Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

1-5 Mövzular

Total questions: 50

Worksheet time: 8hrs 20mins

Name
Class
Date
1.

Təhlil aparmaq üçün populyasiyadan seçilmiş hissə necə adlanır?

Seçiminizi qeyd edin:

a)

statistika

b)

parametr

c)

nümunə

d)

çərçivə

2.

"Nümunə" çoxluğu üzərində hesablanmış qiymət necə adlanır?

Seçiminizi qeyd edin:

a)

diskret dəyişən

b)

parametr

c)

populyasiya

d)

statistika

3.

Böyük bir şirkətin İnsan resurları departamentinin direktoru işçilərə yeni sığorta paketi təqdim etmək istəyir. Əməkdaşların yeni paketin müxtəlif komponentlərinə üstünlüklərini təhlil etmək üçün 5000 işçi arasında 100 əməkdaşı seçir. Şirkətin 5000 işçisi ümumilikdə necə adlanır?

Seçiminizi qeyd edin:

a)

populyasiya

b)

statistika

c)

nümunə

d)

parametr

4.

Böyük bir şirkətin İnsan resursları departamentinin direktoru işçilərə yeni sığorta paketi təqdim etmək istəyir. Əməkdaşların  yeni paketin müxtəlif komponentlərinə üstünlüklərini təhlil etmək üçün 5000 işçi arasında 100 əməkdaşı seçir. Seçilmiş 100 işçi ümumilikdə necə adlanır?

Seçiminizi qeyd edin:

a)

parametr

b)

populyasiya

c)

nümunə

d)

statistika

5.

Populyasiyanın xüsusiyyətini təsvir etmək üçün hesablanan ədədi ölçü necə adlanır?

Seçiminizi qeyd edin:

a)

parametr

b)

statistika

c)

diskret dəyişən

d)

populyasiya

6.

Statistik nəticə çıxarılmasına əsaslanma nə zaman baş verir?

Seçiminizi qeyd edin:

a)

verilənləri qrafik üsulla təsvir etdikdə

b)

"Nümunə" əsasında təsviri statistikanı müəyyən etdikdə

c)

əhalinin siyahıya alınmasını bitirdikdə

d)

"Nümunə" üzərində hesablamar aparmaq və populyasiya haqqında nəticə cıxarmaq

7.

Statistik verilənlərin toplanması, təhlil və müxtəlif üsulla təsvir olunması , xarakteristikaların hesablanmasını əhatə edən üsul necə adlanır?

Seçiminizi qeyd edin:

a)

elmi metod

b)

təsviri statistika

c)

"Nümunə"nin seçilməsi

d)

statistik nəticə

8.

Qeydiyyatdan keçmiş 500 seçicinin sorğusunun nəticələri əsasında müəyyən olunmuşdur ki, parlament seçkilərində YAP partiyası qalib gələcəkdir. Bu nəticə aşağıda qeyd olunanlardan hansına əsaslanır?

Seçiminizi qeyd edin:

a)

parametr

b)

təsviri statistika

c)

statistika

d)

nəticə çıxarılmasına əsaslanan statistika

9.

AZN/dollar məzənnəsi üzərində təhlil aparmaq istəyirsiniz. Məzənnə üzrə verilənlərin Mərkəzi Bankın saytından 10 il ərzində gündəlik məzənnələrin qiymətlərini əldə edirsiniz. Bu zaman siz verilənlərin toplanması üçün hansı üsuldan istifadə etmiş olursunuz?

Seçiminizi qeyd edin:

a)

eksperiment

b)

dərc olunmuş mənbə

c)

sorğu

d)

səsvermə

10.

Aşağıdakılardan hansı "Nümunə"nin seçilməsi üsullarına aiddir?

Seçiminizi qeyd edin:

a)

ayrı-ayrı seçmə üsulu

b)

təsadüfi seçmə üsulu

c)

sərbəst seçmə üsulu

d)

birgə seçmə üsulu

11.

Aşağıdakılardan hansı kateqoriya növlü dəyişənlərin təsviri üsulun uyğun deyil?

Seçiminizi qeyd edin:

a)

"Bar" formalı diaqram

b)

Pareto diaqram

c)

hissəvi (piroq) diaqram

d)

nöqtəvi diaqram

12.

Hündürlük anlayışı hansı dəyişənlə ifadə olunmalıdır?

Seçiminizi qeyd edin:

a)

sabitdir

b)

diskret dəyişən

c)

kəsilməz dəyişən

d)

kateqoriya növlüdür

13.

