NEW
Font size
WorksheetsCinayət hüququ - 2 (Quiz)
Total questions: 55
Worksheet time: 55mins
Cinayətin obyektiv cəhətinin əlaməti hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də ictimai təhlükəli nəticə ilə səciyyələnirsə və belə cinayət ictimai təhlükəli nəticə baş verdiyi andan başa çatmış hesab edilirsə, belə tərkib qanunverici konstruksiyasına - quruluşuna görə tərkibin hansı növünə aiddir
maddi
kəsik
formal
sadə
Cinayətin obyektiv cəhətinin əlaməti yalnız hərəkət, yaxud da hərəkətsizlik əlaməti ilə xarakterizə edilirsə və belə cinayət ictimai təhlükəli nəticə baş verdiyi andan asılı olmayaraq əməl törədildiyi andan başa çatmış hesab edilirsə, belə cinayət tərkibi qanunverici konstruksiyasına - quruluşuna görə tərkibin hansı növünə aiddir
sadə
formal
kəsik
maddi
Cinayətin obyektinin zəruri əlamətləri
əsas bilavasitə, əlavə bilavasitə və fakültativ bilavasitə obyektlərin növləri
əsas bilavasitə və əlavə bilavasitə obyektlərin növləri
ümumi, cinsi və bilavasitə obyektlərin növləri
ümumi, cinsi, növ və bilavasitə obyektlərin növləri
Cinayətin obyektinin fakültativ əlamətləri
əsas bilavasitə və fakültativ bilavasitə obyektlərin növləri
əsas bilavasitə, əlavə bilavasitə və fakültativ bilavasitə obyektlərin növləri, cinayətin predmeti və zərərçəkmiş şəxs
ümumi, cinsi və bilavasitə obyektlərin növləri
ümumi, cinsi, növ və bilavasitə obyektlərin növləri
Cinayətin obyektinin hansı növü AR CM-nin Xüsusi hissəsində konkret maddələrə ayrılmasını müəyyən edir?
növ obyekt
ümumi obyekt
cinsi obyekt
bilavasitə obyekt
Cinayətin obyektiv cəhətinin zəruri əlamətləri
ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik), ictimai təhlükəli nəticə, səbəbli əlaqə
ictimai təhlükəli nəticə
ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik)
ictimai təhlükəli nəticə, səbəbli əlaqə, cinayətin törədilmə yeri, vaxtı, şəraiti, üsul, alət və vasitələri
Cinayətin obyektiv cəhətinin fakültativ əlamətləri
ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik)
ictimai təhlükəli nəticə, səbəbli əlaqə, cinayətin törədilmə yeri, vaxtı, şəraiti, üsul, alət və vasitələri
ictimai təhlükəli nəticə
səbəbli əlaqə
Aşağıda sadalanan variantların hansı cinayətin subyektinin zəruri əlamətlərini əhatəli əks etdirir
cinayətin subyekti – şübhəli şəxs qismində tutulduğu andan olan şəxsdir
cinayətin subyekti – təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb etmə qərarı çıxarılan şəxsdir
cinayətin subyekti - cinayət qanunu ilə müəyyən edilən yaş həddinə çatmış, fiziki, anlaqlı şəxsdir
cinayətin subyekti - barəsində məhkəmə tərəfindən ittiham hökmü çıxarılan şəxsdir
Cinayətin subyektinin fakültativ əlamətləri
cinayətin subyekti - cinayət qanunu ilə müəyyən edilən yaş həddinə çatmış, fiziki, anlaqlı şəxsdir
cinayətin subyekti - cinayət qanunu ilə müəyyən edilən yaş həddinə çatmış şəxsdir
cinayətin subyekti - fiziki, anlaqlı şəxsdir
cinayətin xüsusi subyekti
Təqsirin formalarını göstərin
qəsd və ehtiyatsızlıq
birbaşa qəsd və dolayı qəsd
motiv və məqsəd
hazırlıq və cəhd
Formal və kəsik tərkibli cinayətlər yalnız
dolayı qəsdin növü ilə törədilir
birbaşa qəsdin növü ilə törədilir
cinayətkarcasına özünəgüvənmə növü ilə törədilir
cinayətkarcasına etinasızlıq növü ilə törədili
Ehtiyatsızlıqla törədilən cinayətlər qanunverici konstruksiyasına görə (quruluşuna görə) yalnız
formal tərkibli ola bilər
kəsik tərkibli ola bilər
maddi tərkibli ola bilər
əsas tərkibli ola bilər
Cinayətin anlayışı
qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır
cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır
ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət sayılır
ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır
Cinayətlərin kateqoriyaları aşağıdakı kimidir
az ağır, ağır və xüsusilə ağır cinayətlər
böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlər
ağır və xüsusilə ağır cinayətlər
böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər
Böyük ictimai təhlükə törətməyən cinayətlər
qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur
qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur
qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur
qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur
Az ağır cinayətlər
qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur
qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər az ağır cinayətlər hesab olunur
qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur
qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur
Ağır cinayətlər
qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur
qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər ağır cinayətlər hesab olunur
qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur
qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur
Xüsusilə ağır cinayətlər
qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər xüsusilə ağır cinayətlər hesab olunur
qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər xüsusilə ağır cinayətlər hesab olunur
qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər xüsusilə ağır cinayətlər hesab olunur
qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur
Cinayət tərkibi nədir
hər hansı əməlin fakültativ əlamətlərini müəyyən edən məntiqi-hüquqi modeldir
ictimai-təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv elementlərin və onların əlamətlərinin məcmusudur
ictimai-təhlükəli əmələ verilən hüquqi qiymətdir
hüquq pozuntusunun bütün faktiki hallarıdır
Cinayət hüququnda cəzanın fərdilləşdirilməsi prinsipi kimi hesab edilir
cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınır
cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və təqsirkarın şəxsiyyəti nəzərə alınır
cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır
cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır
Cinayətin obyekti ilə bağlı aşağıda verilən anlayışların hansı cinayətin obyektinə dair baxışları daha tam əks etdirir
cinayətin obyekti - əməldən ziyan çəkən cinayət hüquq normasıdır
cinayətin obyekti - ictimai təhlükəli nəticədir
cinayətin obyekti - cinayət qanunu ilə qorunan və əməlin törədilməsi faktı ilə zərər, ziyan çəkən və ya zərər, ziyan çəkmək təhlükəsi altında qalan içtimai münasibətlərdir
cinayətin obyekti - qəsd və ya ehtiyatsızlıqla törədilən əməldi
Predmetin mövcud olduğu halda cinayətin obyektinə hansı yolla ziyan yetirilir
cinayətin obyekti sayılan ictimai münasibətin elementinə fiziki təsir göstərməklə ziyan yetirilir
ictimai münasibətin elementinə informasiya təsiri göstərməklə ziyan yetirmə
cinayətin obyekti sayılan ictimai münasibətin elementində dəyişiklik yaratmaqla ziyan yetirmə
ictimai münasibətin yaranması ilə bağlı olan maddi aləmin əşyası qismində predmetə təsir göstərməklə obyektə ziyan yetirmə
Cinayət qanununun zamana görə qüvvəsi
ictimai təhlükəli əməlin cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin törədildiyi zaman artıq qüvvədə olmayan cinayət qanunu ilə müəyyən edilir
ictimai təhlükəli nəticənin baş verdiyi zamandır
ictimai təhlükəli əməlin cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir
ictimai təhlükəli əməlin törədildiyi məkandır
İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı hansıdır
cinayət hadisəsi haqqında hüquq mühafizə orqanlarına məlum olduğu vaxtdır
ictimai təhlükəli əməlin törədildiyi məkandır
ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır
ictimai təhlükəli nəticənin baş verdiyi vaxtdır
Cinayət qanununun geriyə qüvvəsi vardır
əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin
əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin
vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun
əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ
görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət törətmiş şəxsin
vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun
əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin
əmələ görə cəza müəyyən edən cinayət qanununun
cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür
ağırlaşdıran cinayət qanununun
Geriyə qüvvəsi olan cinayət qanunu
həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir
həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə şamil edilir
cəza çəkən şəxslərə şamil edilir
cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir
Cinayət qanununun geriyə qüvvəsi yoxdur
əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran cinayət qanununun
cəzanı yüngülləşdirən, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun
əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun
əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun
Cinayət qanununun ərazi prinsipi
Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs AR CM-si əsasında cinayət məsuliyyətinə cəlb edilir
Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, AR CM-si əsasında cinayət məsuliyyətinə cəlb edilirlər
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, AR CM-si əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər
sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, AR CM-si əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır
Cinayət qanununun vətəndaşlıq prinsipi

Cinayət qanununun real prinsipi

Cinayət qanununun universal prinsipi

Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya)
yalnız real və universal prinsipləri əsasında həyata keçirilə bilər
yalnız ərazi və vətəndaşlıq prinsipləri əsasında həyata keçirilə bilər
yalnız ərazi prinsipi əsasında həyata keçirilə bilər
yalnız vətəndaşlıq prinsipi əsasında həyata keçirilə bilər
Cinayət törətməkdən könüllü imtina etmə
cinayətə hazırlıq və başa çatmış cinayət mərhələsində mümkündür
bitməmiş cəhd və başa çatmış cinayət mərhələsində mümkündür
cinayətə hazırlıq və bitməmiş cəhd mərhələsində mümkündür
bitmiş cəhd mərhələsində mümkündür
Azadlıqdan məhrum etmə növündə cəza növü yetkinlik yaşına çatmayanlara
beş ildən çox olmayan müddətə təyin edilir
