wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

401-450

Total questions: 50

Worksheet time: 25mins

Name
Class
Date
1.

Hansı halda dövlət qulluqçusuna pensiya təyin edilmir

a)

2 il dövlət qulluğunda xidmət etməyibsə

b)

20 il dövlət qulluğunda xidmət etməmisinizsə

c)

10 il dövlət qulluğunda xidmət etməmisinizsə

d)

dövlət qulluğunda minimum staj olduqda

e)

dövlət qulluğunda minimum staj olmadıqda (5 il)

2.

Əmək pensiyasının sığorta və maliyyələşdirilən hissələri hansı vəsait hesabına maliyyələşdirilir

a)

Müdafiə Nazirliyinin vəsaiti hesabına

b)

Dövlət Neft Fondunun vəsaiti hesabına

c)

dövlət büdcəsindən transfertlər hesabına

d)

dövlət büdcəsi hesabına

e)

icbari dövlət sosial sığortası hesabına

3.

Şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri sosial sığorta stajına hansı qaydada hesablanır?

a)

məhkəmənin qərarından asılıdır

b)

ikiqat ölçüdə

c)

üçqat ölçüdə

d)

dördqat ölçüdə

e)

DSMF-nin qərarından asılıdır

4.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət müddət sosial sığorta stajına daxil edilirmi

a)

edilir

b)

AR DSMF-nun qərarı ilə daxil edilir

c)

rayon (şəhər) məşğulluq mərkəzinin qərarı ilə daxil edilir

d)

AR ƏƏSMN-nin qərarı ilə daxil edilir

e)

edilmir

5.

Şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət sosial sığorta stajına daxil edilirmi

a)

AR DSMF-nun qərarı ilə daxil edilir

b)

rayon (şəhər) məşğulluq mərkəzinin qərarı ilə daxil edilir

c)

AR ƏƏSMN-nin qərarı ilə daxil edilir

d)

edilmir

e)

edilir

6.

Miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan miqrasiya işçilərinin yaşa görə əmək pensiyası hüququ hansı şərtlər olduqda yaranır

a)

miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 10 il qulluq stajı olduqda əmək pensiyası hüququ yaranır

b)

miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 20 il qulluq stajı olduqda əmək pensiyası hüququ yaranır

c)

miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olduqda əmək pensiyası hüququ yaranır

d)

miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 5 il qulluq stajı olduqda əmək pensiyası hüququ yaranır

e)

miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 15 il qulluq stajı olduqda əmək pensiyası hüququ yaranır

7.

Yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş prokurorluq işçilərinə hansı şərtlər əsasında əmək pensiyası təyin edilir

a)

25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 5 ilini prokurorluq orqanlarında qulluq etdikdə

b)

35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etdikdə

c)

25 il prokurorluq orqanlarında qulluq etdikdə

d)

azı 25 il prokurorluq orqanlarında qulluq etdikdə

e)

25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 10 ilini prokurorluq orqanlarında qulluq etdikdə

8.

Qulluq stajına görə əmək pensiyasına əlavələr hansı vəsaitlər hesabına maliyyələşir?

a)

Dövlət neft fondunun vəsaiti hesabına

b)

dövlət büdcəsinin vəsaiti hesabına

c)

məcburi dövlət sosial sığortası vəsaitləri hesabına

d)

AR Prezidentinin ehtiyat fondunun hesabına

e)

Dövlət sığorta şirkətinin vəsaiti hesabına

9.

Sığorta olunanın əmək pensiyası ilə yanaşı qeyri-dövlət pensiyası almaq hüququ varmı

a)

yalnız Dövlət Sosial Müdafiə Fondunun icazəsi ilə bu hüquq yarana bilər

b)

sığorta olunanın arzulu ilə yarana bilər

c)

vardır

d)

yoxdur

e)

bu hüquq özəl pensiya fondlarının qərarı əsasında yarana bilər

10.

