wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

menecment 26

Total questions: 26

Worksheet time: 37mins

Name
Class
Date
1.

İdarəetmənin mahiyyətini düzgün xarakterizə edən yanaşma hansı variantda göstərilmişdir?

a)

İdarəetmə -idarəetmə subyekti tərəfindən idarəetmə obyektinə yönəldilən məqsədyönlü təsirdir.

b)

İdarəetmə -bir-biri ilə qarşılıqlı əlaqədə olan və fəaliyyətləri vahid məqsədə yönələn müxtəlif təbiətli elementlərin məcmusudur.

c)

İdarəetmə- tabeçilikdə olanlara qarşı yönəldilən təsir üsulu və metodudur.

d)

İdarəetmə- rəhbərin qəbul etdiyi qərardır

e)

İdarəetmə- fəaliyyətləri şüurlu surətdə əlaqələndirilən insan qrupudur.

2.

İdarəetmənin mahiyyətini düzgün izah edən variantı göstərin.

a)

İdarəetmə-özünün tamlığını,struktur vahidliyini qoruyub saxlayan müxtəlif təbiətli sistemlərin xüsusiyyətləridir və bunun köməyi ilə qarşıya qoyulan məqsədə nail olunur.

b)

İdarəetmə-idarəetmə obyekti tərəfindən idarəetmə subyektinə qarşı yönəldilən məqsdönlü təsirdir.

c)

İdarəetmə-təşkilatın fəaliyyətinin əsas qaydaları və qanunauyğunluqlarıdır.

d)

İdarəetmə-fəaliyyətləri şüurlu şəkildə əlaqələndrilən insan qrupudur.

e)

İdarəetmə-qarşiya qoyulmuş məqsədə nail olmaq üçün qərar alternativləri içərisindən düzgün variantın seçilməsi prosesidir.

3.

Menecmentin elm kimi öyrənilməsinin əsası kimlər tərəfindən qoyulmuşdur?

a)

Fabrik və firma rəhbərləri

b)

Qədim yunan filosofları

c)

Qədim Misirlər

d)

İqtisadçı analitiklər

e)

nəzəriyyəçilər

4.

Menecment elminin öyrənilmə predmetinə aid olmayan variantı göstərin.

a)

Cəmiyyətin fəaliyyət göstərməsi qanunları,prinsipləri.

b)

Təşkilatın yaranması və fəaliyyət göstərməsi qanunları,prinsip və metodları.

c)

Təşkilatın idarə edilməsi zamanı rəhbəredici işçilərin fəaliyyətinin əsasında dayanan qanunlar və prinsiplər.

d)

İdarəetmə prosesi zamanı insanlar arasında yaranan münasibətlər.

e)

Təşkilatın idarə edilməsi zamanı rəhbəredicı işçilərin özlərinin fəaliyyəti.

5.

Aşağıda qeyd edilənlərdən biri idarəetmənin özəlliklərinə aid deyil.

a)

milli gəlirin hesablanması

b)

məqsəd özəlliyi

c)

demokratik özəllik

d)

iyerarxiya özəlliyi

e)

kordinasiya özəlliyi

6.

“ İdarəetmə-nizamsız kütləni effektiv məqsədyönlü və məhsuldar qrupa çevirən xüsusi fəaliyyət növüdür. “Bu fikir kimə məxsusdur?

a)

Piter Druker

b)

Frederik Teylor

d)

F.Kotler

e)

L.Urvik

7.

«Menecment- digər insanların köməyilə yerinə yetirilməsi təmin edilən işdir» fikri kimə məxsusdur?

a)

M.Follet

b)

D.Makqreqor

c)

R.Ouen

d)

A.Maslou

e)

H.Taun

8.

Menecmentin yaranmasının ilkin tarixi şərti nə olmuşdur?

a)

sənayenin miqyasının genişləndirilməsi, əmək məhsuldarlığının artırılması

b)

İnsanların maddi rifahının yüksək səviyyədə təmin edilməsinə nail olmaq

c)

menecment ixtisasının cəmiyyət arasında nüfuz qazanması

d)

elimin müxtəlif sahələrinin inkişaf etməsi

e)

insanların alıcıliq qabiliyyətinin yüksəlməsi

9.

Biri menecmentin əsas funksiyalarına aid deyil

a)

enerji təminatı

b)

təşkiletmə

c)

planlaşdırma

d)

motivasiya

e)

nəzarət

10.

“İdarəetmənin fəlsəfəsi”əsərində müəllif idarəetməni hansı hissələrə bölüb? Düzgün variantı göstərin.

a)

administrasiya,menecment,təşkiletmə

b)

təşkiletmə,tənzimetmə,administasiya

c)

menecment,tənzimetmə,administrsiya

d)

təşkilat, menement,təşkiletmə

e)

administrasiya, təşkilat, menecment

11.

Qədim filosoflar cəmiyyətin yoxsul vəziyyətdə yaşamasını nə ilə izah edirdilər?

a)

Ədalətli idarəetmənin olmaması ilə

b)

Məhsuldarlığın aşağı səviyyəsi ilə

c)

Müharibələrin tez-tez baş verməsi ilə

d)

Vergilərin yüksək olması ilə

e)

Texnika və texnologiyanın yaxşı inkişaf etməməsi ilə

12.

