wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

azerb 501-550

Total questions: 51

Worksheet time: 12hrs 26mins

Name
Class
Date
1.

Nitq nə zaman təmiz hesab olunur?

a)

Nitqdə məhəlli dialektlər, yerli şivələr olarsa

b)

Danışıq normalarından kənara çıxmırsa, yad ünsürlərdən uzaq olarsa

c)

Aydın olmayan terminlərlə çox olar

d)

Lüzumsuz əcnəbi sözlər olarsa

e)

Jarqon sözlər olarsa

2.

Natiqlik sənətinə verilən tələblərdən biri yanlışdır:

a)

düzgün, dəqiq və gözəl danışmaq

b)

kifayət qədər mürəkkəb cümlələrdən istifadə etmək

c)

mimika və jestlərdən düzgün istifadə

d)

səlis və aydın danışmaq

e)

mümkün qədər yığcam danışmaq

3.

Biri nitqin zənginliyinə aid deyil:

a)

danışanın (yazanın) geniş söz ehtiyatına malik olması

b)

tələffüzlə sıx bağlı olması

c)

məzmun cəhətdən dolğun olması

d)

məcazlardan, üslubi vasitələr və s.­dən məharətlə istifadə olunması

e)

intonasiyanın olması

4.

1)Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməməlidir. 2)Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir.

3)Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır. 4)Jarqon sözlərin və ifadələrin işlədilməsi məqbul sayılmamalıdır. Verilən

tələblər nitqi hansı keyfiyyətinə aiddir?

a)

nitqin dəqiqliyi

b)

nitqin təmizliyi

c)

nitqin zənginliyi

d)

nitqin ahəngdarlığı

e)

nitqin sadəliyi

5.

Verilənlərdən biri nitqin rabitəliliyinə aid deyil:

a)

Hər hansı bir məsələ barəsində danışılarkən müəyyən məntiqi ardıcıllığa riayət olunmalıdır.

b)

Yerli şivə və məhəlli dialekt sözlər işlədilməlidir.

c)

Danışan (yazan) əsas və ikinci dərəcəli məsələləri bir­birindən ayırmağı bacarmalıdır.

d)

Natiq öz sözü, cümləsi, düşüncəsi, üslubu ilə danışmalıdır.

6.

Nitqin səlisliyi, gözəlliyi, axıcılığı, rəvanlığı gözlənilməklə materialın alçaq tondan başlayaraq, uca tona doğru yüksəlməsi, eyni

zamanda avazın, tempin dəyişməsi və s. Verilənlər aiddir:

a)

nitqin dəqiqliyi

b)

nitqin ahəngdarlığı

c)

nitqin sadəliyi

d)

nitqin zənginliyi

e)

nitqin ifadəliliyi

7.

Azərbaycan Respublikası Prezidentinin Beynəlxalq forumda Qarabağ məsələsi ilə bağlı çıxışı natiqliyin hansı sahəsinə aiddir?

a)

işgüzar

b)

siyasi

c)

akademik

d)

bədii

e)

inzibati-idarə

8.

Alimin nitqi hansı natiqliyə aiddir?

a)

İctimai­siyasi natiqliyə

b)

Məişət natiqliyinə

c)

Akademik natiqliyə

d)

Məhkəmə natiqliyinə

e)

Diplomatik natiqliyə

9.

Biri emosionallıq yaradan başlıca dil vahidlərinə aid deyil:

a)

• məcazi mənalı sözlər və birləşmələr

b)

hiss adları olan sözlər

c)

deyilən fikrə danışanın emosional münasibətini ifadə edən səciyyələndirici sözlər

d)

fərdi tələffüz tərzi

10.

Biri natiqliyin sahəsi deyil:

a)

siyasi natiqlik

b)

diplomatik natiqlik

c)

fəlsəfi natiqlik

d)

akademik natiqlik

e)

işgüzar natiqlik

11.

Nitqin zənginliyi ilə bağlı yazılanlardan biri səhvdir:

a)

Dil və nitq əlaqəsi əsasında meydana gəlməsi

b)

Nitqdə geniş söz ehtiyatının olması

c)

Nitqdə müxtəlif, təkrarlanmayan dil vahidlərinin işlədilməsi

d)

Nitqdə eyni işarələr və sözlərin az təkrarlanması

e)

Nitqdə eyni dil ünsürlərinin yersiz təkrarlanması, şablon ifadə vasitələrinə tez­tez müraciət edilməsi

12.

