wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

azerb 451-500

Total questions: 50

Worksheet time: 5hrs 31mins

Name
Class
Date
1.

.

a)

Akt

b)

Rəy

c)

İzahət

d)

Təqdimat

e)

Annotasiya

2.

"Rəy" sözü mənşəcə hansı dilə aiddir?

a)

Yunan

b)

Ərəb

c)

Iatın

d)

Fransız

e)

Türk

3.

Verilmiş nümunə əməli yazının hansı növünə aiddir?Mirzə Şəfi Vazeh. Nəğmələr. Bakı, “Şərq­Qərb”, 2004, 96 səh.

Bu kitabda Mirzə Şəfinin ana dilindəki şeirləri, farsca əsərlərinin orijinalı və sətri tərcümələri verilmişdir.

a)

Hesabat

b)

Annotasiya

c)

İzahat

d)

Təqdimat

e)

Zəmanət

4.

“Qiymətli bir əşyanı müəyyən bir təşkilatdan almaq üçün şəxsə verilən sənəd formasıdır». Söhbət hansı sənəddən gedir?

a)

Zəmanət

b)

vəkalətnamə

c)

Xasiyyətnamə

d)

Ezamiyyə vərəqi

e)

Nizamnamə

5.

Verilən xüsusiyyət hansı sənəd növünə aiddir? Ərəb mənşəli olub, bir şey həyata keçirmək üçün qayda və üsulla müəyyən edilən yazılı

sənəddir.

a)

Hesabat

b)

Təlimat

c)

Müraciət

d)

Təqdimat

e)

İzahət

6.

Fransız sözü olub, malın, eksponatın üstünə yapışdırılan, üzərində onun adı, tərkibi, qiyməti və s. olan mətn, yarlıqdır. Verilən fikir

hansı sənədə aiddir?

a)

Akt

b)

Etiket

c)

Müqavilə

d)

Protokol

e)

Bəyanət

7.

Hansı fikir səhvdir?

a)

Ədəbi dilin şifahi formasında cümlələr, əsasən, qısa və quruluşca sadə olur.

b)

Yazılı nitqin ifadə vasitələri hərf və yazı, şifahi nitqin ifadə vasitələri səs və sözdür

c)

Yazılı nitqdə həmsöhbətlə əks əlaqə olmur.

d)

Şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümumişlək sözlərə geniş yer verilir.

e)

Yazılı ədəbi dilin tempi sürətli, şifahi ədəbi dilin tempi isə aşağıdır, zəifdir

8.

Məruzənin əsas hissəsində nədən danışılır?

a)

Görülən işin məzmunundan bəhs olunur, münasibət bildirilir.

b)

Araşdırmalara yekun vurulur

c)

Qarşıya qoyulan məqsədə çatmaq üçün hansı yollardan, üsullardan istifadə edildiyi göstərilir.

d)

Müvafiq təkliflər söylənilir.

e)

Mövzunun aktuallığından danışılır.

9.

Mühazirə nə zaman effektli olur?

a)

Nitqi sürətli olsun.

b)

Auditoriyanın reaksiyasına əhəmiyyət verməsin.

c)

Elmi xarakter daşımamalıdır.

d)

Lektor ona yaxşı hazırlaşsın, nəyi, necə, harada deməyi bacarsın, şərhi auditoriyanın səviyyəsinə uyğun qurulsun.

e)

Mimika və jestlərsiz danışsın.

10.

Monoloji nitqin növlərinə daxil deyil:

a)

dialoq

b)

mühazirə

c)

məruzə

d)

çıxış

e)

məlumat

11.

Nitqin dialoji forması nə adlanır?

a)

diskussiya

b)

mübahisə

c)

mühazirə

d)

mübarizə

e)

mükalimə

12.

Dialoji nitqlə bağlı verilənlərdən biri yanlışdır:

a)

Müəyyən situasiyada iki və daha artıq şəxs arasında bir­birini izləyən, növbələşən canlı ünsiyyət, danışıqdır

b)

Burada danışan, daha doğrusu, fikri ifadə edən şəxs əvvəlcə daxilən öz­özünə düşünür, sonra isə xarici nitqə keçir, demək istədiyini

sözlə ifadə edir.

c)

Həmsöhbətlərdən birinin ifadə etdiyi fikir digəri tərəfindən qavranılır.

d)

Fikri qəbul edən əvvəlcə dinləyir, sonra düşünür, daxili nitqdən xarici nitqə keçərək müsahibinə müvafiq cavab verir.

e)

Burada söhbətə öncədən hazırlıq görülür.

13.

