wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Funksional Üslublar üzrə Test

Total questions: 101

Worksheet time: 51mins

Name
Class
Date
1.

İctimai və siyasi məsələlərin geniş xalq kütləsinin anlayacağı şəkildə izah edilməsi ədəbi dilin ... funksional üslubu adlanır - nöqtələrin yerinə hansı üslubun adı yazılmalıdır?

a)

publisistik funksional üslubu

b)

rəsmi funksional üslubu

c)

elmi funksional üslubu

d)

epik funksional üslubu

e)

lirik funksional üslubu

2.

Oçerk; felyeton; intervü; reportaj - hansı üslubun janrlarıdır?

a)

publisistik

b)

rəsmi

c)

elmi

d)

məişət

e)

epistolyar

3.

Elmi üslub hansı sahəni əhatə edir?

a)

Hamısını

b)

Dərslik

c)

Tədris vasitələri

d)

Monoqrafiya

e)

Elmi və metodik jurnal məqalələri

4.

İşgüzar dil, dəftərxana dili, rəsmi-sənəd üslubu adı ilə tanınan bu üslub necə adlanır?

a)

Rəsmi üslub

b)

Publisistik üslub

c)

Bədii üslub

d)

Elmi-bədii üslub

e)

Epistolyar üslub

5.

Rəsmi-işgüzar üslubun dilinə aid edilmir:

a)

obrazlılıq

b)

dəqiqlik

c)

ardıcıllıq

d)

lakoniklik

e)

inandırıcılıq

6.

Epistolyar mətnlərin (məktubların) tərkibi, əsasən, neçə komponentdən ibarət olur?

a)

Üç

b)

Altı

c)

Yeddi

d)

On

e)

Səkkiz

7.

Funksional üslublardan hansı yalnız yazılı formada olur?

a)

Epistolyar üslub

b)

Bədii üslub

c)

Rəsmi üslub

d)

Məişət üslubu

e)

Elmi-bədii üslub

8.

Məktubların növlərinə aiddir:

a)

hamısı

b)

ailə-məişət məktubları

c)

açıq məktublar

d)

rəsmi-işgüzar məktublar

e)

dostluq məktubları

9.

Canlı xalq danışıq dilinin sərbəstliyi hansı üslubda daha çox təzahür edir?

a)

məişət üslubunda

b)

elmi üslubda

c)

bədii üslubda

d)

epistolyar üslubda

e)

publisistik üslubda

10.

Azərbaycan ədəbi dili tarixində həmişə aparıcı olmuş funksional üslub:

a)

bədii

b)

elmi

c)

publisistik

d)

məişət

e)

rəsmi-işgüzar

11.

Verilmiş cümlə hansı üslubdadır?
“Nitqin ifadəliliyi dedikdə ən məqsədəuyğun, üslub baxımından ən uğurlu olan dil  vasitələrini tapıb  işlətmək başa düşülür”

a)

elmi

b)

məişət

c)

publisistik

d)

bədii

e)

rəsmi-işgüzar

12.

Hansı üslub standart formalar əsasında qurulur və fərdi üslub əlamətlərini, demək olar ki, yaxın qoymur?

a)

rəsmi-işgüzar

b)

məişət

c)

publisistik

d)

bədii

e)

məişət

13.

Bunlardan biri bədii üsluba aid əlamət deyil:

a)

termin sıxlığı

b)

məcazilik

c)

obrazlılıq

d)

bədii təsvir və ifadə vasitələrindən istifadə

e)

bəzən dialektizm və loru-vulqar sözlərdən istifadə

14.

Daha çox elmi üsluba aid cəhətlər:

a)

dəqiqlik, konkretlik, məntiqilik, ardıcıllıq

b)

obrazlılıq, emosionallıq

c)

məcazlardan geniş istifadə

d)

ümumxalq dilinə əsaslanmaq

e)

bədii təfəkkürün ifadəsi olmaq

15.

Sərbəst səciyyə daşısa da, məhəlli səciyyə daşımır, dialektüstü nitq formasıdır:

a)

məişət üslubu

b)

bədii üslub

c)

elmi üslub

d)

publisistik üslub

e)

rəsmi-işgüzar üslub

16.

