WorksheetsMock exam
Total questions: 25
Worksheet time: 13mins
Bir biznes analitikinə bir problemi araşdırmaq tapşırılıb. Bu araşdırma biznes işinin (business case) inkişaf etdirilməsi üçün giriş məlumatı təmin edəcək. Biznes analitiki əvvəlcə şirkətin cari biznes proseslərini anlamaq istəyir. Hansı texnikanı istifadə etməlidir?
MoSCow
RACI matrix
Müşahidə
User stories
Biznes analitiki yerli pizza restoranında avtomatlaşdırılmış sifariş daxil etmə proqramını tətbiq etmək üçün bir layihəyə rəhbərlik edir. Analitik layihə haqqında çox az məlumata malikdir: sifariş prosesi çox uzun çəkir və tez-tez səhv sifarişlərlə nəticələnir.
Biznes analitiki növbəti hansı addımı atmalıdır?
Tətbiq prosesini dəstəkləmək üçün test resurslarını müəyyənləşdirmək.
Mövcud sifariş prosesinə dair məlumatları toplamaq və digər şirkətlərlə müqayisə etmək.
Tətbiq ediləcək proqram təminatını seçmək və texniki resurslarla işləməyə başlamaq.
Sifariş şöbəsinin meneceri ilə tələblərin toplanması üçün sessiya planlaşdırmaq.
Layihə təhvil verildikdən sonra biznes analitiki bir layihə məqsədinin heç bir uyğun tələblə əlaqələndirilmədiyini öyrənir. Bu problemin çatdırılmadan əvvəl müəyyən edilməsinə nə kömək edərdi?
Proses axını (Process flow)
Use cases
Tələbin aydınlaşdırılması
Context diagram
Bir şirkət yeni bazar seqmentinə daxil olmaq üçün yeni bir e-ticarət platforması development edir. Məhsul bazara burxıldıqdan sonra qanunvericilik baxımından lisenziya verilmir.
Biznes analitik zamanında hansı addımı atmalıydı?
Document analysis etmək
Tələblərin izlənməsi matrisini (traceability matrix) yoxlamaq və təsirlənmiş istifadə halları (use cases) müəyyən etmək.
Bazar araşdırması aparmaq
Biznes tələbləri dəqiq müəyyənləşdirmək
Bir bankda kredit müraciətlərinin işlənməsi çox uzun çəkir və müştəri şikayətləri artır. Bank rəhbərliyi sizə bu problemi araşdırmağı tapşırır. Siz hansı analiz texnikalarından istifadə edərdiniz və ilk addımınız nə olardı?
Yeni proqram seçmək və tətbiq etməyə başlamaq
BPMN istifadə edərək cari prosesin xəritəsini çəkmək
MoSCoW prioritetləşdirmə texnikasını tətbiq etmək
Test mərhələsini keçmək və istifadəçilərdən rəy almaq
Bir proqram təminatı şirkəti yeni CRM sistemi hazırlayır. Müştərilərdən çox sayda tələblər toplanıb, lakin resurslar məhduddur. Siz hansı prioritetləşdirmə metodunu tətbiq edərdiniz?
Tələbləri təsadüfi seçərək həyata keçirmək
Bütün tələbləri eyni zamanda tətbiq etmək
Heç bir prioritet təyin etmədən layihəni davam etdirmək
MoSCoW metodu ilə tələbləri prioritetləşdirmək
Bir şirkətdə müştəri sifarişlərinin 30%-i səhv çatdırılır. Siz bu problemin əsas səbəbini müəyyənləşdirmək üçün hansı analiz texnikasından istifadə edərdiniz?
Yeni bir sistem tətbiq etmək
Layihəni əvvəlki plan üzrə davam etdirmək
Root Cause Analysis metodu tətbiq etmək
Tələb olunan dəyişikliklər olmadan problemi həll etməyə çalışmaq
Bir onlayn paltar mağazası müştərilər üçün sifariş prosesini təkmilləşdirmək istəyir. Use Case analizi üçün hansı əsas addımları nəzərə almaq lazımdır?