Hər hansı bir şəxsə aid olan kredit kartlarının sayı hansı dəyişənlə ifadə olunmalıdır?

Seçiminizi qeyd edin:

a)

kəsilməz dəyişən

b)

kateqoriya  növlüdür

c)

diskret dəyişən

d)

sabitdir

14.

Aşağıdakılardan hansı diskret dəyişəndir?

Seçiminizi qeyd edin:

a)

universitetdə fəaliyyət göstərən müəllimlərin sayı

b)

tələbənin yaşadığı evdən universitetə qədər olan məsafə

c)

tələbə yoldaşlarla yeyilən dondurmanın dadı

d)

tələbə yoldaşının universitetə gedərkən sərf etdiyi zaman

15.

İki kateqoriya növlü dəyişən eyni zamanda iki cavaba malikdirsə, bu zaman qrafik təsvir üçün hansı diaqramdan istifadə etməliyik?

Seçiminizi qeyd edin:

a)

"Bar" formalı diaqram

b)

histoqram

c)

hissəvi (piroq) diaqram

d)

çarpaz cədvəl

16.

"Son 3 ayda neçə dəfə muzeyə getmisiniz?". Bu sualın cavabı hansı növ dəyişənə aiddir ?

Seçiminizi qeyd edin:

a)

statistika

b)

kateqoriya

c)

diskret

d)

kəsilməz

17.

1 saat ərzində taksi meydançasına yaxınlaşan taksilərin sayı hansı dəyişən növünə aiddir?

Seçiminizi qeyd edin:

a)

diskret dəyişəndir

b)

kəsilməz dəyişəndir

c)

kateqoriya (Əlamət) növlü dəyişəndir

d)

statistikadır

18.

"Hal-hazırki mənzilinizdə nə qədər müddətdir ki, yaşayırsınız?". Bu sualın cavabı hansı növ dəyişənə aid olunur?

Seçiminizi qeyd edin:

a)

statistika

b)

kəsilməz

c)

kateqoriya

d)

diskret

19.

Avtomobilin bann növü (sedan, kupe, universal və s.) hansı dəyişənlə ifadə olunur?

Seçiminizi qeyd edin:

a)

kəsilməz dəyişən

b)

sabitdir

c)

diskret dəyişən

d)

kateqoriya növlüdür

20.

Aşağıdakılardan hansı kəsilməz dəyişəndir?

Seçiminizi qeyd edin:

a)

kiçik uşaqların gözlərinin rəngi

b)

uşaq bagcalarında çalışan tərbiyəçilərin sayı

c)

uşaq bağcalarında təyin olunan otaq temperaturu

d)

bir gün ərzində bagcaya gələn uşaqların sayı

21.

Universitet tələbələrində 9 sayda tələbənin semestr ərzində buraxdıqları dərslərin sayı aşağıdakı kimidir

9, 1, 1, 10, 7, 11, 5, 8, 2

Buraxılan günlər üçün birinci (Q1) ,üçüncü (Q3) kvartilləri və intervalı hesablayın.

Seçiminizi qeyd edin:

a)

Q1= 1.5, Q3 = 9.5,   interval = 11

b)

Q1 = 1.5, Q3 = 9.5,   interval = 10

c)

Q1 = 1,   Q3 = 8,       interval = 10

d)

Q1 = 2.5, Q3 = 10.5, interval = 10.5

22.

Orta qiymət haqqında qeyd olunan hansı fikir doğru deyil?

Seçiminizi qeyd edin:

a)

sağa və ya sola meyllənmiş paylanmalarda orta qiymət mediana bərabərdir

b)

mediandan fərqli olaraq kənar elemetlərin orta qiymətə təsiri çoxdur

c)

mərkəzi meyl ölçülərinə aiddir

d)

simmetrik paylanmada orta qiymət mediana bərabərdir

23.

Aşağıdakılardan hansı şərt simmetrik paylanmada odənir?

Seçiminizi qeyd edin:

a)

median moddan kiçikdir

b)

orta qiymət mediandan böyükdür

c)

median orta qiymətə bərabərdir

d)

orta qiymət mediandan kiçikdir

24.

Sağa doğru meyllənmiş (right skewed) paylanmada hansı şərt ödənir?

Seçiminizi qeyd edin:

a)

median moda bərabərdir

b)

orta qiymət mediandan kiçikdir

c)

orta qiymət mediandan böyükdür

d)

median orta qiymətə bərabərdir

25.

Aşağıda qeyd olunan dəyişkənlik ölçülərindən hansı verilənlər çoxluğunun hər bir elementinin qiymtindən asılıdır?