Normanın yeniləşməsi, ümumxalq dili vahidlərinin ədəbi dilə gəlişi hansı üslubdan başlayır?

a)

bədii

b)

elmi

c)

publisistik

d)

rəsmi-işgüzar

e)

məişət

17.

Bədii üslubun ən az təsir göstərdiyi üslublar hansılardır?
1. Elmi, 2. Publisistik, 3. Rəsmi-işgüzar, 4. Məişət

a)

1,3

b)

2, 4

c)

3, 4

d)

1, 2

e)

2, 3

18.

Aşağıdakılardan biri məişət üslubunun əlamətlərindən sayıla bilməz:

a)

daha çox bütöv cümlələrdən istifadə

b)

intonasiya, jest-hərəkət-mimika

c)

dialoji nitq şəklində olması

d)

sərbəstlik

e)

yığcamlıq

19.

Biri rəsmi-işgüzar üslub üçün əlamətdar deyil:

a)

fərdi nitq ünsürlərinin, obrazlı söz və ifadələrin işlənməsi

b)

fikrin olduqca yığcam əhatə olunması

c)

lüğət tərkibinin yığcamlığı

d)

sintaksisin məhdudluğu

e)

arxaik leksikanın və sintaktik konstruksiyaların uzun müddət mühafizə olunması

20.

Bunlardan ikisi daha çox elmi üslub üçün əlamətdardır:
1. Məcazilik, 2. Obrazlılıq , 3. Mürəkkəb cümlə tiplərindən daha çox istifadə, 4. Bədii təsvir və ifadə vasitələrindən istifadə,  5. Termin sıxlığı, 6. Dialektizm və loru sözlərin işlənməsi.

a)

3, 5

b)

1, 6

c)

2, 4

d)

4, 5

e)

4, 6

21.

Hansı xüsusiyyət bədii üsluba aid edilə bilməz?

a)

Təkmənalı sözlər üstünlük təşkil edir.

b)

Məcazlardan geniş istifadə olunur.

c)

Ədəbi-bədii dil adlanır.

d)

Obrazlı, emosional nitq formasıdır.

e)

Bədii təfəkkürün ifadəsidir.

22.

Bu əlamətlər hansı üslubda özünü göstərir?
1. xalq danışıq dilinə aid sözlərdən daha çox istifadə

2. dialoji nitq formasının daha çox işlədilməsi

3. bağlayıcı məzmununun daha çox intonasiya ilə çatdırılması

4. yarımçıq cümlələrin işlədilməsi

a)

məişət

b)

elmi

c)

bədii

d)

rəsmi-işgüzar

e)

publisistik

23.

Bu üslublardan birinin əvəzinə "mətbuat dili" ifadəsi də işlətmək mümkündür:

a)

publisistik

b)

rəsmi-işgüzar

c)

elmi

d)

məişət

e)

bədii

24.

Məişət üslubu ilə ən çox təmasda olan üslub:

a)

bədii

b)

elmi

c)

rəsmi-işgüzar

d)

publisistik

e)

həm elmi, həm publisistik

25.

Rəsmi sənədlərin dili üçün nə əsas şərt sayılmır?

a)

Fərdi nitq ünsürləri

b)

hüquq məzmununa malik olması

c)

Rəsmi şəxsin imzası

d)

dil yığcamlığı

e)

sözün təkmənalılığı

26.

Mətn hansı üslubdadır?
“Dillərin qohumluq prinsipindən başqa, bir də tipoloji bölgüsü var. Bu bölgüdə dildəki sözlərin morfoloji quruluşu əsas götürülür.”

a)

elmi

b)

bədii

c)

məişət

d)

publisistik

e)

rəsmi-işgüzar

27.

Verilənlərdən hansı rəsmi-işgüzar üslubun növlərindən biri olan diplomatik üsluba aid olan ümumi cizgilərə aid edilir?

a)

Hamısı

b)

Heç biri

c)

Nisbi dayanıqlılıq

d)

Emosional çalarlı leksikanın yoxluğu;

e)

Hazır dil ştampları

28.

