunmüddətli sazişlərdə olan tənzimləyici şərtlərdir
müstəqil firmalar arasındakı qısamüddətli sazişlərdə olan tənzimləyici şərtlərdir
məhsulun satıcısı ilə onun son istehlakçısı arasında olan alqı-satqı müqaviləsinin şərtləridir
Firmaların şaquli ayrılması halında inhisar qiyməti ilə bağlı qərarlar belə xarakter daşıyır:
ikiqat marjinallaşma problemi
ikiqat qiymətqoyma problemi
ikiqat qərarvermə problemi
şaquli inteqrasiya problemi
qiymətin artması problemi
İkiqat marjinallaşma probleminin həlli üçün bu sistemdən istifadə olunur:
ikidərəcəli tarif
qoşa tarif
limitləyici tarif
ikiqat qərarvermə
marjinallaşmadan imtina
İkidərəcəli tarifdə franşiza ödənişi (f):
fiksə edilmiş (sabit təyin edilmiş) ödəniş məbləgidir
pərakəndəsatış firmasının gəlirindən faizlə hesablanan ödəniş məbləğidir
satışın həcminə görə müəyyən edilən ödəniş məbləğidir
məhsulun xərcləri əsasında hesablanan ödəniş məbləğidir
minimum əmək haqqına görə faizlə hesablanan ödəniş məbləğidir
Şaquli inteqrasiya zamanı:
dəyər yaradılması zənciri prosesinin ardıcıl həlqələrini həyata keçirən firmaların birləşməsi baş verir
dəyər yaradılması zənciri prosesinin ardıcıl həlqələrini həyata keçirən firmaların ayrılması baş verir
dəyər yaradılması zənciri prosesinin ardıcıllığına daxil olmayan firmaların birləşməsi baş verir
istehsal firması hazır məhsulun satışını həyata keçirən çox sayda müstəqil firmalarla əlaqələr qurur
istehsalçı firma məhsul istehsalı üçün lazım olan resursların (xammal və materiallar, komplektləşdirici hissələr və s.) tədarükçülərinə alternativlər axtarır
Şaquli əlaqələr dedikdə nə başa düşülür?
"tədarük-istehsal-satış" zənciri ardıcıllığı üzrə fəaliyyət göstərən müstəqil firmalar arasındakı saziş əsaslı münasibətlər
"tədarük-istehsal-satış" zənciri ardıcıllığı üzrə fəaliyyətlərə daxil olmayan iki firma arasındakı saziş əsaslı münasibətlər
son hazır məhsulun istehsalı üzrə dəyər yaradılması zəncirinin bütün yaxud müəyyən həlqələrində olan müəssisələrin istehsal və təşkilati baxımdan birləşməsi və ya qovuşması
son hazır məhsulun istehsalı üzrə dəyər yaradılması zəncirinin bütün yaxud müəyyən həlqələrində olan firmaların müstəqil fəaliyyətləri
son hazır məhsulun istehsalı üzrə dəyər yaradılması zəncirinin ayrı-ayrı həlqələrində fəaliyyət göstərən firmaların müstəqilləşməsi prosesi
Şaquli inteqrasiya dedikdə:
son hazır məhsulun istehsalı üzrə dəyər yaradılması zəncirinin bütün yaxud müəyyən həlqələrində olan müəssisələrin istehsal və təşkilati baxımdan birləşməsi və ya qovuşması
dəyər yaradılması zənciri ardıcıllığı üzrə fəaliyyət göstərən iki firma arasındakı saziş əsaslı münasibətlər başa düşülür
dəyər yaradılması zənciri ardıcıllığı üzrə fəaliyyətlərə daxil olmayan iki firma arasındakı saziş əsaslı münasibətlər başa düşülür
dəyər yaradılması zəncirinin bütün həlqələrində olan müəssisələrin fəaliyyətlərini öz aralarında razılaşdırılması başa düşülür
son hazır məhsulun istehsalı üzrə dəyər yaradılması zəncirinin ayrı-ayrı həlqələrində fəaliyyət göstərən firmaların müstəqilləşməsi prosesi başa düşülür
İkiqat marjinallaşma problemi nədir?
