NEW
Font size
WorksheetsFizika ZF
Total questions: 10
Worksheet time: 10mins
Yükün ilk uzunluğunu dəyişmədən məftilin diametrini 3dəfə artırsaq, məftilin mütləq uzanması necə dəyişər?
9 dəfə azalar
9 dəfə artar
dəyişməz
3 dəfə artar
3 dəfə azalar
4 m uzunluğunda məftil dartı qüvvəsinin təsiri ilə 1 sm uzanmışdır. Məftilin nisbi uzanmasını hesablayın!
0,0025
0,5
0,02
0,04
0,2
Yayın ucuna təsir edən qüvvəni artırsaq : 1.Sərtlik əmsalı artar ; 2.Sərtlik əmsalı dəyişməz; 3.Mütləq uzanma artar; 4.Mütləq uzanma dəyişməz; 5.Mütləq uzanma azalar.
2;3
1;2
1;3
1;4
1;5
Böyük qüvvələr hansı cihazla ölçülür?
dartı dinamometri ilə
aerometrə
termometrlə
ölçü xətkeşi ilə
manometrlə
N/m ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
Sərtlik əmsalının
Enerjinin
Qüvvə momentinin
Zamanın
Təzyiqin
Uclarına tətbiq olunan 80N qüvvənin təsiri ilə elastiki yay 2 sm uzanır .Yayın sərtliyini hesablayın.
4000N/m
3000N/m
2000N/m
1000N/m
500N/m
Huk qanunun ödəndiyi maksimum gərginlik necə adlanır ?
Mütənasiblik həddi
Elastiklik həddi
Möhkəmlik həddi
Axıcılıq həddi
Yunq modulu
Silindirik formalı çubuğun yunq modulu aslı deil: 1.Maddənin növündən; 2.Onun uzunluğundan; 3.Onun en kəsiyinin sahəsindən.
2 və 3
1 və 3
Yalnız 1
Yalnız 2
Yalnız 3
Amorf cisimlər üçün hansı ifadə doğrudur?. 1.Müəyyən tempraturda əriyir; 2.Temperatur intervalında əriyir; 3.Fiziki xassələri müxtəlif istiqamətlərdə eyni olur; 4.Fiziki xassələri müxtəlif istiqamətlərdə müxtəlif olur
2 və 3
1 və 4
1 və 3
2 və 4
3 və 4
Monokiristal cisimlər üçün hansı ifadə doğrudur?. 1.Müəyyən temperaturda əriyirlər ; 2.Temperatur intervalında əriyirlər ; 3.Fiziki xassələri müxtəlif istiqamətlərdə eyni olur; 4 .Fiziki xassələri müxtəlif istiqamətlərdə müxtəlif olur.
1 və 4
Yalnız 2
1 və 2
2 və 4
Yalnız 3
