Worksheetsİnsan resurslarının planlaşdırılması. Heyətə tələbatın ödənilməs
Total questions: 29
Worksheet time: 29mins
Kadr planlaşdırılmasının mahiyyəti:
işçilərin sayının və ya ştatların ixtisarının aparılması
işin həcminin azalması səbəbindən izafi xərclərin qarşısının almaq
işçilərə onların qabiliyyətindən, meyllərindən və əməyin (istehsalın) təşkilindən asılı olaraq lazım olan vaxtda və istənilən sayda iş yerləri təklif edilir
namizədlərin konkret peşəkar biliklərini müsahibə və ya test vasitəsilə müəyyən etmək
işçilərin gördüyü işlər barəsində gündəlik hesabatlar hazırlanır
Düzgün kadr planlaşdırılmasının nəticələrinə aid deyil:
təşkilatın mənafeyinə çatmağı
işdən işçinin razı qalması
yüksək əmək məhsuldarlığı
işçi iş fəaliyyəti ilə məşğul olmağa maraq göstərmir
işçilərə lazım olan vaxtda və istənilən sayda iş yerləri təklif edilir
Kadr strategiyası:
gələcək dövr üçün təşkilatda işçilərin vəzifə və peşə üzrə irəli çəkilməsinə şərait yaradır və kadrların inkişafını təmin edir
təşkilatın və hər bir işçinin məqsədinin müəyyən edilməsi və məqsədlərin birləşməsidir
məqsədin həyata keçməsi üçün təşkilatın zəruri sayda və ixtisasda işçilərlə təmin olunması
təşkilatın və hər bir işçinin konkret məqsədinin və vəzifələrinin həyata keçməsini təmin edən xərclərin müəyyən edilməsi
müştərilərlə sıx və yüksək səviyyəli münasibətlərin qurulması
Kadr məqsədi:
gələcək dövr üçün təşkilatda işçilərin vəzifə və peşə üzrə irəli çəkilməsinə şərait yaradır və kadrların inkişafını təmin edir
təşkilatın zəruri sayda və ixtisasda işçilərlə təmin olunması
təşkilatın və hər bir işçinin məqsədinin müəyyən edilməsi və məqsədlərin birləşməsidir
təşkilatın və hər bir işçinin konkret məqsədinin və vəzifələrinin həyata keçməsini təmin edən xərclərin müəyyən edilməsi
müştərilərlə sıx və yüksək səviyyəli münasibətlərin qurulması
Kadr tədbirləri:
gələcək dövr üçün təşkilatda işçilərin vəzifə və peşə üzrə irəli çəkilməsinə şərait yaradır və kadrların inkişafını təmin edir
təşkilatın zəruri sayda və ixtisasda işçilərlə təmin olunması
təşkilatın və hər bir işçinin məqsədinin müəyyən edilməsi və məqsədlərin birləşməsidir
təşkilatın və hər bir işçinin konkret məqsədinin və vəzifələrinin həyata keçməsini təmin edən tədbirlərin işlənməsi və buna çəkilən xərcin müəyyən edilməsi
müştərilərlə sıx və yüksək səviyyəli münasibətlərin qurulması
Sosial zərər vurmadan artıq işçiləri azad edərkən, HR mütəxəssisin davranışına aid deyil:
ünsiyyətə işdən azad olunan əməkdaşın şirkətə verdiyi töhfələrin, həmkarların və rəhbərliyin onun haqqında müsbət rəylərinin qeyd olunması ilə başlamalı
əməkdaşı tələsdirmək, söhbəti kəskin şəkildə işlərin təhvil verilməsinə, sənədlərin rəsmiləşdirilməsinə, hesabatların təqdim edilməsinə və s. yönəltmək lazımdır
şirkətin həmin əməkdaşı işdən azad etmək qərarının səbəbini obyektiv faktlar ilə əsaslandırmalıdır
HR mütəxəssis peşəkar davranmalıdır
işdən azad olunmuş əməkdaş haqqında məlumatı İnsan Resursları üzrə mütəxəssis digər həmkarlarına özü yönəltsə daha yaxşı olar
Ştatdan kənar işçilərin işə qəbul olunması ilə əlaqəli deyil:
işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər – ştatdan kənar qəbul edilən əməkdaşlardır
müəyyən ixtisaslı işçilər ehtiyac yaranan işlərin aparılması müddətinə şirkətə cəlb olunur
bu cür işçilərlə imzalanan müqavilə müvəqqəti çalışmaq şərtləri ilə bağlanır
istehsal prosesində müəyyən konkret iş və ya xidmətlərin göstərilməsinə ehtiyac yaranır
şirkətin təsdiqlənmiş ştatında qeydə alınmayan şəxslərdir, oların xidmət öhdəliklərinə daxil olmayan vəzifələri icra edirlər
Işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər (Əmək Məcəlləsi maddə 78):
risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflər verənlər
müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər verənlər
media əlaqələrinin qurulması ilə bağlı effektiv kommunikasiya modellərinin işləyib hazırlayanlar
PR materialların hazırlanması və digər PR-a aid işləri icra edənlər
əmək funksiyasının icrası üçün tələb olunan peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər (işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir)
Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbinə əsasən işçi tərəfindən əmək müqaviləsinə xitam verilərsə işəgötürənə nə qədər müddət əvvəl məlumat verilməlidir?