Danışıqlar və vizitlərin yekun sənədlərinə aiddir:

a)

Hamısı

b)

Heç biri

c)

Kommyunike

d)

Birgə bəyanat

e)

Bəyannamə

29.

Funksional üslubların birində fərdi üslub əlaməti, demək olar ki, görünmür:

a)

rəsmi-işgüzar üslubun

b)

bədii üslubun

c)

məişət üslubunun

d)

publisistik üslubun

e)

elmi üslubun

30.

İşgüzar sənədlər hansı xüsusiyyəti ilə rəsmi sənədlərdən fərqlənir?

a)

xüsusi dövlət əhəmiyyəti daşımaması ilə

b)

daha çox hazır dil qəlibləri, standart formalar əsasında qurulması ilə

c)

lüğət tərkibi və sintaksisinin məhdudluğu, qeyri-əlvanlığı ilə

d)

obrazlılığa, emosionallığa yol verilməməsi ilə

e)

fikrin aydınlığı, birmənalığı ilə

31.

Verilənlərdən hansı əməli yazılar üçün səciyyəvidir?

a)

Hamısı

b)

Hər bir məsələ aydın və qısa izah edilməlidir.

c)

Ştamp xarakterli xüsusi tərkiblərdən istifadə edilir.

d)

Standart ifadələrdən istifadə edilməlidir.

e)

Təkrarlara, obrazlılığa yol verilməməlidir.

32.

Elmi auditoriya üçün nəzərdə tutulmuş rəsmi və kifayət qədər qeyri-adi bir yazı tərzi hansıdır?

a)

Akademik yazı

b)

Bədii yazı

c)

Rəsmi yazı

d)

Qeyri-rəsmi yazı

e)

Elmi yazı

33.

Akademik yazının növlərinə aid deyil

a)

Bülleten

b)

Məqalə

c)

Tezis

d)

Dissertasiya

e)

Referat

34.

Hansı fikir doğru deyil?

a)

Qeyri akademik yazı emosional ola bilməz

b)

Akademik yazının strukturu standartdır

c)

Giriş paraqrafı oxucunu mövzunun ümumi xarakteri ilə tanış edir

d)

Qeyri-akademik yazı akademik auditoriya üçün nəzərdə tutulmayıb

e)

Akademik yazı faktiki sübutlardan çox asılıdır

35.

Akademik yazının strukturuna aid deyil

a)

Metod

b)

Titul vərəqi

c)

Mündəricat

d)

Xülasə

e)

Giriş

36.

Elmi yazı işindəki əsas fikir və tapıntıları çatdıran hissə necə adlanır?

a)

Xülasə

b)

Titul vərəqi

c)

Mündəricat

d)

Giriş

e)

Nəticə

37.

Əsas hissədə təhlil olunan fikirlər hansı hissədə ümumiləşdirilir?

a)

Nəticə

b)

Giriş

c)

Xülasə

d)

Mündəricat

e)

Əlavələr

38.

Tədqiqatın məqsədi və obyekti akademik yazının hansı hissəsində öz əksini tapır?

a)

Giriş

b)

Xülasə

c)

Nəticə

d)

Əlavələr

e)

Münadəricat

39.

Tezisin yekunu olub, akademik işin bütün məqamlarını qısa şəkildə göstərən akademik yazı növü hansıdır?

a)

Xülasə

b)

Tezis

c)

Məqalə

d)

Avtoreferat

e)

Dissertasiya

40.

İnternetdə axtarış üçün əsas vasitə sayılır. Mətnin əsas məğzini özündə əks etdirir. Bu nədir?

a)

Açar söz

b)

Metod

c)

Layihə

d)

Xülasə

e)

Tezis

41.

Planlanan tədqiqat işinin, dərslik, monoqrafiyanın kim tərəfindən, harada, nə vaxt aparılacağı və qısa məzmunu barədə məlumatları əks etdirən sənəd adlanır?

a)

Annotasiya

b)

Xülasə

c)

Tezis

d)

Məqalə

e)

Avtoreferat

42.

