WorksheetsDil qaydaları 10 sual (Dərs)
Total questions: 10
Worksheet time: 13mins
Hansı cümlədə zərf var?
Mən sənə güvənirəm.
Od olmayan yerdən tüstü çıxmaz.
Fərqli insanlarla tanış olmuşam.
Yaralı quş özünü ora-bura çırpırdı.
Hansı frazeoloji birləşmənin mənası "çox danışmaq" deməkdir?
Ağzına su almaq
Dil tapmaq
Dil boğaza qoymamaq
Ruhdan düşmək
Hansı cümlədə o əvəzliyindən sonra vergül işarəsi qoyulmalıdır?
O kitab maraqlıdır.
O insan mənə çox yaxşılıq edib.
O deyir ki, dünən onlara yad bir adam gəlib.
O diqqətlə anasını dinləyirdi.
Hansı cümlədə üç nöqtə sitatın ixtisar edildiyini göstərir?
Paulo Koelyodan deyib: "... Dünya güzgü kimidir, orada hər kəs öz əksini görür".
- Niyə ağlayırsan?
- Mən ...
Sən ... Axı sən yalan danışırsan... Bu belə deyil...
Mən dünən işə getməmişdim, çünki ...
Dünənki zəng hamını qorxutdu cümləsində ikinci dərəcəli üzvlər hansıdır?
Dünənki, zəng
Zəng, qorxutdu
Hamını, qorxutdu
Dünənki, hamını
Verilmiş cümlədə mübtəda hansı nitq hissəsidir?
Hündür binalar çox əzəmətli görünürdü.
Sifət
İsim
Say
Feil
Hansı söz yanlış yazılıb?
Kenquru
Nəqərat
Koramal
Həyacan
Verilmiş cümlələrdə ismin hansı halında olan söz yoxdur?
Kitabxana bizdən arxada qaldı. Sən arxaya qayıtmalısan. Yoxsa yolunu uzadacaqsan.
Adlıq
Yiyəlik
Yönlük
Təsirlik
Sifətin azaltma dərəcəsinə aid söz hansı variantda yanlışdır?
Kəmşirin
Uzunsov
Açıq-yaşıl
Ən yaxşı
Bayatı adətən hansı sözlərlə başlayır?
Bir sözlə
Əzizim
Dostum
Qarabağ