firmaların şaquli ayrılması halında istehsalçı firmanın marjinal (son hədd) xərclərinin ikiqat artması problemidir
firmaların şaquli inteqrasiyası halında məhsulun istehsal və satış satış xərclərinin iki dəfə artmasıdır
firmaların şaquli ayrılması halında məhsulun satış qiymətinin iki dəfə artmasıdır
firmaların şaquli inteqrasiyası (birləşməsi) halında inhisar qiyməti ilə bağlı qərarın iki dəfə qəbul edilməsidir
firmaların şaquli ayrılması halında inhisar qiyməti ilə bağlı qərarın iki dəfə qəbul edilməsidir
İkidərəcəli tarif (f, w) bu elementlərdən ibarətdir:
inhisar qiyməti və əlavə ödəniş
topdansatış qiyməti və françayzinq ödənişi
pərakəndəsatış qiyməti və françayzinq ödənişi
pərakəndəsatış qiyməti və franşiza ödənişi
topdansatış qiyməti və franşiza ödənişi
Bunlardan hanı şaquli məhdudiyyətlərə aid deyil?
eksklüziv satış ərazilərinin tətbiqi
yuxarı səviyyədə olan firma tərəfindən pərakəndəsatış qiymətinin aşağı həddinin təyin edilməsi
yuxarı səviyyədə olan firma tərəfindən maksimum pərakəndəsatış qiymətinin təyin edilməsi
franşiza ödənişi
dövlət tərəfindən məhsulun qiymətinin yuxarı həddinin (tavan qiymətinin) təyin edilməsi
Pərakəndəsatış firmaları arasında rəqabət nə qədər yüksək olarsa:
topdansatış qiymətinin optimal səviyyəsi pərakəndəsatış qiymətindən aşağı olar
topdansatış qiyməti optimal səviyyəyə çata bilməz
topdansatış qiymətinin aşağı səviyyəsi bir o qədər yüksək olar
topdansatış qiymətinin optimal səviyyəsi bir o qədər aşağı olar
topdansatış qiymətinin optimal səviyyəsi bir o qədər yüksək olar
Pərakəndəsatış firmasının reklam fəaliyyəti ilə bağlı üzləşdiyi yan (xarici) təsirlər probleminin həlli zamanı bu şaquli məhdudiyyətdən istifadə oluna bilər:
eksklüziv satış ərazilərinin tətbiqi
istehsalçı firma tərəfindən məhsulun pərakəndəsatış qiymətinin aşağı həddinin təyin edilməsi
franşiza ödənişinin tətbiqi
istehsalçı firma tərəfindən maksimum pərakəndəsatış qiymətinin təyin edilməsi
eksklüziv reklam sazişlərinin tətbiqi
İstehsalçılaırn sayı pərakəndə satıcıların sayından çox olduqda, yəni pərakəndə satıcı bazar gücünə sahib olduqda tətbiq olunan şaqulu məhdudiyyət hansıdır:
rəqib firmanın məhsulunun satışına məhdudiyyətlər müəyyən edilməsi
eksklüziv satış ərazilərinin tətbiqi
stehsalçı firma tərəfindən pərakəndəsatış qiymətinin qorunması
franşiza ödənişinin tətbiqi
pərakəndə satıcılara güzəştlərin tətbiqi
Şaquli inteqrasiyaların əsas motivlərindən biri yanlış verilib:
sahəyə daxilolma maneələrinin aradan qaldırılması
transaksiya xərclərinə qənaət
“ikiqat marjinallaşma”nın yaxud ikidərəcəli tariflərin aradan qaldırılması
tədarükçü firmaların qiymət təzyiqlərindən xilas olmaq
dövlət tənzimlənməsinin firmaya təzyiqinin azaldılması
Fiksə edilmiş dərəcə şəraitində yuxarı səviyyədə olan firma üçün mənfəətin maksimumlaşdırılması probleminin həll yolu belədir:
əvvəlcə, hər iki firma üçün ümumi mənfəəti maksimumlaşdırmaq, sonra isə aşağı səviyyədə olan firmanın ödəməyə hazır olduğu fiksə edilmiş dərəcəni müəyyən etmək