Başqasının əsərini öz əsəri kimi vermə necə adlanır?

a)

Plagiat

b)

Metod

c)

Açar söz

d)

Tezis

e)

Məqalə

43.

Biri akademik yazı növüdür

a)

Monoqrafiya

b)

Müqavilə

c)

Ərizə

d)

Arayış

e)

Elan

44.

Ali məktəblərdə ixtisas müəllimlərinin rəhbərliyi altında tədris planına uyğun görülən müstəqil elmi-metodik iş necə adlanır?

a)

Kurs işi

b)

Akademik tezis

c)

Monoqrafiya

d)

Buraxılış işi

e)

Referat

45.

Biri referatın funksiyaları sırasında deyil

a)

Ekspressiv

b)

Informativ

c)

Indikativ

d)

Axtarış

e)

Siqnalverici

46.

Təhsilin bakalavriat səviyyəsində Tədris planını tam yerinə yetirməkdə olan tələbənin IV kursun əvvəlində kafedranın birindən mövzu götürməsi hansı akademik yazı növü sayılır?

a)

Buraxılış işi

b)

Kurs işi

c)

Referat

d)

Məqalə

e)

Tezis

47.

Annotasiyanın strukturuna aid olmayanı göstərin

a)

İxtisas və qrup nömrəsi

b)

Müəllifin adı və soyadı

c)

Oxucu dairəsinin ünvanı

d)

Kitabın, nəşriyyatın adı

e)

Kitabın yazılma məqsədi

48.

Referatın struktur ardıcıllığını tamamlayın
Titul vərəqi- Mündəricat - ?

a)

Giriş

b)

Əlavə

c)

Nəticə

d)

Fəsillər

e)

Ədəbiyyat

49.

Referatın mövzusunun açılışını təqdim edən hissə necə adlanır?

a)

Əsas hissə

b)

Mündəricat

c)

Əlavə

d)

Nəticə

e)

Fəsillər

50.

Buraxılış işinin tərtib qaydaları üçün ardıcıllığı tamamlayın.
Nəticə və təkliflər - ?

a)

İstifadə olunmuş ədəbiyyat

b)

Mündəricat

c)

Əsas hissə

d)

Titul vərəqi

e)

Əlavə məlumat

51.

Hər hansı məsələ ilə bağlı, bir və ya bir neçə kitab, monoqrafiya, yaxud da ilkin mənbələr əsasında qısa və dəqiq icmal məzmununu əks etdirən yazı növü necə adlanır?

a)

Referat

b)

Monoqrafiya

c)

Tezis

d)

Məqalə

e)

Buraxılış işi

52.

Buraxılış işi yazılarkən sətrlərarası interval nə qədər olmalıdır?

a)

1,5

b)

1

c)

0,5

d)

2

e)

2,5

53.

Elmi mətnin son hissəsi necə adlanır?

a)

Nəticə

b)

Giriş

c)

Əlavə

d)

Mündəricat

e)

Ədəbiyyat

54.

Tədqiqat metodunun göstərildiyi hissə hansıdır?

a)

Giriş

b)

Xülasə

c)

Nəticə

d)

Fəsillər

e)

Ədəbiyyat

55.

Hansı terminin əsas mənası "oğurlanmış" deməkdir?

a)

Plagiat

b)

Xülasə

c)

Tezis

d)

Annotasiya

e)

Metod

56.

Referatın neçə funksiyası vardır?

a)

5

b)

4

c)

6

d)

3

e)

2

57.

Buraxılış işinin hazırlanma ardıcıllığında mövzunun seçilməsi mərhələsindən sonra hansı mərhələ gəlir?

a)

Mövzuya dair elmi faktların toplanması

b)

Əldə olunan informasiyanın təhlili

c)

Irəli sürülən müddəaların sübuta yetirilməsi

d)

Mövzunun seçilməsi mərhələsi

e)

Ədəbiyyat siyahısının təhlili

58.

