Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

İSTİLİK VƏ KÜTLƏ TRANSFERİ KOLLOKVİUM 1

Total questions: 50

Worksheet time: 25mins

Name
Class
Date
1.

İxtiyari miqdarda ideal qaz üçün hal tənliyi hansı ifadə ilə təyin olunur ?

a)

R=PV

b)

pv=Rt

c)

Pt=Rv

d)

PvT=R

e)

Pv=GRT

2.

İdeal qaz molekullarının konsentrasiyası 2 dəfə artdıqda təzyiqi necə dəyişər?

a)

2 dəfə azalar

b)

8 dəfə artar

c)

4 dəfə artar

d)

Dəyişməz

e)

2 dəfə artar

3.

Atmosfer təzyiqindən aşağı olan təzyiq necə adlanır?

a)

Vakuum təzyiq

b)

Mütləq təzyiq

c)

Nisbi təzyiq

d)

Barometrik təzyiq

e)

Manometrik təzyiq

4.

Atmosfer təzyiqindən yuxarı olan təzyiq necə adlanır?

a)

Nisbi təzyiq

b)

Mütləq təzyiq

c)

Manometrik təzyiq

d)

Vakuum təzyiqi

e)

İzafi təzyiq

5.

Hansı cavablarda təzyiqin ölçü vahidi verilməmişdir? 1 - mm civə sütunu 2 - Pa/m2 3 - Pa 4 - N m 5 - Bar 6 - kq/m2 7 - N/m3 8 - N/m2

a)

3, 5, 1

b)

1, 5, 6

c)

1, 3, 7

d)

5, 6, 3

e)

2, 4, 7

6.

Hansı cavablarda yalnız təzyiqin ölçü vahidləri verilib? 1 - N∙m2 2 - N/m3 3 - N/m2 4 - mm civə sütunu 5 - kq/m2 6 - Bar

a)

4, 5, 6

b)

2, 1, 5

c)

1, 3, 6

d)

3, 4, 6

e)

1, 2, 6

7.

İdeal qaz molekullarının irəliləmə hərəkətinin orta kinetik enerjisi 4 dəfə artanda təzyiqi necə dəyişər?

a)

2 dəfə artar

b)

16 dəfə azalar

c)

Dəyişməz

d)

16 dəfə artar

e)

4 dəfə artar

8.

Quruluq dərəcəsi hansı inetrvalda qiymət ala bilər?

a)

0,1-0,5

b)

0,5-1

c)

0-0,5

d)

0-1

e)

heç dəyişməz

9.

Quruluq dərəcəsi təyin olunur;

a)

y=G-X/X

b)

x=A/G

c)

y=X/G

d)

y=G/X

e)

x=X/G

10.

Boz cismin tənliyi hansıdır?

a)

A+Q=1

b)

Q+R=1

c)

Q+D=1

d)

A+R=1

e)

D+R=1

11.

Dizel daxili yanma mühərrikinin silindrində yanacaq nəyin nəticəsidə alışır?

a)

Elektrik qövsünün

b)

Havanın yüksək sürətinin

c)

Mühərrikin gövdəsinin yüksək temperaturunun

d)

Havanın yüksək təzyiqinin

e)

Havanın yüksək temperaturunun

12.

Tsiklin səmərəliliyi hansı parametr ilə xarakterizə olunur?

a)

tsiklin dönməyən olması

b)

soyuducu mənbəyin temperaturu

c)

termik faydalı iş əmsalı

d)

tsiklin dönən olması

e)

istiliyin mənbəyinin temperaturu

13.

Termodinamikanın ikinci qanununun əsas müddəası nədir?

a)

istilik işə çevrilə bilməz

b)

bir istilik mənbəyi vasitəsilə istilik maşını yaratmaq mümkündür

c)

istilik işə çevrildikdə onun bir hissəsi itməlidir

d)

istilik öz-özünə soyuq cisimdən isti cismə keçir

e)

istilik işə tam çevrilə bilər

14.

v = const prosesinin olması üçün “n” hansı qiymətə malik olmalıdır?

a)

heç biri

b)

n=1

c)

n=k

d)

n=0

e)

n=±∞

15.

Pvk=const düsturunda “k” parametri necə adlanır?

a)

Molekulaların konsentrasiyası

b)

İzoterma göstəricisi

c)

Politropa göstəricisi

d)

Adiabata göstəricisi

e)

Molekulaların sayı

16.

Qazın potensial enerjisi hansı parametrdən asılıdır?

a)

qazın təzyiqindən

b)

qazın həcmindən

c)

qazın temperaturundan

d)

qazın xüsusi həcmindən

e)

qazın temperaturundan və təzyiqindən

17.

Universal qaz sabitinin ədədi qiyməti nə qədərdir?

a)

8334 C/K mol k

b)

8324 C/mol k

c)

8324 C/K mol k

d)

8314 C/K mol k

e)

8314 C/kq k

18.