əvvəlcə, hər iki firma üçün ayrı-ayrılıqda mənfəəti maksimumlaşdırmaq, sonra isə aşağı səviyyədə olan firmanın ödəməyə hazır olduğu fiksə edilmiş dərəcəni müəyyən etmək
əvvəlcə, hər iki firma üçün uyğun saziş şərtlərini razılaşdırmaq, sonra isə aşağı səviyyədə olan firmaya ödəyəcəyi fiksə edilmiş dərəcəni müəyyən etmək
əvvəlcə, hər iki firma üçün ümumi mənfəəti maksimumlaşdırmaq, sonra isə aşağı səviyyədə olan firmaya ödəyəcəyi fiksə edilmiş dərəcəni müəyyən etmək
Pərakəndəsatış firmasının üzləşdiyi investisiyanın yan (xarici) təsiri probleminin həlli yolu budur:
pərakəndəsatış qiymətinin qorunması, yəni istehsalçı tərəfindən məhsulun pərakəndəsatış qiymətinin aşağı həddinin təyin edilməsi
pərakəndəsatış qiymətinin qorunması, yəni istehsalçı tərəfindən məhsulun pərakəndəsatış qiymətinin yuxarı həddinin təyin edilməsi
pərakəndəsatış qiymətinin sərbəst buraxılması, yəni istehsalçı tərəfindən məhsulun pərakəndəsatış qiymətinə har-hansı həddin təyin edilməməsi
pərakəndəsatış qiymətinin topdansatış qiyməti səviyyəsində təyin edilməsi
pərakəndəsatış qiymətinin tez-tez dəyişdirilməsi
Məhsulun son istehlakçıya vasitəçi-pərakəndəsatış firması tərəfindən satılmasının istehsalçı firmaya yaratda biləcəyi problemlərdən biri yanlış qeyd olunub:
bu halda istehlak tələbini müəyyən edən bəzi amillər istehsalçı firmanın nəzarətindən kənara çıxır
bu halda məhsulun pərakəndəsatış qiymətini istehsalçı firma yox, pərakəndəsatış firması təyin edir
bu halda bazar gücünün mühüm bir hissəsi pərakəndəsatış firmasının nəzarətinə keçir
pərakəndəsatış qiymətinin yüksək təyin olunması istehsalçı firmanın məhsuluna olan tələbi azaldan amil kimi çıxış edir
bu halda məhsulun qiymətinin formalaşmasında həlledici rol oynayan istehsal xərcləri istehsalçı firmanın nəzarətindən kənara çıxır
Bu şaquli məhdudiyyətlərdən hansı istehsalçı firmalara rəqiblərinin bazar payını əlindən almağa kömək edə bilər?
eksklüziv satış ərazilərinin tətbiqi (satıcının konkret əraziyə təhkim edilməsi)
eksklüziv satış szişləri (rəqib firmaların məhsullarının satışına məhdudiyyətlər qoyulması)
pərakəndəsatış qiymətinin qorunması (istehsalçı tərəfindən pərakəndəsatış qiymətinin aşağı həddinin təyin edilməsi)
istehsalçı firma tərəfindən maksimum pərakəndəsatış qiymətinin təyin edilməsi
pərakəndə satıcılara güzəştlər (istehsalçı mağazadakı yer üçün pərakəndə satıcıya haqq ödəməli olur)
Şaquli inteqrasiyanın tipləri hansılardır: 1) texnoloji inteqrasiya; 2) məhsul inteqrasiyası; 3) resurs inteqrasiyası; 4) təkrarlanan inteqrasiya; 5) inzibati inteqrasiya; 6) balanslı inteqrasiya
1, 4 və 5
2, 4 və 6
2, 3 və 6
1, 3 və 5
2, 3 və 5
Bu amillərdən hansıları şaquli inteqrasiyanın lehinə olan motivlərdir? 1) transaksiya xərclərinə qənaət; 2) ikiqat marjinallaşma probleminin aradan qaldırılması; 3) ixtisaslaşmanın itirilməsi; 4) idarəetmə proseslərinin mürəkkəbləşməsi; 5) sahəyə daxilolma maneələrinin yaradılması; 6) sahəyə daxilolma maneələrinin aradan qaldırılması
1, 2 və 5
3, 4 və 6
1, 3 və 6
bunların hamısı
3, 4, 5 və 6
