WorksheetsQanunvericilik DHT 20
Total questions: 20
Worksheet time: 10mins
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğu nədir?
Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlət orqanlarının məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir
Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət
Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının səmərəli fəaliyyətidir
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu hansı orqanlarda çalışan şəxslərə şamil edilir?
Qanunvericilik
İcra
Məhkəmə
Hamısı
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı müddəalardan hansı dövlət qulluğunun prinsiplərindən deyil?
Dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi
Dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi
Qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik daşıması, eləcə də dövlət qulluqçusunun hərəkətlərinə görə dövlət orqanının cavabdehlik daşıması
Vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan biri yanlışdır?
Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən Azərbaycan Respublikası Konstitusiyasını rəhbər tuturlar
Şuranın qəbul etdiyi qərarlar icra edilməsi üçün 3 (üç) iş günü müddətində müvafiq dövlət orqanlarına göndərilir.
Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən qanunları və onlara müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik aktlarını rəhbər tuturlar
Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən Azərbaycan Respublikası Konstitusiya qanunlarını rəhbər tuturlar
Azərbaycan Respublikasında bu Qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi hansı orqan həyata keçirir?
Azərbaycan Respublikasının Prezident Administrasiyası
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası
Dövlət Qulluğunu Məsələləri üzrə Komissiya
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət qulluğu haqqında qanunvericilik aktlarından deyil?
Azərbaycan Respublikasının Konstitusiyasından
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən
Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət orqanlarının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunundan
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan biri yanlışdır?
Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası 18 nəfər üzvdən ibarətdir
Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının 6 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir
Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər
Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının səlahiyyətləri bu qanunla müəyyən edilir
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət orqanları hansı amil nəzərə alınmaqla kateqoriyalar üzrə təsnifatlaşdırılmır?
statusu
səlahiyyəti
yurisdiksiyası
iyerarxiyası
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aşağıdakılardan hansı ali kateqoriya dövlət orqanı deyil?
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
Azərbaycan Respublikasının Baş Prokurorluğu
39. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aşağıdakılardan hansı 3-cü kateqoriya dövlət orqanıdır?
Dövlət Təhlükəsizliyi Xidməti
Dövlət Əmək Müfəttişliyi Xidməti
Dövlət Statistika Komitəsi
Xüsusi Dövlət Mühafizə Xidməti
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aşağıdakılardan hansı 5-ci kateqoriya dövlət orqanı deyil?
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin yanında Dövlət Xəzinədarlığı Agentliyinin Xəzinədarlıq idarələri
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişiliyi Xidmətinin yerli bölmələri
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional bölmələri
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri
“Dövlət qulluğu haqqında”Azərbaycan Respublikasının Qanununa əsasən yardımçı vəzifələrin neçə təsnifatı müəyyənləşdirilmişdir?
5
9
4
7
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yardımçı vəzifə iddiasında olan şəxs hansı təhsilə malik olmalıdır?
ali
orta ixtisas
natamam orta
tam orta
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət orqanlarında vəzifələr inzibati və yardımçı vəzifələrə bölünməsi ilə bağlı üsullardan biri yanlışdır?
funksiyalarının məzmunu
səlahiyyətlərinin mənbəyi
səlahiyyətlərinin həcmi
vəzifələrin tutulması
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət orqanlarının aparatları və onların bölmələri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətləri, habelə onların həyata keçirilməsi xüsusiyyətləri nəzərə alınaraq hansı formada təsnifləşdirilir?
təminedici və yardımçı
inzibati və yardımçı
inzibati və köməkçi
yalnız inzibati
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu”na aşağıda göstərilən məlumatlardan hansılar daxil edilmir?
vəzifələrin təsnifatları
vəzifələrin adları
vəzifələrin tutulması şərtləri
dövlət orqanlarının adları
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri əsasən vəzifə iddiasında olan şəxsdə hansı keyfiyyətlərin olmasını təmin edir?
həmin vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər bilik və bacarığının olmasını;
həmin vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını;
həmin vəzifənin öhdəsindən gəlməsi üçün minimal ixtisas biliklərinin olmasını;
həmin vəzifənin öhdəsindən gəlməsi üçün sahə üzrə bilik və bacarığının olmasını.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı vəzifələrdən hansı inzibati vəzifələrin ali təsnifatına aid deyil?
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının rəhbəri
Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri
Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı vəzifələrdən hansı inzibati vəzifələrin ali təsnifatına aid deyil?
Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi
Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının rəhbəri
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aşağıdakılardan hansı 3-cü kateqoriya dövlət orqanıdır?
Dövlət Miqrasiya Xidməti
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Dövlət Mülki Aviasiya Agentliyi
Diasporla İş üzrə Dövlət Komitəsi