Sosial sığorta stajına verilmiş hansı anlayış düzgündür?

a)

əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu

b)

əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş dövrlərin məcmusu

c)

əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan fəaliyyət dövrlərinin məcmusu

d)

əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə həyata keçirilən fəaliyyət dövrlərinin məcmusudur

e)

əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə həyata keçirilən fəaliyyət dövrlərinin məcmusudur

11.

Hərbi qulluqçuların təminat xərcliyinin tərkibinə ərzaq payı əvəzinə verilən pul kompensasiyası daxildirmi?

a)

hərbi qulluqçunun çalışdığı təşkilatın rəhbərinin qərarı ilə daxil edilir

b)

AR DSMF-nun qərarı ilə daxil edilir

c)

AR Müdafiə Nazirliyinin qərarı ilə daxil edilir

d)

daxil deyil

e)

daxildir

12.

Cinayət tərkibi

a)

cinayətkar hərəkət və cinayətkar hərəkətsizlik

b)

obyekt, obyektiv cəhət, subyekt, predmet;

c)

obyektiv və subyektiv əlamətlər

d)

obyekt, obyektiv cəhət, predmet;

13.

Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə Günü ilk dəfə hansı tarixdən qeyd olunur?

a)

01 yanvar 2004-cü ildən

b)

09 dekabr 2004-cü ildən

c)

02 fevral 2010-cu ildən

d)

10 dekabr 2004-cü ildən

e)

09 dekabr 2005-ci ildən

14.

BMT-nin Korrupsiya əleyhinə Konvensiyası Azərbaycan Respublikası tərəfindən nə vaxt təsdiq edilmişdir?

a)

01 yanvar 2002-ci il

b)

27 fevral 2004-cü il

c)

31 oktyabr 2004-cü il

d)

15 yanvar 2005-ci il

e)

31 oktyabr 2003-cü il

15.

Azərbaycan Respublikasında "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunu nə vaxt qəbul olunmuş və hansı tarixdə qüvvəyə minmişdir?

a)

"13 fevral 2004-cü ildə qəbul olumuş və 10 yanvar 2005-ci ildə qüvvəyə minmiş "

b)

"13 yanvar 2004-cü ildə qəbul olumuş və 01 yanvar 2005-ci ildə qüvvəyə minmiş "

c)

"15 mart 2004-cü ildə qəbul olumuş və 13 yanvar 2005-ci ildə qüvvəyə minmiş"

d)

"13 yanvar 2005-ci ildə qəbul olumuş və 02 yanvar 2005-cı ildə qüvvəyə minmiş"

e)

"15 mart 2004-cü ildə qəbul olumuş və 15 fevral 2005-ci ildə qüvvəyə minmiş"

16.

Korrupsiya hansı nəticələrə gətirib çıxarır?

a)

ekoloji mühitin pisləşməsi və təhsil səviyyəsinin aşağı düşməsi

b)

bütün cavablar düzdür

c)

sosial problemlərin artması və mənəvi-etik normaların zəifləməsi

d)

səhiyyənin, xidmət sahələrinin səviyyəsinin aşağı düşməsi

e)

dövlət təməllərinin zəifləməsi və iqtisadi itkilər

17.

Korrupsiyaya Qarşı Mübarizə Idarəsi AR-da hansı dövlət orqanının yanında fəaliyyət göstərir?

a)

"AR-nın Müdafiə Naziriliyi yanında"

b)

" AR-nın Baş Prokuroru yanında"

c)

"AR-nın Daxili İşlər Naziriliyi yanında"

d)

"AR-nın Milli Məclisiyanında"

e)

"AR-nın Vergilər Naziriliyi yanında"

18.

"Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə hansı orqanlar tərəfindən həyata keçirilir?"

a)

"bütün dövlət orqanları,vəzifəli şəxslər və hüquq-mühafizə orqanları"

b)

bütün cavablar düzdür

c)

"AR-nın Korrupsiyaya qarşı Mübarizə Komissiyası"

d)

"Korrupsiyaya qarşı Mübarizə Fondu"

e)

" AR-nın Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi"

19.

Korrupsiyaya qarşı Mübarizə Fondu nə vaxt təsis edilimişdir?

a)

31 oktyabr 2003-cü il

b)

01 fevral 2004-cü il

c)

01 yanvar 2002-ci il

d)

15 yanvar 2005-ci il

e)

31 oktyabr 2004-cü il

20.