Qaz sabiti nədən asılıdır?

a)

qazın sıxlığından

b)

təzyiqdən

c)

temperaturdan

d)

qazın növündən

e)

qazın kütləsindən

19.

Qaz sabitinin ölçü vahidi hansıdır?

a)

Vt/kq k

b)

Vt/mk

c)

C/m k

d)

C/kq k

e)

C/m kq

20.

Qazın kinetik enerjisi hansı parametrdən asılıdır?

a)

qazın xüsusi həcmindən

b)

qazın temperaturundan və təzyiqindən

c)

qazın həcmindən

d)

qazın temperaturundan

e)

qazın təzyiqindən

21.

Proses əmələ gəldikdə qazın daxili enerji dəyişməsini hesablamaq üçün hansı parametrlər məlum olmalıdır?

a)

prosesin gedişi

b)

qabın başlanğıc nöqtəsinin parametrləri və proses gedişi

c)

qazın son nöqtəsinin parametrləri və prosesin gedişi

d)

qazın başlanğıc və son nöqtələrinin parametrləri

e)

heç birinin məlum olması vacib deyil

22.

Qaz sabitinin fiziki mənası nədir?

a)

entalpiya

b)

istilik

c)

iş

d)

istilik seli

e)

xüsusi istilik

23.

Reynolds ədədinin Re = 500 qiymətində axın hansı rejimədir ?

a)

Sakit hərəkətsiz

b)

Turbulent

c)

Qarışıq

d)

Laminar

e)

Daşqın frtınalı

24.

Reynolds ədədinin Re = 300 qiymətində axın hansı rejimədir ?

a)

Laminar

b)

Turbulent

c)

Qarışıq

d)

Daşqın frtınalı

e)

Sakit hərəkətsiz

25.

Sabit təzyiqdə ideal qazın temperaturunu 6 dəfə azaltdıqda onun həcmi necə dəyişər?

a)

dəyişməz

b)

5 dəfə artar

c)

2,5 dəfə artar

d)

6 dəfə azalar

e)

2,5 dəfə azalar

26.

Sabit təzyiqdə ideal qazın temperaturunu 3 dəfə azaltdıqda onun həcmi necə dəyişər?

a)

2,5 dəfə azalar

b)

2,5 dəfə artar

c)

5 dəfə artar

d)

dəyişməz

e)

3 dəfə azalar

27.

Hansı cavabda qazların hal parametri verilməmişdir (V-qazın həcmi, T-qazın temperaturu, K; C-istilik tutumu, P-qazın təzyiqi, M- molekul kütləsi, G-qazın çəkisi)?

a)

T, p, M

b)

p, C, T

c)

V, T, p

d)

T, p, G

e)

C, G, M

28.

Hansı cavabda qazların yalnız hal parametrləri verilmişdir (ω- qazın hərəkət sürəti, P-qazın təzyiqi, vqazın xüsusi həcmi, m- qazın kütləsi, T- qazın temperaturu)?

a)

ω, P, T

b)

m,V, t

c)

p, v, ω

d)

P, T, v

e)

T, m, ω

29.

İstilik texnikasında qaz və buxarlardan nə üçün işçi maddə kimi istifadə edilir?

a)

İstilik tutumu çox olduğuna görə

b)

İstilikkeçirmə əmsalı çox olduğuna görə

c)

Qızdırıldıqda sıxlığı azaldığına görə

d)

Qızdırıldıqda və soyudulduqda öz həcmlərini çox böyük həcmdə dəyişdiyinə görə

e)

Özlülüyü az olduğuna görə

30.

Politropik prosesdə P və v arasındakı asılılıq necə ifadə olunur?

a)

düz mütənasibdir

b)

tərs mütənasibdir

c)

heç biri doğru deyildir

d)

politropa göstəricisinin qiymətindən asılıdır

e)

heç bir asılılıq yoxdur

31.

Qazın işinin işarəsi nə zaman mənfi olur?

a)

qazın temperaturu artdıqda

b)

qazın təzyiqi yüksəldikdə

c)

qaz genişləndikdə

d)

qaz sıxıldıqda

e)

qazın təzyiq və temperaturu artdıqda

32.

Qaz sabitinin ölçü vahidi hansıdır?

a)

Vt/mk

b)

C/m k

c)

C/kq k

d)

C/m kq

e)

Vt/kq k

33.

1 kq ideal qaz üçün hal tənliyi düsturu hansıdır?

a)

PV= mRT

b)

PV=zRT

c)

PV=GRT

d)

Pv=RT

e)

PV =MRT

34.

Selsi temperatur şkalası ilə Kelvin şkalası arasındakı əlaqə hansı düsturla ifadə olunur?

a)

T=t+273

b)

T=t+373

c)

T=273-t

d)

t=273+T

e)

t=273-T

35.

Göstərilən asılılıqlardan hansı hal-tənliyi adlanır?

a)

F(PVTZ)=0

b)

F(P,V,t)=0

c)

F(p,v,T)=0

d)

F(P,v,T)=0

e)

F(P,V,T)=0

36.

