WorksheetsKollec kollekvium 1
Total questions: 50
Worksheet time: 50mins
Name
Class
Date
1.
Risk kateqoriyanın nəzəri əsasları hansı əsrlərdə elmi tədqiqat obyektinə çevrildi?
a)
XVII əsrdə
b)
e.ə.ikinci minillikdə
c)
XXI əsrlərdə
d)
VI əsrlərdə
2.
“Risk” anlayışının qədim yunan etimoloji mənası nəyi ifadə edir?
a)
qədim yunanca rizikon sözü hərfi mənada qaya, uçurum (riza - dağın ətəyi) mənasını verir
b)
iki heroqlifin sabit birləşməsi kimi göstərilir
c)
yunan dilində “malın, sərvətin dəyəri”ni ifadə edir
d)
“ailə təsərrüfatının idarə edilməsi” mənasını ifadə edir
3.
Risk nəzəriyyələrinə aşağıdakılardan hansı daxil deyil:
a)
institusional
b)
klassik
c)
neoklassik
d)
postneoklassik
4.
Postneoklassik risk nəzəriyyəsinin banisi
a)
C.M.Keyns
b)
A. Smit
c)
K.Marks
d)
F.Nayt
5.
Riskin qeyri-müəyyənliyin kəmiyyət ölçüsü kimi elmi mövqeyi formalaşdıran ilk dəfə kim tərəfindən təklif edilmişdir:
a)
F.Nayt
b)
K.Marks
c)
A.Smit
d)
J.Şumpeter
6.
İqtisadi kateqoriya kimi risk əlamətlərinə aşağıdakılardan hansı daxil deyil:
a)
pərakəndəlik
b)
uyğunsuzluq
c)
ehtimal
d)
alternativlik
7.
Xarici mühitin risk faktorlarının təsnifatına daxil deyil
a)
İdarəedici
b)
Qlobal
c)
Makro
d)
Mikro
8.
Aşağıdakılardan hansı makrosəviyyə və qlobal səviyyəli xarici risk faktorlarına daxil deyil?
a)
Regionda sənaye amilləri
b)
Siyasi amillər
c)
Sosial mədəni amillər
d)
Hüquqi amillər
9.
Aşağıdakılardan hansı mezosəviyyənin xarici risk faktorlarına aiddir?
a)
Bölgənin təbii-coğrafi mövqeyinin amilləri
b)
Təbii və texnogen amillər
c)
Siyasi amillər
d)
Elmi-texniki amillər
10.
Təşkilati və idarəetmə risk faktorlarına aşağıdakılardan hansı daxil deyil?
a)
Regionda ticarət faktorları
b)
Təşkilatın sahə mənsubiyyəti
c)
Təsərrüfat subyektinin təşkilati hüquqi forması
d)
Təşkilatın biznes modeli
11.
İdarəetmə səviyyəsinə görə risklərin formalarına daxildir:
a)
strateji və və taktiki
b)
makro və mikro
c)
daxili və xarici
d)
xalis və spekulyativ
12.
Təzahür miqyasına görə risklərin növlərinə daxil deyil?
a)
Perspektiv
b)
Qlobal
c)
Beynəlxalq
d)
Milli
13.
Mümkün nəticəyə görə risklərin növlərinə daxildir:
a)
xalis və spekulyativ
b)
strateji və və taktiki
c)
makro və mikro
d)
daxili və xarici
14.
Mənşə mühitinə görə risklər necə təsnifləşdirilir?
a)
xarici və daxili risklər
b)
xalis və spekulyativ risklər
c)
xarici və qarışıq risklər
d)
mənfi və müsbət risklər
15.
Riskin həcminin zamandan asılılıq meyarı üzrə növlərinə aşağıdakılardan hansı daxildir?
a)
statik və dinamik
b)
əmlak və mənəvi
c)
istehsal və kommersiya
d)
xalis və spekulyativ
16.
Təzahürlərin sayına və tezliyinə görə riskin növlərinə aşağıdakılardan hansı daxildir?
a)
tək və kütləvi
b)
statik və dinamik
c)
əmlak və mənəvi
d)
istehsal və kommersiya
17.
