Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Yaşıl Dünya_Gəncə_FRİTL

Total questions: 36

Worksheet time: 36mins

Name
Class
Date
1.

1.Tariximizin şanlı səhifəsi olan bu əməliyyatı təkcə rəşadətli ordumuzun apardığı mübarizə deyil eyni zamanda  Müzəffər Ali Baş Komandanın siyasi və diplomatik mübarizəsi dünya azərbaycanlılarının həmrəyliyinin və birliynin nümayişi oldu.Söhbət hansı əməliyyatdan gedir?

4 lines
2.

2.Azərbaycanın valyutası manat avro əsginaslarına çox oxşayır - həm ölçülərinə, həm rənglərinə, həm də şriftlərinə görə. Lakin hər bir əsginasın milli eyniyyətini göstərən müxtəlif aspektlər var:Sual belədir beş manat dəyərində əsginasın üzərində nə qeyd edilib?

4 lines
3.

Bu rayonumuz “Azərbaycan Uralı” adlandırılır. Zəylik alunit ehtiyatına görə dünyada ikincidir...Söhbət hansı rayonumuzdan gedir?

4 lines
4.

Bu rayonumuz 1965-ci ilədək Biləsuvar inzibati rayonuna qatılmış, 1967-ci ildən artıq müstəqilrayon olaraq görkəmli şəxsiyyətimizin şərəfinə yeni ad verilmişdir?

4 lines
5.

O ilk dəfə e.ə 45-ci ildə Yuli Sezarın sayəsində peyda oldu.Sonralar isə o hər dord ildən bir peyda olurdu. Biz onu 1600-cü və 2000-ci illərdə də görmüşük, lakin 1800 və 1900-cü illərdə onu görən olmamışdır.Siz isə onu son dəfə nə zaman gözə dəydiyini tapın

4 lines
6.

Bu söz yunanca “Dairənin uzunluğu sözünün” ilk hərfidir.Nəzərinizə çatdıraq ki, “Newton”, “Gauss”, “Fibonacci” kimi bir çox məşhur alimlər vaxtlarını onu hesablamağa sərf edib. Söhbət nədən gedir?

4 lines
7.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25.12.2023-cü ildə 2024-cü ilin nə ili elan edilməsi haqqında Sərəncam imzalamışdır?

4 lines
8.

2008-ci İldə Azərbaycana hər iki ölkə arasında dostluq və əməkdaşlIq rəmzİ olaraq Yaponlar bu ağacın tinglərini hədiyyə etmişdir. Yaponİyada bu ağaclar dövlət səvİyyəsİndə qorunur və satIşI qadağandır,ağaclar sadəcə dost ölkə və təşkİlatlara dostluq sİmvolu olaraq verilir. Söhbət YaponiyanIn sinvoluna çevrilmiş hansı ağaclardan gedir?

4 lines
9.

1938-ci il Nobel mükafatı laureatı olan bu italyan və amerikan aliminin neytronlar fizikası sahəsində gördüyü işlər atom bombasının yaradılmasına gətirib çıxarır. Tarixə adını yazmış bu alim kimdir?

4 lines
10.

Bu Rusiya Federasiyasında 1993cü il dekabrın 12-də, Azərbaycan Respublikasında isə 1995-ci il noyabrın 12-də baş vermişdir.Söhbət hansı tarixi gündən gedir?

4 lines
11.

Həpimiz bir günəşin zərrəsiyiz"deyən bu sənətkarımız demək olar bütün əsərlərində xalqları dostluğa çağıran,ölkəmizdə milli uşaq teatrının banisi olan,uşaq ədəbiyyatımızın yaradıcılarından,dillər əzbəri "Uşaq və buz"dan bizə tanışdır. Söhbət hansı sənətkardan gedir?

4 lines
12.

Bu tanınmış azərbaycanlı xanım dünya şöhrətli sənətkar şahmatda Dümaya qalib gələrkən Dümadan yaşca xeyli kiçik idi.Onun  cəmi 26, Dümanın isə 56 yaşı vardı.A.Dümanı mat edən bu xanım kim idi?