Hansı hal parametri deyil?

a)

P,v

b)

P,T,v

c)

R,Q

d)

P,T

e)

T,v

37.

Termodinamikanın birinci qanunu hansıdır?

a)

Q=RT

b)

Q=AL-Pr

c)

Q=U+R

d)

Q=AL

e)

Q=A+E

38.

Bu bölmənin hansı istilik texnikasında öyrənilmir?

a)

istilikötürmə avadanlıqları

b)

istilik maşınları

c)

texniki termodinamika

d)

hidromaşınlar

e)

qazan qurğuları

39.

Manometrlə qazın hansı parametri ölçülür?

a)

Qazın sıxlığı

b)

Təzyiq qüvvəsi

c)

Qazın təzyiqi

d)

Nisbi rütubəti

e)

Temperaturu

40.

Mol xüsusi istilik tutumu nəyə deyilir?

a)

1 mol qazın temperatur dəyişməsinin qaza verilən və ya alınan istilik miqdarına olan nisbətinə

b)

1 mol qaza verilən və ya alınan istilik miqdarının temperatur dəyişməsinə olan nisbətinə

c)

1 mol qaza verilən və ya alınan istilik miqdarının onun mütləq temperaturuna olan nisbətinə

d)

1 mol qazın təzyiqinın onun mütləq temperaturuna olan nisbətinə

e)

1 mol qazın həcminin mütləq temperatur dəyişməsinə olan nisbətinə

41.

İstilik mühərriklərinə aid edilir:

a)

buz generatorları, deazratorlar

b)

buxar turbinləri, qazan qurğuları

c)

qaz turbinləri, buxar qazanları

d)

Daxili yanma mühərrikləri, buxar turbinləri, reaktiv mühərriklər

e)

qradinirlər, istilik mühərrikləri

42.

İstilik mühərrikləri quruluş xüsusiyyətlərindən asılı olmayaraq üç əsas hissədən ibarətdir?

a)

işçi cisim və soyuducu

b)

işçi cisim və mühərrik

c)

qızdırıcı,işçi cisim və soyuducu

d)

soyuducu və qızdırıcı

e)

yalnız soyuducu

43.

İstilik mühərriki iş prinsipi nədən ibarətdir?

a)

müxtəlif növ yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən qurğudur

b)

yalnız günəş enerjisini mexaniki enerjiyə çevirən qurğudur

c)

istənilən növ enerjini mexaniki enerjiyə çevirən qurğudur

d)

istilik enerjisini daxili enerjiyə çevirən qurğudur

e)

mexaniki enerjini daxili enerjiyə çevirən qurğudur

44.

Entropiya ifadəsini ilk dəfə hansı alim işlətmiş və S hərfi ilə işarə etmişdir?

a)

Klayzius

b)

Avaqadro

c)

Gey Lüssak

d)

Mendeleyev

e)

Klapeyron

45.

Entalpiyanın mənası nədir?

a)

buxarlandırmaq

b)

dondurmaq

c)

əritmək

d)

qızdırmaq

e)

soyutmaq

46.

İstilikdəyişdirici aparatın qızma səthinin sahəsini tapmaqdan ötrü hansı tənlikdən istifadə olunur?

a)

istilik balansı tənliyindən

b)

istilik tutumu tənliyindən

c)

istilikvermə tənliyindən

d)

istilikötürmə tənliyindən

e)

istilikkeçirmə tənliyindən

47.

İstilik maşını:

a)

istənilən halda dövri proses icra edən (mexaniki iş görən) termodinamik sistemdir

b)

cisimdən istilik miqdarı almadan da mexaniki iş görən sistemdir

c)

öz istilik miqdarı hesabına dövri proses icra edən bir sistemdir

d)

bir cisimdən istilik miqdarı alaraq dövri proses icra edən (mexaniki iş görən) termodinamik sistemdir

e)

cisimdən istilik miqdarı almadan dövri proses icra edən (mexaniki iş görən) termodinamik sistemdir

48.

İzobarik proses TS diaqramı hansı əyri ilə təsvir olunur?

a)

parabola ilə

b)

hiperbola ilə

c)

düz xətlə

d)

loqarifmik xətlə

e)

şaquli xətlə

49.

Hansı maye doymuş maye adlanır?

a)

üçlük nöqtədə olan

b)

kritik halda olan

c)

donma temperaturunda olan

d)

qaynama temperaturunda olan

e)

kondensasiya olunan

50.

Nəm havanın tərkibi hansı qarışıqdan təşkil olunmuşdur?

a)

quru hava və su buxarının kimyəvi qarışığı

b)

azot və oksigen qazlarının qarışığı

c)

nəm hava və su buxarının mexaniki qarışığı

d)

quru hava və su buxarının mexaniki qarışığı

e)

quru hava və azot qazının mexaniki qarışığı