AR-nın Korrupsiyaya qarşı Mübarizə Komissiyası neçə üzvdən ibarətdir?

a)

25 üzvdən

b)

5 üzvdən

c)

15 üzvdən

d)

10 üzvdən

21.

AR-nın Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin tərkibində hansı şöbələr fəaliyyət göstərir?

a)

maliyyə istintaqı şöbəsi

b)

analitik informasiya şöbəsi, istintaq şəbəsi, daxili təhqiqatlar şöbəsi

c)

ibtidai istintaq şəbəsi

d)

vergi istintaqı şöbəsi

e)

kriminalistika şəbəsi

22.

Cavabların hansında cinayət hüququnun vəzifələri daha dolğun ifadə edilmişdir:

a)

cinayət hüququnun vəzifəsi – şəxsiyyəti, onun həyatını, səhhətini, şərəf və ləyaqətini, vətəndaşların konstitusion hüquqlarını, mülkiyyəti qorumaq;

b)

cinayət hüququnun vəzifəsi – sülhün və insanlığın təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaşın hüquq və vəzifələrini, mülkiyyət, iqtisadi fəaliyyət, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühit, respublikanın konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaq.

c)

cinayət hüququnun vəzifəsi – Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdır;

d)

cinayət hüququnun vəzifəsi – sülhün və insanlığın təhlükəsizliyini təmin etməkdən, ictimai qaydanı və ictimai təhlükəsizliyi qorumaqdır;

e)

cinayət hüququnun vəzifəsi – insan və vətəndaşın hüquq və azadlıqlarını qorumaqdır

23.

Cavabların hansında cinayət hüququnun prinsipinin təyinatı daha dəqiq müəyyən edilmişdir:

a)

cinayət hüququnun prinsipi – əməlin kriminallaşdırılması və əməllərin cinayət olmasını aradan qaldıran, cinayət məsuliyyətinin diferensasiyası ilə bağlı fəaliyyətin rəhbər istiqamətləridir.

b)

cinayət hüququnun prinsipi – cinayət hüquq normasında təsbit olunan, cinayət hüququnun və onun institutlarının təbiətini müəyyən edən, cinayətkarlıqla mübarizədə hüquq yaradıcılığının və hüququn tətbiqi ilə bağlı fəaliyyətin əsas istiqamətləridir;

c)

cinayət hüququnun prinsipi – cinayətin tövsifi və cəza təyini ilə bağlı əsaslardır;

d)

cinayət hüququnun prinsipi – məsuliyyətin həlli ilə cəza təyini ilə, məsuliyyətdən və cəzadan azad etmə ilə bağlı rəhbər ideyalardır(istiqamətlərdir);

e)

cinayət hüququnun prinsipi – cinayət hüququnun tətbiqi ilə bağlı rəhbər ideyalardır;

24.

Cinayətin obyektiv cəhətinin elementi hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də ictimai təhlükəli nəticə ilə səciyyələnirsə, belə tərkib quruluşuna görə tərkibin hansı növünə aiddir:

a)

formal.

b)

maddi;

c)

kəsik;

d)

mürəkkəb;

e)

sadə;

25.

Hansı alternativ cavabda cinayət hüququnun tənzim predmeti aydın ifadə edilmişdir:

a)

törədilən cinayətə görə cəzanın tətbiqilə bağlı məsələlərin tənzimi;

b)

cinayət hüququnun predmeti – cinayətin törədilməsilə yaranan ictimai münasibətlərdir;

c)

cinayətin törədilməsi ilə cinayət məsuliyyəti məsələsinin yaranmasının tənzimi;

d)

cinayət hüququ ilə qorunan ictimai münasibətlərdir;

e)

cinayət hüquq normaları ilə tənzim edilən münasibətlər.

26.

Cinayət huququ nədir?

a)

Cinayət prosesual hüququn bir hissəsidir.

b)

Bu elm cinayət hüquqi nəzəriyələrin və ideyaların cinayəin və cəza haqqında təsəvvürün yaranması onun tarixi inkişafı perspektivləri və vəziyyəti haqqında sistemdir

c)

Mülki hüququn bir bölməsidir;

d)

Məkəmələrin qərarlarıdır;

e)

Adətlərdir

27.

