wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

İnsan resurslarının idarə edilməsi

Total questions: 9

Worksheet time: 14mins

Name
Class
Date
1.

Lider və menecer arasında fərqlərdən birini göstərin:

a)

Menecer - əlində olan hakimiyyət imkanlarından işin səmərəli getməsi üçün maksimum istifadə etməlidir, lider – vəzifə ilə fərqlənir

b)

Menecer – qeyri-formal, lider isə formal rəhbərdir

c)

Menecerə - vəzifə, liderə - sosial təsiretmə baxımından yanaşılır

d)

Menecer – işçilərə qarşı həddindən demokratik münasibəti ilə, lider – sosial təsiretmə baxımından yanaşılır

2.

Liderə xas olmayan xüsusiyyəti göstərin:

a)

etimad hissi yaratmaq

b)

innovator

c)

intizamda hər zaman avtoritar rejimi istifadə etmək

d)

sosial təsir gücü

3.

Sosial-liderə aid xüsusiyyətləri göstərin:

a)

təxəyyül, təfəkkür vasitəsilə təsərrüfat məsələlərinini tez həll etməyi bacarır

b)

başlıca keyfiyyət onun elmi biliyi, yaddaşı, hadisə və faktları dərindən bilməsi ilə müəyyən edilir

c)

iqtisadi məsələlər ilə bağlı mürəkkəb situasiyalardan baş çıxarmağı və dəqiq qərarlar qəbul etməyi bacarır

d)

adamların arzu və tələbatına qayğı ilə yanaşır, onların psixoloji xüsusiyyətlərini nəzərə almaqla işi təşkil edir

4.

İnzibatçı liderə aid xüsusiyyətləri göstərin:

a)

adamların arzu və tələbatına qayğı ilə yanaşır, onların psixoloji xüsusiyyətlərini nəzərə almaqla işi təşkil edir

b)

başlıca keyfiyyət onun elmi biliyi, yaddaşı, hadisə və faktları dərindən bilməsi ilə müəyyən edilir

c)

təxəyyül, təfəkkür vasitəsilə təsərrüfat məsələlərinini tez həll etməyi bacarır

d)

yaxşı təşkilatçı, kollektiv rəhbəri

5.

İntellektual liderə aid olmayan xüsusiyyəti göstərin:

a)

adamların arzu və tələbatına qayğı ilə yanaşır, onların psixoloji xüsusiyyətlərini nəzərə almaqla işi təşkil edir

b)

qoyulmuş məsələyə tənqidi yanaşmağı bacarır

c)

müstəqil mühakimə yürütməyi bacarır

d)

başlıca keyfiyyət onun elmi biliyi, yaddaşı, hadisə və faktları dərindən bilməsi ilə müəyyən edilir

6.

Təsərrüfat rəhbəri aşağıdaki psixoloji xüsusiyyətlərə malik olmalıdır:

a)

diktator, nəzarətçi-lider, həddindən demokratik rəhbər

b)

nəzarətçi-lider, intellektual-lider və inzibatçı-lider

c)

həddindən demokratik rəhbər, sosial-lider

d)

diktator

7.

Rəhbər işçinin iş stilinə aid deyil:

a)

həmkarlılıq

b)

tənqidi yanaşma

c)

öz sahəsinə aid elmi biliklərə dərindən bələd olması

d)

işçilərin stimullaşdırılması və motivləşdirilməsi

8.

Rəhbər işçinin intellektual keyfiyyətinə aid deyil:

a)

əmək intizamını təmin etmək

b)

öz sahəsinə aid elmi biliklərə dərindən bələd olması

c)

ümumi inkişaf diapazonu

d)

bütövlükdə peşə hazırlığı

9.

Rəhbər işçinin təşkilatçılıq keyfiyyətinə aid deyil:

a)

fəallıq, təşəbbüskarlıq

b)

işçilərlə olan qarşılıqlı münasibətləri

c)

məqsəd və vəzifələri irəli sürmək və həll etmək qabiliyyəti

d)

işgüzar şərait yaratmaq qabiliyyəti