Font size
WorksheetsHəzm sisteminin və üzün inkişafı 1 (Anatomiya in aze)
Total questions: 14
Worksheet time: 21mins
Aşağıdakılardan hansı doğrudur.
xarici qəlsəmə cibləri 3-5 həftəliyində entodermadan əmələ gəlir.
qəlsəmə cibləri və aralarındakı mezenxim qatları(visseral qövslər, 6cüt) bir yerdə qəlsəmə aparatı adlanır.
Membrana stomatopharyngealis-in 3-cü həftədə(histoda 4) dəlinməsindən öncə entodermal səfhədən ratge cibi formalaşır.
ilk ağız boşluğu dilaltı qəlsəmə qövsləri ilə əhatələnir.
aşağıdakılardan hansı yanlışdır.
damaq çıxıntıları bir-birilə birləşməməsi "dovşan dodaqlılıq" adlanır.
burun çıxıntısının bir və ya hər iki əng çıxıntısı ilə birləşməməsi labium leporinum adlanır.
ağız dibi 1-ci visseral qövsün əng çıxıntısından meydana gəlir.
əng və çənə çıxıntıları birləşmədikdə macrostoma, artıq birləşdikdə microstoma əmələ gəlir.
İlk udlaq boşluğunun ventral divarından dilin epiteli və qalxanabənzər vəz inkişaf edir. ilk dövrlərdə qalxanabənzər vəzin axacağı olur və dilin kor dəlik nahiyəsinə, ilk ağız boşluğuna açılır. bəzən bu axacaq qalır və ... adlanır.
(a)
visseral qövslər haqqındakı yanlış fikri seçin.
bunların qapanmamasına fistula colli congenita(boyun fistulu) deyilir.
çənə qövsündən üz sümükləri, çəkic, zindan və üzün yumşaq toxuması inkişaf edir.
dilaltı qövsdən üzəngi, gicgahın biz çıxıntısı, dilaltı sümüyün kiçik buynuzları HƏTTA DİLALTI SÜMÜYÜN BÖYÜK BUYNUZLARI VƏ CİSMİNİN DİGƏR HİSSƏSİ İNKİŞAF EDİR.
4-cü və 5-ci qövslərdən qırtlaq qığırdaqları əmələ gəlir.
6-cı visseral qövs reduksiyaya uğrayır.
ilk udlaq boşluğunun yan divarlarında yerləşən və bunların arasında qalan qəlsəmə cibləri haqqındakı yanlış fikri seçin.
damaq badamcığı və badamcıq cibi 2-ci cibdən əmələ gəlir
Ⅲ və Ⅳ ciblərdən timus və qalxanabənzər ƏTRAF vəziləri formalaşır.
eşitmə borusu 1-ci cibdən formalaşır.
orta qulağın təbil boşluğu 2-ci qəlsəmə cibindən yaranır.
entoblastik qovuqcuq ilk bağırsaq borusu ilə ... əlaqədə olur.
Qeyd: bu axacaq reduksiya etmədikdə diverticulum Meckelli adlanır.
(a)
Ön bağırsaq haqqındakı yanlış variantı seçin
buradan yalnız udlaq və qida borusu differensiasiya edir.
Mədənin inkişafı 4-cü həfətdən başlayır və böyük əyriliyi mesogastrium dorsale, kiçik əyriliyi isə mesogastrium ventrale vasitəsilə gövdəyə bağlanır.
mədə hərləndikdə sağ divarı arxaya, sol divarı önə keçir.
sonradan mədənin girəcəyi kranial istiqamətdə sola, çıxacağı isə kaudal istiqamətdə sağa əyrilir.
orta bağırsaq haqqındakı yanlış fikri seçin
buradan nazik bağırsaq, qaraciyər və pankreas yaranır.
proksimal ayaqcığın mədəyə yaxın hissəsindən 12barmaq bağırsaq inkişaf edir.
qaraciyər və pankreas 12barmaq bağırsağın epitelindən yaranır və dorzal çözün arasında yerləşir.
distal ayaqcıqdan və proksimalın qalan hissəsindən çözlü nazik bağırsaq yaranır.
qaraciyərin inkişafı ilə bir vaxtda orta bağırsaq uzanır və ilgək əmələ gətirir. İlgəyin proksimal və distal ayaqcıqları olur. Ayaqcıqların bir-birinə keçən yeri ... adlanır və entoblastik qovuqcuqla əlaqə yaradır.
(a)
... həftəlik embrionda distal ayaqcıq genişlənərək kor bağırsağın mayasını əmələ gətirir. ilk bağırsaq borusunun ... hissəsinin ... ucunda əmələ gələn genişlikdən-... düz bağırsaq yaranır.
(a)
Kloaka sidiklik-düz bağırsaq arakəsməsi ilə öndə ..., arxada ... (aze) bağırsaq hissələrinə bölünür. 1-ci hissənin üzəri membrana ... (lat), 2-cinin üzəri isə membrana ... (lat) vasitəsilə örtülür.
(a)
düz bağırsağın atreziyası (lat)
(a)
doğru fikirləri seçin
mədə hərləndikdə mesogastrium ventrale böyük piyliyi əmələ gətirir.
ön çözdən kiçik piylik və qaraciyərin orağabənzər bağı inkişaf edir.
ilk bağırsaq borusu gövdəyə mezenterium ventrale primitivum vasitəsilə bağlanır.
ilk bağırsaq borusunun digər hissələrindən fərqli olaraq mədə və 12barmaq bağırsaq ön cözə malik olur.
qalxan və enən çənbər bağırsaq çözünü itirməsə bu anomaliya kimi ... (lat) adlanır.
Qeyd: bu zaman bütün bağırsaqlar periton daxilində yerləşib çözə malik olur.
(a)
