NEW
Font size
Worksheets4-cü sinif Azərbaycan dili Sınaq-1
Total questions: 10
Worksheet time: 20mins
1)Buraxılmış hərflər haqqında verilmiş fikirlərdən hansı doğrudur?
A)k□mpot ->dodaqlanmayan saitdir.
B)müd□r ->dodaqlanan saitdir.
C)q□zet ->qalın saitdir.
D)üm□d ->dodaqlanmayan incə saitdir.
2)Hansı sözdə hecaların yerini dəyişdikdə yeni mənalı söz yaranmır?
A)parta
B)düzgün
C)saflıq
D)saqqal
3)"Yamanlıq" sözünün fonetik təhlili ilə bağlı hansı fikir səhvdir?
A)Sözdə dodaqlanan sait iştirak etmir.
B)Qalın saitlərin ahəngi gözlənilmişdir.
C)Sözdə üç samitin qarşılığı yoxdur.
D)Söz cingiltili samitlə bitir.
4)Hansı sözün leksik mənası səhv göstərilib?
A)Meşə-çoxlu ağaclar bitmiş geniş sahə
B)Hündür-uca, yüksək
C)İslam-müsəlmanların dini
D)Kamallı-ağılsız, zəkasız, elmsiz
5)Hansı sırada frazeoloji birləşmə işlənməmişdir?
A)Səhər-səhər kefimə soğan doğradılar
B)Anam üçün burnumun ucu göynəyir.
C)Top uşağın əlindən yola düşdü.
D)Dostunun tövsiyəsi ağlına batdı.
6)"Ümid" və "həşərat" sözləri üçün ortaq fikir hansıdır?
A)Yalnız əsas nitq hissəsi kimi işlənir.
B)Mücərrəd isimdir.
C)Xüsusi isimdir.
D)Köməkçi nitq hissəsi kimi işlənə bilir.
7)Uyğunluq pozulmuşdur:
A)gəlhagəl-isim
B)qaçaqaç-isim
C)vurhavur-isim
D)dalbadal-isim
8)"Vətən" sözü hansı cümlədə təsirlik haldadır?
A)Vətəni qorumaq lazımdır.
B)Vətən müqəddəsdir.
C)Vətən həsrəti onu yurda qaytardı.
D)Torpaq uğrunda ölən varsa, Vətəndir.
9)(güllü, stolüstü, nazik, böyük, şabalıdı, möhkəm) verilmiş sifətlərdən neçəsi düzəltmədir?
A)1
B)3
C)4
D)5
10)Saylardan hansı omonim kimi işlənə bilmir?
A)1000
B)80
C)70
D)40