Nitqin yığcamlılığı nədir?

a)

Danışanın (yazanın) geniş söz ehtiyatına malik olmasıdır.

b)

Ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə olunmasıdır.

c)

Nitqin məzmunca dolğun olmasıdır

d)

Fikrin dil vasitələri ilə düzgün verilməsinin göstəricisidir.

13.

Nitqin təmizliyi üçün əsas şərt sayılır:

a)

Əcnəbi sözlər çox işlədilməlidir.

b)

Mədəni danışıqda başqasını təhqir etmək, heysiyyətinə toxunmaq məqsədi daşıyan söyüş və qarğışlara, qeyri­etik sözlərə və s. verilməlidir.

c)

Məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməməlidir.

d)

Jarqon sözlərin və ifadələrin işlədilməsi məqbul sayılmalıdır.

e)

Arxaik sözlərdən istifadə edilməlidir.

14.

Dilin təmizliyini qoruyub saxlamaq üçün nələrə əməl etmək lazımdır? Səhv cavabı göstərin:

a)

Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməməlidir.

b)

Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir.

c)

Jarqon sözlərin və ifadələrin işlədilməsi məqbul sayılmamalıdır.

d)

Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmamalıdır.

e)

Mədəni danışıqda söyüş və qarğışlara, ədəbsiz, təhqiramiz, qeyri­etik sözlərə və ifadələrə yer verilməməlidir.

15.

Verilənlərdən biri nitqin sadəliyi üçün əsas şərt deyil:

a)

yığcamlıq

b)

yalançı pafos

c)

cümlənin qısalığı

d)

anlaşıqlı olması

e)

aydınlıq

16.

Nitqin zənginliyi nədir? Cavablardan biri yanlışdır:

a)

Ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə olunmasıdır.

b)

Bütün üslublar üçün səciyyəvidir.

c)

Başlıca meyar danışanın (yazanın) geniş söz ehtiyatına malik olmasıdır.

d)

Nitqdə müxtəlif və təkrarlanmayan dil vahidlərinin işlədilməsidir.

e)

Dil və nitq əlaqəsi əsasında meydana gəlir.

17.

Nitqin aydınlığı nədir? Səhv cavabı göstərin:

a)

Dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başa düşməsidir

b)

Diksiya əsas amillərdən biridir.

c)

Əsas amil danışanın nitq obyekti haqqında mükəmməl məlumata malik olmasıdır.

d)

Tələffüzlə sıx bağlı olmasıdır.

e)

Nitqdə dialektizm və varvarizmlərdən istifadə edilməsidir.

18.

Fikirlərdən biri nitqin ifadəliliyinə aid deyil:

a)

Düzgün, dəqiq, təmiz, məntiqi, təsirli, ifadəli və s. olmalıdır.

b)

Başlıca meyar danışanın (yazanın) geniş söz ehtiyatına malik olmasıdır.

c)

Təfəkkürlə, dili yaxşı bilməklə və onun ifadəlilik imkanlarını qiymətləndirməklə əlaqədardır.

d)

Ünsiyyət mühiti, dilin struktur sahələri və üslub sistemi ilə şərtlənir.

e)

Dilin bütün sistemləri ─ fonetika, leksika, intonasiya, üslubiyyat və s. iştirak edir.

19.

Biri nitqin məntiqliliyi ilə əlaqədar deyil:

a)

Nitqin obrazlığı, emosional keyfiyyəti, təsirliliyi deməkdir

b)

Nitqin ən mühüm keyfiyyətidir.

c)

Dəqiqliklə əlaqədardır.

d)

İki qanunauyğun şərti var: dilxarici və dildaxili

e)

Obyektiv gerçəkliyi doğru, dürüst əks etdirən hökm, fikirdir.

20.

Biri dilin təmizliyini qoruyub saxlayan amillərə aid deyil:

a)

Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir.

b)

Nitqdə məhəlli dialektlərdən daha çox istifadə olunmalıdır.

c)

Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır.

d)

Başqasını heysiyyətinə toxunmaq məqsədi daşıyan ədəbsiz, qeyri­etik sözlərə və s. yer verilməməlidir.

