NEW
Font size
WorksheetsAzərbaycan dili 1 hissə təkrar (Dil qaydaları)
Total questions: 20
Worksheet time: 34mins
Hansı variantda frazeoloji birləşmə işlənməyib?
Sən mənə yaxşı qulaq as, böyüyün sözünü eşit.
Onun üçün burnumun ucu elə göynəyir ki...
Nigar xəstələndiyinə görə anası onun belini bağladı.
Mən sənə bunu başa salacam.
Hansı sözün yazılışında səhvə yol verilib?
xeyriyyəçi
ədəbiyat
ehtiyac
hekayə
Aşağıdakı mətndə hansı halda olan isim yoxdur?
Mən 5-ci sinifdə oxuyuram. Dərslərimi yaxşı oxuyuram. Arzum budur ki, böyüyəndə müəllim olum. Bunun üçün çox çalışıram.
təsirlik
adlıq
yerlik
yiyəlik
Variantlardakı sözlərdən hansının mənası səhv yazılıb?
Mətin - cümlələr məcmusu
Həsir - qamışdan hazırlanan yer döşəməsi
Əmir - bir ölkənin başçısı
Əsr - 100 illik dövr
Aşağıdakı sözlərdən neçəsi yanlış yazılıb?
Şəmbə, lampa, nəqərat, müdür, kalbasa, poçtalyon, pomidor, üzür, səhf, fənni, sirrli, hökm, lovğa
5
6
7
4
Hansı bənddə uyğunluq pozulub?
Yaşıltəhər — azaltma dərəcəsində
Zil qara — çoxaltma dərəcəsində
Qırmızı — adi dərəcədə
Xırdaca — azaltma dərəcəsində
Hansı variantda zərf yoxdur?
Atam dünən gəlib.
Uşaqlar aşağı düşdülər.
Sevinc yaxşı oxuyur.
Gözəl qızlar var idi.
Hansı cümlədə işarə əvəzliyi işlənib?
Bu oğlan sinfin əlaçısıdır.
O, çoxlu şirniyyat gətirmişdi.
Sən mənim ən yaxın dostumsan.
O mənim anamdır.
Feili birləşmə işlənmiş cümlə hansıdır?
Bənövşəyi rəng mənim ən sevdiyim rəngdir.
Meyvə şirəsi bizim üçün faydalıdır.
Məktəb illəri xoş xatirələrlə yaddaşlarda qalıb.
Kitab oxuyanda içəri girdilər.
Hansı cümlədə şəxsləndirmə yoxdur?
Kirpiyə dedi İlan: — Gəl dost olaq, yaxından.
Bir gün Alma, Heyva və Nar mübahisə etməyə başladılar.
Gilas mənim ən sevdiyim meyvədir.
Tülkü Qarğanı tərifləməyə başladı.
Hansı bənddə mübtəda yanlış işarələnib?
Maşın təpədən yuvarlandı.
O insan mənim üçün dəyərlidir.
Sabah yağış yağacaq.
Nərmin mənim sevimli şagirdimdir.
Hansı sözün yazılışı səhv göstərilib?
Tünd - boz
Ən maraqlı
Açıq qırmızı
Kəmşirin
Hansı cümlədə vergül işarəsi yanlış işlənib?
Bu, dünən gördüyüm qızdır.
O, maşından düşdü.
Bu, mənim sevdiyim yeməkdir.
O, qələmlərimi itirmişdi.
Aşağıdakı cümlələrdən hansının ismi xəbəri var?
1. Uşaqlar bərkdən qışqırırdılar.
2. Onun gözləri yamyaşıl idi.
3. Dostumun atası polisdir.
4. Qorxudan əlləri əsirdi.
5. Azərbaycanın paytaxtı Bakıdır.
1, 2, 4
1, 3, 5
2, 4, 5
2, 3, 5
Defis işarəsi ilə bağlı hansı fikir yanlışdır?
Defis işarəsi tireyə nisbətən daha qısadır.
Dialoqda defis işarəsindən istifadə olunur.
Defis durğu işarəsi deyil.
Sayları ərəb rəqəmləri ilə ifadə edərkən defisdən istifadə olunur.
Aşağıdakı cümlədə cümləni genişləndirən sözləri seçin.
Bu gün müəllimimiz yeni dərsi izah etdi.
Bu gün, yeni, izah etdi
Müəllimimiz, izah etdi
Dərsi, müəllimimiz
Bu gün, yeni, dərsi
Variantlardan birində üç nöqtə sitatın ixtisarına görə işlədilib.
L. Tolstoy demişdir: “ ... Hər yeni bilgi insana yeni bir həyat verir."
Sabah çox şey planlaşdırmışdım, amma...
Polislər onun anasını apardılar. Gülər isə ağlaya-ağlaya qışqırırdı. Ana... Ana... Anamı aparmayın...
— Dərsə hazırsan? — Xeyr, çünki...
Hansı sözdə bitişdirici samit var?
Kitabın
Zoğalda
Taxtaya
Şuşadan
Frazeoloji birləşmələrdən hansının mənası səhv göstərilib?
Əldən düşmək — yorulmaq
Ağzına su almaq — susmaq
Nəzər salmaq — baxmaq
Lərzəyə gəlmək — oynamaq
Hansı sözün yazılışı düzgündür?
Şeyir
Teyatr
Faaliyyət
Stadion