Nitqlə bağlı söylənilənlərdən biri yanlışdır:

a)

Tarixi səciyyə daşıyır.

b)

Fərdin yaradıcılıq fəaliyyətidir, vərdişidir.

c)

İnsanlar arasında dil vasitəsilə həyata keçirilən fikir mübadiləsi və ünsiyyət prosesidir.

d)

Dil normalarına əsaslanır

e)

Ünsiyyət vasitəsidir.

14.

Rəsmi və ictimai tədbirlərdə edilən məruzə ətrafında dinləyicilərin öz fikrini, münasibətini bildirməsidir. Veilən fikir aiddir:

a)

məruzə

b)

məlumat

c)

çıxış

d)

mühazirə

e)

nitq

15.

Məruzəyə aid olan variantı göstərin

a)

Dinləyicilərdə müzakirə edilən məsələyə maraq oyatmaq vəzifəsi daşıyır.

b)

Öyrədici əhəmiyyətə malikdir.

c)

İmprovizələrə və kənaraçıxmalara yol verilmir.

d)

Üç əsas məqsədi var: təhsil, maarifləndirmə, tərbiyə.

e)

Auditoriyaya təsir göstərilməsi üstünlük təşkil edir.

16.

Verilənlərdən biri yazılı nitqə aid deyil:

a)

Bu nitqin ifadə vasitələri hərf və yazıdır.

b)

Mürəkkəb cümlələrə daha geniş yer verilir.

c)

Elmi, texniki, siyasi və digər terminlər daha çox işlədilir.

d)

Burada həmsöhbətlə əks əlaqə olmur.

e)

Müəyyən vasitə olmadan bu və ya digər fikri gələcək nəslə çatdıra bilmir.

17.

Elmi müəssisələr sistemində, beynəlxalq konfrans, simpozium, treninq və s. edilən məruzələr, çıxışlar, verilən elmi məlumatlar hansı

natiqliyə aid edilir?

a)

akademik natiqlik

b)

ekran nitqi

c)

məhkəmə natiqliyi

d)

ictimai­siyasi nitq

e)

ictimai­məişət natiqliyi

18.

Biri çıxışın effektli olmasına aid edilmir:

a)

Danışan müzakirə olunan mövzudan kənara çıxmasın.

b)

Sözlər, cümlələr aydın, hamının eşidə biləcəyi bir səs tonu ilə tələffüz edilsin.

c)

Deyilənlərdə ardıcıllıq və rabitəlilik gözlənilsin.

d)

Yığcam olsun, çox vaxt aparmasın.

e)

Loru və tüfeyli sözlərə, ifadələrə, şivə tələffüzünə və s. geniş yer verilsin.

19.

Hansı nitq akademik natiqliyə aid deyil:

a)

Elmi məlumat vermə (elmi hesabat)

b)

Ali məktəblərdə mühazirə oxumaq

c)

Dissertasiya müdafiəsi çıxışı zamanı elmi rəy

d)

Siyasi mövzuda məruzələr

e)

Elmi mövzuda mübahisə

20.

Müəllimlərin nitqi natiqliyin hansı sahəsinə aiddir?

a)

işgüzar

b)

bədii

c)

siyasi

d)

inzibati­idarə

e)

akademik

21.

Çıxışların effektiv olması üçün qarşıya qoyulan tələblərə aid deyil:

a)

Məruzədə və ya əvvəlki çıxışlardakılar təkrar edilməsin.

b)

Yığcam olsun, çox vaxt aparmasın.

c)

Danışan müzakirə olunan mövzudan kənara çıxsın.

d)

Deyilənlərdə ardıcıllıq və rabitəlilik gözlənilsin.

e)

Loru və tüfeyli sözlərə, ifadələrə, şivə tələffüzünə və s. yolverilməsin.

22.

Monoloji nitqin növlərinə aid deyil:1. mühazirə 2. məruzə 3. mübahisə 4. çıxış 5. debat

a)

2, 3

b)

3,4

c)

1,2

d)

4,5

e)

3,5

23.

Monoloji nitqin növlərinə aiddir:1. mühazirə 2. məruzə 3. mübahisə 4. çıxış 5. debat

a)

1,4,5

b)

1,2,3

c)

2,3,4

d)

3,4,5

e)

1,2,4

24.

Verilənlərdən biri mühazirəyə aid deyil:

a)

Mətni şifahi söz yaradıcılığının qanunlarına əsasən qurulur.

b)

Öyrədici əhəmiyyətə malikdir.

c)

İsbat edilən ideyanı formalaşdıran müddəa olub, faktların müəyyən şərhini təklif edir.

d)

Üç əsas məqsədi var: təhsil, maarifləndirmə, tərbiyə.

e)

Dəqiq müəyyən edilmiş məqsədə malikdir və biliklərin geniş yayılması formasıdır.

25.