Bakalavriat səviyyəsi tələbələrinin Yekun Dövlət Attestasiya formalarından biridir

a)

Buraxılış işi

b)

Məqalə

c)

Dissertasiya

d)

Monoqrafiya

e)

Avtoreferat

59.

Akademik yazı növlərindən biri deyil

a)

Etimadnamə

b)

Buraxılış işi

c)

Avtoreferat

d)

Dissertasiya

e)

Monoqrafiya

60.

Yazıdakı fəsillər və onlara aid hissələr, yazının hansı hissəsində göstərilir?

a)

Mündəricat

b)

Xülasə

c)

Giriş

d)

Mənbələr

e)

Nəticə

61.

Biri Akademik yazıdır:

a)

Monoqrafiya

b)

Tərcümeyi-hal

c)

Bülleten

d)

Konvensiya

e)

Etimadnamə

62.

İşgüzar kommunikasiyanın əsas funksiyalarına daxildir:

a)

İnformasiyavericilik

b)

Qeyri-verbal kommunikasiya

c)

Yazılı və şifahi kommunikasiya

d)

Qanunvericilik

e)

Nitqin ifadəliliyi

63.

İşgüzar kommunikasiyanın əsas funksiyalarına daxildir:

a)

Interaktivlik

b)

Nitqin münasibliyi

c)

Aktiv və passiv nitq

d)

Verballıq

e)

İnformasiya mübadiləsinin başlanğıcı

64.

İşgüzar kommunikasiyanın əsas funksiyalarına daxildir:

a)

Perspektivlik

b)

Nitqin məntiqiliyi

c)

Təşkil olunmuş və spontan nitq

d)

Qeyri-verballıq

e)

Yazılı və şifahi nitq

65.

Kommunikasiya şərti olaraq neçə mərhələyə bölünür:

a)

5

b)

2

c)

3

d)

4

e)

Heç bir

66.

Kommunikasiyanın mərhələlərinə daxildir:

a)

İnformasiya mübadiləsinin başlanğıcı

b)

Quruluş sxeminə görə nitqin növləri:mühazirə, məruzə, çıxış

c)

Nitqin ifadəliliyi, düzgünlüyü

d)

İnformasiyavericilik

e)

Rəsmi və işgüzar sənədlər

67.

Kommunikasiyanın mərhələlərinə daxildir:

a)

İdeyaların söz, simvol, məlumatlarla təcəssümü

b)

Perspektivlik, informasiyavericilik

c)

Şəxsi nota, şəxsi müraciətnamə, verbal nota

d)

Xarici və daxili nitq, aktiv və passiv nitq

e)

Nitqin məntiqiliyi, əlverişliliyi

68.

Kommunikasiyanın mərhələlərinə daxildir:

a)

İnformasiyanın seçilmiş rabitə vasitəsilə ötürülməsi

b)

Nitqin münasibliyi, zənginliyi

c)

Təşkil olunmuş və spontan nitq

d)

Publisistik üslubun janrları və dil əlamətləri.

e)

Perspektivlik, informasiyavericilik

69.

Kommunikasiyanın mərhələlərinə daxildir:

a)

İnformasiyanın verbal və qeyri-verbal formada qəbul edilməsi

b)

Perspektivlik, informasiyavericilik, interaktivlik

c)

Elmi funksional üslub, istifadə dairəsi və janrları

d)

Nitqin məntiqiliyi və əlverişliliyi

e)

Danışıqların yekun sənədləri: kommyunike, birgə bəyanat, bəyannamə

70.

Kommunikasiyanın mərhələlərinə daxildir:

a)

Əks-əlaqə mərhələsi kimi informasiyanı qəbul edənin ona cavabı

b)

Danışıqların yekun sənədləri: kommyunike, birgə bəyanat, bəyannamə

c)

Perspektivlik, informasiyavericilik, interaktivlik

d)

Məişət üslubu və əsas səciyyəvi xüsusiyyətləri

e)

Sualvermə, söhbətəqoşulma, cavabvermə

71.