Seçiminizi qeyd edin:

a)

heç biri

b)

hər ikisi

c)

standart kənarlaşma

d)

interval

26.

Universitet tələbələrində 9 sayda tələbənin semestr ərzində buraxdıqları dərslərin sayı aşağıdakı kimidir:

    9,  1,  1,  10,  7,  11,  5,  8,  2

 Buraxılan günlər üçün orta qiymət, median və mod hesablayın.

Seçiminizi qeyd edin:

a)

orta qiymət = 6, median =  7, mod = 1

b)

orta qiymət = 6, median = 4, mod = 1

c)

orta qiymət = 6, median=6, mod=1

d)

orta qiymət = 7, median 6, mod=1

27.

Paylanmanın şəkli aşağıdakılardan hansı ilə müəyyən edilir ?

Seçiminizi qeyd edin:

a)

orta qiymət

b)

variasiya (dispersiya)

c)

I kvartil (Q1)

d)

Sağa və ya sola əyilmə (skewness)

28.

Median haqqında qeyd olunan hansı fikir doğru deyil?

Seçiminizi qeyd edin:

a)

intervala bərabərdir

b)

Zəngvari "normal" paylanmada median=mod

c)

mərkəzi meyl ölçülərinə aiddir

d)

orta qiymətdən fərqli olaraq kənar elemetlərin mediana təsiri azdır

29.

Aşağıda qeyd olunanlardan hansı mərkəzi meyl ölçülərinə aiddir?

Seçiminizi qeyd edin:

a)

standart kənarlaşma

b)

interval (aralıq)

c)

hamısı aiddir

d)

median

30.

Aşağıda qeyd olunanlardan hansı mərkəzi meyl ölçülərinə aid deyil?

Seçiminizi qeyd edin:

a)

interval (aralıq)

b)

median

c)

mod

d)

orta qiymət

31.

Şirkət yeni texnologiyalı avadanlıq əldə etmişdir. Bu avadanlığı istifadə etmədən öncə quraşdırılması və yoxlanılması üçün zaman lazımdır. Şirkətdə əmindirlər ki, bu işləri başa çatdırmaq üçün  7 gündən artıq vaxt tələb olunmayacaq. Şirkətin menecerinə avadanlığın istifadəyə hazır olması üçün tələb olunan günlərin ehtimal qiymətləri təqdim edilmişdir.

Cədvəl 1.

A hadisəsi  - "Avadanlıqdan istifadəyə hazır olması üçün 4 gündən çox vaxt lazımdır ", B hadisəsi - " Avadanlıqdan istifadəyə hazır olması üçün 6 gündən az vaxt lazımdır". A hadisəsinin tamamlayıcısının ehtimalını hesablayın.

a)

0.73

b)

0.68

c)

1

d)

0.32

32.
a)

A ∪ B = [E1, E2, E3, E4, E5, E6, E7, E8, E9, E10]; A ∩ B = [ E1, E2, E4, E5, E6, E10]

b)

A ∪ B = [E1, E2, E4, E5, E6, E7, E8, E10]; A ∩ B = [E4, E5, E6, E10]

c)

A ∪  B = [E1, E2, E3, E7, E8, E9 ]; A ∩ B = [ E3, E9]

d)

A ∪  B = [E1, E2, E3, E4, E5, E6, E7, E8, E9, E10]; A ∩ B = [E4, E5, E6, E10]

33.

Şirkət yeni texnologiyalı avadanlıq əldə etmişdir. Bu avadanlığı istifadə etmədən öncə quraşdırılması və yoxlanılması üçün zaman lazımdır. Şirkətdə əmindirlər ki, bu işləri başa çatdırmaq üçün  7 gündən artıq vaxt tələb olunmayacaq. A hadisəsi  - "Avadanlıqdan istifadəyə hazır olması üçün 4 gündən çox vaxt lazımdır ", B hadisəsi - " Avadanlıqdan istifadəyə hazır olması üçün 6 gündən az vaxt lazımdır". A və B hadisələrinin kəsişməsi necə ifadə olunmalıdır?

Seçiminizi qeyd edin:

a)

A ∩ B - " Avadanlıqdan istifadəyə hazır olması üçün 5 gün vaxt lazımdır

b)

A ∩ B - " Avadanlıqdan istifadəyə hazır olması üçün 3-5 gün vaxt lazımdır

c)

A ∩ B - " Avadanlıqdan istifadəyə hazır olması üçün 5 gündən az vaxt lazımdır

d)

A ∩ B - " Avadanlıqdan istifadəyə hazır olması üçün 5 gündən çox vaxt lazımdır

34.