21.

"Diksiya" sözü mənşəcə hansı dilə mənsubdur?

a)

yunan

b)

rus

c)

fransız

d)

latın

e)

ingilis

22.

Ünsiyyət mühiti ilə dilin struktur sahələri və üslub sistemi ilə şərtlənir”. Verilən fikir aiddir:

a)

nitqin ifadəliliyinə

b)

nitqin ahəngdarlığına

c)

nitqin zənginliyinə

d)

nitqin yığcamlığına

e)

nitqin dəqiqliyinə

23.

Nitqin yığcamlılığı dedikdə, nə nəzərdə tutulur? Yanlış cavabı göstərin:

a)

Uzunçuluğa qarşı qoyulan bir anlayışdır

b)

Qısa və aydın, lakonik şəkildə ifadə olunması nəzərdə tutulur.

c)

Ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə olunmasıdır.

d)

Danışandan dərin bilik, həssas düşüncə, zəngin lüğət ehtiyatı tələb edir.

e)

Başlıca meyar danışanın (yazanın) geniş söz ehtiyatına malik olmasıdır.

24.

1. Nəşr olunmuş əsərlərin paylaşılması

2. Statistik məlumatlar – elmi nəşrlərin oxunma sayı, istinadlar və s.

3. Əməkdaşlıq və birgə fəaliyyət üçün əlaqələrin qurulması.

4. Sual­cavab Verilən xidmətlər hansı akademik sosial şəbəkəyə aiddir?

a)

Incomics

b)

Linkedin

c)

Academia.edu

d)

Google scholar

e)

ResearchGate

25.

ResearchGate akademik sosial şəbəkəsinə hansı xidmət daxil deyil?

a)

Nəşr olunmuş əsərlərin paylaşılması (ictimailəşdirilməsi).

b)

Əməkdaşlıq və birgə fəaliyyət üçün əlaqələrin qurulması

c)

İş axtarmaq imkanı – elmi istiqamətlərə və qabiliyyətlərə uyğun işlərin elan olunması və tapılması

d)

Şəxsi şəkil və videoların paylaşılması

e)

Statistik məlumatlar – elmi nəşrlərin oxunma sayı, istinadlar və s.

26.

Bəşəriyyət yeni bir kommunikasiya dövrünə nə vaxt qədəm qoydu?

a)

XIX əsrin əvvəllərində

b)

XIX əsrin sonlarında

c)

XX əsrin əvvəllərində

d)

XXI əsrin əvvəllərində

e)

XX əsrin ortalarında

27.

Texniki cəhətdən sosial şəbəkələrin neçə tipi var?

a)

4

b)

5

c)

2

d)

1

e)

3

28.

ResearchGate akademik sosial şəbəkəsinə göstərilən xidmətlərdən biri daxil deyil:

a)

İş axtarmaq imkanının olmaması

b)

Statistik məlumatlar – elmi nəşrlərin oxunma sayı, istinadlar və s.

c)

Sual-cavab

d)

Nəşr olunmuş əsərlərin paylaşılması (ictimailəşdirilməsi)

e)

Əməkdaşlıq və birgə fəaliyyət üçün əlaqələrin qurulması

29.

Plagiatçılığın hansı formaları fərqləndirilir? Səhv cavabı göstərin

a)

açıq­aşkar plagiatçılıq

b)

maskalanmış və ört­basdır edilmiş plagiatçılıq

c)

sözbəsöz plagiatçılıq

d)

ideya plagiatçılığı

e)

struktur plagiatçılıq

30.

Tələbələrin plagiatçılığa yolvermə səbəblərindən biri yanlışdır:

a)

Yazı bacarıqlarının yetərincə olmaması

b)

Termin çatışmazlığı

c)

Düzgün istinad formalarını bilməmək

d)

Araşdırma bacarıqlarının yetərincə olması

e)

İnternet mənbələrinin dəyərləndirilməsi ilə bağlı problemlər

31.