Verilənlərdən biri monoloji nitqin formalarına aid deyil:

a)

məlumat

b)

çıxış

c)

məruzə

d)

mühazirə

e)

replika

26.

Bu nitq xüsusi hazırlıq olmadan bədahətən söylənilmiş nitqdir:

a)

spontan

b)

məlumat

c)

poliloji

d)

dialoji

e)

replika

27.

Latın dilindəndən göürülüb və mənası «gözlənilmədən» deməkdir:

a)

improvizə

b)

çıxış

c)

məruzə

d)

mühazirə

e)

tezis

28.

Biri monoloji nitqin növlərinə aid deyil:

a)

mühazirə

b)

nitq

c)

məruzə

d)

mübahisə

e)

çıxış

29.

Monoloji nitqin xüsusiyyətlərindən biri səhv göstərilmişdir:

a)

Danışan deyəcəklərini əvvəlcədən düşünür, ifadə edəcəyi fikrin həcmini, xarakterini müəyyənləşdirir.

b)

Dialoji nitqlə müqayisədə struktur baxımından sadədir.

c)

Məqsəd nitqin əsas kommunikativ növlərindən istifadə etməklə hər hansı bir məzmunun başqasına çatdırılmasıdır.

d)

Burada danışanın müsahibi ilə əks əlaqəsi olur.

e)

Təşkil olunmuş, proqramlaşdırılmış nitqdir

30.

Aşağıdakılardan biri dialoji nitqin xüsusiyyətlərinə aid deyil:

a)

Danışıq dili üçün səciyyəvi, yığcam nitqdir.

b)

İki və daha artıq şəxs arasında bir­birini izləyən, növbələşən canlı ünsiyyət, danışıqdır.

c)

Dialoji nitqdə tərəflər daha fəal olurlar.

d)

Bu nitq formasında söhbətə öncədən hazırlıq görülür.

e)

Dialoji nitqi “mükalimə” də adlandırırlar.

31.

Beynəlxalq akademik yazı haqqında fikirlərdən biri səhvdir:

a)

Bu qaydalar müəyyən nəticənin əldə edilməsinə yönəlmiş bir mexanizmdir.

b)

Beynəlxalq akademik yazı standartları “ümumi dil” rolunu oynayır.

c)

Fərqli ölkələrdən olan elm adamlarının yazı vasitəsilə bir­birini anlamasına yardım edir.

d)

Beynəlxalq akademik yazı qaydaları oxuya təsir etmir.

e)

Vahid standartlar üzrə yazılmış mətndə hansı məlumatın harada olduğu əvvəlcədən bilindiyinə görə, zəruri informasiyanı tapmaq asan

olur.

32.

"İsbat edilən ideyanı formalaşdıran müddəa olub, faktların müəyyən şərhini təklif edir". Verilən xüsusiyyət aiddir:

a)

mübahisə

b)

replika

c)

məruzə

d)

tezis

e)

çıxış

33.

Biri təşkil olunmuş nitqə aid deyil:

a)

Təşkil olunmuş nitq deyəndə monoloji nitq nəzərdə tutulur.

b)

Bu nitq üçün plan tutmaq, ədəbiyyat oxumaq və s. lazım gəlir.

c)

Bu nitq üçün hazırlaşmaq lazımdır.

d)

Heç bir xüsusi hazırlıq olmadan, bədahətən, sərbəst söylənilən nitqdir.

e)

Əvvəlcədən planlaşdırılmış, nəzərdə tutulmuş nitqdir.

34.

Monoloji nitqin növlərindən biri səhv göstərilmişdir:

a)

məlumat

b)

çıxış, nitq

c)

mühazirə

d)

məruzə

e)

diskussiya

35.

Akademik yazı qaydalarında beynəlxalq standartlar hansı rolu oynayır?

a)

əsviri oxşarlıq

b)

məcazilik

c)

təcrübi əhəmiyyət

d)

emal

e)

ümumi dil

36.

Biri pauzanın nitq prosesindəki xidmətinə aid edilmir:

a)

qarşı tərəfə öz fikrini bildirməyə imkan yaratmağa

b)

əlavə şərhə ehtiyac olduqda

c)

növbəti deyiləcək fikirlərə diqqət cəlb etməyə

d)

ciddi xəbərdarlıq məqsədi ilə

e)

danışanın problem ətrafında fikirləri bitdikdə

37.

Hərbçilərin bir­birilə salamlaşması, islam adətlərinə müvafiq olaraq ziyarətgahlara salam (salavat) verilməsi və s. hansı jestlərə aiddir?

a)

emosional jestlər

b)

təsvirləyən jestlər

c)

simvolik jestlər

d)

səmtləyici jestlər

e)

ritmik jestlər

38.