1 ay
2 ay
1 həftə
2 həftə
3 gün
İşəgötürənlə işçi arasında əmək müqaviləsi bağlandığını zaman, işəgötürənin də üzərinə müəyyən öhdəliklər düşür. Bununla əlaqəli düzgün variantı seçin:
Həmkarlar İttifaqının keçirdiyi iclasların tarixləri əmək müqaviləsində öz əksini tapmalıdır
işçilərin ixtisarı baş verərsə işdə saxlanmağa üstünlüyü olan şəxslərin adları əmək müqaviləsində öz əksini tapır
əsas məşğulluq mənbələrinin siyahısı əmək müqaviləsində öz əksini tapır
əməkhaqqı, məzuniyyət günləri, işçinin görə biləcəyi və s. işlər əmək müqaviləsində öz əksini tapır. Müqavilə imzalandıqdan sonra isə bir nüsxəsi işçidə, digəri isə işə götürəndə qalır
əmək müqaviləsində işçinin tuta biləcəyi əlavə vakansiyalar qeyd olunur
İşçinin işdən çıxarılması ilə bağlı düzgün izahlara aid deyil:
eyni halda əgər iş yerində Həmkarlar Təşkilatı vardırsa, işçinin işdən azad edilməsi ilə bağlı onların razılığı olmalıdır
Həmkarlar Təşkilatı iclas keçirməli, işdən çıxarılan şəxs də həmin iclasda iştirak etməlidir
işəgötürən istədiyi zaman istənilən işçini işdən azad edə bilər
əgər işçinin təqsiri iclasda sübuta yetirilirsə, onda, o işdən çıxarıla bilər
işçinin işdən çıxarılması Əmək Məcəlləsinin maddələrinə uyğun əsaslandırılmalıdır (311-12-13-cü maddələrində yazılıb ki, işəgötürən, Azərbaycan ƏM-nin bu və ya digər maddələrini pozduqda məsuliyyət daşıyır)
Əmək Məcəlləsinin tələbinə əsasən ixtisarın aparılması ilə bağlı işdən azadetmənin düzgün şərtini göstərin:
işçinin bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi əvvəlcədən rəsmi xəbərdar etmə həyata keçirməlidir
işçinin on ildən çox əmək stajı olduqda – azı bir il əvvəlcədən rəsmi xəbərdar etmə həyata keçirməlidir
işçinin beş ildən on ilədək əmək stajı olduqda - azı altı ay əvvəlcədən rəsmi xəbərdar etmə həyata keçirməlidir
işçinin bir ildən beş ilədək əmək stajı olduqda - azı 2 təqvim günü əvvəlcədən rəsmi xəbərdar etmə həyata keçirməlidir
işçinin bir ildən üç ilədək əmək stajı olduqda - azı 2 ay əvvəlcədən rəsmi xəbərdar etmə həyata keçirməlidir
Məsələni həll edin: İşçi müəssisədaxili ixtisara uğrayır. 700 azn əməkhaqqı alır, yanvar ayının 31-i müqaviləsinə xitam verilir, və onun yanvar ayından əvvəlki iki aylıq (noyabr və dekabr) əməkhaqqı cəmi 1400 azn-dır, eyni zamanda iki ayda olan iş günlərinin cəmi 42-dir (noyabr və dekabr). Yanvar ayında isə işçi cəmi 20 gün işləyib. İşçi beş ildən on ilədək əmək stajına sahib olduqda, ona nə qədər işdənçıxarma müavinəti ödənilməlidir?