4 lines
13.

Belə rəvayət olunur ki,onun edamı zamanı ruhanilərdən biri onun qanının düşdüyü yeri kəsmək lazım olduğunu deyir. Sonradan onun qanın bir damlası həmin ruhanin barmağına sıçrayır. Bəhs edilən bu rəvayətdə söhbət kimdən gedir?

4 lines
14.

Bu bitkinin  digər adı - Qafqaz qaş Səhləbidir. Ophrys – yunan mənşəli sözdür, mənası “qaş” deməkdir. Alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə üstdən aşağı “baxmağını” eyham ediblər.Hansı bitkidən söhbət gedir?

4 lines
15.

2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı  hesab edilən bu şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Söhbət hansı şəhərimizdən gedir?

4 lines
16.

Muğamımızın incilərindən olan bu təsnif ilk dəfə 1960-cı ildə Əlibaba Məmmədovun ifasında səsləndirilib.Sözləri Əliağa Vahidə məxsus olan bu təsnif günümüzdə  fərqli bir adla tanınır...Bu təsnifin hər iki adını qeyd edin

4 lines
17.

Bu şəhər 2016-cı ildə“Avropa gənclər paytaxtı” seçilir və beləliklə, bu titula layiq görülmüş və Avropa Birliyinə daxil olmayan ilk şəhər olur. Şəhər həmçinin 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin "Mədəniyyət paytaxtı" seçilib. Bu hansı şəhərimizdir?

4 lines
18.

Gəncə mövcud olan bu park Qafqazın ən qədim parklarından biri, həm də gəncəlilərin böyükdən-kiçiyə üz tutduğu ən sevimli istirahət yeridir. Tarixi mənbələr parkın türk Fərhad paşanın oğlu Mehmet paşaya məxsusluğunu və 1582-ci ildə salındığını yazırlar. Bu parkı “Gəncənin ağ ciyəri” də adlandırmaq olar..Söhbət hansı parkdan gedir?

4 lines
19.

2018-ci ildə “SpaceX” şirkəti Marsa göndərdiyi kəşfiyyat maşını necə adlandırılıb?

4 lines
20.

Respublikamızda gəmiçilik üçün yararlı yeganə çaydır. Bu çayın üzərində Mingəçevir, Varvara, Şəmkir, Yenikənd su anbarları tikilib? Söhbət hansı çaydan gedir?

4 lines
21.

Bu ölkədə 400-dən çox palçıq vulkanı var. Dünyanın heç bir başqa ölkəsində bu qədər vulkan yoxdur..Bu hansı ölkədir?

4 lines
22.

Qan dövranının və ürəyin funksiyasının ilk dəfə izahını verən ingilis həkimidir. Ürək və ürək qapaqlarının rolunu dəqiqliqlə izah etmişdir.Bundan əlavə, bu məşhur alim embriologiyanın banisi hesab edilir. Söhbət hansı alimdən kimdir?

4 lines
23.

Bu məşhur alman alimi, Nobel mükafatı laureatıdır. O, xolera xəstəliyi, Sibir xorasını və vərəm çöpünü kəşf etmişdir. 1905-ci ildə "vərəm xəstəliyinin öyrənilməsi və müalicəsində əldə etdiyi nailiyyətlərə görə" Tibb sahəsi üzrə Nobel mükafatına layiq görülmüş bu alim kimdir?

4 lines
24.

1912-ci ildə məşhur qütb tədqiqatçısı Skot və onun yoldaşlarının məhvinin səbəb olan hadisə olmuşdur. Bu hadisə zamanı metalın quruluşu pozulur və toz halında ovxalanıb tökülür. Bu hadisə necə adlanır?

4 lines
25.

Bu elmi çox vaxt bəşəriyyətin dili adlandırırlar. O bizim dünyanı və cəmiyyətimizi anlamaq üçün vacibdir deyilir…Bu hansı elmdir?