Alimlərin akademik sosial şəbəkələrdən (ASŞ) istifadəsini zəruri edən səbəblərdən biri yanlışdır:

a)

Elmin populyarlığının azalmasında mühüm rol oynayır.

b)

Alimlərin elmi əsərlərinin dünya elmi ictimaiyyəti arasında yayılmasına şərait yaradır.

c)

Müxtəlif coğrafi uzaqlıqla olan tədqiqatçıları bir araya gətirir

d)

Alimlərin akademik həyatda iştirakının yeni forma və perspektivlərini açır.

e)

ASŞ beynəlxalq miqyasda ölkənin və elmi müəssisələrin elmi reytinqinin artmasını təmin edir.

32.

Biri plagiatçılıq deyil:

a)

Şərikli müəllifliyə məcbur etmək

b)

Başqalarının əsərlərini və ideyalarını tam rəsmi bəyanat vermədən öz əsərinə köçürmək və ya parafraz etmək

c)

Mənbəyi və müəllifi göstərilmədən əsəri və ya onun bir hissəsini köçürməklə yeni əsər yaratmaq

d)

Öz əsərini başqa adla nəşr etdirmək

e)

Özgənin elmi, ədəbi, bədii və ya digər növ əsərini öz adı ilə nəşr etdirmək

33.

Sosial şəbəkələr bizə hansı imkanları verir? Səhv cavabı göstərin:

a)

Şəbəkə iştirakçıları ilə fikir mübadiləsi aparmaq

b)

Avtomatlaşdırılmış sosial mühit şəraitində özümüzə aid olan məlumatları paylaşmaq

c)

Digər şəbəkə iştirakçıları ilə ünsiyyəti məhdudlaşdırmaq

d)

Şəbəkə daxilində maraqlar üzrə müxtəlif birliklər formalaşdırmaq

e)

Əhəmiyyətli olan materialları bölüşmək

34.

Ünsiyyət vasitələri neçə qrupa ayrılır?

a)

5

b)

3

c)

6

d)

1

e)

2

35.

İnsanlar iş vaxtlarının ən çox hissəsini nəyə həsr edir?

a)

danışmağa

b)

baxmağa

c)

yazmağa

d)

dinləməyə

e)

oxumağa

36.

İntonasiya vasitəsi ilə danışanın emosional vəziyyəti əks olunmaqla yanaşı, habelə nitqin məzmununa və adresata münasibət öz

ifadəsini tapır". Söhbət intonasiyanın hansı funksiyasından gedir?

a)

emosional­ekspressiv funksiya

b)

delimitativ (hüdudlandırıcı) funksiya

c)

kommunikativ funksiya

d)

kulminitiv (ayırıcı) funksiya

e)

apelyativ funksiya

37.

Qeyri­verbal ünsiyyət vasitələrinin xüsusiyyətlərinə hansılar aid deyil?

a)

Verbal ünsiyyəti tamamlayır.

b)

Ayrı­ayrı sözləri əvəzləyir.

c)

Pauzaları əvəzləyir.

d)

Adresatla əlaqə qurulmasını çətinləşdirir.

e)

Nitqin məzmununu təsdiq və yaxud inkar edir.

38.

Biri intonasiyanın funksiyalarına aid deyil:

a)

apelyativ funksiya

b)

fəlsəfi funksiya

c)

kommunikativ funksiya

d)

delimitativ (hüdudlandırıcı) funksiya

e)

emosional­ekspressiv funksiya

39.

Jestlər necə qruplaşdırılır:

a)

mürəkkəb və qarışıq

b)

birmənalı, mürəkkəb, qarışıq

c)

sadə, birmənalı, mürəkkəb

d)

sadə, birmənalı, qarışıq

e)

sadə, mürəkkəb, qarışıq

40.

Şifahi nitqin xüsusiyyətlərinə aid olan cavab variantını seçin:

a)

Dil vahidlərindən qrammatik qanunauyğunluqlarla istifadə olunmasını tələb edir.

b)

Adresatla birbaşa əlaqəsi yoxdur.

c)

Struktur mürəkkəbliyi mövcuddur.

d)

Zəngin intonasiya çalarlıqlarına malik deyil.

e)

Dil vahidlərindən istifadə olunmasında sərbəstlik var.

41.