200 azn
500 azn
1400 azn
1122 azn
700 azn
Recruitment (lazımı kadrların cəlb olunması) mərhələlərinə aid deyil:
kadrların planlaşdırılması
vakant vəzifə üçün namizədlərə tələblərin irəli sürülməsi
namizədlərin vakant vəzifəyə toplanması (xarici və ya daxili mənbələrdən)
namizədlərin seçilməsi və qiymətləndirilməsi / işə qəbul / adaptasiya
bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi
Əmək fəaliyyətində iştirak etmə indeksinin xüsusiyyətlərinə aid deyil:
əmək fəaliyyətində iştirak etmə indeksində yalnız mənfi kriteriyalar nəzərə alınır
əməkhaqqının tarif hissəsi vaxtamuzd sistemlə hesablanır, premiyalar və əlavələr isə işçinin əmək fəaliyyətində iştirak etmə indeksi ilə müəyyən olunur
müsbət kriteriyalar indeksə əlavə olunur
mənfi kriteriyalar indeksdən çıxılır
adətən işəmuzd sistemdə istifadə olunur
Məsələni həll edin: Briqadada 3 işçi çalışır. İşçilər üçün nəzərdə tutulan ümumi əməkhaqqı sentyabr ayı üçün 3000 azn təşkil etsin.Əmək fəaliyyətində iştirak etmə indeksi birinci işçi üçün 8, ikinci işçi üçün 7, üçüncü işçi üçün 5 olarsa, ikinci işçinin premiyası nə qədər təşkil edəcək?
3000 azn
980 azn
1050 azn
150 azn
20 azn
Çevik (flexible) iş cədvəlinin xüsusiyyətlərinə aid deyil:
işçilərin gözündə çevik bir cədvəlin əsas üstünlüyü ondadır ki, iş vaxtını müstəqil şəkildə bölüşdürmək mümkün olur, yəni iş və şəxsi həyat arasında balans yaranır
çevik iş cədvəli ilə çalışan işçilər səhər saat 9:00-dan axşam saat 18:00 qədər iş yerində olmalıdır
çevik iş vaxtının tətbiqi ilə bağlı təcrübələr Almaniyada 20-ci əsrin ortalarında başlamışdır və elə burada 1967-ci ildə tətbiq edilmişdir
tədqiqatlar göstərir ki, işçilərin əksəriyyəti çevik (flexible) iş cədvəli ilə çalışmaq istəyirlər, çoxları üçün işə qəbul zamanı bu həlledici amildir
Almaniyanın təcrübəsi digər ölkələri maraqlandırdı və Avropaya, ABŞ-da yayılmağa başladı
Heyətin seçilməsi və adaptasiyası zamanı səhvlər olduqda, yaranan problemlərə aid deyil:
yeni kadrlar axtarışına sərf edilən vaxt həcminin azalması
yüksək kadr axını (işçilər şirkəti tərk edir)
seçimə sərf edilən pul xərclərinin artması müşahidə olunur
işçilərin motivasiya problemi isə əməkhaqqı səmərəliliyini aşağı sala bilər
kadrların seçilməsi əsassız olaraq bahalı kadr agentliyi vasitəsilə baş tuta bilər
HR menecer ixtisaslı kadrları cəlb etmək məqsədilə, iş yerini dəyişən əməkdaşlardan hansı məlumatları soruşa bilər?
heyətin statistikasının təhlilini
kollektivin əmək xərclərinin səmərəliliyini
heyətə kəmiyyət və keyfiyyət tələbatının hesablanmasını
qiymət və vergi siyasəti barəsində məlumatlar
öncəki iş yerlərini necə seçdiklərini, onlar üçün hansı iş reklamlarının daha cəlbedici olduğunu
Heyətin toplanması dedikdə nə başa düşülür?