Təhlükənin növünə görə risklər necə təsnifləşdirilir?
a)
texnogen, təbii və qarışıq risklərə bölünür
b)
texnogen və forsmajor risklərə bölünür
c)
strateji və taktiki riskləri
d)
perspektiv, retro-perspektiv və cari
18.
Malların daşınması zamanı ölüm və ya gəmilərin zədələnməsi riski ilə bağlı itkilərin ödənilməsi üçün ilk müqavilələr nə zaman qeydə alınmışdır?
a)
e.ə. III minillikdə Finikiyada
b)
IV əsrdə İtaliyada
c)
XVIII əsrdə Fransada
d)
II minillikdə Babildə
19.
Risk haqqında vahid elmi biliyin formalaşmasının genezisi hansı nəzəriyyənin yaranmasıyla əlaqələndirilir?
a)
ehtimal nəzəriyyəsinin
b)
maliyyə nəzəriyyəsinin
c)
iqtisadi nəzəriyyənin
d)
büdcə nəzəriyyəsinin
20.
Daxili mühitin təşkilati və idarəetmə risk faktorları hansılardır?
a)
Qeyd olunanların hamısı daxili mühitin təşkilati və idarəetmə risk faktorlarına aiddir
b)
Təşkilatın sahə mənsubiyyəti
c)
Təsərrüfat subyektinin təşkilati-hüquqi forması
d)
Təşkilatın biznes modeli
21.
İqtisadi kateqoriya kimi riskin əlamətlərinə aid deyil:
a)
innovativlik
b)
qeyri-müəyyənlik
c)
uyğunsuzluq
d)
alternativlik
22.
Aşağıdakılardan hansı risk funksiyası deyil?
a)
maddi maraq funksiyası
b)
innovativ funksiya
c)
tənzimləmə funksiyası
d)
kompensasiyaedici(sabitləşdirici) funksiya
23.
Təzahür miqyasına görə təsnifləşdirilən riskləri seçin: 1.qlobal 2.taktiki 3.beynəlxalq 4.xalis 5.milli 6.retroperspektiv 7.yerli
a)
1, 3, 5, 7
b)
1, 2, 5, 7
c)
2, 4, 6
d)
3, 4, 6
24.
Maliyyə bazarının müxtəlif seqmentlərində (pul, fond, valyuta, kredit) və əmtəə bazarında bazar konyukturasının əlverişsiz dəyişməsi ilə bağlı risklər maliyyə riskinin hansı növüdür?
a)
Sistematik risklər
b)
İnflyasiya riski
c)
Faiz dərəcəsi riski
d)
Valyuta riski
25.
Xarici valyutada ifadə edilmiş mövqe sahibinin çəkdiyi itkilər ehtimalı maliyyə riskinin hansı növüdür?
a)
Valyuta riski
b)
Sistematik risklər
c)
İnflyasiya riski
d)
Faiz dərəcəsi riski
26.
Pulun dəyərdən düşməsi nəticəsində real pul gəlirlərinin və mənfəətin azalması ehtimalı maliyyə riskinin hansı növüdür?
a)
İnflyasiya riski
b)
Faiz dərəcəsi riski
c)
Valyuta riski
d)
Qiymət riski
27.
Bazar riski qrupuna daxil olan maliyyə riskləri növləri aşağıdakılardan hansılardır?
a)
Faiz dərəcəsi, valyuta və qiymət riskləri
b)
Strateji və taktiki, faiz dərəcəsi riski
c)
İnflyasiya, kredit riski, investisiya riski
d)
Kredit riski, investisiya və depozit riski
28.
Sistematik olmayan risklər toplusuna aşağıdakılardan hansı daxildir?
a)
Kredit riski, investisiya və depozit riski
b)
Deterministik və stoxastik risklər
c)
Faiz dərəcəsi, valyuta və qiymət riskləri
d)
Strateji və taktiki, faiz dərəcəsi riski
29.