Sadəcə məhsul siyahısı yaratmaq
Müştəri rollarını və onların sistemlə qarşılıqlı əlaqəsini təsvir etmək
Heç bir analiz etmədən proqram kodunu yazmaq
Layihəni yalnız texniki komanda ilə müzakirə etmək
Bir maliyyə tətbiqi hazırlayırsınız və təhlükəsizlik, performans və etibarlılıq kimi qeyri-funksional tələbləri müəyyən etməlisiniz. Siz bu tələbləri necə müəyyən edərdiniz?
Təhlükəsizlik və performans tələblərini müəyyənləşdirmək üçün Non-Functional Requirement Analysis metodundan istifadə edərək sənədləşdirmək
Heç bir təhlükəsizlik tədbiri görməmək
Qeyri-funksional tələbləri yalnız layihənin sonunda nəzərə almaq
A və C
Siz bir ERP sisteminin tətbiqi üzərində işləyirsiniz. Müxtəlif maraqlı tərəflər fərqli gözləntilərə malikdirlər. Siz maraqlı tərəfləri necə müəyyənləşdirərdiniz?
Təkcə rəhbərliyin tələblərinə diqqət yetirmək
Layihəni yalnız texniki komanda ilə müzakirə etmək
Stakeholder Analysis tətbiq edərək maraqlı tərəflərin təsir dərəcəsini və ehtiyaclarını müəyyənləşdirmə
Persona analizi tətbiq edərək maraqlı tərəflərin təsir dərəcəsini və ehtiyaclarını müəyyənləşdirmə
Layihə yekunlaşıb və siz tələblərin tam şəkildə icra olunduğunu yoxlamalısınız. Bu prosesi necə idarə edərdiniz? (Nəzərə alın ki, şirkətdə QA yoxdur)
Stakeholderlə birlikdə UAT test edərək
Tələbləri yoxlamadan layihəni bağlamaq
UAT test edərək
Sənədləri oxuyaraq
Bir layihə komandasının tələbləri icra edərkən səhvlərə yol verdiyini görürsünüz. Səbəbi araşdırdıqda, tələblərin qeyri-müəyyən və qarışıq yazıldığını aşkarlayırsınız. Bu problemi necə həll edərdiniz?
Layihə komandasına tələbləri təxmin etməyi tapşırmaq
Tələbləri daha aydın və spesifik etmək üçün yenidən yazmaq
Mövcud tələbləri olduğu kimi saxlamaq
Tələblərin icrasını dayandırmaq
Siz yeni bir ERP sistemi üçün tələbləri topladıqdan sonra, onların düzgünlüyünü yoxlamaq istəyirsiniz. Bu mərhələdə hansı texnikadan istifadə edərdiniz?
Layihənin icrasına başlamaq
Tələbləri dəyişdirmədən təsdiqləmək
Prototipləşdirmə (Prototyping)
Risklərin təhlilini aparmaq
Bir şirkət onlayn sifariş sistemini təkmilləşdirmək istəyir. Aşağıdakılardan hansını biznes tələbi kimi təsnif edə bilərik?
“Sistem sifarişləri 5 saniyədən tez emal etməlidir.”
“Müştərilər sistem vasitəsilə sifariş vermək imkanı əldə etməlidir.”
“Sistem 256-bit şifrələmə ilə məlumatları qoruyacaq.”
“İstifadəçilər fərqli mövzularda seçim edə biləcəklər.”
Siz yeni bir ödəniş sistemi üçün tələbləri müəyyən edirsiniz. Aşağıdakılardan hansı funksional tələbdir?
Sistem səhv mesajlarını 3 saniyə ərzində göstərməlidir.
Sistem eyni anda 10.000 istifadəçini dəstəkləməlidir.
Verilənlər təhlükəsizlik üçün şifrələnməlidir.
İstifadəçilər kredit kartı ilə ödəniş edə bilməlidir.
Yeni bir layihə zamanı maraqlı tərəflərdən (stakeholders) biri fərqli gözləntilərə malikdir və bu, digər maraqlı tərəflərlə ziddiyyət yaradır. Siz necə davranmalısınız?