vakant pozisiyaların tutulması üçün işçi qüvvəsinin cəlb edilməsi metodları
bir sıra işçilərin sırf bir rəhbərə tabe olması nəzərdə tutulur
yalnız daxili mənbələrdən istifadənin müəssisə üçün müsbət cəhətləri nəzərdə tutulur
yeni işçinin daha yüksək vəzifəyə təyin edilməsi başa düşülür
sırf kənar mənbələrdən istifadə etməklə təşkilata yeni, yaxşı hazırlıq keçmiş və yeni ideyalarla dolu işçinin qəbulu başa düşülür
Vakant iş yerlərinə namizədlərin geniş toplanmasının məqsədi:
sırf kənar mənbələrdən konkret adamın vəzifəyə təyin edilməsi
rəhbər kadrlar ehtiyatı planının hazırlanması
iş yerinə uyğun gələnlərin seçilməsi ehtimalının artırılması
fizioloji tələblərin nəzərə alınması
işçilər haqqında zəruri məlumatların təhlili
İşçi qüvvəsinin cəlb olunmasına təsir edən amillərə aid deyil:
iş yeri yerləşdiyi ərazinin əlverişli olması
yüksək avtoritar nəzarət
sağlam əmək şəraiti
sağlam əmək şəraiti
əmək haqqı səviyyəsi
Heyətin toplanmasının səmərəli təşkilinin əsas məqsədi:
işlərin gündəlik olaraq müvafiq ərazi üzrə menecerə göndərilməsini təmin etmək
müştərilərlə müştəri məmnuniyyəti prinsipi əsasında ünsiyyət prossesini təşkil etmək
rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
keyfiyyətli işçilərin seçilməsi və onlarda müəssisə haqqında tam təsəvvür yaratmaq
müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək
Xətti menecerin xüsusiyyətlərinə aid deyil:
işçinin birbaşa rəhbəri deyil – işçilər burada fəaliyyət sahəsindən asılı olaraq tabe ola bilər
bir sıra işçilərin sırf bir rəhbərə tabe olması nəzərdə tutulur
birbaşa tabeçiliyində bir qrup icraçısı olan rəhbərdir
xətti menecer əsas istehsalat prosesini təmin edir
insanların idarə edilməsi / kadrların motivasiyası / kadrların inkişafı kimi funksiyaları həyata keçirir
Bəzən sahibkarlar işçilərin sayını artırmadan müəssisəni inkişaf etdirməyə çalışırlar. Onlar sadəcə olaraq mövcud olan işçilərin işini artırmaqla həmin məqsədə nail olmaq istəyirlər. Bunun nəticəsi nə ola bilər?
texnoloji intizam
görülən işlərin keyfiyyətlə həyata keçirilməsini təmin edir
işin keyfiyyətli görülməsi baxımından çox təhlükəlidir
normativ sənədlərin tələblərinə riayət
şirkət tərfindən təyin olunmuş hədəfə çatmaqla satışın həyata keçirilməsi
İşçi qəbulunda daxili mənbələrdən istifadənin müəssisə üçün müsbət cəhətlərini göstərin:
satış performansının artırılması
bu cür seçimlə hər zaman yaxşı hazırlıq keçmiş və yeni ideyalarla dolu işçi götürmək olar
biznes müraciətlərinin təhlili
satış strategiyası
bu cür seçim az vəsait tələb edir və ucuz başa gəlir
İşçi qəbulunda daxili mənbələrdən istifadənin müəssisə üçün mənfi cəhətini göstərin:
bu təşkilata yeni adamla gələn yeni ideyaların gəlməsinə yol vermir
işçinin işəgötürənlə yaxından tanış olması
işçinin yeni daha yüksək vəzifəyə təyin edilməsi onu daha da yaxşı iş nailiyyətləri əldə etməyə vadar edir
işçinin yeni mühitə uyğunlaşmaq prosesinə vaxtın tələb olunmaması
xüsusi elan verilməsi, çox vaxt aparan seçim prosesi, əlavə təlim məşğələsi keçirilməsi kimi proseslərə ehtiyacın olmaması
İşçi qəbulunda kənar mənbələrdən istifadənin müəssisə üçün mənfi cəhəti göstərin:
bu cür seçim az vəsait tələb edir və ucuz başa gəlir
bu cür seçimlə yaxşı hazırlıq keçmiş və yeni ideyalarla dolu işçi götürmək olar
xüsusi elan verilməsi, çox vaxt aparan seçim prosesi, əlavə təlim məşğələsi keçirilməsi kimi proseslərə ehtiyacın olmaması
bu təşkilata yeni adamla gələn yeni ideyaların gəlməsinə yol vermir
seçim prosesi daha baha başa gəlir
İşçi qəbulunda kənar mənbələrdən istifadənin müəssisə üçün müsbət cəhətlərini göstərin:
köhnə və yeni işçilər arasında yaranan münasibətlərlə bağlı bəzi çətinliklər özünü biruzə verə bilər
işçinin yeni iş yerində heç bir nailiyyət əldə etmədikdə özünü faydasız hiss etməsi ümumi işin gedişatına maneçilik törədə bilər
kənar mənbələrdən istifadə etməklə təşkilata yeni, yaxşı hazırlıq keçmiş və yeni ideyalarla dolu işçi götürmək olar
iş elanı vermək, seçim aparmaq, ixtisas üzrə məşğələlər keçirmək vaxt və xərc tələb edir
heç biri aid deyil
