wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Təşkilatda kadr axını problemləri. Peşəkar orientasiya və iş yer

Total questions: 18

Worksheet time: 9mins

Name
Class
Date
1.

İşçilərin siyahı üzrə sayına aid deyil:

a)

istehsal edilmiş məhsulların say göstəricisidir

b)

həmin gün işə qəbul edilmiş və işdən çıxan işçiləri nəzərə alaraq, müəyyən bir tarixə görə (ayın ilk və ya son günü) işləyənlərin say göstəricisidir

c)

müəyyən bir tarixdə təşkilatda olan işçilərin ümumi sayını əks etdirən kəmiyyət xarakteristikasıdır

d)

işçilərin siyahı üzrə sayı müəyyənləşərkən - əmək müqavilələri əsasında şirkətdə işləyən işçilərin sayı nəzərə alınır

e)

bu göstəriciyə bütün ştatdaxili əməkdaşlar aiddir

2.

Aşağıda göstərilən hansı kateqoriyalı işçilər ümumi siyahı üzrə saya daxil edilsə də, işçilərin siyahı üzrə orta sayına daxil edilmir?

a)

müvəqqəti əmək qabiliyyətini itirənlər

b)

   məzuniyyətdə olanlar

c)

ezamiyyətdə olanlar

d)

аnalıq məzuniyyətində olan işçilər

e)

əmək müqaviləsi əsasında işləyənlər

3.

İşçilərin siyahı üzrə orta sayı hansı amilləri təmin edir?

a)

orta əməkhaqqının hesablanması

b)

kadr axını göstəricilərinin hesablanması

c)

analitik problemlərin həlli

d)

əməyin səmərəliliyinin qiymətləndirilməsi

e)

hamısı aiddir

4.

İşçilərin davamiyyət sayına kimlər daxil edilir?

a)

ezamiyyətdə olan işçilər

b)

istehsal tapşırığını tamamlamaq üçün iş yerində olmalı olan işçilər

c)

müvəqqəti olaraq əmək qabiliyyətinin itirilməsi ilə bağlı işə getməyən işçilər

d)

təhsil məqsədilə işdən ayrılanlar

e)

məzuniyyətdə olanlar

5.

Kadr axını mahiyyəti:

a)

iş gününün düzgün təşkil olunmaması

b)

işçilərin müəyyən hissəsi iş yerini tərk edir və onları əvəz edən digər işçilər istehsal fəaliyyətinə başlayır

c)

iş vaxtının produktiv istifadə olunmaması

d)

özünə nəzarətin artırılması

e)

işin gedişatından asılı olaraq müvafiq vaxt ehtiyatlarının ayrılması

6.

Kadr axınının növləri və səbəbələri:

a)

fiziki, şirkətdaxili, təbii kadr axını; maddi, təşkilati, şəxslərarası səbəblər

b)

psixoloji və sosial kadr axını; müəyyən və qeyri-müəyyən səbəbələr

c)

potensial, prinsipial, gizli kadr axını; subyektiv, obyektiv səbəbələr

d)

maddi, təşkilati və subyektiv kadr axını; şirkətdaxili, psixoloji, sosial səbəblər

e)

təbii və obyektiv kadr axını; müəyyən və qeyri-müəyyən səbəbələr

7.

İşçilərin rotasiyası nəyə deyilir?

a)

məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığıdır

b)

kollektiv ilə işləmə bacarığıdır

c)

yüksək danışıq qabiliyyətidir

d)

verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməkdir

e)

şirkətin işçilərinin istehsal ehtiyaclarına görə eyni təşkilat, bölmə və ya şöbə daxilində bir vəzifədən digərinə keçməsidir

8.

İşçilərin rotasiyası növlərinə aid deyil:

a)

vəzifə öhdəlikləri, demək olar, eynidir, yalnız vəzifənin adı dəyişir

b)

vəzifə və öhdəlikər eynidir, ancaq ofisin yeri dəyişir

c)

eyni vəzifədə bir işçinin daimi əsaslarla qalıb çalışması

d)

fəaliyyət və iş məsuliyyətlərinin tamamilə dəyişməsi

e)

fəaliyyət sahəsi eyni qalır, vəzifə yüksəlir, öhdəliklər və ya məsuliyyət dairəsi artır

9.

İzahda verilən rotasiya növünə uyğun nümunə seçin: Vəzifə öhdəlikləri, demək olar, eynidir, yalnız vəzifənin adı dəyişir:

a)

bir katib satış meneceri, mühasib köməkçisi və s. vəzifəyə keçirilir

b)

şaquli karyera artımı

c)

kadrların seçilməsində səhvə yol verilməsi halında baş verir

d)

tamamilə yeni, fərqli bir fəaliyyət sahəyə keçid

e)

əvvəllər bir işçinin mövqeyi PR meneceri idi, kadrların rotasiyasından sonra isə mətbuat katibi adlandırıldı

10.

İzahda verilən rotasiya növünə uyğun nümunə seçin: Fəaliyyət sahəsi eyni qalır, vəzifə yüksəlir, öhdəliklər və ya məsuliyyət dairəsi artır:

a)

şaquli karyera artımı

b)

əvvəllər bir işçinin mövqeyi PR meneceri idi, kadrların rotasiyasından sonra isə mətbuat katibi adlandırıldı

c)

kadrların seçilməsində səhvə yol verilməsi halında baş verir

d)

tamamilə yeni, fərqli bir fəaliyyət sahəyə keçid

e)

bir katib satış meneceri, mühasib köməkçisi və s. vəzifəyə keçirilir

11.