yeddi ildən çox olmayan müddətə təyin edilir
on beş ildən çox olmayan müddətə təyin edilir
on ildən çox olmayan müddətə təyin edilir
Əgər yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərsə
qəti cəza tamamilə toplamaq yolu ilə təyin edilir
qəti cəza qismən toplamaq yolu ilə təyin edilir
qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir
qəti cəza tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilir
Cinayətin təhrikçisinə
bitmiş (başa çatmış) cəhd mərhələsi aid deyil
bitməmiş (başa çatmamış) cəhd mərhələsi aid deyil
hazırlıq mərhələsi aid deyil
cəhd mərhələsi aid deyil
Cinayətə hazırlığa və cinayət etməyə cəhdə görə
azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmir
ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir
müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir
islah işləri növündə cəza təyin edilmir
Cinayət törətməyə görə məhkum olunmuş şəxs kimdir
məhkumluğu ödənilmiş şəxs məhkum olunmuş şəxs hesab edilir
məhkumluğu götürülmüş şəxs məhkum olunmuş şəxs hesab edilir
məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkum olunmuş şəxs hesab edilir
məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun ödənildiyi və ya götürüldüyü günə qədər məhkum olunmuş şəxs hesab edilir
Cinayətdə iştirakçılıq yalnız
dolayı qəsdin növü ilə törədilə bilər
birbaşa qəsdin növü ilə törədilə bilər
birbaşa və ya dolayı qəsdlərin növləri ilə törədilə bilər
ehtiyatsızlığın hər iki növləri ilə - cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq növləri ilə törədilə bilər
Cinayətin köməkçisinin növlərini göstərin
sadə, təhlükəli və xüsusilə təhlükəli
maddi, formal və kəsik
fiziki və psixi
fiziki və əqli
Başa çatmış cinayət
şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) AR CM-ilə nəzərdə tutulmuş cinayət tərkibinin yalnız cinayətin obyekti ilə bağlı əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur
şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) AR CM-ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur
şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) AR CM-ilə nəzərdə tutulmuş cinayət tərkibinin yalnız obyektiv cəhəti ilə bağlı əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur
şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) AR CM-ilə nəzərdə tutulmuş cinayət tərkibinin yalnız subyektiv cəhəti ilə bağlı əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur
Hüquqi şəxslər barəsində tətbiq edilən cinayət-hüquqi tədbirlər
cərimə; xüsusi müsadirə
hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə
cərimə; xüsusi müsadirə; hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə
cərimə; xüsusi müsadirə; hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə; hüquqi şəxsi ləğv etmə
Aşağıda sadalanan hansı hal cinayətdə iştirakçılığın əlamətlərini tam əhatə edir
iki və ya daha artıq şəxsin birgə iştirakı
iki və ya daha artıq şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı
iki və ya daha artıq şəxsin qəsdən birgə iştirakı
iki və ya daha artıq şəxsin ehtiyatsızlıqla törədilən cinayətdə birgə iştirakı
Aşağıda sadalanan əlamətlər içərisində cinayətin icraçılığına aid olan əlaməti göstərin
məlumat verən, maneələri aradan qaldıran iştirakçı
bilavasitə cinayəti törədən, başqaları ilə birlikdə cinayətin törədilməsində iştirak edən, cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayət törədən iştirakçı
törədiləcək cinayətə dair məsləhət və ya göstərişlər verən iştirakçı
cinayəti təşkil edən və onun edilməsinə rəhbərlik edən iştirakçı
Aşağıda sadalanan hansı cəza növləri yalnız əsas cəza növlərinə aid edilir
ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, xüsusi və ya hərbi rütbədən, fəxri addan və ya dövlət təltifindən məhrum etmə
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma
nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə
ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə, ömürlük azadlıqdan məhrum etmə
Ağır cinayət törətmiş məhkuma cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məhkum cəzanın hansı müddətini çəkdikdən sonra tətbiq edilə bilər
cəza müddətinin ən azı dörddə üç hissəsini
cəza müddətinin ən azı üçdə iki hissəsini
cəza müddətinin ən azı üçdə bir hissəsini
cəza müddətinin ən azı yarısını
Cinayətlərin residivini yaratmır
ödənilmiş məhkumluqlar
ehtiyatsızlıqla törədilən cinayətlər; böyük ictimai təhlükə törətməyən cinayətlər; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; ödənilmiş və ya götürülmüş məhkumluqlar
götürülmüş məhkumluqlar
ehtiyatsızlıqla törədilən cinayətlər; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar
Quliyev Əli qonşusu olan Səmədov Fikrəti şəxsi münasibətlər zəminində öldürmək qərarına gəlir və axşam saat 22:05 radələrində “Vinçester” markalı ov silahı ilə (həmin silahı Quliyev Əli AR DİN-ə ərizə ilə müraciət edib qanuni şəkildə əldə etmişdir) Fikrətə atəş açır və düşünür ki, Səmədov Fikrəti öldürüb.
