NEW
Font size
Worksheetsaaa
Total questions: 15
Worksheet time: 8mins
Şaquli əlaqələr dedikdə nə başa düşülür?
Eyni bazar seqmentində rəqabət aparan firmalar arasındakı münasibətlər.
«Təchizat-istehsal-satış» zənciri üzrə ardıcıllıqla fəaliyyət göstərən firmalar arasındakı saziş əsaslı münasibətlər.
İstehsalçılar və istehlakçılar arasında birbaşa münasibətlər.
Firmaların yalnız öz müştərilərinə birbaşa məhsul satması.
Pərakəndəsatış firmalarının məhsulun qiymətini sərbəst təyin etməsi.
Şaquli inteqrasiya nə zaman üstünlük təşkil edir?
Firmalar birdəfəlik müqavilələrə üstünlük verdikdə.
Topdansatış qiymətləri sabit olduğu halda.
İstehsalçı və pərakəndə firmalar arasında mənfəətin maksimumlaşdırılması məqsədi olduqda.
İstehlakçılar məhsul tələbinə birbaşa təsir etdikdə.
Firmalar arasında rəqabət olmadıqda.
İkiqat marjinallaşma problemi nəyə səbəb olur?
İstehlakçıların məhsula marağının azalmasına.
Firmalar arasında rəqabətin aradan qalxmasına.
İnhisar qiymətinin iki dəfə artırılmasına və mənfəətin azalmasına.
Şaquli inteqrasiya halında məhsul tələbinin sıxışdırılmasına.
Pərakəndəsatış firmalarının bazar gücünü artırmasına.
İkidərəcəli tarif modeli necə xarakterizə olunur?
Firmaların yalnız topdansatış qiyməti ilə ticarət etməsi.
Pərakəndəsatış firmasının əlavə xərc ödəmədən məhsul satması.
Yuxarı səviyyədəki firmanın əlavə sabit ödəniş tələb etməsi ilə yanaşı topdansatış qiymətini təyin etməsi.
İstehsalçı firmaların məhsulu birbaşa istehlakçıya təqdim etməsi.
Firmalar arasında heç bir saziş olmadan məhsul satılması.
Hansı halda şaquli inteqrasiya nəticəsində mənfəət maksimumlaşır?
Pərakəndəsatış firması məhsulun qiymətini artırdıqda.
İstehsalçı firma topdansatış qiymətini son hədd xərcləri səviyyəsində təyin etdikdə.
Firmalar bir-biri ilə rəqabət etmədikdə.
Şaquli əlaqələr yalnız birdəfəlik müqavilələrlə qurulduqda.
İstehlakçılar məhsulun reklamına daha çox maraq göstərdikdə.
İkiqat marjinallaşma probleminin həlli üçün hansı vasitə istifadə edilə bilər?
Birdəfəlik topdansatış müqavilələri bağlanması
Franşiza ödənişi və ya qeyri-xətti sazişlərin tətbiqi
İstehlakçıların qiymətə həssaslığının artırılması
Pərakəndəsatış firmaları arasında rəqabətin məhdudlaşdırılması
Məhsulun reklamına daha çox investisiya yatırılması
Şaquli ayrılma ilə şaquli inteqrasiyanın əsas fərqi nədir?
Şaquli inteqrasiyada məhsulun qiyməti yalnız istehlakçı tələbinə əsasən təyin edilir
Şaquli ayrılmada bazar gücü tam olaraq istehsalçı firmanın nəzarətində olur
Şaquli ayrılmada firmalar arasında uzunmüddətli sazişlər mövcuddur
Şaquli inteqrasiyada firmalar birgə mənfəətin maksimumlaşmasına nail ola bilir
Şaquli inteqrasiyada vasitəçi firmaların sayı daha çox olur
İkiqat marjinallaşma problemini həll etmək üçün tətbiq edilən “fiksə edilmiş ödəniş” nəyə əsaslanır?
Yuxarı səviyyəli firmanın mənfəətini artırmağa
Satış sonrası xidmətlərin inkişafına
Firmaların rəqabət gücünü artırmağa
Vasitəçi firmalarla sazişlərin asanlaşdırılmasına
Pərakəndəsatış firmalarının xərclərini kompensasiya etməyə
"İrəliyə doğru" inteqrasiyanın əsas xüsusiyyəti hansıdır?
Resurs istehsal edən firmaların birləşməsi
Hazır məhsulun satışını həyata keçirən firmaların birləşdirilməsi
Yalnız məhsul istehsalçıları arasında əməkdaşlıq
İstehsal texnologiyalarının dəyişdirilməsi
Müəssisələr arasında rəqabətin artırılması
Müsbət kənar təsirlərin mənimsənilməsi nümunəsi hansı ola bilər?
Firma rəqib müəssisəni alır və bazarda öz payını artırır
Otel sahiblərinin gəmiçilik firmasını özünə birləşdirərək mənfəətini artırması
stehsal prosesində texnologiyaların tətbiqi ilə xərclərin azaldılması
Yeni məhsul istehsalı üçün əlavə resursların əldə edilməsi
Vergi güzəştlərinin artırılması
Şaquli inteqrasiyada məhsulun həyat tsiklinin hansı mərhələsində inteqrasiyaya stimullar daha çox olur?
Tənəzzül mərhələsi
Yetkinlik mərhələsi
İlkin mərhələlər (bazara daxil olma və tədrici artım)
Stabillik mərhələsi
Həyat tsikli stimullara təsir etmir
İqtisadi tsiklin hansı mərhələsində firmalar “geriyə doğru” inteqrasiyaya daha çox maraq göstərirlər?
İqtisadi tənəzzül
İqtisadi stabillik
İqtisadi artım
İqtisadi durğunluq
İqtisadi tsikllər inteqrasiyaya təsir etmir
Autsorsinq hansı halda tətbiq olunur?
Komplektləşdirici hissələrin yalnız daxili istehsalı üçün
Kənar resurslardan yararlanmaq məqsədilə
Müəssisənin tam şaquli inteqrasiyaya keçməsi üçün
Firmaların yalnız müstəqil işləməsi üçün
Ticarət zəncirinin genişləndirilməsi üçün
Françayzinq sistemi şaquli inteqrasiyanın hansı üstünlüyünü təmin edir?
Tam müstəqil fəaliyyət imkanı
Əldə olunan mənfəətin tamamilə baş firmaya yönləndirilməsi
Baş şirkətin spesifik investisiyalar etməsi və effektivliyin artırılması
Tədarükçülərlə əlaqələrin tamamilə formal olması
Tədarükçü firmaların tamamilə birləşdirilməsi
Tədarükçülərlə yapon modelində əsas xüsusiyyət nədir?
Firmalar arasında yalnız rəsmi müqavilələrin bağlanması
Uzunmüddətli qeyri-formal təsərrüfat əlaqələrinin qurulması
Tədarükçü firmaların tamamilə ayrılması
Tədarük zəncirində rəqabətin gücləndirilməsi
Təsadüfi tədarükçülərdən resursların alınması