Ünsiyyət axarında hadisələrin ardıcıllığını əks etdirməyə xidmət göstərən jestlərdir".Verilən fikir aiddir?

a)

simvolik jestlər

b)

təsvirləyən jestlər

c)

səmtləyici jestlər

d)

ritmik jestlər

e)

emosional jestlər

39.

Yumruğunu stola vurmaq, ikiəlli başını tutmaq, ayağını yerə vurmaq və s. hansı jestlərə aiddir?

a)

ritmik jestlər

b)

səmtləyici jestlər

c)

təsvirləyən jestlər

d)

emosional jestlər

e)

simvolik jestlər

40.

Verilənlərdən biri emosional jestlərə aid edilir:

a)

sağ, sol, yuxarı, aşağı, irəli, geri jestlər

b)

ünsiyyət axarında hadisələrin ardıcıllığını əks etdirməyə xidmət göstərən jestlər

c)

dəfn mərasimlərində baş geyiminin çıxarılması, salam alarkən oturan adamın ayağa qalxması və s

d)

yumruğunu stola vurmaq, barmağını silkələməklə hədələmək və s.

e)

kök, arıq, yekə və s. mənasını bildirən jestlər

41.

Ünsiyyətin həm məzmunu, həm də ünsiyyət vasitələri reqlamentləşdirilir; həmsöhbətin şəxsiyyətini öyrənmək əvəzinə onun sosial

rolunu öyrənməklə kifayətlənirlər. Verilən fikir ünsiyyətin hansı növünə aiddir?

a)

Kübar (ziyalı)

b)

Manipulyasiyaedici

c)

Mənəvi, şəxsiyyətlərarası

d)

Formal ­ rollu

e)

İşgüzar

42.

Nitq prosesində üz əzələlərinin mənalı hərəkətləri adlanır". Verilən fikir aiddir:

a)

mimika

b)

ritorika

c)

jest

d)

dialoq

e)

mükalimə

43.

Emosional­ekspressiv çalarlıqları əks etdirən səs tonlarının kompleksidir”. Verilən fikir aiddir:

a)

pauzaya

b)

mimikaya

c)

jestə

d)

nitq tembrinə

e)

intonasiyaya

44.

Kommunikator kimdir?

a)

informasiyanı qəbul edən

b)

informasiyadan istifadə edən

c)

informasiyanı nizamlayan

d)

informasiyanı verən

e)

informasiyanı toplayan

45.

Sadə jestlərə aiddir:

a)

Əl çalmaq

b)

Yekcins olmayan müxtəlif hərəkətlərin sintezi

c)

Barmaqlarını bir­birinə sürtmək

d)

Hərbçilərin bir­birini salamlaması

e)

Əlini başı üstünə qaldırıb sağa­sola yelləmək

46.

Pauzanın nitq prosesindəki xidmətinə aid deyil:

a)

Qarşı tərəfə öz fikrini bildirməyə imkan vermək

b)

Öncə söylənilənlərin xüsusi əhəmiyyətli olduğunu diqqətə çatdırmaq tələb olunduqda

c)

Əlavə şərhə ehtiyac olmadıqda

d)

Obyektiv və subyektiv məqamları müəyyənləşdirmək tələb olunduqda

e)

Danışanın problem ətrafında fikirləri bitdikdə

47.

Verilənlərdən biri ünsiyyət prosesinin əsas ünsürü deyil:

a)

kanal ­ informasiyanın ötürülmə vasitəsi

b)

informasiyanı qəbul edən

c)

informasiyanı göndərən

d)

məlumat ­ informasiyanın özü

e)

yerinə yetirilmə haqqında məlumat

48.

Həmsöhbət haqqında müəyyən təsəvvür formalaşdırmaq, yaxud hansısa informasiyanı almaq ən aparıcı məqsəddir". Verilən fikir

aiddir:

a)

vasitəsiz ünsiyyət

b)

tərbiyəvi ünsiyyət

c)

diaqnostik ünsiyyət

d)

işgüzar ünsiyyət

e)

intim­ şəxsi ünsiyyət

49.

Latın mənşəlidir, "şifahi, söz" mənasını ifadə edir:

a)

nitq

b)

refleksiya

c)

intonasiya

d)

pauza

e)

verbal

50.

Doğru fikri göstərin:

a)

Natiqlər öz çıxışlarını hansı jest və mimika ilə başlayırlarsa, o cür də tamamlayırlar.

b)

Bütün natiqlər çıxış zamanı eyni mimikadan istifadə edirlər.

c)

Natiqlər eyni jestdən istifadə edirlər.

d)

Jestlə mimika psixoloji aktlardır.

e)

Şifahi ədəbi dil jest və mimikasız təsəvvür etmək mümkün deyil.