Lakin, hava qaranlıq olduğundan Quliyev Əli səhvən Səmədov Fikrəti deyil, onun qardaşı – Səmədov Hikməti öldürmüşdür. Hər iki qardaş Səmədov Fikrətin idarə etdiyi nəqliyyat vasitəsində olmuşlar – Fikrət maşından düşüb evin həyətinə keçdikdən sonra qardaşı Hikmət parkinq etmək məqsədilə sükan arxasına keçib oturur ki, maşını dayanacağa aparsın və bu zaman Quliyev Əli qaranlıq olduğundan Hikməti Fikrət bilərək ona istiqamətdə silahdan atəş açır və Hikməti öldürür.
Quliyev Əlinin əməlini tövsif edin.
AR CM-in 29 və 120.1-ci maddəsi ilə - (Qəsdən adam öldürməyə cəhd) Səmədov Fikrətə münasibətdə və 120.1-ci maddəsi ilə (Qəsdən adam öldürmə) - başa çatmış cinayət Səmədov Hikmətə münasibətdə
AR CM-in 29 və 120.1-ci maddəsi ilə - (Qəsdən adam öldürməyə cəhd) - başa çatmamış cinayət
AR CM-in 29 və 120.1-ci maddəsi ilə - (Qəsdən adam öldürməyə cəhd) Səmədov Fikrətə münasibətdə və AR CM-in 124–cü maddəsi ilə - (Ehtiyatsızlıqdan adanm öldürmə) - başa çatmış cinayət Səmədov Hikmətə münasibətdə
AR CM-in 120.1-ci maddəsi ilə - (Qəsdən adam öldürmə) - başa çatmış cinayət
Tibb bacısı Əliyeva xəstə Bağırovaya damara brom preparatı əvəzinə ampulada olan yazıya baxmadan dikain adlı preparatı sistem şəklində qoşmuşdur. Xəstə Bağırova özünü çox pis hiss edərək, onda qıcolma tutması vəziyyəti baş vermişdir. Tibb bacısı Əliyeva Bağırovanı bu kritik vəziyyətdən çıxarmaq üçün nə qədər tədbirlər həyata keçirsə də onu bu vəziyyətdən çıxara bilməmiş və xəstə Bağırova bir neçə dəqiqədən sonra ölmüşdür.
Tibb bacısı Əliyevanın əməlini tövsif edin.
AR CM-in 120.2.9-cu maddəsi ilə (Təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə)
AR CM-in 126.3-cü maddəsi ilə ( Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda)
AR CM-in 124-cü maddəsi ilə (Ehtiyatsızlıqdan adam öldürmə)
AR CM-in 120.1-ci maddəsi ilə (Qəsdən adam öldürmə)
Əmirov, toydan iki ay əvvəl Qəribova soyadlı nişanlısı ilə münasibətdə olur, lakin ona məlum olandan sonra ki, nişanlısı ona artıq xəyanət edib, Əmirov Qəribovaya: “Artıq səninlə yolumuzu davam etdirə bilmərik”, deyərək toydan imtina edir. Bu hadisədən dərhal sonra, Qəribova evə gələrək özünü 13-cü mərtəbədə yerləşən evin eyvanından ataraq ölür.
Əmirovun əməlini tövsif edin.
cinayət məsuliyyəti yoxdur
özünü öldürmə həddinə çatdırma (AR CM-in 125-ci maddəsi)
təhqir (AR CM-in 148-ci maddəsi)
özünü öldürmə həddinə çatdırma və təhqir (AR CM-in 125-ci və 148-ci maddələri)
Məhərrəmov Anar gizli olaraq “N” saylı hərbi hissəyə qanunsuz daxil olmuş və silahla dolu olan bir qutunu götürərək əldə etmişdir.