4 lines
26.

O riyaziyyatın kralı hesab edilir. Bir çoxları bu alimi inanılmaz əqli imkanları sayəsində tanıyır. O uşaq olarkən saniyələr ərzində 1-dən 100-ə qədər olan rəqəmlərin cəmini hesablaya bilirdi. Onun adı riyaziyyatın demək olar ki, bütün sahələrindəki əsaslı araşdırmalar ilə bağlıdır: cəbr, riyazi təhlil, kompleks funksiya nəzəriyyəsi, ehtimal nəzəriyyəsi, həmçinin astronomiya, geodeziya və mexanika. Söhbət hansı dahi riyaziyyatçıdan gedir?

4 lines
27.

Müsəlman Şərqində ilk demokratik parlament respublikası neçənci ildə elan edilib?

4 lines
28.

44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon Azərbaycana təhvil verildi. Bu hansı rayonlarımız idi?

4 lines
29.

Atmosferdə, havadakı su damlacıqlarından işığın sınması və əks olunması nəticəsində əmələ gələn optik hadisə necə adlanır?

4 lines
30.

Bakının yaxınlığında yerləşən bu dağ əsrlər boyu səyyahları və işğalçıları özünə cəlb edib. XIII əsrdə tədqiqatçı Marko Polo burada gördüyü əsrarəngiz yanğınlar barədə yazıb..Söhbət hansı dağdan gedir?

4 lines
31.

Bu oyun polo oyununu xatırladır: oyunçular at belində, əllərində ucu əyri ağac olmaqla oynayırlar. Lakin polo ilə oxşarlıq yalnız bundan ibarətdir. Bu oyun musiqi ilə müşayiət edilir və bütün oyunçuların əynində milli kostyumlar - genbalaq şalvar, tikməli nazik köynək, başlarında papaq olur…Bu oyun necə adlanır?

4 lines
32.

Tanzaniyanın şimalında, Keniya ilə sərhədin yaxınlığında dərinliyi 3 metrə yaxın kiçik bir göl yerləşir. Bu gölün adı da eyni adlı mineralının adından əmələ gəlmişdir. Gölün qələviliyi 9–10,5 pH arasında dəyişə bilər, onun temperaturu isə 60 °C-ə çatır. Bu səbəbdən də onun üzərinə düşən hər bir canlı (xüsusən də quşlar) dərhal həlak olurlar….Bu göl hansı göldür?

4 lines
33.

Müasir dünyada bu enerji bərpa olunan enerjinin ən perspektivli və ən böyük potensiala malik olan növü hesab olunur..Söhbət hansı enerji növündən gedir?

4 lines
34.

Yer qabığının müxtəlif dərinliklərində toplanan istilik nəticəsində əmələ gələn kimyəvi maddələrdən, isti su və buxardan birbaşa və ya dolayı yolla istehsal edilən enerji dedikdə hansı enerji nəzrdə tutulur?

4 lines
35.

Ekoloji cəhətdən təmiz enerji mənbəyi olmaqla yanaşı, dünyada ən geniş istifadə olunan bərpa olunan enerji mənbəyidir. çayın və ya digər su hövzəsinin təbii gedişatının dəyişdirilərək yaradılan bəndlərdən və ya axar sudan istifadə etməklə elektrik enerjisinin istehsal edildiyi bərpa olunan enerji mənbəyidir. Bu hansı enerji növüdür?

4 lines
36.

Bu konfrans adı dilimizə tərcümədə tərəflərin konfransı deməkdir. 197 ölkənin nümayəndələri hər il toplaşıb qlobal iqlim dəyişikliklərini müzakirə edirlər və qlobal fəlakətin baş verməməsi üçün istər dövlət səviyyəsində, istərsə də fərdi şəkildə hansı şərtlərə əməl olunması haqda razılığa gəlməyə çalışırlar…Bu hansı konfrasdır?

4 lines