Kommunikasiyanın mərhələlərinə daxil deyil:

a)

Sualvermə, söhbətəqoşulma, cavabvermə

b)

İnformasiya mübadiləsinin başlanğıcı;

c)

İdeyaların söz, simvol, məlumatlarla təcəssümü

d)

İnformasiyanın seçilmiş rabitə vasitəsilə ötürülməsi

e)

İnformasiyanın verbal və qeyri-verbal formada qəbul edilməsi

72.

Kommunikasiyanın mərhələlərinə daxil deyil:

a)

Ədəbi dilin rəsmi funksional istifadə dairəsi

b)

İdeyaların söz, simvol, məlumatlarla təcəssümü;

c)

İnformasiyanın seçilmiş rabitə vasitəsilə ötürülməsi;

d)

İnformasiyanın verbal və qeyri-verbal formada qəbul edilməsi;

e)

Əks-əlaqə mərhələsi kimi informasiyanı qəbul edənin ona cavabı.

73.

Kommunikasiyanın mərhələlərinə daxil deyil:

a)

Fonetik, leksik və qrammatik normalar

b)

İdeyaların söz, simvol, məlumatlarla təcəssümü

c)

Əks-əlaqə mərhələsi kimi informasiyanı qəbul edənin ona cavabı

d)

İnformasiyanın seçilmiş rabitə vasitəsilə ötürülməsi

e)

İnformasiyanın verbal və qeyri-verbal formada qəbul edilməsi

74.

Kommunikasiyanın mərhələlərinə daxil deyil:

a)

Perspektivlik, informasiyavericilik, interaktivlik

b)

İdeyaların söz, simvol, məlumatlarla təcəssümü

c)

İnformasiyanın seçilmiş rabitə vasitəsilə ötürülməsi

d)

İnformasiyanın verbal və qeyri-verbal formada qəbul edilməsi

e)

İnformasiya mübadiləsinin başlanğıcı

75.

Kommunikasiyanın mərhələlərinə daxil deyil:

a)

Nitqin düzgünlüyü, dəqiqliyi, aydınlığı, səlisliyi

b)

İdeyaların söz, simvol, məlumatlarla təcəssümü

c)

İnformasiyanın seçilmiş rabitə vasitəsilə ötürülməsi;

d)

İnformasiya mübadiləsinin başlanğıcı

e)

İnformasiyanın verbal və qeyri-verbal formada qəbul edilməsi

76.

Nitq etiketlərinin növlərinə daxil deyil:

a)

Söhbətəqoşulma

b)

Müraciət, təbrik

c)

Alqışlar və qarğışlar

d)

Ayrılma

e)

Görüşmə

77.

Nitq etiketlərinin növlərinə daxil deyil:

a)

Nitqin düzgünlüyü

b)

Alqışlar və qarğışlar

c)

Müraciət

d)

Görüşmə və ayrılma

e)

Təbrik

78.

Nitq etiketlərinin növlərinə daxil deyil:

a)

Nitqin ifadəliliyi

b)

Görüşmə və ayrılma

c)

Təbrik

d)

Alqışlar və qarğışlar

e)

Müraciət

79.

Nitq etiketlərinin növlərinə daxildir:

a)

Görüşmə və ayrılma

b)

Dialoji və monoloji nitq

c)

Nitqin zənginliyi

d)

Funksional üslublar

e)

Söhbətəqoşulma

80.

Müsahibin nitqinə nə zaman müdaxilə oluna bilməz:

a)

Mətləblə heç bir əlaqəsi olmayan bir şeyi soruşmaq məqsədilə

b)

Danışan bəhs etdiyi məsələdən uzaqlaşdıqda

c)

Məlum olan əşya və hadisə barədə danışıldıqda

d)

Bəhs olunan məsələ ilə bağlı səhvə və ya dolaşıqlığa yol verildikdə

e)

Hər hansı məsələ barədə uzun-uzadı danışıldıqda

81.

Müsahibin nitqinə nə zaman müdaxilə oluna bilməz:

a)

Deyilmiş və hamıya aydın olan məsələ barədə sual vermək məqsədilə

b)

Məlum olan əşya və hadisə barədə danışıldıqda

c)

Bəhs olunan məsələ ilə bağlı səhvə və ya dolaşıqlığa yol verildikdə

d)

Danışan bəhs etdiyi məsələdən uzaqlaşdıqda

e)

Hər hansı məsələ barədə uzun-uzadı danışıldıqda

82.