Şirkət yeni texnologiyalı avadanlıq əldə etmişdir. Bu avadanlığı istifadə etmədən öncə quraşdırılması və yoxlanılması üçün zaman lazımdır. Şirkətdə əmindirlər ki, bu işləri başa çatdırmaq üçün  7 gündən artıq vaxt tələb olunmayacaq. A hadisəsi  - "Avadanlıqdan istifadəyə hazır olması üçün 4 gündən çox vaxt lazımdır ", B hadisəsi - " Avadanlıqdan istifadəyə hazır olması üçün 6 gündən az vaxt lazımdır". A və B hadisələri qarşılıqlı kəsişməyən hadisələrdirmi?

Seçiminizi qeyd edin:

a)

Xeyr

b)

Xeyr

c)

Bu şərt daxilində kəsişə bilərlər

d)

Bu şərt daxilidə kəsişməyə bilərlər

35.

Şirkət yeni texnologiyalı avadanlıq əldə etmişdir. Bu avadanlığı istifadə etmədən öncə quraşdırılması və yoxlanılması üçün zaman lazımdır. Şirkətdə əmindirlər ki, bu işləri başa çatdırmaq üçün  7 gündən artıq vaxt tələb olunmayacaq. Şirkətin menecerinə avadanlığın istifadəyə hazır olması üçün tələb olunan günlərin ehtimal qiymətləri təqdim edilmişdir

Cədvəl 1.

A hadisəsi  - "Avadanlıqdan istifadəyə hazır olması üçün 4 gündən çox vaxt lazımdır ", B hadisəsi - " Avadanlıqdan istifadəyə hazır olması üçün 6 gündən az vaxt lazımdır". B hadisəsinin ehtimalını hesablayın.

a)

0.32

b)

0.73

c)

1

d)

0.68

36.

İki hadisə eyni zamanda baş verə bilmirsə, bu hadisələr necə adlanır?

Seçiminizi qeyd edin:

a)

asılı olmayan hadisələr

b)

asılı olan hadisələr

c)

subyektiv hadisələr

d)

qarşılıqlı kəsişməyən hadisələr

37.
a)

b)

c)

d)

38.

Şirkət yeni texnologiyalı avadanlıq əldə etmişdir. Bu avadanlığı istifadə etmədən öncə quraşdırılması və yoxlanılması üçün zaman lazımdır. Şirkətdə əmindirlər ki, bu işləri başa çatdırmaq üçün  7 gündən artıq vaxt tələb olunmayacaq. Şirkətin menecerinə avadanlığın istifadəyə hazır olması üçün tələb olunan günlərin ehtimal qiymətləri təqdim edilmişdir.

Cədvəl 1.

A hadisəsi  - "Avadanlıqdan istifadəyə hazır olması üçün 4 gündən çox vaxt lazımdır ", B hadisəsi - " Avadanlıqdan istifadəyə hazır olması üçün 6 gündən az vaxt lazımdır". A hadisəsinin ehtimalını hesablayın.

a)

0.73

b)

0.68

c)

0.22

d)

1

39.

Restoranlardan birində ağ ətə (toyuq əti) yaxud qırmızı (qoyun, mal) ətə üstünlük verildiyini müəyyənləşdirmək üçün müştərilər arasında sorğu keçirilmişdir. Sorğuda 125 kişi və 75 qadın olmaqla 200 nəfər iştirak etmişdir. 80 nəfər ağ ətə, 120 nəfər isə qırmızı ətə üstünlük vermişdir. Kişilər arasında 85 nəfər qırmızı ətə üstünlük vermişdir. Təsadüfi olaraq seçilmiş şəxsin qırmızı ətə üstünlük verməsinin ehtimalını hesablayın.

Seçiminizi qeyd edin:

a)

75/200

b)

200/200

c)

0/200

d)

120/200

40.

Əgər iki hadisənin birgə baş verməsi ehtimalı onların ayrı-ayrı ehtimallarının hasilinə bərabərdirsə, bu zaman bu hadisələr necə adlanır?

Seçiminizi qeyd edin:

a)

subyektiv hadisələr

b)

qarşılıqlı kəsişməyən hadisələr

c)

asılı olan hadisələr

d)

asılı olmayan hadisələr

41.

A hadisəsinin ehtimalı 0.80, B hadisəsinin ehtimalı 0.10 və iki hadisənin ehtimalı isə 0.08-a bərabərdir. B hadisəsinin baş verməsi şəraitində A hadisəsinin şərti ehtimalını hesablayın (P(A|B)=?), A və B hadisələrinin asılı olub-olmadığını müəyyən edin.