Cinayətin törədildiyi vaxt hansı andan başlayır?

a)

Ictimai təhlükəli əməlin törədilməsinin məlum olduğu andan;

b)

Ictimai təhlükəli əmələ cəhd edilməsi anından.

c)

Ictimai təhlükəli əməlin həyata keçirilməsi anından;

d)

Ictimai təhlükəli nəticənin baş verdiyi andan;

e)

Ictimai təhlükəli əməlin törədildiyi andan;

28.

Cinayət subyektlərinin əlamətləri hansıdır?

a)

Anlaqlı vəziyyətdə olması;

b)

Qanunda göstərilən yaş həddinə çatması, anlaqlı vəziyyətdə olması;

c)

16 yaşına çatdıqda

d)

anlaqsızlıq

e)

ictimai təhlükəli əməlin törətməsi;

29.

Cinayətin obyekti deyiləndə nə başa düşülür?

a)

obyektiv dünyanın predmeti hansına cinayət törədildikdə bilavasitə təsir göstərilir;

b)

insan və vətəndaş hüquq və azadlıqları, mülkiyyət və ictimai qaydalar və cəza təhdidi ilə qorunan digər ictimai münasibətlər

c)

Məhkəmə qərarları ilə qorunan ictimai münasibətlər məcmusu;

d)

cinayət törədildikdə istifadə olunan alət.

e)

Cinayət hüququ tərəfindən qorunan ictimai münasibətlər məcmusu;

30.

Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi neçədir?

a)

16 yaş

b)

14 yaş

c)

18 yaş

d)

20 yaş

e)

istənilən yaş həddi

31.

Azərbaycan Respublikasının cinayət qanunvericiliyi hansı normativ-hüquqi aktlardan ibarətdir?

a)

AR Cinayət Məcəlləsindən, beynəlxalq hüquqi normalardan;

b)

AR Konstitusiyasından, AR Cinayət Məcəlləsindən, beynəlxalq hüquq normaları

c)

Yalnız AR Cinayət Məcəlləsindən;

d)

AR Cinayət Məcəlləsindən, Prezidentin sərəncamlarından;

e)

AR Cinayət Məcəlləsindən, məhkəmə presidentlərindən, adətlərdən.

32.

Əla alma, sövdələşmə, hədə-qorxu gəlmə ilə cinayət törətməyə sövq edən şəxs necə adlanır?

a)

iştirakçı

b)

Təhrikçi

c)

İcraçı

d)

Köməkçi

e)

Təşkilatçı

33.

Cinayət qanunu nə vaxt qüvvəyə minir?

a)

Qanun layihəsi Milli Məclisdə qəbul edildiyi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir

b)

Qanun layihəsi Milli Məclisdə qəbul edilən və mətbuatda dərc edilən gündən qüvvəyə minir

c)

Qanun layihəsi Milli Məclisdə qəbul edildikdən dərhal sonra qüvvəyə minir

d)

Qanun layihəsi Milli Məclisdə qəbul edildikdən, Prezident tərəfindən təsdiq edildikdən sonra və məlumatda dərc edilən gündən (qanunda başqa göstəriə yoxdursa) qanun qüvvəyə minmiş hesab edilir

e)

Qanun layihəsi Milli Məclisdə qəbul edildikdən, Prezident tərəfindən təsdiq edildikdən, habelə mətbuatda dərc edildikdən sonra 24 saat müddədtində qüvvəyə minir

34.

Cinayət anlayışı AR Cinayət məcəlləsinin aşağıda göstərilən hansı maddələrində müəyyən edilib?

a)

15

b)

14

c)

24

d)

31

e)

41

35.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi neçə maddədən ibarətdir?

a)

317

b)

353

c)

1325

d)

221

e)

200

36.