Bütün maraqlı tərəflərlə müzakirə edərək ortaq razılıq əldə etməyə çalışmaq
Yalnız layihə sponsorunun dediklərini qəbul etmək
Layihəyə heç bir dəyişiklik etmədən davam etmək
Maraqlı tərəfləri layihədən uzaqlaşdırmaq
Siz yeni bir proqram sistemi üçün tələbləri toplamaq istəyirsiniz. Aşağıdakılardan hansı tələblərin toplanması texnikasıdır?
MoSCoW prioritetləşdirmə metodu
SWOT analizi
Müsahibələr və fokus qrupları keçirmək
Layihənin kodlaşdırılmasına başlamaq
Bir şirkət köhnə sistemindən yeni sistemə keçid etmək istəyir. Aşağıdakılardan hansı keçid tələbinə aiddir?
“Sistem 24/7 işləməlidir.”
“Məlumatlar yeni sistemə köçürülməlidir.”
“Sistem istifadəçi dostu interfeysə malik olmalıdır.”
“Sistem ISO 27001 təhlükəsizlik standartlarına uyğun olmalıdır.”
Siz yeni bir layihə üçün biznes tələblərini toplayırsınız. Layihə komandası və maraqlı tərəflər arasında anlaşımazlıqlar yaranmaması üçün hansı addımı atmalısınız?
Tələbləri yalnız proqramçılara izah etmək və onların kodlaşdırmasını gözləmək
Tələbləri şifahi şəkildə bildirmək və komanda üzvlərindən yadda saxlamalarını gözləmək
Tələbləri yazılı şəkildə sənədləşdirərək maraqlı tərəflərlə paylaşmaq
Layihəyə başlamazdan əvvəl heç bir sənəd hazırlamamaq
BRD sənədinin əsas məqsədi nədir?
Yalnız proqramçılar üçün texniki təlimatlar vermək
Yalnız istifadəçi interfeysi dizaynını müəyyənləşdirmək
Layihənin kodlaşdırılmasına birbaşa başlamaq
Layihənin biznes məqsədlərini və əsas problemlərini təsvir etmək
Bir şirkət müştəri portalı yaratmaq üçün FRD sənədini hazırlayır. Bu sənəddə hansı məlumatlar qeyd edilməlidir?
Sistem funksiyalarının detallı təsviri
Yalnız dizayn elementləri
Proqramın adı və logoları
Proqramın adı və logoları
Aşağıdakılardan hansı qeyri-funksional tələbə (Non-Functional Requirement) aiddir?
"Sistem 2 saniyədən az müddətdə yüklənməlidir."
"Müştərilər məhsulları səbətə əlavə edə bilməlidir."
"Sistem istifadəçilərə e-mail göndərə bilməlidir."
"İstifadəçilər kredit kartı ilə ödəniş edə bilməlidir."
Siz çevik (Agile) yanaşma ilə işləyən bir layihə komandasında fəaliyyət göstərirsiniz. Bu metodologiyaya uyğun sənədləşmə necə aparılmalıdır?
Layihənin əvvəlində bütün tələblər tam sənədləşdirilməlidir
Tələblər hər iterasiyada yenilənməli və sənədləşdirilməlidir
Layihə bitdikdən sonra sənədləşmə edilməlidir
Sənədləşmə lazım deyil
Layihə zamanı müştəri yeni bir funksiyanı əlavə etmək istəyir. Siz necə davranmalısınız?
Dəyişikliklərin layihəyə təsirini qiymətləndirərək qərar vermək
Dəyişiklikləri dərhal qəbul edib tətbiq etmək
Müştərinin istəyini rədd etmək
Layihənin əvvəlki planı ilə davam etmək
Siz bir proqram təminatı layihəsi üçün SRS sənədi hazırlayırsınız. Bu sənəd nələri əhatə etməlidir?
Yalnız istifadəçi interfeysi
Sistem funksiyaları, performans və təhlükəsizlik tələbləri
Yalnız layihənin dizaynı
Yalnız test nəticələri