Seçiminizi qeyd edin:

a)

0.08, A və B hadisələri asılıdır

b)

0.10, A və B hadisələri asılı deyil

c)

0.80, A və B hadisələri asılı deyil

d)

0.25, A və B hadisələri asılıdır

42.

A hadisəsinin ehtimalı 0.60, B hadisəsinin ehtimalı 0.45 və iki hadisənin ehtimalı isə 0.30-a bərabərdir. B hadisəsinin baş verməsi şəraitində A hadisəsinin şərti ehtimalını hesablayın (P(A|B)=?), A və B hadisələrinin asılı olub-olmadığını müəyyən edin.

Seçiminizi qeyd edin:

a)

0.6667, A və B asılı hadisələrdir

b)

0.7667,  A və B hadisələri asılı deyil

c)

0,  A və B hadisələri asılıdır

d)

0.6667, A və B hadisələri asılı deyil

43.

İki hadisə birgə tamamlanan hadisələr olarsa, onların hər hansı birinin baş vermə ehtimalı nə qədər olar?

Seçiminizi qeyd edin:

a)

Verilmiş şərt daxilində bunu hesablamaq mümkün deyil

b)

1

c)

0

d)

0.5

44.

Seçiminizi qeyd edin:

a)

0.6363

b)

0.5353

c)

0.3535

d)

0.3636

45.

Əgər B hadisəsinin baş verməsi A hadisəsinə təsir etmirsə, bu zaman bu hadisələr necə adlanır?

Seçiminizi qeyd edin:

a)

qarşılıqlı kəsişməyən hadisələr

b)

birgə tamamlanan hadisələr

c)

asılı hadisələr

d)

asılı olmayan hadisələr

46.

İki hadisə birgə tamamlanan hadisələr olarsa, onların hər ikisinin eyni zamanda baş verməsi ehtimalı nə qədər olar?

Seçiminizi qeyd edin:

a)

Verilmiş şərt daxilində bunu hesablamaq mümkün deyil

b)

0.5

c)

0

d)

1

47.

Menecerin dörd ədəd tapşırığı təhkim etmək üçün dörd köməkçisi - Akif, Arif, Araz, Aqşin vardır. Hər bir köməkçiyə yalnız bir tapşırıq və hər bir tapşırığı bir köməkçi yerinə yetirməli prinsipi ilə bölgü aparılır. Fərqli qruplaşdırmalar aparmaqla, bütün mümkün qruplaşdırmaların sayı nə qədər olar?

Seçiminizi qeyd edin:

a)

30

b)

26

c)

24

d)

28

48.

Restoranlardan birində ağ ətə (toyuq əti) yaxud qırmızı (qoyun, mal) ətə üstünlük verildiyini müəyyənləşdirmək müştərilər arasında sorğu keçirilmişdir. Sorğuda 125 kişi və 75 qadın olmaqla 200 nəfər iştirak etmişdir. 80 nəfər ağ ətə, 120 nəfər isə qırmızı ətə üstünlük vermişdir. Kişilər arasında 85 nəfər qırmızı ətə üstünlük vermişdir. Təsadüfi olaraq seçilmiş şəxsin kişi olması ehtimalını hesablayın.

Seçiminizi qeyd edin:

a)

75/200

b)

120/200

c)

200/200

d)

125/200

49.

Restoranlardan birində ağ ətə (toyuq əti) yaxud qırmızı (qoyun, mal) ətə üstünlük verildiyini müəyyənləşdirmək müştərilər arasında sorğu keçirilmişdir. Sorğuda 125 kişi və 75 qadın olmaqla 200 nəfər iştirak etmişdir. 80 nəfər ağ ətə, 120 nəfər isə qırmızı ətə üstünlük vermişdir. Kişilər arasında 85 nəfər qırmızı ətə üstünlük vermişdir. Təsadüfi olaraq seçilmiş şəxsin ag ətə və ya qırmızı ətə üstünlük verməsinin ehtimalını hesablayın.

Seçiminizi qeyd edin:

a)

0/200

b)

125/200

c)

200/200

d)

75/200

50.

İki hadisə qarşılıqlı kəsişməyən olarsa, onların hər ikisinin eyni zamanda baş verməsi ehtimalı nə qədər olar?

Seçiminizi qeyd edin:

a)

0

b)

0.5

c)

Verilmiş şərt daxilində bunu hesablamaq mümkün deyil

d)

1