Lakin, qutunun içində silan deyil, hərbçilərin hərbi geyimi olmuşdur – (hərbi çəkmələr).
Məhərrəmov Anarın cinayətkar niyyəti silahın əldə edilməsinə yönəlsə də, faktiki olaraq hərbi geyim oğurlanaraq əldə edilmişdir.
Məhərrəmov Anarın əməlini tövsif edin.
AR CM-in 177.1-ci maddəsi ilə ( Sadə oğurluq)
AR CM-in 177.2.3-cü maddəsi ilə (Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törədildikdə)
AR CM-in 29 və 232.1-ci maddələri ilə (Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etməyə cəhd)
AR CM-in 232.1-ci maddəsi ilə (Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə)
Əzizov qıcqanclıq motivi ilə Camalovanı yatarkən bir bıcaq zərbəsi ilə öldürür. Əzizovun əməlini tövsif edin.
AR CM-in 120.1-ci (sadə qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilməlidir
AR CM-in 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilməlidir
AR CM-in 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilməlidir
AR CM-in 120.1-ci (sadə qəsdən adam öldürmə) və AR CM-in 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan qəsdən adam öldürmə ) maddələri ilə tövsif edilməlidir
Əzizov qıcqanclıq motivi ilə Camalovanı yatarkən bir bıcaq zərbəsi ilə öldürür. Əzizovun əməlinin tövsifi dəyişəcəkmi əğər Camalova artıq yuxuda ölmüşdürsə.
xeyr dəyişməyəcək. Əməl AR CM-in 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilməlidir
xeyr dəyişməyəcək. Əməl AR CM-in 120.1-ci (sadə qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilməlidir
xeyr dəyişməyəcək. Əməl AR CM-in 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilməlidir
bəli dəyişəcək. Əməl AR CM-in 29 və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan qəsdən adam öldürməyə cəhd) maddələri ilə tövsif edilməlidir
Tələbə-həkim gecə morqda olarkən ölmüş yetkinlik yaşına çatmayan qız ilə cinsi əlaqədə olur (qız artıq iki saat idiki dünyasını dəyişmişdir). Əməli tövsif edin.
cinayət məsuliyyəti yoxdur
zorlama yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə (AR CM-in 149.2-1.1-ci maddəsi) və qəbir və ya meyit üzərində təhqiredici hərəkət (AR CM-in 245-ci maddəsi)
zorlama yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə (AR CM-in 149.2-1.1-ci maddəsi)
qəbir və ya meyit üzərində təhqiredici hərəkət (AR CM-in 245-ci maddəsi)
Aralarında qan düşmənçiliyinə görə Elmarı öldürmək istəyən Tahir, bu məqsədlə hasardan aşaraq, onun yaşadığı bağ evinin həyətinə girir. Elmarı ağaçın kölgəsində yatmış vəziyyətdə görən Tahir, əlverişli məqamdan istifadə edərək, özündəki balta ilə baş nahiyəsinə iki zərbə vuraraq, onu öldürür və sonra prokurorluğa gedərək, cinayət törətməsi barədə məlumat verir.
Hadisə yerinə baxış keçirən müstəntiq, Elmarın öldürüldüyü yerin yaxınlığında – ağacın altındakı stolun üstündə bahalı büllur qabların sınıqlarını görür və bu barədə də protokola müvafiq qeydlər edir. Dəvət olunmuş mütəxəssis, sınan qabların istifadəyə yararlı vəziyyətdə qiymətinin altı min manat (6 min manat) məbləğində olduğunu bildirir. Dəymiş ziyanın həmin məbləğdə olması təsdiq edilir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir, həmin qabları əlindəki balta ilə bilmədən sındırdığını və ziyanı ödəməyə hazır olduğunu bildirərək zərərçəkmiş şəxslə (Elmarın həyat yoldaşı ilə) barışır və ona dəymiş ziyanı tamamilə ödəyir.
Əməli tövsif edin.
Tahirin əməli AR CM-in 120.1-ci (sadə qəsdən adam öldürmə) maddəsi ilə tövsif olunur
Tahirin əməli AR CM-in 120.2.5-ci (tamah məqsədi ilə törədilən qəsdən adam öldürmə) maddəsi ilə tövsif olunur
Tahirin əməli AR CM-in 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə) maddəsi ilə tövsif olunur. AR CM-in 73-1.1-ci maddəsinin müddəalarına görə 187.1-ci maddəsində nəzərdə tutulan əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edildiyinə görə əməl əlavə olaraq AR CM-in 187.1-ci maddəsi ilə tövsif olunmur
Tahirin əməli AR CM-in 120.2.4-cü (xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə) maddəsi ilə tövsif olunur