Müasir menecerin zəruri keyfıyyətlərini göstərin.

a)

Fiziki, Şəxsiyyət, İntelektual, Qabiliyyət

b)

Fiziki, Mənəvi, Şəxsiyyət, Qabiliyyət

c)

Şəxsiyyət,fiziki,yaradıcı

d)

Fiziki, Sosial, İntelektual, Qabiliyyət

e)

Şəxsiyyət, İntelektual, Qabiliyyət

13.

Sənaye istehsalının elmi əsaslarla təşkili ilk dəfə hansı ölkədə həyata keçirilmişdir?

a)

İngiltərə

b)

Almaniya

c)

Az'rbaycan

d)

Rusiya

e)

Fransa

14.

Biri menecmentin əsas funksiyalarına aiddir.

a)

motivasiya

b)

texniki funksiyalar

c)

maliyyə funksiyaları

d)

texnoloji funksiyalar

e)

nəqliyyat

15.

Təşkilatin iqtisadi mahiyyəti nədir?

a)

Ümumi məqsədlərə nail olmaq üçün fəaliyyətləri şüurlu surətdə əlaqələndirilən insanlar qrupudur

b)

İnsanlara qarşı yönəldilən təsir üsuludur.

c)

Bir-biri ilə qarşılıqlı asılılıqda olan tamlıqdır

d)

Zəruri keyfıyyətləri olan insanlar qrupunun birgə kombinələşdirilmiş əmək formasında yerinə yetirdikləri prosesdir

e)

Öz tamlığını qoruyub saxlayan müxtəlif təbiətli elementlərin məcmusudur.

16.

Təşkilatın fəaliyyətinə təsir göstərən mühit neçə yerə bölünür?

a)

2

b)

3

c)

4

d)

5

e)

6

17.

Birbaşa təsir edən xarici mühit amillərinə aşağıdakılardan hansı aid deyil?

a)

iqtisadiyyatın inkişaf dinamikası

b)

tədarükçülər

c)

İstehlakçılar.

d)

dövlət orqanları

e)

rəqiblər

18.

Xarici mühit amillərinə aşağıdakılardan hansı aid deyildir ?

a)

təşkilatın strategiyası

b)

siyasi amillər

c)

iqtisadiyyatın vəziyyəti

d)

beynəlaxalq hadisələr

e)

fors-major hadisələr

19.

Hansı variantda daxili mühit amilləri düzgün göstərilmişdir?

a)

məqsəd,vəzifə,təşkilati quruluş ,heyət

b)

taktika,strategiya,işsizlik

c)

təşkilatı quruluş,heyət,alıcılar

d)

məqsəd,vəzifə,inflyasiya

e)

rəqiblər,texnika və texnologiya,heyət

20.

Birbaşa xarici mühit amillərinə aid deyildir:

a)

dövlətin iqtisadi siyasəti

b)

istehlakçıların alıcılıq səviyyəsi

c)

dövlət orqanlarının fəaliyyəti

d)

alıcıların zövqləri,tələbatları

e)

rəqiblərin strategiyası

21.

İdarəetmə nəzəriyyə və təcrübəsinin inkişafını təmin edən neçə yanaşma mövcuddur?

a)

4

b)

2

c)

6

d)

8

e)

3

22.

Menecmentin planlama funksiyası hansı suallara cavab tapmağımıza kömək edir

a)

hər bir cavab doğrudur

b)

Nə ediləcək

c)

Nə zaman ediləcək

d)

Kim edəcək

e)

Necə edəcək

23.

Menecmentin əsas funksiyaları hansılardır?

a)

Planlaşdırma, təşkiletmə, motivasiya, nəzarət.

b)

Planlaşdırma, koordinasiya, motivasiya, nəzarət

c)

Planlaşdırma, təşkiletmə, koordinasiya, nəzarət.

d)

Planlaşdırma, təşkiletmə, nəzarət, sərəncavermə.

e)

Planlaşdırma, təşkiletmə, nəzarət, koordinasiya sərəncavermə

24.

Vizyonun cavab verməli olduğu əsas meyarlardan biri yalnışdır.

a)

keçmişə istiqamətlənmiş olmalıdır

b)

lokanik olmalıdır

c)

yaddaqalan olmalıdır

d)

ruhlandırıcı olmalıdır

e)

mücərrəd olmalıdır

25.

“Sistem” dedikdə nə başa düşülür?

a)

Bir-biri ilə qarşılıqlı əlaqədə olan, fəaliyyətləri vahid məqsədə doğru yönələn, tamın xarakteristikasına hər birinin töhfə verdiyi elementlərin məcmusu başa dülülür

b)

Bir- biri ilə qarşılıqlı əlaqədə olan idarəetmə funksiyalarının məcmusudur.

c)

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün fəaliyyətləri şüurlu surətdə əlaqələndirilən insan qrupudur.

d)

İdarəetmə subyekti tərəfindən idarəetmə obyektinə yönəldilən məqsədyönlü təsirdir.

e)

Bir-biri ilə qarşılıqlı əlaqədə olmayıb müstəqil fəaliyyət göstərən, ümumi tam ilə heç bir əlaqəsi olmayan elementlərin məcmusudur.

26.

Missiyanın müəyyən olunmasında aşağıdakı hansı amillər zəruridir

a)

hər bir cavabı doğru qəbul edə bilərik

b)

Məramın nəzəri əsaslandırılması

c)

İqtisadi təhliletmə

d)

Siyasi mühitin nəzərə alınması

e)

Sosial vəziyyətin öyrənilməsi