Diskussiya zamanı dialoqun səmərəli keçməsi üçün tələb olunan xüsusiyyətlərə daxil deyil:

a)

Kommunikasiyanın həm şifahi, həm də yazılı formasından istifadə edilməsi

b)

Müzakirəyə çıxarılan məsələnin mahiyyətinin düzgün anlaşılması

c)

Müzakirə olunan məsələdən yayınmaya yol verilməməsi

d)

Əsaslandırma dəqiq faktlar üzərində qurulması

e)

Adamlar deyil, yalnız onların ideyaları tənqid olunması

83.

Diskussiya zamanı dialoqun səmərəli keçməsi üçün tələb olunan xüsusiyyətlərə daxil deyil:

a)

Nitqə verilən bütün tələblər və normaların pozulmamasına mütləq şəkildə riayət olunmalıdır

b)

Tənqid zamanı emosiyaya qapılmamalı, qəzəblənməməli, təhqir və istehzaya yol verilməməlidir

c)

Diskussiyanın məqsədi qalibi müəyyən etmək deyil, ümumi razılığa nail olmaqdır.

d)

Çıxışların sonunda yekun nəticələr qeyd edilməlidir

e)

Mövqeyinin səhv olduğu sübut edilmiş tərəf opponentinin haqlı olduğunu etiraf etməyi bacarmalıdır

84.

Hansı ünsiyyət prosesində əlaqələr ikitərflidir-dialoqludur:

a)

İşgüzar kommunikasiya

b)

Kommunikasiya

c)

Akademik kommunikasiya

d)

Mühazirə, məruzə, çıxış

e)

Verbal və qeyri-verbal nitq

85.

"Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" fənninin məqsədinə daxil deyil:

a)

Qohum dillərin fonetik, leksik və qrammatik quruluşunu öyrənmək

b)

Ədəbi dilin üslublarını, aktiv və passiv leksikasını bilmək

c)

Rabitə və kommunikativ strategiyanı, yaradıcılıq texnologiyalarını mənimsəmək

d)

Danışıq etikası və müraciət etiketləri barədə məlumatlara yiyələnmək

e)

Müasir Azərbaycan dilinin funksional üslubları barədə məlumatları və qaydaları öyrənmək

86.

Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin məqsədinə daxil deyil:

a)

Şifahi xalq ədəbiyyatı nümunələrini öyrənmək, şivələri araşdırmaq

b)

İşgüzar ünsiyyətdə məktubların elektron və onlayn kommunikasiyaları barədə bilikləri zənginləşdirmək

c)

Orfoepiya və orfoqrafiya qaydalarına əməl olunmasının mahiyyətini öyrənmək

d)

Təşkil olunmuş nitqin (məruzə, çıxış və s.) özünəməxsusluğunu bilmək

e)

Danışıq etikası və müraciət etiketləri barədə məlumatlara yiyələnmək

87.

YUNESKO-nun təşəbbüsü ilə 2000-ci ilin 21 fevralından etibarən hər il qeyd edilir:

a)

Beynəlxalq ana dili günü

b)

İşgüzar kommunikasiya günü

c)

Beynəlxalq Dillər İli

d)

Beynəlxalq əlifba günü

e)

Azərbaycan əlifbası və Azərbaycan dili günü

88.

YUNESKO-nun təşəbbüsü ilə .....etibarən hər il "Beynəlxalq ana dili günü" qeyd edilir:

a)

2000-ci il 21 fevral

b)

2001-ci il 18 iyun

c)

2001-ci il 9 avqust

d)

2004-cü il 12 yanvar

e)

2013-cü il 9 aprel

89.

Hansı qurumun təşəbbüsü ilə 2000-ci ilin 21 fevralından etibarən hər il "Beynəlxalq ana dili günü" qeyd edilir

a)

YUNESKO

b)

Canlı Dillər İnstitutu

c)

BMT

d)

ARTN

e)

Ümumdünya Sammiti

90.