Azadlıq hüququnun məhdudlaşdırma metodları hansılardır?

a)

məcburi qaydada gətirilmə, həbsə alma və azadlıqdan məhrum etmə

b)

tutma, həbsə alma və azadlıqdan məhrum etmə

c)

azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrum etmə və həbsə alma

d)

İnzibati qaydada saxlama, həbsə alma və azadlıqdan məhrum etmə

e)

Tutma, azadlıqdan məhrum etmə, məcburi qaydada gətirilmə

37.

Tutulma və ya həbs olunma yolu ilə azadlığı məhdudlasdırılmıs səxs

a)

jurnalistlərin və insan huquqlarinin müdafiyə təskilatlarının dəvət olunmasını tələb edə bilər

b)

vəkil dəvət olunmasini tələb edə bilər

c)

prokurorunun yanına aparılmasını tələb edə bilər

d)

qohumlarının və dostlarının dəvət olunmasını tələb edə bilər

e)

hakimin yanına aparılmasını tələb edə bilər

38.

Cinəyət törədərkən tutulan səxs nə zaman müdafiəçinin köməyindən istifadə edə bilər

a)

ibtidai araşdırma tamamlandiqdan sonra

b)

tutulduqdan sonra

c)

ibtidai araşdirma başlandıqdan sonra

d)

prossesual məcburiyyət tədbiri kimi həbsə alındıqdan sonra

e)

barəsində ittiham aktı tərtib edildikdən sonra

39.

Aşağıda sadalanan hallardan hansı məsuliyyətin əsaslarını tam əks etdirir?

a)

ictimai təhlükəli və qeyri-hüquqi əməlin törədilməsi;

b)

törədilən əməldə cinayət qanununda nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətlərinin mövaud olması;

c)

cinayətin törədilməsində təqsirin olması;

d)

törədilən ictimai-təhlükəli əməlin təqsirli və qeyri-hüquqi olması;

e)

konkret şəxs tərəfindən cinayətin törədilməsi

40.

Kim şəxsi törədilən cinayətdə təqsirli sayıb onun barəsində cəza təyin edə bilər:

a)

apelyasiya məhkəməsi;

b)

məhkəmə;

c)

konstitusiya məhkəməsi;

d)

istintaq aparan müstəntiq;

e)

prokuror.

41.

Qüvvədə olan CM-nin hansı maddəsində cinayət məsuliyyətinin əsasları təsbit edilmişdir?

a)

24-cü maddə.

b)

3-cü maddə;

c)

7-ci maddə;

d)

19-cu maddə

e)

2-ci maddə;

42.

Cinayət tərkibi nədir?

a)

hər hansı əməlin tipik əlamətlərini müəyyən edən, məntiqi-hüquqi modeldir;

b)

ictimai-təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin cəmidir.

c)

ictimai-təhlükəli əmələ verilən hüquqi qiymətdir;

d)

hüquq pozuntusunun bütün faktiki hallarıdır;

e)

sosial mühitdə baş verən insanın davranış aktıdır;

43.

Cinayət tərkibini hansı əlamətlər xarakterizə edir?

a)

cinayətin obyektini səciyyələndirilən əlamətlər;

b)

cinayətin obyektini və obyektiv cəhətini, subyektini və subyektiv cəhətini səciyyələndirilən əlamətlər

c)

cinayətin obyektini və obyektiv cəhətini səciyyələndirilən əlamətlər;

d)

cinayətin subyektini və subyektiv cəhətini səciyyələndirilən əlamətlər;

e)

cinayətin obyektiv cəhətini səciyyələndirilən əlamətlər;

44.

Cinayət tərkibinin əlamətləri onun ancaq dörd elementini xarakterizə edirsə, belə tərkib cinayət tərkibinin hansı növünə aiddir:

a)

alternativ tərkib;

b)

sadə tərkib;

c)

formal tərkib;

d)

mürəkkəb tərkib;

e)

maddi tərkib.

45.

Cinayət tərkibinin elementlərinin biri, yaxud bir neçəsi zəruri əlamətlə yanaşı əlavə əlamətlə xarakterizə olunursa – belə tərkib, tərkiblərin təsnifatında hansı növə aid edilir:

a)

alternativ;

b)

mürəkkəb;

c)

maddi;

d)

sadə;

e)

formal.

