wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

....

Total questions: 12

Worksheet time: 36mins

Name
Class
Date
1.

Tələffüzündə qapalı saitin də olduğu sözləri müəyyən edin.

  1. 1. qalaya 2. Ələtdə 3. kəndə 4. tərləyən 5. yerə

a)

1,5

b)

2,3,4

c)

3,5

d)

2,4,5

e)

1,4

2.

Qəbul etdiyi şəkilçidən asılı olmayaraq, vurğusu dəyişməyən sözləri müəyyən edin.

  1. 1. kafedra 4. Riqa

  2. 2. lirika 5. dialoq

  3. 3. kapitan 6. orijinal

a)

1,2,4

b)

1,3,4

c)

1,3,5

d)

2,4,6

e)

2,4,5

3.

Verilmiş sözlərdən hansının səs və hərf tərkibində iki fərqli məqam var?

a)

optika

b)

poçtalyon

c)

iddia

d)

doqquz

e)

üfüq

4.

Vurğuya görə məntiqi ardıcıllığı tamamlayın.

hərislik, laləzar, diaqram, ...

a)

media

b)

hələ

c)

federasiya

d)

hərdənbir

e)

dizel

5.

Hansı qoşa saitli sözlərin yazılışı ilə tələffüzü arasında fərq yoxdur?

a)

saat, fauna

b)

təbii, şücaət

c)

mətbuat, bəraət

d)

Nailə, ailə

e)

müəllim, təbiət

6.

Birinin son səsi [x'] kimi tələffüz olunmur:

a)

çiçək

b)

şərik

c)

köynək

d)

göbələk

e)

külək

7.

"Bu çörək ... qüvvət və qüdrət mənbəyidir" nümunəsində nöqtələrin yerinə hansı söz yazılsa, altından xətt çəkilmiş sözün son samiti cingiltili tələffüz olunar?

  1. 1. elin 2. millətin 3. xalqın

  2. 4. ölkənin 5. dövlətin

a)

1,2,4

b)

2,3,5

c)

1,4

d)

2,4,5

e)

1,3

8.

Sıralardan birində "q" hərfi ardıcıl olaraq [ğ], [q], [x], [k'] səslərini ifadə edir:

a)

uşaq, qalıq, üfüq xətti

b)

haqqında, doqquz, aşıq sözü

c)

sadiq, qutu, haqsız, qəza

d)

aşiq, aşıq, əqidə bütövlüyü

e)

uşaq otağı, qaçaqlar, məqsəd

9.

Verilən xüsusiyyətlərə uyğun gələn söz hansıdır?

  1. 1. Tələffüzündə 2 fərqli məqam var.

  2. 2. Vurğu son hecaya düşür.

  3. 3. Sözdə yalnız 1 samitin yazıda işarəsi yoxdur.

  4. 4. Tərkibində eynicinsli qoşa samit var.

a)

məəttəl

b)

lobbiçilik

c)

sərinlik

d)

şifrələmək

e)

cəldlik

10.

Altından xətt çəkilmiş hansı heca iki şəkilçidən ibarətdir?

  1. 1. danışdıq 2. ruhlan 3. vidalaş

  2. 4. salamlaş 5. bozardır

a)

1,4,5

b)

1,2,4

c)

3,4,5

d)

1,2,3

e)

2,3,5

11.

"Dəstəklənmək" sözünün fonetik təhlilindəki səhv fikri göstərin:

a)

Yazılışı ilə deyilişi fərqlənir.

b)

Vurğusu sonuncu hecadadır.

c)

Sözdə 3 samitin qarşılığı yoxdur.

d)

Tələffüzündə 3 fərqli məqam var.

e)

Sözdə "y" samitinin kar qarşılığı var

12.

"Diskussiya" sözünün fonetik xüsusiyyətləri ilə bağlı yanlış fikri seçin.

a)

Vurğusu 2-ci hecaya düşür.

b)

Sözdə kəmiyyət və keyfiyyət dəyişməsi yoxdur.

c)

"q" hərfinin də ifadə edə bildiyi səs işlənib.

d)

[x'] səsinin cingiltili qarşılığı işlənib.

e)

3 kar samit işlənib.