NEW
Font size
WorksheetsƏməyin təşkili
Total questions: 8
Worksheet time: 8mins
Müəssisədə əməyin düzgün təşkili dedikdə nə başa düşülür?
iş qüvvəsindən səmərəli istifadə və az əmək sərfi ilə çox məhsul istehsal etmək vəzifəsi
marketinq planlaşdırılması və hesabatlar
müştərilər tərəfindən olan şikayətlərə ciddi nəzarət
xammalın, hissələrin, avadanlıqların və s. vaxtında və münasib qiymətlərə alınması
Əməyin təşkilində məqsədlərə aid deyil:
iş vaxtı fondundan səmərəli istifadə hesabına əmək məhsuldarlığını atırmaq
istehsal avadanlıqlarından səmərəli istifadə hesabına əmək məhsuldarlığının artmasını təmin etmək
əmək prosesində hərtərəfli inkişaf üçün əlverişli şərait yaratmaq
iş həyatında əsasən iş təcrübəsi olmayanlara üstünlük vermək
maddi vəsaitlərdən səmərəli istifadə hesabına əmək məhsuldarlığının artmasını təmin etmək
Əməyin təşkili prosesi:
əmək fəaliyyətində effektiv nəticə əldə etmək məqsədilə insanların, istehsal vasitələrinin və texnologiyanın əmək prosesi zamanı bir araya gəlməsidir
işçilərin əmək prosesi zamanı fəaliyyətlərindən məmnuluq səviyyəsidir
potensial müştərilərin müəyyənləşdirilməsidir
şifahi və yazılı olaraq, sərbəst şəkildə ünsiyyət qurma bacarıqlarının məcmusudur
mübahisəli məsələlərin araşdırılmasını nəzərdə tutur
Əmək bölgüsünün mahiyyətinə və xüsusiyyətlərinə aid deyil:
əmək bölgüsü sayəsində işçilərin məhsuldarlığı artır, texnologiya və istehsal alətləri təkmilləşdirilir
əmək bölgüsü əmək prosesində fərdi işçi və qrupların fəaliyyətinin bölünməsidir
işlərin görülməsində müxtəlif şöbələr, istehsal sahələri, kollektivlərin əməyinin bölgüsünə ehtiyac yaranır
rəhbərlərin istiqaməti ilk növbədə məhsul istehsalına, sonra isə insan amilinə yönəlməlidir
işləyənlərin fəaliyyətlərinin ixtisaslaşması və onların arasında qarşılıqlı əlaqələrin müəyyən edilməsi mümkün olur
Kollektiv əmək prosesinə aid deyil:
kollektiv əmək fəaliyyətində müəyyən işçilərin digərlərini önəmsəmədən fərqlənməsi
hər hansı məhsulun istehsalı kollektiv əmək fəaliyyətində müxtəlif sayda əməliyyatların icrasını tələb edir
iş yerində tələblər işçilərin müəyyən tərzdə yerləşməsini tələb edir ki, bu da əmək bölgüsü və əmək kooperasiyasında əks olunur
işçilər arasında qarşılıqlı əlaqələr müəyyən olunur
əmək prosesi bir biri ilə zaman və məkan cəhətdən əlaqədar olan çoxlu əməliyyatların birləşməsindən əmələ gəlir
Əmək bölgüsünün növləri:
ümumi, praktiki, ekoloji
ümumi, xüsusi, individual (fərdi yanaşma)
özəl, praktiki, fiziki
kooperativ, nəzəri, funksional
fiziki, ixtisas, rəsmi
Ümumi əmək bölgüsünə aiddir:
istehsal və qeyri-istehsal sahələrinin, sahələr daxilində sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ticarət, təhsil, elm, dövlət idarəçiliyi, mədəniyyət və s. bölünməsidir
əmək prosesinin müəssisənin işçiləri arasında dəstələrə görə bölgüsüdür
sənaye sahəsinin ayrı müəssisələr və istiqamətlərə görə bölünməsi (elektrotexnika, transport və s.)
sənaye sahəsinin ayrı müəssisələr və istiqamətlərə görə bölünməsi (elektrotexnika, transport və s.)
sənaye sahəsinin ayrı müəssisələr və istiqamətlərə görə bölünməsi (elektrotexnika, transport və s.)
Xüsusi xarakterli əmək bölgüsünə aiddir:
əmək prosesinin müəssisənin işçiləri arasında dəstələrə görə bölgüsüdür
istehsal və qeyri-istehsal sahələrinin, sahələr daxilində sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ticarət, təhsil, elm, dövlət idarəçiliyi, mədəniyyət və s. bölünməsidir
Əmək prosesinin müəssisənin işçiləri arasında briqadalara, kollektivlərə görə bölgüsüdur
Əmək prosesinin müəssisənin işçiləri arasında peşə-ixtisas səviyyəsinə görə bölgüsüdür
sənaye sahəsinin ayrı müəssisələr və istiqamətlərə görə bölünməsi (elektrotexnika, transport və s.)