Likvidlik riskinin növlərinə aşağıdakılardan hansı daxildir? 1.Bazar riski 2.Faiz dərəcəsi 3.Balans riski 4.Kredit riski 5.İnflyasiya riski
a)
1.3
b)
1.2
c)
2.4
d)
3.5
30.
Maliyyə risklərinin idarə edilməsi mexanizminin strukturuna aşağıdakılardan hansı daxil deyil?
a)
motivasiya
b)
idarəetmə üsulları
c)
idarəetmə vasitələri
d)
tənzimləyici baza
31.
Maliyyə risklərinin idarə edilməsinin əsas funksiyalarına aşağıdakılardan hansı daxildir?
a)
Planlaşdırma və təşkilat
b)
İdarəetmə üsulları və idarəetmə vasitələri
c)
Koordinasiya və əlaqələndirmə
d)
Nəzarət və tənzimləyici
32.
Maliyyə risklərinin idarə edilməsi sistemində idarəetmə qərarlarının qəbulunu və həyata keçirilməsini təmin edən maliyyə riski funksiyası aşağıdakılardan hansıdır?
a)
Təşkilat
b)
Planlaşdırma
c)
Koordinasiya
d)
Motivasiya
33.
Risklərin idarə edilməsi alternativ fəaliyyət ssenarilərinin işlənib hazırlanmasını və nəticədə optimal strateji planın seçilməsini nəzərdə tutan maliyyə riski funksiyası aşağıdakılardan hansıdır?
a)
Planlaşdırma
b)
Koordinasiya
c)
Motivasiya
d)
Nəzarət
34.
Qiymət riski aşağıdakılara bölünür:
a)
əmtəə və səhm
b)
ehtiyat və əmtəə
c)
faiz və valyuta
d)
fond və valyuta
35.
Maliyyə risklərinin idarə edilməsinin əsas prinsipləri siyahısına daxil olmayanı göstərin:
a)
dürüstlük prinsipi
b)
adekvatlıq prinsipi
c)
uyğunluq prinsipi
d)
elmi prinsip
36.
Bu risk növü -borcalan və ya qarşı tərəfin razılaşdırılmış şərtlərə uyğun olaraq öhdəliklərini yerinə yetirməməsi nəticəsində dəymiş itkilərin mümkünlüyünü nəzərdə tutur:
a)
Kredit riski
b)
Faiz dərəcəsi riski
c)
Valyuta riski
d)
İnflyasiya riski
37.
Maliyyə bazarında (həm depozit, həm də kredit) faiz dərəcələrinin dəyişkənliyi ilə bağlı olan risklər necə adlanır?
a)
Faiz dərəcəsi riski
b)
İnflyasiya riski
c)
Valyuta riski
d)
Sistematik risklər
38.
Maliyyə risklərinin idarə edilməsinin hansı funksiyası vasitəsilə risklərinin idarə edilməsi sisteminin bütün struktur elementlərinin fəaliyyətinin əlaqələndirilməsinə, onlar arasında qurulmuş əlaqələrin saxlanmasına və təkmilləşdirilməsinə nail olunur?
a)
Koordinasiya funksiyası
b)
Motivasiya
c)
Nəzarət
d)
Təşkilati
39.
Aşağıdakılardan hansı maliyyə risklərinin idarə edilməsi sistemində idarəetmə subyektinin funksiyasına aid deyil
a)
normalaşdırma
b)
planlaşdırma
c)
təşkilati
d)
motivasiya
40.
Maliyyə risklərinin idarə edilməsi mexanizmi nədir?
a)
Risk hadisələrinin baş vermə ehtimalını azaltmağa və onların baş verməsi nəticəsində mümkün itkiləri minimuma endirməyə yönəlmiş idarəetmə təsirinin formaları, üsulları və vasitələrinin məcmusudur
b)
Büdcə münasibətlərinin idarə edilməsi üsullarının məcmusudur
c)
Risk hadisələrinin çoxaldılmasına yönəldilən üsul və vasitələrin məcmusudur
d)
Vergi münasibətlərinin təşkilinin həm forma və üsullarını, həm də onların kəmiyyət və keyfiyyətinin müəyyən edilməsi üsullarının məcmusudur
41.