Yazılı nitqin xüsusiyyətlərinə aid olan cavab variantını seçin:

a)

Yazılanları bir neçə dəfə götür­qoy etmək, düzəliş aparmaq, lazım olmayanı silmək, yenisi ilə əvəzləmək mümkündür.

b)

Yüksək dərəcədə avtomatlaşmış nitqdir.

c)

Yüyrək nitqdir.

d)

Adresant və adresat arasında canlı əlaqə labüddür

e)

Çoxsaylı paralinqvistik vasitələrin iştirakı istisna olunmur.

42.

“...insanın uzun müddət başqaları ilə ünsiyyət yarada bilməməsinin nəticəsi kimi özünü göstərir”. Nöqtələrin yerinə uyğun gələn

variantı seçin:

a)

situativ tənhalıq

b)

şəxsi ünsiyyət

c)

psixoloji tənhalıq

d)

xroniki tənhalıq

e)

keçici təhnalıq

43.

Nitq axarında cümlələrin (cümlə daxilində həmcins üzvlərin, ara sözlərin və s.) hüdüdlarını, bir­birindən ayrıldığını göstərən

funksiyadır". Söhbət intonasiyanın hansı funksiyasından gedir?

a)

emosional­ekspressiv funksiya

b)

kommunikativ funksiya

c)

kulminitiv (ayırıcı) funksiya

d)

apelyativ funksiya

e)

delimitativ (hüdudlandırıcı) funksiya

44.

Verilənlərdən biri ünsiyyətin müxtəlif və çoxsaylı tipologiyasına aid deyil:

a)

işgüzar ünsiyyət

b)

intim­ şəxsi ünsiyyət

c)

situativ ünsiyyət

d)

tərbiyəvi ünsiyyət

e)

diaqnostik ünsiyyət

45.

Biri şifahi nitqə aid deyil:

a)

Adresant və adresat arasında canlı əlaqə labüddür.

b)

Yüksək dərəcədə avtomatlaşmış nitqdir.

c)

Dil vahidlərindən istifadə olunmasında sərbəstlik var

d)

Zəngin intonasiya çalarlıqlarına malikdir.

e)

Struktur mürəkkəbliyi mövcuddur.

46.

Verilənlərın biri yazılı nitqin xüsusiyyətini özündə əks etmir:

a)

Adresatla birbaşa əlaqəsi yoxdur.

b)

Adresant və adresat arasında canlı əlaqə labüddür.

c)

Yazılanları bir neçə dəfə götür­qoy etmək və s. mümkündür.

d)

Aktual üzvlənməyə və söz sırasına görə şifahi nitqdən fərqlidir

e)

Struktur mürəkkəbliyi mövcuddur.

47.

Verilənlərdən biri mimikaya aiddir:

a)

Aydın, yığcam danışmaqdır

b)

Düzgün nitqə verilən şərtlərdən biridir.

c)

Əl­qol hərəkətlərindən məqsədyönlü istifadədir.

d)

Razılıq bildirən nitq etiketləridir.

e)

Üz əzələlərinin mənalı hərəkətidir.

48.

“Jest” nədir

a)

Aydın, yığcam danışmaqdır.

b)

Nitqin ifadəli və cəlbedici olmasıdır.

c)

Razılıq bildirən nitq etiketidir.

d)

Əl­qol hərəkətlərindən məqsədyönlü istifadədir.

e)

Üz əzələlərinin mənalı hərəkətidir.

49.

Düzgün cavabı göstərin:

a)

Jestləri natiqlər eyni cür tətbiq edirlər.

b)

Natiq nitqində çətin dildə, zəngin terminlərlə danışmalıdır.

c)

Gözəl natiq jestsiz də təsirli nitq söyləyə bilər.

d)

Yersiz jestlər gülüş doğura bilər.

e)

Nitqdə mimikasız da keçinmək olar.

50.

Doğru fikri göstərin:

a)

Natiqlər öz çıxışlarını hansı jest və mimika ilə başlayırlarsa, o cür də tamamlayırlar.

b)

Bütün natiqlər çıxış zamanı eyni mimikadan istifadə edirlər.

c)

Natiqlər eyni jestdən istifadə edirlər.

d)

Jestlə mimika psixoloji aktlardır.

e)

Şifahi ədəbi dil jest və mimikasız təsəvvür etmək mümkün deyil.

51.

-

a)

-

b)

-