wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Sinir

Total questions: 18

Worksheet time: 9mins

Name
Class
Date
1.

Multipolyar neyronlara aid deyil

a)

mərəkəzi sinir sisteminin boz maddəsini təşkil edən neyronlar

b)

hərəki neyronlar

c)

ara neyronlar

d)

hissi neyronlar

2.

qan beyin baryerinin əmələ gəlməsində iştirak edir

a)

mikroqliya hüceyrəsi

b)

astrosit hüceyrəsi

c)

ependim hüceyrəsi

d)

oliqodendrosit hüceyrəsi

3.

Elxan qolunda hisssiyyat olsa da, onu yaxşı hərəkət etdirə bilmirdi. Həkim onun qolundakı bazunun iki başlı əzələsinə gələn siniri müayinə edərkən hərəki neyronların üzərini örtən yağa oxşar maddədə anomaliyalara rast gəldi .Hansı fərziyyəni doğru hesab edərsən?

a)

bədənindəki hərəki neyronlar tamamilə zədələnib

b)

bazunun iki başlı əzələsinin hərəki neyronlarının alsonlarının üzərindəki Şvann hüceyrələri zədələnib

c)

qolunun iki başlı əzələsinə gələn hissi neyonlar zədələnib

d)

Elxanın MSS tamamilə zədələnib

4.

psevdounipolyar neyronların dendritləri .....

a)

qoxu ,eşitmə ,görmə reseptoorları ilə sinaps əəmələ gətirə bilər

b)

multipolyar neyronlar ilə sinaps əmələ gətirə bilər

c)

periferal aksonin təpəciyindən çıxır

d)

bipolyar neyronların aksonları ilə sinaps əmələ gətirə bilər

5.

Hansı fikir doğru deyil

a)

qliya hüceyrələri bölünə bilirlər

b)

Dendritlərin çox olması neyronun daha çox sayda neyron və reseptordan impuls almasını təmin edir

c)

inter neyronlar MSS də efferent neyronlardan çoxdur

d)

Mielin qişası aksonun elektrik izolyasiyasını təmin edərək impuls

ötürülməsini tezləşdirir. Mielinsiz neyronlardan sinir impulsu keçməz

6.

Şəkildə mürəkkəb bir refleks göstərilmişdir .Refleksə aid yazılmış fikirlərdən hansı səhvdir ?

a)

S inter neyronlar ,Y efferent yoldur

b)

X afferent yol ,Z hissi neyronun dendritidir

c)

F reseptor,T sentral aksondur

d)

R - əzələ və ya vəzi ,

Z periferal aksondur

7.

Hissi sinirlər sinir impulslarını hansı istiqamətdə ötürür?

a)

mərkəzi sinir sistemindən orqanlara

b)

həm mərkəzi sinir sisteminə, həm də orqanlara

c)

hissi sinirdən reseptora

d)

reseptordan mərkəzi sinir sisteminə

8.

Ulduzşəkilli sinir hüceyrələrinə malik olan canlıda baş verə biləcək hər hansı refleks zamanı .............

a)

refleksə nəzaərt edən mərkəzi sistem var

b)

digər heyvanlarla müqayisədə refleks çox sürətli baş verir

c)

bağırsaq boşluğunun həcmi daralır

d)

bağırsaq boşluğunun həcmi genişlənir

9.

Səhv fikri seçin ....Ön beyni iki yarımkürəyə ayrılmayan canlılarda "müvazinət mərkəzi".......

a)

üzəri qırışlıdır

b)

üzəri hamardır

c)

yaxşı inkişaf etmişdir

d)

bu canlıların həyatında mühüm rolu vardır

10.

Aşağıdakı fikirlərdən biri makroqliyalara aid deyil

a)

MSS də mielin qişa əmələ gətirir

b)

makrofaq hüceyrələr kimi patogenlərə qarşı müdafiəni təmin edirlər

c)

beyin-qan baryerinin əmələ gəlməsində iştirak edir

d)

PSS də mielin qişa əmələ gətirir

11.

Beyinə Meningococc bakteriyaları daxil olmuşdur. Bakteriya özündən ekzotoksin maddələr ifraz edir . Bu bakteriyalar məhv olduqda isə endotoksinlər əmələ gəlir ki,bunlar da beyində toplanır . Bu prosesi zəzərsizləşdirmək üçün iştirak edəcək qliya hüceyrələri aşağıdakılardan hansıılar ola bilər?

Daha dəqiq cavabı seçin

a)

astrosit ,oliqodendrosit

b)

astrosit ,şvann hüceyrələri

c)

yalnız ependim hüceyrələr

d)

astrosit və mikroqliya hüceyrələri

12.

Onurğa beyindən çıxan qarışıq sinirdə quruluşuna görə hansı neyronlar var?

a)

unipolyar,multi polyar

b)

psevdounipolyar ,bipolyar

c)

psevdounipolyar,multipolyar

d)

bipolyar və multipolyar

13.

MSS-in boz maddəsini təşkil edən neyronların əksər hissəsi hansı neyronlardır?

a)

hərəki və ara neyronlardır

b)

ara neyronlardır

c)

ara və hissi neyronlardır

d)

hissi neyronların cismidir

14.

Həyəcalanan zaman ürəyə

gələn simpatik sinirlər onun döyüntülərini artırır. Ürəyin avtomatizmini tənzim edən presmeyker hüceyrələrə hansı sistemdən və hansı maddə ifraz olunmalıdır ki,ürək fəaliyyəti normaya düşsün

n

a)

parasimpatik sinir sistemindən -noradernalin

b)

simpatik sinir sistemindən norepinefrin

c)

parasimpatik sinir sistemindən -asetilxolin

d)

simpatik sinir sistemindən- asetilxolin

15.

Hansı fikir səhvdir ?

a)

Avtonom sinir sistemində olan neyronlar təkcə mielinsiz olur

b)

Avtonom sinir sistemi iki növ əzələ toxuması ilə sinaps yarada bilər

c)

Somatik sinir sitemindəki neyronlar yalnız mielinli aksonlardan ibarət olub,təkcə skelet əzələləri ilə sinaps yaradır

d)

Somatik sinir sisteminin neyronlarının cisimləri mərkəzi sinir sistemində yerləşir

16.

Səhv fikri seçin

a)

Beyinciyi zədələnmiş quş havaya atıldığı zaman uça bilmiir

b)

orta beyni zədələnmiş insan səsin hansı tərəfdən gəlldiyini anlayır və başını həmin tərəfə çevirir

c)

Pons onurgalı canlılar arasında yalnız məməlilərdə olur

d)

beyin qabığı çıxarılmış quş havaya atıldığı zaman uça bilir

17.

Simpatik sinir sistemi:

1) bağırsağın peristaltikasını gücləndirir

2) ürək döyüntüsünü zəiflədir

3) insanda stresli vəziyyətləri aradan qaldırmağa

kömək edir

4) göz bəbəyini genişləndirir

5) böyrəküstü vəzlərin adrenalin ifrazını artırır.

a)

2, 3, 4

b)

1, 2, 3

c)

2, 3, 5

d)

1, 3, 5

e)

3, 4, 5

18.

Ürəyi innervasiya edən azan sinirinin

stimulyasiyası

1) ürək yığılmalarının sayını artıracaq

2) ürək yığılmalarının sayını aşağı salacaq

3) ürəyin döyünmə (vuruş) həcmini artıracaq

4) təzyiqi aşağı salacaq

a)

1, 4

b)

yalnız 2

c)

1, 3

d)

2, 4

e)

2, 3