Maliyyə riski nədir
a)
maliyyə bazarlarında əməliyyatlarla, habelə təsərrüfat subyektlərinin qarşı tərəflər qarşısında öhdəliklərini vaxtında və tam yerinə yetirmək imkanları ilə bağlı riskdir
b)
Dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir
c)
müəyyən dövr ərzində dövlətin, müəssisə və təşkilatın, ailə və ayrı-ayrı şəxslərin pul gəlirləri və xərcləri balansıdır (planıdır)
d)
tətbiqi riyaziyyatın maliyyə bazarları ilə məşğul olan sahəsidir
42.
Bu riski növü- müxtəlif növ aktivlərə investisiyaların qoyulması prosesində maddi və maliyyə itkiləri və ya itirilmiş mənfəətin mümkünlüyünü xarakterizə edir.
a)
İnvestisiya riski
b)
Kredit riski
c)
İnflyasiya riski
d)
Sistematik risk
43.
Ayrı-ayrı təsərrüfat subyektlərinin fəaliyyətinin xüsusiyyətləri ilə əlaqədar olan və şaxələndirilmiş risklər necə adlanır?
a)
sistematik olmayan risklər
b)
proses riskləri
c)
sistematik risklər
d)
daimi risklər
44.
Təşkilatda maliyyə risklərinin idarə edilməsi sisteminin prinsiplərinə aşağıdakılardan hansı daxil deyil?
a)
Alternativlik
b)
Adekvatlıq prinsipi
c)
Ardıcıllıq prinsipi
d)
İdarəetmənin yüksək dinamizmi prinsipi
45.
Maliyyə bazarının müxtəlif seqmentlərində (pul, fond, valyuta, kredit) və əmtəə bazarında bazar konyukturasının əlverişsiz dəyişməsi ilə bağlı risklər hansı risk qrupuna aiddir?
a)
Sistematik risklər qrupuna
b)
Toplu risklər qrupuna
c)
Sistematik olmayan risklər qrupuna
d)
Təmiz risklər qrupuna
46.
Valyuta riski
a)
xarici valyutada ifadə edilmiş mövqe sahibinin çəkdiyi itkilər ehtimalıdır
b)
borcalan və ya qarşı tərəfin razılaşdırılmış şərtlərə uyğun olaraq öhdəliklərini yerinə yetirməməsi nəticəsində dəymiş itkilərin mümkünlüyüdür
c)
özünü əmtəə aktivlərinin (əsas fondlar, xammal və materiallar, satılan məhsullar) qiymətlərinin əlverişsiz dəyişməsi şəklində özünü göstərir
d)
ancaq maliyyə innovasiyalarının inkişafı, təşviqi, tətbiqi və istifadəsi zamanı yaranır
47.
Likvidlik risklərinin növləri hansılardır?
a)
Bazar likvidlik riski balans likvidlik riski
b)
Faktor likvidlik riski göstərici likvidlik riski
c)
Dərəcə likvidlik riski səviyyə likvidlik riski
d)
Strateji likvidlik riski texnogen likvidlik riski
48.
Makrosəviyyə və qlobal (dünya) səviyyəli xarici mühitin risk faktorlarına aid deyil :
a)
Regional ticarət faktorları
b)
Elmi-texniki amillər
c)
Təbii və texnogen amilləramillər
d)
Sosial-mədəni amillər
49.
Mezosəviyyənin xarici risk faktorlarına aiddir:
a)
Regional ticarət faktorları
b)
Iqtisadi amillər
c)
Siyasi amillər
d)
Təbii və texnogen amillər
50.
Daxili mühitin risk faktorları üç qrupa bölünür. Aid olmayanı göstərin
a)
Regionda sənaye amilləri
b)
təşkilati və idarəedici
c)
əməliyyat risk faktorları
d)
maliyyə və iqtisadi
100 %