46.

Cinayətin obyektiv cəhətinin elementi yalnız hərəkət, yaxud da hərəkətsizlik əlaməti ilə xarakterizə edilirsə – belə cinayət tərkibi quruluşuna görə tərkibin hansı növünə aiddir:

a)

maddi;

b)

formal;

c)

mürəkkəb.

d)

sadə;

e)

əsas tərkib;

47.

Cinayət məsuliyyəti nədir?

a)

şəxsin törətdiyi əmələ görə – müstəntiq tərəfindən onun müqəssirliyə cəlb edilməsilə bağlı – yaranan cavabdehliyidir;

b)

şəxsin törətdiyi əmələ görə – barəsində qəti imkan tədbiri tətbiq edilməsilə bağlı – cavabdehliyinin yaranması;

c)

şəxsin törətdiyi əmələ görə – istintaq orqanı qarşısında – ifadə vermək öhdəзiliyidir;

d)

şəxsin törətdiyi əmələ görə – məhkəmə tərəfindən dövlət adından mühakimə edilməsi və hökmlə ona cəza tətbiq edilməsilə bağlı – məhrumiyyətlərə məruz qalmaq cavabdehliyidir.

e)

şəxsin törətdiyi əmələ görə – barəsində ittiham aktının elan edilməsi ilə bağlı – yaranan aavabdehlikdir

48.

Aşağıda göstərilən hallardan hansında cinayətdə iştirakçılığın obyektiv əlamətləri daha əhatəli göstərilmişdir?

a)

cinayətin subyekti üçün müəyyən edilən əlamətlərə malik iki və daha artıq şəxsin cinayətdə iştirakı;

b)

cinayətin subyekti üçün müəyyən edilən əlamətlərin olub-olmamasından asılı olmayaraq cinayətdə iki və daha artıq şəxsin iştirakı;

c)

cinayətdə iki və daha artıq şəxsin iştirakı;

d)

cinayətin subyekti üçün qanunla müəyyən edilən əlamətlərə malik iki və daha artıq şəxsin, cinayətdə qəsdən birgə iştirakı

e)

• cinayətin subyekti üçün qanunla müəyyən edilən əlamətlərə malik iki və daha artıq şəxsin cinayətdə birgə iştirakı;

49.

Cinayət tərkibinin obyektiv cəhətinin anlayışını nəzərdə tutan halı aşağıda sadalanan variantlar içərisindən seçin:

a)

cinayət tərkibinin obyektiv cəhəti – qanunla qorunan obyektə qəsd edən konkret ictimai təhlükəli əməlin zahiri tərəfini xarakterizə edən qanunda nəzərdə tutulan əlamətlərin məcmusudur;

b)

cinayətin obyektiv cəhəti – qanunla qorunan obyektə istiqamətlənən ictimai təhlükəli əməlin törədilmə prosesidir;

c)

cinayətin obyektiv cəhəti – qanunla qorunan obyektə qəsd edən – ictimai təhlükəli hərəkət və ya hərəkətsizlikdir.

d)

cinayətin obyektiv cəhəti – obyektə qəsd edən, müəyyən zaman və məkanda baş verən ictimai təhlükəli əməlin zahiri tərəfidir;

e)

cinayət tərkibinin obyektiv cəhəti – obyektə qəsd edən əməli xarakterizə edən əlamətlərin məcmusudur;

50.

Aşağıda sadalanan hallar içərisində formula edilən hansı hal cinayətin bilavasitə obyektini dolğun əhatə edir?

a)

cinayətin bilavasitə obyekti – cinayətdən ziyan çəkən konkret dəyərdir.

b)

cinayətdən ziyan çəkən ictimai münasibətin hissəsidir;

c)

bilavasitə obyekt – ictimai təhlükəli qəsdin zərər yetirdiyi, yaxud da zərər yetirmək təhlükəsi yaratdığı konkret ictimai münasibətdir;

d)

konkret hərəkət aktının zərər yetirdiyi ictimai münasibətdir;

e)

bilavasitə obyekt – ümumi, xüsusi və növ obyektinin hissəsidir;