BMT Baş Assambleyası 2008-ci ili elan etmişdir:

a)

Beynəlxalq Dillər İli

b)

Azərbaycan əlifbası və Azərbaycan dili günü

c)

İşgüzar kommunikasiya günü

d)

Beynəlxalq ana dili günü

e)

Prinsiplər bəyannaməsi

91.

BMT Baş Assambleyası neçənci ili Beynəlxalq Dillər İli elan etmişdir?

a)

2008-ci ili

b)

2001-ci ili

c)

2013-cü ili

d)

2000-ci ili

e)

Heç bir ili

92.

Hansı qurum 2008-ci ili Beynəlxalq Dillər İli elan etmişdir?

a)

BMT Baş Assambleyası

b)

YUNESKO

c)

Canlı Dillər İnstitutu

d)

ARTN

e)

Ümumdünya Sammiti

93.

"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman Ümummili Lider Heydər Əliyev tərəfindən nə zaman imzalanmışdır?

a)

18 iyun 2001-ci il

b)

21 fevral 2000-ci il

c)

9 avqust 2001-ci il

d)

12 yanvar 2004-cü il

e)

2008-ci il

94.

"Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün qeyd edilməsi haqqında" fərman Ümummili Lider Heydər Əliyev tərəfindən nə zaman imzalanmışdır?

a)

9 avqust 2001-ci il

b)

30 sentyabr 2002-ci il

c)

21 fevral 2000-ci il

d)

2008-ci il

e)

12 noyabr 1995-ci il

95.

"Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun Ümummili Lider Heydər Əliyev tərəfindən nə zaman qəbul edilmişdir?

a)

30 sentyabr 2002-ci il

b)

12 noyabr 1995-ci il

c)

21 fevral 2000-ci il

d)

2008-ci il

e)

9 avqust 2001-ci il

96.

295. "Azərbaycan Respublikasında Dövlət Dili haqqında" Qanunun tətbiq edilməsi barədə" fərman Ümummili Lider Heydər Əliyev tərəfindən nə zaman imzalanmışdır?

a)

2 yanvar 2003-cü il

b)

18 iyun 2001-ci il

c)

12 noyabr 1995-ci il

d)

21 fevral 2000-ci il

e)

12 yanvar 2004-cü il

97.

296. Azərbaycan Respublikasının Konstitusiyası referendum yolu ilə nə zaman qəbul edilmişdir?

a)

12 noyabr 1995-ci il

b)

21 fevral 2000-ci il

c)

12 yanvar 2004-cü il

d)

2008-ci il

e)

9 aprel 2013-cü il

98.

297. 9 avqust 2001-ci tarixində Ümummili Lider Heydər Əliyev tərəfindən hansı fərman imzalanmışdır?

a)

"Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün qeyd edilməsi haqqında"

b)

"Beynəlxalq ana dili günü"

c)

"Azərbaycan Respublikasında Dövlət Dili haqqında" Qanunun tətbiq edilməsi barədə"

d)

"Azərbaycan Respublikasında Dövlət Dili haqqında"

e)

"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında"

99.

298. 18 iyun 2001-ci il tarixində Ümummili Lider Heydər Əliyev tərəfindən hansı fərman imzalanmışdır?

a)

"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında"

b)

"Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün qeyd edilməsi haqqında"

c)

"Beynəlxalq ana dili günü"

d)

"Azərbaycan Respublikasında dövlət dili haqqında"

e)

"Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"

100.

299. 12 yanvar 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hansı sərəncam imzalanmışdır?

a)

"Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"

b)

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında"

c)

"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında"

d)

"Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün qeyd edilməsi haqqında"

e)

"Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında"

101.

300. 30 sentyabr 2002-ci il tarixində Ümummili Lider Heydər Əliyev tərəfindən hansı qanun qəbul edilmişdir?

a)

"Azərbaycan Respublikasında dövlət dili haqqında"

b)

"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında"

c)

"Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün qeyd edilməsi haqqında"

d)

"Beynəlxalq ana dili günü"

e)

"Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında"