WorksheetsAZƏRBAYCAN DİLİ VİKTORİNA
Total questions: 11
Worksheet time: 11mins
Quruluşca sadə olan saylar hansılardır?
az,beş,iyirmi
xeyli,çoxlu, bir neçə
çoxlu,beşinci,otuz
bir qədər, axırıncı,əlli bir
on beş,əvvəlinci, bir-iki
Hansı saylar heç vaxt quruluşca sadə olmur?
miqdar,sıra
kəsr və sıra
qeyri-müəyyən,kəsr
miqdar və kəsr
heç biri
Düzəltmə saylar,əsasən,hansı nitq hissəsindən düzəlir?
isimdən
sifətdən
feldən
saydan
əvəzlikdən
Məntiqi ardıcıllığı tamamlayın.
on iki,on beş,on altı,yetmiş bir ....
on-on beş
bir qədər
yüz əlli
min-min
xeyli
Mürəkkəb saylar necə yazılır?
bitişik
ayrı
defislə
bitişik və ya defislə
ayrı və ya defislə
Hansı növ saylardan sonra isim həmişə təkdə olur?
müəyyən miqdar sayından sonra
qeyri-müəyyən miqdar sayından sonra
sıra sayından sonra
sadə saydan sonra
düzəltmə saydan sonra
Qeyri-müəyyən miqdar sayı işlənən cümlə hansıdır?
Dayanacaqda bir qədər gözlədik.
Yağış çox yağdı.
O, xeyli susdu.
Mənə bir az su verin.
Onu az-maz tanıyıram.
Müəyyən miqdar sayı ilə isim arasında işlənən sözlər necə adlanır?
qoşma
ədat
numerativ söz
bağlayıcı
modal söz
Hansı cümlədə numerativ söz işlənmişdir?
Onun da bir atım barıtı var.
Bir qədər yol getdikdən sonra dincəldilər.
Qarşıda bir neçə qaraltı göründü.
Qarşısına bir gözəl qız çıxdı.
Onun bir sıra əsərləri çap olunmayıb.
Hansı sırada numerativ söz yerində işlənməmişdir?
Bizə iki nəfər adam lazımdır.
Çantada üç dənə dəftər var idi.
Səyyah iyirmi beş kilometr yol getmişdi.
Sinifdə on doqquz dənə şagird var.
Atam mənə bir dəst kostyum aldı.
Hansı say məna növünə görə digərlərindən fərqlidir?
onlarla
5-6
yüzlərcə
on yeddi
xeyli
