wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Maliyy' riski kollok 2-3

Total questions: 19

Worksheet time: 19mins

Name
Class
Date
1.
Bu yanaşma yaranan risk hadisələrinə uyğunlaşmaya əsaslanır və mənfi maliyyə itkiləri halların yalnız bir hissəsinin qarşısının alınmasını nəzərdə tutur.
a)
Adaptiv idarəetmə yanaşması
b)
Aktiv idarəetmə yanaşması
c)
Mühafizəkar idarəetmə yanaşması
d)
Metodoloji yanaşma
2.
Bu yanaşma vasitəsilə idarəetmə zərərin lokallaşdırılmasına və onun gələcək hadisələrə təsirinin neytrallaşdırılmasına yönəlib.
a)
Passiv (mühafizəkar) yanaşma
b)
Aktiv idarəetmə yanaşması
c)
Ümumi yanaşma
d)
Nəzəri yanaşma
3.
Riskdən qaçma strategiyasına aid olmayan xüsusiyyət hansıdır?
a)
bu strategiya olduqca tez-tez həyata keçirilir və qəbuledilməz maliyyə itkiləri riskinin bütün ehtimallarında istifadə olunur
b)
məhdud tətbiq sahəsinə malikdir, çünki qaçırılmış imkanların xərcləri ilə müşayiət olunur
c)
qəbuledilməz risklərə səbəb ola biləcək hərəkətlərdən çəkinməyi nəzərdə tutan ən sadə və ən radikal strategiyadır.
d)
Riskdən qaçmaq üçün qərarların əksəriyyəti ilkin mərhələdə qəbul edilir, çünki əməliyyatları davam etdirməkdən imtina həm əhəmiyyətli maliyyə və digər itkilərə səbəb olur
4.
Diversifikasiyanın əsas formalarına aşağıdakılardan hansı daxil deyil?
a)
Fəaliyyətin məhdudlaşdırılması
b)
Satış bazarlarının şaxələndirilməsi
c)
Maliyyə investisiyalarının diversifikasiyası
d)
Qarşı tərəflərin diversifikasiyası
5.
Riskin qəbul edilməsi üsullarına daxildir.
a)
məhdudlaşdırma; lokallaşdırma; özünüsığorta;
b)
məhdudlaşdırma; limitləşdirmə; təkrarsığorta;
c)
lokallaşdırma; özünüsığorta; forvard;
d)
forvard; fyuçers; opsion;
6.
Bazar riski nədir?
a)
Bazarda faiz dərəcələrinin, valyuta məzənnələrinin, qiymətli kağızların və əmtəələrin dəyərində baş verən dəyişikliklərlə əlaqədar yaranan riskdir.
b)
Təsərrüfat subyektinin daxili mühitinin təşkilati və idarəetmə, əməliyyat, maliyyə və iqtisadi risk faktorlarının təsiri ilə əlaqədar risklərdir
c)
Təzahür miqyasına görə təsnifləşdirilən risklərin bir növüdür
d)
Əmanətlərin qaytarılmaması imkanlarını əks etdirən risk növüdür
7.
Bazar riskləri bir sıra səbəblərdən yarana bilər: aid olmayanı göstərin
a)
xarici valyuta məzənnəsinin sabit qalması;
b)
qiymətli metalların bazar dəyərinin dəyişməsi;
c)
bazar qiymətlərinin uyğunsuz dəyişməsi;
d)
fond qiymətlilərinin uyğunsuz dəyişməsi;
8.
Faiz dərəcəsi riskinin səviyyəsinə təsir edən əsas amillərə aid deyil:
a)
təkrarsığortanın həyata keçirilməsi
b)
bazar şəraitinin qeyri-sabitliyi
c)
müəssisənin maliyyə vəziyyəti, onun ödəmə qabiliyyəti və sabitliyi
d)
bazarda faiz dərəcələrinin dəyişmə dinamikası
9.
Bazarda faiz dərəcələrinin səviyyəsinin dəyişməsi nəticəsində şirkətin xalis gəlirinin və kapitalının bazar dəyərinin azalması ehtimalı hansı risk növüdür ?
a)
faiz dərəcəsi riski
b)
bazar riski
c)
gəlir və kapital riski
d)
investisiya riski
10.
Hansı məktəb çərçivəsində ilk dəfə riskin nəticələrinin ikili xarakteri müəyyən edilmiş və riskin özü qeyri-müəyyənlik şəraitində həyata keçirilən hər hansı sahibkarlıq fəaliyyətinin tərkib hissəsi kimi qəbul edilməyə başlamışdır?
a)
neoklassik məktəb
b)
klassik məktəb
c)
postneoklassik məktəb
d)
modern məktəb
11.
Risk haqqında elmi biliklərin inkişafında böyük ədədlər qanununu kəşf edən, statistik seçmə üsullarını işləyib hazırlayan və riskin faydalılığı fərziyyəsini formalaşdıran alim:
a)
C.Bernulli
b)
B.Paskal
c)
P.de Ferma
d)
R.Kantillon
12.
İlk dəfə “risk meneceri” peşəsini kim təsvir etdi?
a)
R.Qallager
b)
A.Smit
c)
U.Snayder
d)
A.Marşall
13.
Xarici mühitin mezosəviyyəli risk faktorlarının təsnifatına aid olanları seçib göstərin: 1. Təchizatçı amili 2. Hüquqi amillər 3. Regionda infrastruktur- logistika amilləri 4. Siyasi amillər 5. Regionda sənaye amilləri
a)
3; 5;
b)
1; 5;
c)
2; 5;
d)
2; 4;
14.
Riskin hansı funksiyası yeni həllərin axtarışına sövq edir, fəaliyyətin səmərəliliyini artırır və təsərrüfat subyektinin iqtisadi potensialının üzə çıxarılmasına töhfə verir?
a)
İnnovativ
b)
Analitik
c)
Dialektik
d)
Qoruyucu
15.
Təsərrüfat subyektinin işgüzar nüfuzuna xələl gətirən risk növü aşağıdakılardan hansıdır?
a)
İmic
b)
Istehsal
c)
Kommersiya
d)
Əmlak
16.
Maliyyə risklərinin növlərinə aşağıdakılardan hansı daxildir?
a)
Valyuta və inflyasiya riski
b)
Strateji və taktiki risklər
c)
Deterministik və stoxastik risklər
d)
Qiymət riski və xalis risk
17.
Maliyyə risklərinin idarə edilməsi sahəsində idarəetmə qərarlarının həyata keçirilməsi üçün stimullar sistemini təmin edən funksiya hansıdır?
a)
Motivasiya
b)
Nəzarət
c)
Koordinasiya
d)
Təşkilati
18.
Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi üçün istifadə edilən üsullara aşağıdakılardan hansı daxildir?
a)
Kəmiyyət və keyfiyyət
b)
Amil və uçot təhlili
c)
Nəzarət
d)
Statistik və uçot
19.
Səhm aktivlərinin emitenti və səhmdarları ilə əlaqəli amillərin təsiri altında ticarət portfelinin və törəmə maliyyə alətlərinin səhm aktivlərinin bazar qiymətlərinin əlverişsiz dəyişməsi nəticəsində itki riski necə adlanır?
a)
Səhm riski
b)
Emitent riski
c)
Dolayı risk
d)
Fundamental risk