İzahda verilən rotasiya növünə uyğun nümunə seçin: Vəzifə və öhdəlikər eynidir, ancaq ofisin yeri dəyişir:

a)

bu cür hallar şirkətin genişlənməsi, digər bölgələrdə yeni filial və ya şöbələrin açılması ilə əlaqədardır

b)

əvvəllər bir işçinin mövqeyi PR meneceri idi, kadrların rotasiyasından sonra isə mətbuat katibi adlandırıldı

c)

şaquli karyera artımı

d)

tamamilə yeni, fərqli bir fəaliyyət sahəyə keçid

e)

bir katib satış meneceri, mühasib köməkçisi və s. vəzifəyə keçirilir

12.

İzahda verilən rotasiya növünə uyğun nümunə seçin: Fəaliyyət və iş məsuliyyətlərinin tamamilə dəyişməsi:

a)

bu cür hallar şirkətin genişlənməsi, digər bölgələrdə yeni filial və ya şöbələrin açılması ilə əlaqədardır

b)

əvvəllər bir işçinin mövqeyi PR meneceri idi, kadrların rotasiyasından sonra isə mətbuat katibi adlandırıldı

c)

tamamilə yeni, fərqli bir fəaliyyət sahəyə keçid - bir katib satış meneceri, mühasib köməkçisi və s. vəzifəyə keçirilir

d)

şaquli karyera artımı

e)

müştəri xidmətlərində çalışan işçinin bir ofisdən digərinə keçidi

13.

Əməkdaşın öz təşəbbüsü ilə baş tutan rotasiyasına aid deyil:

a)

işçi iş həyatında müəyyən dəyişikliklərin yer almasını istəyəndə

b)

əməkdaş tapşırıqların və məsuliyyətlərin maraqsız hala gəldiyini hiss edəndə

c)

işçi istehsal ehtiyaclarına görə eyni təşkilat, bölmə və ya şöbə daxilində bir vəzifədən digərinə keçəndə

d)

əməkdaş vəzifə öhdəliklərindən "böyüdüyünü" və ya peşəkar tükənmənin yaxınlaşdığını başa düşəndə

e)

əməkdaş peşəkar çətinliklər ilə bağlı yeni bir vəzifədə özünü sınamağa üstünlük verəndə

14.

Davamiyyətinə görə rotasiyanın növlərinə aiddir:

a)

illik – iş yerinin dəyişməsi 1 ildən bir neçə ilə qədər davam edə bilər, vəzifənin xüsusiyyətləri və rotasiyanın hədəflərindən asılı olaraq

b)

rüblük - 4 ayda bir dəfə, peşəkar səviyyəni artırmaq üçün yaxşıdır

c)

gündəlik - olduqca nadir bir rotasiyadır

d)

gündəlik rotasiya yeni gələn işçilərin tez uyğunlaşması üçün xidmət müəssisələrində istifadə olunur (marketlarda, restoranlarda və s.)

e)

hamısı aiddir

15.

İş yerinin dəyişmə traektoriyasına görə (istiqamətinə görə) növlərinə aid deyil:

a)

rokirovka (üfuqi gediş) – şöbələr arasında eyni ixtisaslı işçilərin mübadilə prosesidir, müvəqqəti və ya daimi əsaslarla ola bilər

b)

zəncirvari rotasiyanın digər bir növüdür ki, burada işçi ilkin iş yerinə geri qayıtmır

c)

müvəqqəti - işçilərin sonrakı qayıdışı ilə fərdi layihələrə "köçürülməsindən" ibarətdir

d)

təlim və inkişaf -  proqramların işlənib hazırlanması və genişləndirilməsi

e)

zəncirvari (кольцевая) - bir işçi sanki bir zəncir boyunca hərəkət edərək, müəyyən bir müddət ərzində bir neçə ixtisas dəyişdirərək nəhayət ilkin işinə qayıdır

16.

Heyətin düzgün şəkildə hazırlanmış rotasiyasının verdiyi üstünlüklərə aid deyil:

a)

əlavə ştat vahidləri yaratmadan şöbələrin heyətinin yenilənməsi

b)

kadr axını artır (işçilər təşkilatı tərk edir)

c)

təcrübə əsasında işin öyrənilməsi / təşkilatda dəyişikliklərin tətbiqinin sadələşdirilməsi

d)

şirkətdə korporativ mədəniyyətin və kommunikasiya səviyyəsinin yüksəldilməsi

e)

daxili seçim xarici bazarda mütəxəssis tapmaq çətinliklərindən işəgötürəni azad edir / həmkarlar bir-birini əvəz edə bilir

17.

Rotasiyanın xüsusiyyətləri:

a)

kadrların rotasiyası şirkətin bütövlükdə uğurlu fəaliyyəti üçün zəruri olan, kadr idarəçiliyinin tərkib hissəsidir

b)

hər bir ayrı situasiyada İnsan resurslarının idarə olunması departamenti rotasiya növünü seçməlidir

c)

İnsan resurslarının idarə olunması departamenti mütəxəssisin hansı vəzifəyə və nə qədər müddətə köçürülməsini təyin etməkdə vasitəçilik etməlidir

d)

İnsan resurslarının idarə olunması departamenti şirkət və işçi üçün hansı imkanların açılacağını diqqətlə nəzərdən keçirməlidir

e)

hamısı aiddir

18.

Əmək resurslarının kəmiyyət göstəricisi:

a)

əmək qabiliyyətli əhalinin ümumi sayı

b)

sağlamlıq

c)

əmək qabiliyyətli əhalinin əmək potensialı

d)

işçilərin ixtisas biliyi

e)

təcrübə