wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Əlamət bildirən sözlər

Total questions: 10

Worksheet time: 20mins

Name
Class
Date
1.

Hansı bənddə əlamət bildirən əksmənalı söz verilib?

a)

hündür,yüksək

b)

çox,az

c)

gözəl, çirkin

2.

Hansı cümlə keyfiyyət bildirən sözlə başlayır?

a)

Uzun yol hamını yordu .

b)

Dərzi paltarı tikdi.

c)

Beşincilər qalib gəldi.

d)

Nizamlı şagird həmişə sevilir.

3.

Əlamət bildirən sözləri seçin:

(Bu sualda birdən çox seçim edə bilərsiniz)

a)

Tənbəl

b)

Polis

c)

Yazır

d)

Uzunsov

e)

Şirin

4.

Hansı cümlədə daha çox əlamət bildirən söz var?

a)

Ağsaçlı, kök və ortaboylu kişi qapıdan içəri daxil oldu.

b)

Dadlı yeməyi hamı sevir.

c)

Tənbəl şagird oxumaq istəmir.

d)

Çalışqan şagird hər zaman dərslərini oxuyur.

5.

Dad bildirən söz işlənmiş cümləni seçin

a)

Bayrağımızda mavi, qırmızı və yaşıl rəng var.

b)

Anam qayğıkeş qadındır.

c)

Dəyirmi masanın arxasında əyləşmişdik.

d)

Anam şirin kekslər bişirmişdir.

6.

Hansı cümlədə əlamət bildirən əksmənali söz işlənmişdir?

a)

Çörəyi az ,suyu çox içmək lazımdır.

b)

Müharibə düşmənlik, sülh dostluq deməkdir.

c)

Qışda hava soyuq,yayda hava isti olur

d)

Xoş günə sevinir,pis günə kədərlənirəm.

7.

Hansı cümlədə keyfiyyət bildirən söz var?

a)

Dəniz testdən əla qiymət aldı.

b)

Gülay qırmızı jaketini geyindi.

c)

Mirzəliyeva Leyla şahmatçıdır.

8.

Cümlələrdən birində əlamət bildirən söz var.

a)

Sarı güllərdən çələng hördüm.

b)

Bacımın adı Mehribandır.

c)

Qardaşım futbol oynamağı çox sevir.

9.

Hansı bənddə əlamət bildirən sözlər verilib?

a)

əla, savadlı, uca

b)

fincan, budaq, səma

c)

altı, on beş, otuz

10.

"Kiçik canlı" ifdəsindəki "kiçik" sözü nə bildirir?

a)

hərəkət

b)

əlamət

c)

ad

d)

say